Məhkəmə qərarları › İş №e-2(008)-919/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-919/2025

24.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-919/2025 24.01.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Cəfərli Nilufər Arif qızı, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc tələbi” barədə iddia ərizəsi üzrə mülki işə iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1636.13 manat sığorta ödənişinin, 37 (otuz yeddi) manat dövlət rüsumu və 1 (bir) manat xidmət haqqı, cəmi 1674.13 (min altı yaz yetmiş dörd manat on üç qəpik) manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə Cavabdeh2 mülkiyyətində olmuş, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh1 oğlunun idarə etdiyi “X6 minik” markalı ** CY *** dövlət nömrə nişanlı avtomobillə X2 idarə etdiyi “Hyundai Avante minik ” markalı ** GF *** nömrə nişanlı avtomobillə toqquşaraq yolnəqliyyat hadisəsi törətmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində Cavabdeh1 təqsirli bilinmiş və AR İXM-in 327.1-ci və 327.6-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, PBA ********** saylı sığorta şəhadətnaməsinin surətindən müəyyən olunur ki, ** CY *** dövlət qeydiyyat nişanlı “X6 minik” markalı dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün üçüncü şəxslər qarşısında mülki məsuliyyəti Bakı Siğorta ASC tərəfindən “icbari sığorta” qaydasında sığortalanmışdır. İddia ərizəsinə əlavə edilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə ARAYİŞ” (Forma 4) dan müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi törədilən vaxt ** CY *** dövlət qeydiyyat nişanlı “X6 minik” markalı avtomobilin mülkiyyətçisi Cavabdeh2 olmuşdur. İddia ərizəsinə əlavə edilmiş “İcbari Sığorta Bürosu” nun informasiya sistemindən çıxarışdan göründüyü kimi, hadisə törədilən vaxt zərər dəymiş ** GF *** dövlət nömrə nişanlı “Hyundai Avante minik” markalı avtomobilin sahibinin üçüncü şəxslər qarşısında mülki məsuliyyəti "xxxx" ASC tərəfindən “icbari sığorta” qaydasında sığortalanmışdır. İddia ərizəsinə əlavə edilmiş "xxxx" ASC -nin zərər aktından müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi nəticəsində ** GF *** dövlət nömrə nişanlı “Hyundai Avante minik” markalı avtomobilə 1300 (bir min üç yüz) manat məbləğində ziyan dəymişdir. İddia ərizəsinə əlavə edilmiş "xxxx" ASC -nin sığorta aktından və ödəniş tapşırığından müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi əticəsində ** GF *** dövlət nömrə nişanlı “Hyundai Avante minik” markalı avtomobilə dəymiş zərərlə bağlı 1300 (bir min üç yüz) məbləğində sığorta ödənişi hadisə anında həmin avtomobilin mülkiyyətçisi olmuş zərərçəkmiş şəxsə ödənilmişdir. İddia ərizəsinə əlavə edilmiş sığortaçılar arasında keçirilmiş nettinqin nəticəsinə əsasən dəymiş zərərlə bağlı 1300 manat qarşılığında 1636.13 (bir min altı yüz otuz altı manat, on üç qəpik) manat məbləğində vəsait ASC-nin depozit hesabından "xxxx" ASC-nin xeyrinə tutulmuşdur. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, BS-S-24/1768 saylı pretenziya məktubundanmüəyyən olunur ki, cavabdehlə mübahisənin nizama salınması üçün ASC tərəfindən ona geriyə tələb məktubu göndərilmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. xx.xx.2024-cü il tarixli ZBT3718/24 nömrəli ödəniş aktından görünür ki, xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı təqisrli sürücü Cavabdeh1 Bakı siğorta ASC-də icbari siğorta müqaviləsi ilə Bakı Siğorta X7 markalı ** CY *** dövlət qeydiyyat nişanlı avtomobillə Qala Siğorta ASC-də siğortalı olan Hyundai/Avante markalı 77GF020 dövlət qeydiyyat avtomobilə zərə dəymişdir. Dəymiş zərərin məbləği 1300 manat müəyyən edilmişdir. Dəymiş ziyanın məbləği Hyundai/Avante markalı 77GF020 dövlət qeydiyyat avtomobilin mülkiyyətçisi X3 ödənilməsi müəyyənləşdirilmişdir. xx.xx.2024-cü il tarixli İnzibati tənbej vermə haqqında qərarın surətindən görünür ki, 09.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı təqisrli sürücü Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 327.1 və 327.6-cı maddələri ilə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə edilmişdir. - "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2024-ci il tarixli zərər dəymiş avtomobilin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, ** GF *** dövlət nömrə nişanlı “Hyundai Avante minik ” markalı avtomobilə dəymiş zərərin həcmi 1300 (min üç yüz) manat təşkil edir. xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, Qala siğorta ASC tərəfindən X4 oğluna 1300 manat məbləğində pul ödənmişdir. PBA********** nömrəli icbari siğorta şəhadətnaməsinin çıaxrışından görünür ki, Cavabdeh2 mülkiyyətində olan 2018-ci il buraxlışlı X7 minik markalı 50CH482 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2024-cü il tarixdən .xx.xx.2025-ci il tarixədək Bakı Siorta ASC-də icbari sğorta ilə siğortalanmışdır. Abşeron rayon Polis İdarəsindən verilmiş çıxarışdan görünür ki, Cavabdeh2 mülkiyyətində olan 2018-ci il buraxlışlı X7 minik markalı 50CH482 dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədə idarə etmə hüququnu verən etibarnamə vermişdir etibarnamə xx.xx.2024-cü ildə xitam verilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, baş vermiş sığorta hadisəsinə görə "xxxx" Açıq Səhmdar Cəmiyyəti zərərçəkən Hyundai Avante minik ” markalı ** GF *** nömrə nişanlı avtonəqliyyat vasitəsinin sahibinə 1636.13 manat sığorta ödənişi həyata keçirmiş və subroqasiya qaydasında ödənilmiş sığorta ödənişini tələb etmək hüququ yaranmışdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə əsasən yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 81-ci maddəsinə əsasən bu Qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-21.3-cü maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 926.3-cü maddəsinə əsasən sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunvericiliyi ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan - fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir. Həmin Qanunun 6.2-ci maddəsinə əsasən mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən bu Qanunun Xüsusi hissəsində başqa cür müəyyən edilməmişdirsə, icbari sığorta müqaviləsi 1 il müddətinə bağlanılır. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən icbari sığorta şəhadətnaməsi icbari sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən sənəddir. Həmin Qanunun 9.2-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi sığortaçı tərəfindən müvafiq sığorta şəhadətnaməsinin sığortalıya və ya sığorta olunana verilməsi yolu ilə bağlanır. Həmin Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. İcbari Sığorta Haqqında Azərbaycan Respublikası qanununu 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, 25-ci maddəsinə əlavə olaraq avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, "xxxx" ASC-də icbari siğorta ilə siğortalı olan «X7” markalı, ** CY *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh1 xx.xx.2024-cü il tarixdə yol nəqliyyat hadisəsi törədərək, Qala Siğorta ASC-də İcbari Siğorta müqaviləsi ilə siğorta olunan “Hyundai Avante minik ” markalı ** GF *** nömrə nişanlı avtomobillə zərər yetirmişdir. Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-cı maddələrində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli hesab edilmişdir. Qala siğorta ASC tərəfindən tərtib edilmiş qiymətləndirmə aktından məlum olurki, hadisə nəticəsində “Hyundai Avante minik ” markalı ** GF *** nömrə nişanlı avtomobillə 1300 manat ziyan dəymişdir. İş matriallarından görünür ki, “Hyundai Avante minik ” markalı ** GF *** nömrə nişanlı avtomobilin icbari sğortaçısı mülkiyyətçiyə dəymiş 1300 manat ziyanı ödəmi, bundan sonra siğortaçı təqsirli sürücünün idarə etdiyi avtomobilin siğortaçısı olan iddiaçıdan dəymiş zərəri geri ödənilməsini xahiş etmiş, iddiaçı isə öz növbəsində sözügedən məbləği Qala siğorta ASCyə ödəmişdir. Hazırda iddiaçı təqsirli nsürücüdən ödəmiş olduğu pulu geri tələb edir. Cavabdeh1 barəsində tərtib edilmiş inzivati xəta haqqında protokol və qərardan da məlum olur ki, xx.xx.2024-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh1 hadisə yerindən yayınmışdır. Ona görə də iddiaçının cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır. Lakin iddiaçı cavabdehdən 1300 manat deyildə 1636.13 manat tələb etsədə, məhkəmə hesab edir ki, digər avtomobilə 1300 manat zərər dəymiş olduğu və məhz həmin məbləğin siğortaçılar tərəfindən zərər dəyilmiş avtomobilin mülkiyyətçisinə ödənilməsi müəyyən edilmiş, iddiaçı digər siğorta şirkətinə 1300 manat deyildə 1636.13 manat ödəmiş olduğunu bildirsədə, hansı zərurətdən daha çox məbləğ ödədiyini iş matrialları ilə əsaslandıra bilmədiyindən iddia tələbi qismən 1300 manat hissədə təqsirli sürücüdən ödənilməsi təmin edilməlidir. İddiaçı ödəmiş olduğu pulu təqsirli sütrücü ilə abərabər avtomobili sürücüsündədəd tələb etsədə iş matriallarından görünür ki, yol-nəqliyyat hadisəsi baş verən zaman «X7” markalı, ** CY *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh2 Cavabdeh1 avtomobili idrə edməsinə dair etibarnamə vermiş olduğundan iddia tələbi Cavabdeh2 yönəlmiş hissəsdə təmin edilə bilməz. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, dövlət rüsumuda qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 284-5 və 284.6-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 1300 manat sığorta ödənişi və 33 (otuz üç) manat dövlət rüsumu və 1 (bir) manat xidmət haqqı, cəmi 1334 (bir min üç yüz otuz dört) manat iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. İddia tələbi digər hissələrdə və Cavabdeh2 münasibətdə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar