Məhkəmə qərarları › İş №e-2(008)-842/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-842/2025

12.03.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-842/2025 12.03.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil1, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı İmaməlı̇ yeva Yeganə Valeh qızının cavabdeh İ̇maməlı̇ yev Rayət Rəşı̇ d oğlu və İmaməlı̇ yev Sahı̇ l Rəşı̇ d oğluna qarşı əqdin etibarsızlığı, qeydiyyat şəhadətnaməsinin ləğvi və payın müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı İmaməlı̇ yeva Yeganə Valeh qızı cavabdeh İ̇maməlı̇ yev Rayət Rəşı̇ d oğlu və İmaməlı̇ yev Sahı̇ l Rəşı̇ d oğluna qarşı əqdin etibarsızlığı, qeydiyyat şəhadətnaməsinin ləğvi və payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, buraxılış ili 2013-cü il olan qara rəngli NMTBB4JE60R030460 ban nömrəli “X5” markalı “** GX ***” dövlət nömrə nişanlı avtomobilə dair cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında xx.xx.2023-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsi əsasında verilən nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi və avtomobilin 1/2 hissəsinə İddiaçı, 1/2 hissəsinə isə Cavabdeh1 payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh1 ilə xx.xx.2002-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Həmin nikahdan iki övladları – xx.xx.2002-ci il təvəllüdlü X1 və xx.xx.2008-cı il təvəllüdlü X2 doğulmuşdur. Cavabdehlə ailə daxili söz-söhbətlər onunla birlikdə yaşamağını mümkünsüz etmiş və buna görə də iddiaçı “nikahın pozulması, uşağın ananın himayəsində qalması və alimentin tutulması tələblərinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(005)- 1615/2023 saylı qətnaməsi ilə nikahları pozulmuşdur. Cavabdehlə ailəli olduqları dövrdə ailənin ümumi vəsaitləri hesabına Cavabdeh1 adına 99 GX285 dövlət nömrə nişanlı, “X5” markalı avtomobil əldə edilmişdir. Lakin vəkil sorğusuna Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən verilən cavabdan sonra (xx.xx.2023-cü il tarixli məktub) iddiaçıya məlum olmuşdur ki, Cavabdeh1 həmin avtomobili xx.xx.2023-cü il tarixdə alqı-satqı müqaviləsi əsasında guya qardaşı Cavabdeh2 satmışdır. Halbuki, bu avtomobilə dair belə bir alqı-satqı müqaviləsinin bağlanılmasından iddiaçının xəbəri olmamışdır. Belə ki, 2023-cü ilin yanvar ayının sonundan iddiaçı Cavabdeh1 ilə faktiki ayrılmışdır. Müqavilənin tarixindən də görünür ki, cavabdehlə aralarındakı münasibətlərin kəskinləşdiyini və boşanma proseslərinə başlandığını gördükdən sonra guya həmin avtomobili qardaşına satmışdır. Bunu etməkdə Cavabdeh1 yalnız bir məqsədi olmuşdur ki, o, avtomobilə dair əmlak bölgüsünün qarşısını almağa çalışmışdır. Belə ki, Cavabdeh1 avtomobili öz qardaşı – Cavabdeh2 adına keçirməklə avomobilin onun mülkiyyətində olmamasına dair görünüş yaratmağa çalışmışdır. Halbuki, hələ də faktiki olaraq həmin avtomobil Cavabdeh1 sahibliyində və istifadəsindədir. Hətta formal alqısatqı müqaviləsinin bağlanıldığı gün, yəni xx.xx.2023-cü il tarixdə Cavabdeh2 Cavabdeh1 nəqliyyat vasitəsindən istifadə hüququna dair etibarnamə də vermişdir. Bu da təsdiq edir ki, tərəflər arasında formal olaraq alqı-satqı müqaviləsi bağlansa da, avtomobil alıcının sahibliyinə və istifadəsinə verilməmiş, satıcının sahibliyində və istifadəsində qalmışdır. Həmçinin müqavilənin digər tərəfi olan Cavabdeh2 də cavabdehlə olan ailə daxili münaqişlərdən xəbərdar idi. Yəni, xx.xx.2023-cü il tarixli alqısatqı müqaviləsi uydurma – müqaviləyə uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan görünüş üçün bağlanmış əqd olmuşdur. Mübahisə mediasiya mərhələsində öz həllini tapmadığı üçün iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddianı qəbul etməyərək, izahatında bildirdi ki, hazırda avtomobil qardaşına verilib, Rayətin maaşı yüksək olduğundan kredit onun adına alınıb. Etibarsızlıq halları yoxdur, bu səbəbdən iddianın rədd edilməsini xahiş edir. İş materiallarında olan Nərimanov Rayon Məhkəməsinin 2(005)-1615/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2002-ci il tarixdə Ordubad rayon Dırnıs kənd icra nümayəndəliyində nikahın bağlanması haqqında akt qeydləri kitabında 01 nömrə ilə qeydə alınmış nikah pozulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BDYPİ-nin kompüter çıxarışından görünür ki, “Toyota Corolla” minik markalı, ** GX *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2013-cü il tarixdə Cavabdeh1 adına qeydiyyata alınmışdır. xx.xx.2023-cü il tarixdə alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 adına qeydiyyata alınmışdır və həmin tarixdə Cavabdeh1 xx.xx.2024-cü il tarixə qədər qüvvədə olan etibarnamə verilmişdir. Beləliklə, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər xx.xx.2002-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar və onlar arasında bağlanmış nikah rəsmi qaydada xx.xx.2023-cü il tarixli qətnamə ilə pozulmuşdır. Göstərilən avtomobil, yəni “Toyota Corolla” minik markalı, ** GX *** dövlət qeydiyyat nişanlı avtomobil isə tərəflərin birgə nikahda olduqları müddətdə, xx.xx.2013-cü il tarixdə Cavabdeh1 adına qeydə alınmışdır. Lakin həmin avtomobil tərəflərin birgə nikahda olduqları dövrdə yəni, xx.xx.2023-cü il tarixdə Cavabdeh1 tərəfindən özgəninkiləşdirilərək, digər cavabdeh, yəni Cavabdeh1 qardaşı Cavabdeh2 satılmışdır. Eyni zamanda, həmin tarixdə Cavabdeh1 xx.xx.2024-cü il tarixə qədər qüvvədə olan etibarnamə verilmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, qeyd edilən avtomobil Cavabdeh1 ilə İddiaçı birgə nikahları müddətində əldə edildiyindən, həm də bu avtomobil ailə büdcəsindən maliyyələşdirilməklə, dəyəri ödənilərək əvəzli sürətdə əldə edildiyindən göstərilən avtomobil tərəflərin birgə ümumi mülkiyyətidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Qeyd edilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, qeyd edilən avtomobil tərəflərin birgə ümumi mülkiyyəti hesab edildiyindən, həmin avtomobil cavabdeh Fikrət Mustafayev tərəfindən özgəninkiləşdirilərkən, arvadı İddiaçı də buna razılığı olmalı idi. Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il Qərarına əsasən reyestrdə qeydə alınmalı olmayan daşınar əşyalara Comment [AP 1]: sərəncam verilməsi barədə əqdi ər-arvaddan hansının bağlamasından asılı olmayaraq, digərinin razılığı ehtimal edilir. Mübahisə halında razılığın alınmadığını sübuta yetirmək vəzifəsi əqdi mübahisələndirən ərin (arvadın) üzərinə düşür. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 33.3-cü maddəsinə əsasən, ərarvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözügedən Qərarında da qeyd olunduğu kimi daşınar əşyalara sərəncam verilməsi barədə əqdi ər-arvaddan hansının bağlamasından asılı olmayaraq, digərinin razılığı ehtimal edilsə də, hazırki mübahisədə razılığın alınmadığını sübuta yetirmək vəzifəsi əqdi mübahisələndirən arvadın, yəni iddiaçının üzərinə düşür. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflərin nikahı məhkəmə qətnaməsi ilə xx.xx.2023-cü ildə pozulmuşdur və həmin qətnamədə də, tərəflərin faktiki ayrı yaşadıqları öz təsdiqini tapır. Həmin tarixdən cəmi bir neçə ay əvvəl avtomobilin Cavabdeh1 tərəfindən satılması onu göstərir ki, iddiaçının bu alqı-satqı barədə məlumatı olmayıb. Çünki, onlar həmin dövrdə artıq ayrı yaşayıblar. Həm də iki qardaş arasında alqı-satqı müqaviləsinin bağlanması və elə həmin gün də yenidən avtomobili alan şəxsin satan şəxsə etibarnamə verməsi əqdin sadəcə görünüş üçün bağlandığına dəlalət edir. Görünən odur ki, iddiaçı ilə münasibətlərinin korlandığını görən Cavabdeh1 gələcəkdə avtomobilə İmamaliyeva Yegananin pay hüququnun tanınmasının qarşısını almaq məqsədi güdüb. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Beləliklə, “Toyota Corolla” minik markalı avtomobil tərəflərin birgə təsərrüfat apardıqları dövrdə alındığından və avtomobil üzərində sərəncam verilməsinə İddiaçının razılığı olmadığından o, qeyd edilən müqavilənin etibarsızlığını tələb etməkdə haqlıdır və iddia həmin hissədə təmin olunmalıdır. Təbii olaraq xx.xx.2023-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edildiyindən, həmin alqı-satqı müqaviləsi əsasında verilən nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi də ləğv edilməlidir. Məhkəmə eyni zamanda iddia tələbinin “avtomobil üzərində 1/2 hissədə iddiaçının, qalan 1/2 hissədə isə cavabdehin payının müəyyən edilməsi”nə dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.1-ci maddəsinə əsasən, ərarvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, mübahisəli avtomobil tərəflərin birgə nikah müddətində əldə edildiyindən və birgə nikah müddətində əldə edilmiş həmin əmlaka dair tərəflər arasında hər hansı razılaşma olmadığından, habelə onların aralarında nikah sazişi olmadığından və bununla da tərəflər arasında əmlakın bölünməsinə dair başqa qaydalar nəzərdə tutulmadığından, tərəflərin birgə nikah müddətində əldə etdikləri əmlak olan mübahisəli avtomobildə tərəflərin hər birinin payı bərabər hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslıdır. Buna görə də iddia təmin olunmalı, Cavabdeh1 və Cavabdeh2 arasında xx.xx.2023-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edilməli və avtomobilin 1/2 hissəsinə İddiaçı, 1/2 hissəsinə isə Cavabdeh1 payı müəyyən edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. Buraxılış ili 2013-cü il olan qara rəngli NMTBB4JE60R030460 ban nömrəli “X5” markalı “** GX ***” dövlət nömrə nişanlı avtomobilə dair cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında xx.xx.2023-cü il tarixdə bağlanmış “Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi” etibarsız hesab edilsin. Buraxılış ili 2013-cü il olan qara rəngli NMTBB4JE60R030460 ban nömrəli “X5” markalı “** GX ***” dövlət nömrə nişanlı avtomobildə İddiaçı payı 1/2 hissə müəyyən edilsin, qalan 1/2 hissəsi isə Cavabdeh1 payı hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Adilə Paşayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar