Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-5849/2024 21.08.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X3 qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixdə bağlanmış MSB/11/2023-01383 nömrəli Barışıq Sazişinin Maraqlı şəxs öhdəsinə düşən hissəsinin (10 000 manat vəsaitin 5 000 manatını xx.xx.2023-cü il tarixinədək, qalan 5000 manatını isə xx.xx.2023-cü il tarixinədək ödənilməsi hissəsinin) təsdiq edilməsi və məhkəməyə müraciət üçün tərəfindən ödənilmiş 100 manat rüsumun Maraqlı şəxs tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı 11 saylı Mediasiya Təşkilatında aralarında bağlanmış xx.xx.2023-cü il tarixli Barısıq Sazişinə əsasən onunla Maraqlı şəxs birgə nikah dövründə əldə etdikləri Abşeron Rayonu, Saray qəsəbəsində yerləşən 0,03 ha torpaq sahəsini (xx.xx.2020-ci il tarixdə rəsmi reyestrdə qeydə alınmış) aşağıdaki qaydada bölməyə razılığa gəlmişlər: Maraqlı şəxs həmin əmlakdan ona çatacaq payın əvəzi olaraq 10 000 manat (on min) vəsait ödəməsi şərtilə ərizəçi torpaq sahəsinə olan həmin paydan imtina edir. Qeyd edilən vəsaitin 5 000 (beş min) manatı Maraqlı şəxs tərəfindən xx.xx.2023-cü il tarixinədək, qalan 5000 (beş min) manatı isə xx.xx.2023-cü il tarixinədək ödənilməsi öhdəsinə götürmüşdür. Maraqlı şəxs qeyd edilən vəsaiti tam ödədikdən sonra ərizəçi torpaq sahəsinə olan pay hüququndan imtina edəcəyini və istənilən zaman həmin torpaq sahəsi ilə bağlı aparılacaq hər hansı əməliyyata razılıq verəcəyini bildirmişdir. Vəsait tam ödənildikdən sonra Maraqlı şəxs qarş heç bir əmlak (torpaq, nəqliyyat vasitəsi və s.) iddiası olmayacaq. Maraqlı şəxs tərəfindən Sazişin şərtlərinin icrası müddətindən (10 000 manat vəsaitin 5 000 manatını xx.xx.2023-cü il tarixinədək, qalan 5000 manatını isə xx.xx.2023-cü il tarixinədək) 8-10 ay müddət keçməsinə baxmayaraq, bugünədək icra etməmişdir. Bununla da, o, barışıq sazişinin tələblərini pozur və barışıq sazişinin könüllü icrasından imtina edir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, 12 avqust 2023-cü ildə Maraqlı şəxslə birgə nikah dövründə əldə etdikləri Abşeron rayon, Saray qəsəbəsində yerləşən torpaq sahəsinin bölünməsi barədə razılığa gəlmələrinə baxmayaraq, qarşı tərəfin bu günədək bu sazişə əməl etmədiyini bildirmişdir. Maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edilmişdir. Məhkəmən barışıq sazişini nəzərdən keçirdib hesab edir ki, ərizə qismən təmin edilməlidir. İş materiallarında olan MŞB/11/2023-01383 nömrəli xx.xx.2023-cü il tarixli Mediasiya Şurasının təqdim etdiyi barışıq sazişindən görünür ki, Ərizəçi ilə Maraqlı şəxs arasında birgə nikah dövründə əldə olunmuş əmlakın bölgüsü tələbi ilə bağlı barışıq sazişi imzalanmışdır. İş materiallarına əlavə olunan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-30/2- 20255/**********720255 nömrəli cavab məktubunda əsasən Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0.03 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində Maraqlı şəxs adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə **********83 reyestr nömrəsi ilə qeydiyyata alınması və hazırda mülkiyyətində olması bildirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsində müəyyən edilmişdir ki, Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. 225.3. Daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. 225.4. Ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir. 225.5. Ərin (arvadın) öhdəlikləri üzrə tutma onun mülkiyyətində olan əmlaka, habelə onun ərlə arvadın ümumi əmlakındakı payına bu şərtlə yönəldilə bilər ki, nikah kontraktında ayrı qayda nəzərdə tutulmuş olmasın. 225.6. Daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.) 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.https://eqanun.az/framework/46946 32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmiş, mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət olunmuşdur. Məhkəmə hesab edir ki, tərəflər arasında xx.xx.2023-cü il tarixdə bağlanmış barışıq sazişi qismən təsdiq olunmalıdır. Ərizənin qismən təmin olunması ilə bağlı məhkəmə münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında imzalanmış Barışıq sazişində qoyulmuş şərtlərdən biri kimi “10 000 manat vəsaitin 5 000 (beş min) manatını İkinci tərəf xx.xx.2023-cü il tarixinədək, qalan 5 000 (beş min) manatını isə xx.xx.2023-cü il tarixinədək Birinci tərəfə ödəməyə öhdəsinə götürür” ərizə bu hissədə təmin oluna bilməz. Belə ki, xx.xx.2023-cü il tarixində bağlanmış müqavilədə göstərilən bənd üzrə icra olunması üçün nəzərdə tutulmuş müddətlər ötmüşdür. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220-ci, 307-311-ci, 355-23- 355-26-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə qismən təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasnda bağlanılmış xx.xx.2023-cü il tarixli Barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin.
1. Tərərlər birgə nikah dövründə əldə etdikləri Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,03 ha torpaq sahəsini (xx.xx.2024-cü il tarixdə rəsmi reyestrdə qeydə alınmış) aşağıdaki qaydada bölməyə razılığa gəldilər.
2. İkinci tərəfin Birinci tərəfə həmin əmlakdan Birinci tərəfə çatacaq payın əvəzi olaraq 10 000 manat (on min) manat vəsait ödəməsi şətilə Birinci Tərəf torpaq sahəsinə olan payından imtina edir.
3. İkinci tərəf qeyd edilən vəsaiti tam ödədikdən sonra Birinci tərəf qeyd edilən torpaq sahəsinə pay hüququndan imtina edəcək və istənilən zaman həmin torpaq sahəsi ilə bağlı aparılacaq hər hansı əməliyyata razılığını vərəcək.
4. Qeyd edilən vəsait tam ödənildikdən sonra X2 Tərəfə heç biri əmlak (torpaq, nəqliyyat vasitəsi və s.) iddiası olmayacaq. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Ruslan Mirzəliyev