Məhkəmə qərarları › İş №e-2(008)-7139/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №e-2(008)-7139/2024

11.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-7139/2024 11.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi X1, İddiaçı Cavabdeh qarşı "Ravon R3 SX minik" markalı **-PD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurduğu zərərə görə 4116,20 manat məbləğində pulun və 62 manat məbləğində dövlət rüsumunun əvəzinin alınması" barədə kiçik iddiasına dair ərizəyə baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı "Ravon R3 SX minik" markalı **-PD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurduğu zərərə görə 4116,20 manat məbləğində pulun və 62 manat məbləğində dövlət rüsumunun əvəzinin alınması" barədə kiçik iddiaya dair ərizə ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı öz tələbini belə əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixli K- 511A-PCC-23 №-li "Avtomobilin müddətli satışı üzrə müqavilə"yə əsasən, cavabdeh iddiaçıdan "Ravon Nexia R3 SX minik" markalı **-PD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini satın almışdır. Müqavilə bağlandıqdan sonra nəqliyyat vasitəsi cavabdehə təhvil verilmişdir. Həmin nəqliyyat vasitəsinin idarə edilməsi üçün cavabdehə etibarnamə də verilmişdir. Cavabdeh əvvəllər öhdəliyini icra etsə də, sonradan icra edə bilmədiyi üçün qeyd edilən nəqliyyat vasitəsini şirkətə təhvil vermişdir. Qeyd edilən nəqliyyat vasitəsi təhvil alınarkən bir sıra qüsurları olduğuna görə nəqliyyat vasitəsi cəmiyyətin servis mərkəzində yoxlanılmış və aşkar edilən qüsurlarla bağlı akt tərtib edilmişdir. Həmin qüsur aktına əsasən, "Ravon Nexia R3 SX minik" markalı **-PD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi cavabdehin sahibliyində və istifadəsində olduğu müddət ərzində cavabdeh həmin nəqliyyat vasitəsinə ümumilikdə 4116,2 manat məbləğində zərər vurmuşdur. Cavabdehin qeyri-qanuni hərəkətləri nəticəsində "xxxx" MMC-nin hüquqları kobud şəkildə pozulmuş və MMC-yə böyük miqdarda zərər dəymişdir. Aşağıdakı hallara görə məhkəmə bu qənaətə gəldi ki, hazırkı iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1.3-cü maddəsinə əsasən, verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa, məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Həmin Məcəllənin 284-4.2-ci maddəsinə əsasən, bu Məcəllənin 284- 4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Hazırkı iddia ərizəsinə əlavə olunmuş xx.xx.2023-cü il tarixli K-511A- PCC-23 №-li "Avtomobilin müddətli satışı üzrə müqavilə"nin 3.1.1-ci bəndindən görünür ki, satıcı İddiaçı nəqliyyat vasitəsini bir iş günü ərzində alıcı Cavabdeh təhvil vermək vəzifəsini üzərinə götürmüşdür. Lakin müəyyən olundu ki, iddiaçı öz iddia ərizəsində müqavilə bağlandıqdan sonra nəqliyyat vasitəsinin cavabdehə təhvil verildiyini bildirsə də, məhkəməyə bunu təsdiq edən sənəd təqdim etməmişdir. Digər tərəfdən, məhkəmə qeyd edir ki, əgər avtomobil cavabdehə təhvil verilmişdirsə, təhvil verildiyi tarix üçün avtomobilin texniki vəziyyətini əks etdirən sübutun da məhkəməyə təqdim olunması zəruridir. Əks təqdirdə, iddiaçının məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli qüsur aktlarında sadalanmış qüsurların avtomobilin tərəflərdən hansının (iddiaçının, yoxsa cavabdehin) sahibliyində olduğu müddətdə əmələ gəlməsini müəyyən etmək mümkün deyil. Göründüyü kimi, İddiaçı tərəfindən verilmiş tələbi təsdiq edən sənədlər məhkəməyə təqdim olunmamışdır. Bu isə, hazırkı iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina üçün əsas hesab edilir. Eyni zamanda, məhkəmə bunu da izah edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.3-cü maddəsinə əsasən, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı "Ravon R3 SX minik" markalı **-PD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurduğu zərərə görə 4116,20 manat məbləğində pulun və 62 manat məbləğində dövlət rüsumunun əvəzinin alınması" barədə kiçik iddiasına dair işə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizəsinin qəbul olunmasından imtina edilsin. X3.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar