Məhkəmə qərarları › İş №e-2(008)-7266/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-7266/2024

04.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-7266/2024 04.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Cəfərli Nilufər Arif qızı, İddiaçı "xxxx"ASC-nin cavabdeh Quliyev Mahir Fəxrəddin oğluna qarşı “pul tələbi” barədə iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdeh Quliyev Mahir Fəxrəddin oğluna qarşı “pul” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 4634 (dörd min altı yüz otuz dörd) manat məbləğində sığorta ödənişinin və 66.34 (altmış altı manat otuz dörd qəpik) manat məbləğində dövlət rüsumu iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa (forma 4) əsasən, xx.xx.2022 -ci ildə Quliyev Mahir Fəxrəddin oğlu tərəfindən idarə olunan TOYOTA PRİUS markalı ** HY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi MERCEDES BENZ CLS350 markalı ** PS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. İş materiallarına əlavə edilmiş 125824 nömrəli nömrəli sığorta aktından göründüyü kimi hadisə zamanı Quliyev Mahir Fəxrəddin oğlunun idarə etdiyi TOYOTA PRİUS markalı ** HY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı SŞ-da avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalı olmuşdur. İş materiallarına əlavə edilmiş nəqliyyat vasitəsinin zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata əsasən, MERCEDES BENZ CLS350 markalı ** PS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 10630(on min altı yüz otuz)manat məbləğində zərər dəymişdir. İddiaçı Sığorta dəymiş zərəri aradan qaldıraraq, zərərçəkən MERCEDES BENZ CLS350 markalı ** PS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə iş materiallarına əlavə edilmiş 13854 nömrəli ödəniş tapşırığına əsasən 4634(dörd min altı yüz otuz dörd) manat sığorta ödənişi həyata keçirmişdir. Bildirmək istəyirik ki, xx.xx.2022 -ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Quliyev Mahir Fəxrəddin oğlu sürücülük hüququ olmadan nəqliyyat vasitəsi idarə etdiyi üçün ona qarşı subroqasiya hüququ yaranmışdır. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin -nin xx.xx.2022-ci il tarixli 3(007)-243/2023saylı inzibati xəta haqqında iş üzrə qərardan görünür ki, X1 Xətalar Məcəlləsinin 327.1 332.1 və 332.4-cü maddəsi ilə təqsirli bilinmişdir. Hesab edirik ki, 4634(dörd min altı yüz otuz dörd)manat pul Quliyev Mahir Fəxrəddin oğlundan İddiaçıSığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır.. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Belə ki, "xxxx" ASC tərəfindən xx.xx.2023-ci il tarixli, 125824 nömrəli sığorta aktının surətindən görünür ki, PAT********** saylı siğorta müqaviləsinə əsasən siğortalı TOYOTA PRİUS markalı, ** HY *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil xx.xx.2022-ci il tarixdən –xx.xx.2023-ci il tarixədək 55000 manat məbləğində Atəşgah Sığorta Şirkəti” ASC-də icbari siğorta ilə siğortalanmışıdr. xx.xx.2022 -ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı MERCEDES BENZ CLS350 markalı ** PS *** dövlət qeydiyyat nişanlı avtomobilə 10630(on min altı yüz otuz)manat məbləğində ziyan dəymiş olduğu müəyyən edilir. Dəymiş ziyanın 4634 manat olan hissəsi Atəşgah Sığorta Şirkəti ASC tərəfindən Azərbaycan Sənaye Siğorta ASC-yə ödənilməsi qərara alınmışdır. - Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(008)- 243/2023saylı inzibati xəta haqqında iş üzrə qərardan görünür ki, Quliyev Mahir Fəxrəddin oğlu Azərbaycan Respublikası İXM-nin 327.1, 332.1 və 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat miqdarında inzibati cərimə olunuşdur. Dəymiş zərərin qiymətləndirilməsinə dair xx.xx.2022-ci il tarixli hesabatdan görünür ki, MERCEDES BENZ CLS350 markalı ** PS *** dövlət qeydiyyat nişanlı avtomobilə 10630(on min altı yüz otuz) manat ziyan dəymişdir. 13854 nömrəli, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən 4634(dörd min altı yüz otuz dörd)manat ödəniş Azərbaycan Sənaye Siğortası ASC-yə edilmişdir. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2024-ci il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı tərəfindən ödənilən , 4634(dörd min altı yüz otuz dörd)manat pul vəsaiti Quliyev Mahir Fəxrəddin oğlundan geri tələb edilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə əsasən yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 81-ci maddəsinə əsasən bu Qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-21.3-cü maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 926.3-cü maddəsinə əsasən sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunvericiliyi ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan - fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir. Həmin Qanunun 6.2-ci maddəsinə əsasən mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən bu Qanunun Xüsusi hissəsində başqa cür müəyyən edilməmişdirsə, icbari sığorta müqaviləsi 1 il müddətinə bağlanılır. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən icbari sığorta şəhadətnaməsi icbari sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən sənəddir. Həmin Qanunun 9.2-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi sığortaçı tərəfindən müvafiq sığorta şəhadətnaməsinin sığortalıya və ya sığorta olunana verilməsi yolu ilə bağlanır. Həmin Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Həmin Qanunun 25.1.2-cü maddəsinə əsasən bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması; subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki,Atəşgah Siğorta ASC-də icbari siğorta ilə siğortalı olan TOYOTA PRİUS markalı, ** HY *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Quliyev Mahir Fəxrəddin oğlu xx.xx.2022 -ci il tarixdə yol nəqliyyat hadisəsi törədərək, MERCEDES BENZ CLS350 markalı ** PS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər yetirmişdir Quliyev Mahir Fəxrəddin oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1 və 332.4-cü maddələrində nəzərdə tutulmuş maddəni törətməkdə təqsirli hesab edilmişdir. Nəticədə MERCEDES BENZ CLS350 markalı ** PS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ümumilikdə 10630(on min altı yüz otuz)manat məbləğində ziyan dəymişdir. "xxxx" ASC tərəfindən 4634(dörd min altı yüz otuz dörd)manat məbləğində sığorta ödənişi zərərdəymiş avtomobilin sürücüsünə ödənilmişdir. Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(008)-243/2023saylı inzibati xəta haqqında iş üzrə qərardan görünür ki, Quliyev Mahir Fəxrəddin oğlu xx.xx.2022 -ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı cavabdeh Quliyev Mahir Fəxrəddin oğlu nəqliyyat vaistəsini idarə etmək hüququ olmamışdır. Ona görə də iddiaçının cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır. Məhkəmə hesab edir ki, xx.xx.2022 -ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı "xxxx" ASC-də sığortalanmış TOYOTA PRİUS markalı, ** HY ***dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü tərəfindən zərər vurulmuş avtomobilə dəymiş zərər "xxxx" ASC tərəfindən tam şəkildə ödənildiyindən və icbari siğorta ilə siğortalanmış təqsirli sürücü Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən istifadə olunması nəticəsində idarə edilməsinə görə “Atəşgah Siğorta “ASC həmin yol-nəqliyyat hadisəsini törətməkdə təqsirli hesab edilən şəxsdən, yəni Quliyev Mahir Fəxrəddin oğlundan sığorta ödənişinin geri tələb etməkdə haqlıdır, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 33.50(otuz üç manat əlli qəpik) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 284-5 və 284.6-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Quliyev Mahir Fəxrəddin oğlundan 4634 (dört min altı yüz otuz dört) manat məbləğində sığorta ödənişinin və 66.34 (altmış altı manat otuz dörd qəpik) manat dövlət rüsumu iddiaçı Atəşgah Siğorta Şirkəti ASC-nin xeyrinə tutulsun. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar