Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-90/2025 10.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Rüstəmova Sürəyya Nazim qızının katibliyi, Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 iştirakı ilə, İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 qarşı “evdən və torpaq sahəsindən çıxarılma, evin və torpaq sahəsinin təhvil verilməsi” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və "X8" MMC-yə qarşı “hərracın nəticələrinə dair protokolun etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiaları üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, ilkin iddia üzrə cavabdehlərin Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, S.İbadağa küçəsi, 1430,6 kv.m torpaq sahəsində yerləşən 15 saylı, 2 mərtəbəli, 24,4 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evindən və həmin evin yerləşdiyi 1430,6 kv.m torpaq sahəsindən çıxarılmaları, həmin fərdi yaşayış evinin və torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və "X8" MMC-yə qarşı “hərracın nəticələrinə dair protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, onlara məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin satılmasına dair “X8” MMC tərəfindən keçirilmiş xx.xx.2023-cü il tarixli, 139/23 saylı protokolun və “X8” MMC ilə İddiaçı arasında bağlanılmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Daha sonra qarşılıqlı iddia üzrə iddiaçıların nümayəndəsi və vəkili Vəkil2, qarşılıqlı iddia üzrə tələbin həcminin azaldılması barədə ərizə verərək, qarşılıqlı iddiaçılara məxsus ünvan 1-də yerləşən fərdi yaşayış evinin satılmasına dair “X8” MMC tərəfindən keçirilmiş xx.xx.2023-cü il tarixli 139/23 saylı protokolun etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş ilkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 ilkin iddia tələbini müdafiə edərək onunla əsaslandırmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-455/2017 nömrəli, xx.xx.2017-ci il tarixli hökmünə əsasən, Cavabdeh3 məxsus ünvan 2 ünvanında yerləşən mənzilin müsadirə edilərək, onun realizə edilməsi nəticəsində əldə ediləcək pul vəsaitinin zərər çəkmiş şəxs və mülki İddiaçı dəymiş maddi ziyanın qalan hissəsinin ödənilməsinə sərf edilməsi qərara alınmışdır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 203-cü maddəsinin tələbinə əsasən,“müsadirə” daşınmaz əmlaka mülkiyyət hüququnun itirilməsinin əsaslarından biri kimi müəyyən edilmişdir. Yuxarıda qeyd edilən hökm üzrə xx.xx.2018-ci il tarixidə icra vərəqəsi verilmişdir. İcra vərəqəsi üzrə icraat başlanılmış və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixli Hərracın yekunları barədə 139/23 nömrəli protokolundan müəyyən edilir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, S.İbadağa küçəsi, 1430,6 kv.m torpaq sahəsində yerləşən 15 saylı, 2 mərtəbəli, 24,4 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi 105.000 manata tələbkar İddiaçı təklif olunmuş və sonuncu tərəfindən həmin fərdi yaşayış evi əldə edilmişdir. Hazırda cavabdehlər məhkəmə hökmü ilə müsadirə edilərək iddiaçının adına özgəninkiləşdirilmiş fərdi yaşayış evini tərk etmirlər və bununla da iddiaçının mülkiyyət hüquqlarını pozurlar. Göstərilənlərə əsasən, nümayəndə və vəkil ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş qarşılıqlı iddia üzrə iddiaçıların nümayəndəsi və vəkili Vəkil2 qarşılıqlı iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, Sabunçu rayon İcra Şöbəsinin sifarişi əsasında qarşılıqlı iddiaçılara məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi "X8" MMC tərəfindən hərraca çıxarılmış, xx.xx.2023cü ildə keçirilmiş hərracda İddiaçı hərracın qalibi olmuş, hərracın nəticələri xx.xx.2023-cü il tarixli 139/23 saylı protokolla rəsmiləşdirilmişdir. Protokol əsasında "X8" MMC ilə İddiaçı arasında xx.xx.2023-cü il tarixli mənzilə dair alqı-satqı müqaviləsi bağlanmışdır. Aşağıda göstərilən səbəblərdən hesab edir ki, icra sənədində olan borc həmin evə yönəldilə bilmədiyindən, həmin evin satılmasına dair hərracın yekunları barədə protokol etibarsız hesab edilməlidir. Belə ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* seriya nömrəli, xx.xx.2017-ci il tarixli çıxarışa əsasən, iddia predmeti olan fərdi yaşayış evi Cavabdeh1 və Cavabdeh3 birgə nikahı dövründə əldə edildiyindən, yalnız iddiaçı Cavabdeh3 borclu olduğu icra sənədinə görə hərraca çıxarıla bilməzdi. Fərdi yaşayış evi birgə nikah dövründə əldə edildiyi üçün Cavabdeh3 və Cavabdeh1 paylı mülkiyyətindədir. Həmin ev iddiaçıların yeganə yaşayış sahəsi olduğundan, ona tələb yönəldilə bilməz. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(008)-2169/2019 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh1 Cavabdeh3 qarşı iddiası təmin edilmiş və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində Cavabdeh1 2/3 hissədə, Cavabdeh3 1/3 hissədə pay hüququ müəyyən edilmişdir. Həmin qətnamə qüvvəyə minmişdir. O, daha sonra qeyd etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 1(102)-2025/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Cavabdeh3 barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2018-ci il tarixli qərarı Cavabdeh3 məxsus sözügedən evin müsadirə edilərək, onun realizə edilməsi nəticəsində əldə ediləcək pul vəsaitinin zərərçəkmiş şəxs və mülki İddiaçı dəymiş maddi ziyanın qalan hissəsinin ödənilməsi hissəsində ləğv edilmiş, cinayət işinin həmin hissədə yeni apellyasiya baxışına təyin edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 1(103)-104/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Cavabdeh3 barəsində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(103)-455/2017 saylı hökmünün həmin fərdi yaşayış evinin müsadirə edilərək onun realizə edilməsi nəticəsində əldə ediləcək pul vəsaitinin zərərçəkmiş şəxs (mülki iddiaçı) İddiaçı dəymiş maddi ziyanın qalan hissəsinin ödənilməsinə sərf edilməsi hissəsində dəyişdirilməsi, zərərçəkmiş şəxsə (mülki iddiaçı) dəymiş maddi ziyanın qalan hissəsinin ödənilməsinin həmin fərdi yaşayış evinin Cavabdeh3 məxsus 1/3 pay hissəsinə yönəldilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 1(102)- 2029/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə dövlət ittihamçısının kassasiya protestinə münasibətdə həmin qərarın dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Göstərilənlərə əsasən, nümayəndə və vəkil ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 ilkin iddia tələbini qəbul etməyib, qarşılıqlı iddia tələbini isə müdafiə edərək izahatında bildirdi ki, Ali Məhkəmənin və Bakı Apellyasiya Məhkəməsinin qərarlarına əsasən, “X8" MMC tərəfindən keçirilmiş hərrac qeyri-qanunidir. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində Cavabdeh1 2/3 hissədə, onun 1/3 hissədə pay hüququ müəyyən edilmişdir, lakin hərrac bütün əmlak barədə keçirilmişdir. Qeyd olunanlara əsasən qarşılıqlı iddiaçı ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçıların nümayəndəsi və vəkili Vəkil2 ərizə ilə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini, ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İlkin iddia üzrə İddiaçı, ilkin iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 və qarşılıqlı iddia üzrə cavabdeh "X8" MMC-nin nümayəndəsinə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə qeyd olunan proses iştirakçılarının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdırıb və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia rədd, qarşılıqlı iddia isə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Bakı şəhəri Səadət Sarayı tərəfindən verilmiş xx.xx.1989-cu il, tarixli V-ЖГ 342634 saylı nikahın bağlanması haqqında şəhadətnəmənin surətindən görünür ki, həmin tarixdə Cavabdeh3 ilə Cavabdeh1 arasında 3945 saylı akt qeydi tərtib olunmaqla rəsmi nikah bağlanmışdır. - Baş Dövlət Texniki İnventarlaşdırma, Mülkiyyət Hüquqlarının Dövlət Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsinin qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 2, yaşayış sahəsi 16,8 m2 ,1 otaqdan ibarət yaşayış evi X4 xx.xx.2002-ci il tarixli 14 nömrəli qərarı əsasında Cavabdeh3 adına qeydə alınmışdır. - Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-455/2017 saylı xx.xx.2017-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, Cavabdeh3 Azərbaycan Respublikası CM-nin 178.3.2ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş, ona 9 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, təyin edilmiş cəzanın çəkilməsi əvvəlinin xx.xx.2016-cı il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alnmışdır. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının xx.xx.2018-ci il tarixli qərarına əsasən, apellyasiya şikayəti təmin edilməmiş, hökm dəyişdirilmiş və Cavabdeh3 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təyin olunmuş azadlıqdan məhrumetmə cəzası 6 ilə endirilmiş, Cavabdeh3 məxsus ünvan 3 ünvanında yerləşən mənzilin müsadirə edilərək, onun realizə edilməsi nəticəsində əldə ediləcək pul vəsaitinin zərərçəkmiş şəxs və mülki İddiaçı dəymiş maddi ziyanın qalan hissəsinin ödənilməsinə sərf edilməsi qərara alınmışdır. Məhkəmənin hökmü xx.xx.2018-ci il tarixdə qanuni qüvvəyə minmişdir. - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(008)-2169/2019 saylı qətnaməsinə əsasən, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi üzərində Cavabdeh1 2/3 hissədə, Cavabdeh3 1/3 hissədə pay hüququnun müəyyən edilməsi qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)- 511/2023 nömrəli qətnaməsindən görünür ki, iddiaçılar Cavabdeh1 və X1 cavabdehlər "xxxx" MMC-yə və X5 qarşı “protokol və hərracın yekunları üzrə alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2545/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçılar tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2545/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilərək, ünvan 1 ünvanında yerləşən mənzilin satılmasına dair "xxxx" MMC tərəfindən keçirilmiş hərracın yekunlarına dair xx.xx.2019-cu il tarixli, 99/1 saylı protokolun və "xxxx" MMC ilə X6 arasında bağlanmış xx.xx.2019-cu il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi qət edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin 1(102)-1863/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-511/2023 nömrəli qətnaməsindən cavabdeh "Capitals Auction” MMC tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 17 yanvar 2023-cü il tarixli, 2(103)- 511/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır. - “X2” nəzdində “X8" MMC-nin xx.xx.2023-cü il tarixli, 139/2023 saylı hərrac yekunları barədə protokolundan görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-455/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsinə, Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin 262-83169/15 saylı, xx.xx.2023-cü il tarixli sifarişinə əsasən, Cavabdeh3 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, S.İbadağa küçəsində, 1430,6 kv.metr torpaq sahəsində yerləşən 15 saylı, 2 mərtəbəli, 24.4 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi 105.000 manata İddiaçı satılmışdır. - Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Bilgəh qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 5-18-3/2609/2023 saylı arayışından görünür ki, arayış Cavabdeh3 ona görə verilmişdir ki, Bilgəh qəsəbəsi, Rəşid Behbudov (keçmiş S.İbadağa küçəsi) ev 15 ünvanında 1 otaqlı, ümumi sahəsi 16,8 km.m olan mənzil ona məxsusdur. Ailə tərkibi Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 ibarətdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin 1(102)-2025/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən, Cavabdeh3 barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının xx.xx.2018-ci il tarixli qərarının Cavabdeh3 məxsus ünvan 3 ünvanında yerləşən mənzilin müsadirə edilərək, realizə edilməsi nəticəsində əldə ediləcək pul vəsaitinin zərərçəkmiş şəxs və mülki İddiaçı dəymiş maddi ziyanın qalan hissəsinin ödənilməsi hissəsində ləğv edilməsi, cinayət işinin həmin hissədə yeni apellyasiya baxışına təyin edilməsi qərara alınmışdır. - Bakı Apellyasiya Məhkəməsinin 1(103)-104/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən, Cavabdeh3 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(103)-455/2017 saylı hökmü ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin müsadirə edilərək onun realizə edilməsi nəticəsində əldə ediləcək pul vəsaitinin zərərçəkmiş şəxs (mülki iddiaçı) İddiaçı dəymiş maddi ziyanın qalan hissəsinin ödənilməsinə sərf edilməsi hissəsində dəyişdirilməsi, zərərçəkmiş şəxs (mülki iddiaçı) İddiaçı dəymiş maddi ziyanın qalan hissəsinin ödənilməsinin ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin Cavabdeh3 məxsus 1/3 pay hissəsinə yönəldilməsi qərara alınmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin 1(102)-2029/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Cavabdeh3 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə mülki iddianın həlli ilə bağlı məsələyə dair Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının qeyd olunan qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinin təmin edilməməsi, hökmün kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 ilə Cavabdeh3 iddia predmeti olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini birgə nikah dövründə əldə etmişlər. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə həmin fərdi yaşayış evinin üzərində Cavabdeh1 2/3 hissədə, Cavabdeh3 1/3 hissədə pay hüququ müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının xx.xx.2018-ci il tarixli qərarına əsasən, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmiş, Cavabdeh3 məxsus ünvan 3 ünvanında yerləşən mənzilin müsadirə edilərək, onun realizə edilməsi nəticəsində əldə ediləcək pul vəsaitinin zərərçəkmiş şəxs və mülki İddiaçı dəymiş maddi ziyanın qalan hissəsinin ödənilməsinə sərf edilməsi qərara alınmışdır. İcra vərəqəsi üzrə icraat başlanılmış, fərdi yaşayış evi "X8" MMC tərəfindən hərraca çıxarılmış, xx.xx.2023-cü ildə keçirilmiş hərracda İddiaçı hərracın qalibi olmuş, hərracın nəticələri xx.xx.2023-cü il tarixli 139/23 saylı protokolla rəsmiləşdirilmişdir. İddiaçı Cavabdeh3 və ailə üzvlərinə qarşı hazırkı iddianı qaldıraraq, onların fərdi yaşayış evindən və həmin evin yerləşdiyi torpaq sahəsindən çıxarılmaları, həmin fərdi yaşayış evinin və torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin müəyyən olundu ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 1(102)-2025/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən, Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının xx.xx.2018-ci il tarixli qərarı Cavabdeh3 məxsus ünvan 3 ünvanında yerləşən mənzilin müsadirə edilərək, realizə edilməsi nəticəsində əldə ediləcək pul vəsaitinin zərərçəkmiş şəxs və mülki İddiaçı dəymiş maddi ziyanın qalan hissəsinin ödənilməsi hissəsində ləğv edilmiş, cinayət işinin həmin hissədə yeni apellyasiya baxışına təyin edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 1(103)-104/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(103)-455/2017 saylı hökmü ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin müsadirə edilərək onun realizə edilməsi nəticəsində əldə ediləcək pul vəsaitinin zərərçəkmiş şəxs (mülki iddiaçı) İddiaçı dəymiş maddi ziyanın qalan hissəsinin ödənilməsinə sərf edilməsi hissəsində dəyişdirilməsi, zərərçəkmiş şəxs (mülki iddiaçı) İddiaçı dəymiş maddi ziyanın qalan hissəsinin ödənilməsinin ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin Cavabdeh3 məxsus 1/3 pay hissəsinə yönəldilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 1(102)-2029/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə kassasiya protestinin təmin edilməməsi, qərarın kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 224.1-ci maddəsinə əsasən, paylı və ya birgə mülkiyyət mülkiyyətçisinin başqa əmlakı kifayət etmədikdə onun kreditoru borclunun ümumi əşyadakı payına tutmanın yönəldilməsi üçün həmin payın ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 224.2-ci maddəsinə əsasən, əgər payın naturada ayrılması mümkün deyildirsə və ya paylı və ya birgə mülkiyyətin qalan iştirakçıları buna etiraz edirlərsə, kreditorun ixtiyarı var ki, borclunun öz payını bazar qiyməti ilə ümumi mülkiyyətin qalan iştirakçılarına satmasını və satışdan əldə edilmiş vəsaitin borcun ödənilməsinə yönəldilməsini tələb etsin. Ümumi mülkiyyətin qalan mülkiyyətçiləri borclunun payını almaqdan imtina etdikdə kreditorun ixtiyarı var ki, tutmanın borclunun ümumi mülkiyyət hüququndakı payına onun açıq hərracdan satılması yolu ilə yönəldilməsini məhkəmə qaydasında tələb etsin. Borclunun ümumi mülkiyyət hüququndakı payı ipoteka predmeti olduqda, həmin paya tutmanın yönəldilməsi “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada həyata keçirilir. Həmin Məcəllənin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə əsasən, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Həmin Məcəllənin 416.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 416.2-ci maddəsinə əsasən Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən, ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən, Ər-arvaddan birinin öhdəlikləri üzrə ödəmə yalnız onun şəxsi əmlakına və ər-arvadın ümumi əmlakı bölünərkən həmin əmlakdan ona çata biləcək paya yönəldilə bilər. Qeyd olunanlara əsasən məhkəmə bu qənaətə gəlir ki, İddiaçı ilkin iddia üzrə cavabdehlərə qarşı “evdən və torpaq sahəsindən çıxarılma, evin və torpaq sahəsinin təhvil verilməsi” tələbi barədə iddiası qanunsuz və əsassız olduğundan, eləcə də, onun torpaq sahəsinə münasibətdə subyektiv hüququ mövcud olmadığından, ilkin iddia təmin edilə bilməz. “Hərracın nəticələrinə dair protokolun etibarsız hesab edilməsi” bardə qarşılıqlı iddianın təmini üçün isə, qanuni əsaslar mövcuddur. Belə ki, barəsində hərrac keçirilmiş daşınmaz əmlak Cavabdeh3 ilə Cavabdeh1 birgə nikah dövründə əldə edildiyindən və Cavabdeh3 həmin əmlak üzərində 1/3 hissədə mülkiyyət hüququna malik olduğundan, sonuncunun borcuna görə tələb bütün əmlaka yönəldilə bilməzdi. Hərracın təşkili zamanı Mülki Məcəllənin 224.2-ci maddəsinin tələbləri nəzərə alınmamışdır. İlkin iddia rədd, qarşılıqlı iddia təmin edildiyindən, ilkin iddia qaldırılması üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu İddiaçı özünə aid edilməli, qarşılıqlı iddia üzrə ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi İddiaçı və “X8” MMC-dən müştərək qaydada tutularaq Cavabdeh3 xeyrinə ödəniməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmin Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ : İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 qarşı “evdən və torpaq sahəsindən çıxarılma, evin və torpaq sahəsinin təhvil verilməsi” tələbinə dair ilkin iddiası rədd edilsin. İlkin iddia üzrə ödənilmiş dövlət rüsumu ilkin iddia üzrə iddiaçıya aid edilsin. Qarşılıqlı iddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin satılmasına dair “X8” MMC tərəfindən keçirilmiş xx.xx.2023-cü il tarixli 139/23 saylı protokol etibarsız hesab edilsin. Qarşılıqlı iddia üzrə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun əvəzi qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və “X8” MMC-dən müştərək qaydada qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №e-2(008)-90/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-90/2025
10.04.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver