Məhkəmə qərarları › İş №e-2(009)-1221/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1221/2023

17.08.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1221/2023 17.08.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əzizli Əziz Seyfulla oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı “mənzilin təhvil verilməsi və s.” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə küçəsi, ev 17, blok 1, yaşayışın 10-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 140, kv.m olan 3 otaqlı mənzilin İddiaçı təhvil verilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması, İddiaçı həmin mənzil üzərində sahiblik və istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanda inşa edilmiş yaşayış binasının 1-ci blokunun, 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 140 kv.m olan 3 otaqlı mənzilə dair onunla Cavabdeh arasında 20 may 2013-ci il tarixində müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə görə «Payçı» Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanda inşa edilən çoxmərtəbəli binanın tikintisini «Podratçıya» həvalə edir. 1.2-ci «Podratçı» tikintiquraşdırma işlərini layihə sənədlərinə uyğun qüsursuz və Dövlət Tikinti Komitəsi tərəfindən təsdiq olunmuş tikinti norma va qaydalarına və qəbul olunmuş standartlara uyğun yerinə yetirir. «Podratçı» aşağıdakı tikinti quraşdırma işlərini yerinə yetirir: 1) Binanın bütün dəmir-beton və hörgü-suvaq işləri. 2) Binanın daxili divar və arakəsmələrin hörülməsi və suvanması. 3) Binaya xarici elektrik xətlərinin çəkilməsi və avtonom transformator mərkəzinin quraşdırılması. 4) Binanın fasadındakı pəncərə və eyvan qapılarının plastikdən hazırlanması və şüşə paketlə şüşələnməsi. 5) Binanın daxili su kəməri və kanalizasiya xətləri (stoyakların) quraşdırılması və sınanması. 6) Xarici su kəməri və kanalizasiya xətlərinin quraşdırılması və maqistral şəbəkəyə qoşulması. 7) Məhəllədaxili su anbarı nasos stansiyaların quraşdırılması. 8) Məhəllənin mühafizə zolağının yaradılması. 9) Ərazinin abadlaşdırılması. «Payçı» ona düşən 1-ci blok 11-ci mərtəbə 3 (üç) otaqlı, tam sahəsi 140,3 kv.m olan mənzilin hər 1 kv.m-i üçün 850 (səkkiz yüz əlli) manat, cəmi 119.255 (yüz on doqquz min iki yüz əlli beş) manat məbləğində pulu podratçıya ödəməyi öhdəsinə götürür. «Payçı» ilkin pay kimi tam məbləği 119.255 (yüz on doqquz min iki yüz əlli beş) manat məbləğində pulu müqavilə bağlandığı gündən 3 gün müddətində ödəyir. Müqavilə bağlandıqdan sonra, müqavilə üzrə üzərinə götürdüyü öhdəliklər onun tərəfindən icra edilmiş, mənzilin ümumi dəyəri olan 119.255 manat məbləğində vəsait Cavabdeh MTK-ya ödənilmişdir. Mənzilin dəyərinin tərəfindən ödənilməsi barədə Cavabdeh MTK tərəfindən xx.xx.2013-cü il tarixli, 014501-1 nömrəli kassa mədaxil orderi qəbzi və maliyyə arayışı ilə təsdiq olunur. Qeyd edilən sənədlərdə göstərilir ki, 119.155 manat Cavabdeh MTK-nın kassasına mədaxil edilmiş, onun MTK-ya heç bir borcu yoxdur. Bundan sonra mübahisəli mənzil Cavabdeh MTK tərəfindən ona təhvil verilmiş, mənzilə giriş qapısı açaraq, qapının açarları daimi onda olmuşdur. Lakin 2021-ci ilin dekabr ayında ona məlum olmuşdur ki, mülkiyyətində olan mənzilin giriş qapısının açarı Cavabdeh MTK tərəfindən onun xəbəri olmadan dəyişdirilmişdir. Bundan sonra Cavabdeh MTK ilə həyat yoldaşı X4 ilə Cavabdeh arasında 19 may 2022-ci il tarixdə aşağıdakı “Qarşılıqlı Razılaşma” imzalanmışdır. Mən Cavabdeh X1 yazaraq bildirirəm ki, X6 oglu (Ş/VAZE ********) ünvan 2 ünvanında yerləşən "xxxx" MTK tərəfindən inşa edilən yüksəkmərtəbəli yasayış binasının 1 blok, yaşayışın 10-cu mərtəbəsinə yerləşən, ümümi sahəsi 140,3 k.m. olan 3 otaqlı mənzili əldə etmişdir. xx.xx.2022-ci il tarixində X4 şirkətə müraciət edərək mübahisəli mənzilin şirkət tərəfindən satılmasına və ya MTK-nın öz vəsaiti hesabına qarşılıqlı razılaşmaya əsasan ona 150.000 (yüz əlli min) manat ödənilməsini xahiş etdi. Bu təklif "xxxx" MTK-nin təsisçiləri tərəfindən müzakirə edilərək buna müsbət razılıq verilmişdir. Belə ki, qarşılıqlı razılaşmaya əsasən Cavabdeh, müəyyən edilmiş 150.000 (yüz əlli min) manat vəsaitdən ilkin avans olaraq 30.000 (otuz min) manat ödəməyi, qalan 120.000 manat vasaiti isə hissə-hissə 4 (dörd) ay müddətinə, yəni hər ay 30.000 (otuz min) manat ödəməklə xx.xx.2022-ci il tarixədək X3 tam ödəməyi öhdəsinə götürmüşdür. Lakin yuxarıda qeyd olunan müqavilənin və qarşılıqlı razılaşmanın qüvvədə olmasına baxmayaraq, Cavabdeh müqavilənin və razılaşmanın şərtlərini pozmuş, MTK nə mənzilin əvəzinə razılaşdırılmış məbləğin qalığı olan 120.000 manatı ona ödəmir, nə də ki, mənzili ona təhvil vermir. Halbuki, MTK tərəfindən həmin mənzilin ona məxsus olması, və mənzilin dəyərinin tərəfindən ödənilməsi barədə kassa mədaxil orderi və maliyyə arayışı vardır. Cavabdeh müqavilədə qeyd olunan mənzili ona təhvil verməkdən imtina edir, həmin mənzilin ona təhvil verilməsinə Cavabdeh tərəfindən maneələr törədilir. Cavabdeh tərəfindən onun mülkiyyət hüquqları kobud şəkildə pozulur. Həmin mənzilin dəyərini ödəyərək mənzilə mülkiyyət hüququ əldə etmişdir. Cavabdehə dəfələrlə şifahi və yazılı müraciət edərək, ya ona məxsus mənzilin dəyəri olan pulu, ya da mənzilin ona təhvil verilməsini xahiş etmişdir. Lakin cavabdeh aralarında bağlanmış müqavilənin şərtlərini pozaraq nə pulu, nə də mənzili ona təhvil verməmiş və onun mülkiyyət hüquqlarımı pozmuşdur. Mənzili təmir etməyə “MARS-A" Mənzil Tikinti Kooperativinin sədri A.Abduləzimov maneəçilik törədir, həmin mənzil üzərində sahiblik və istifadə hüquqlarını pozur. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Yuxarıdakı sadaladığı halları əsas gətirərək hesab edir ki, iddia tələbi tam əsaslıdır və təmin olunmalıdır. Qeyd olunan müqavilələr üzrə mənzil istifadəsinə, sahibliyinə və mülkiyyətinə verilməli, mənzil ona təhvil verilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Buna görə də, məhkəmə cavabdehin nümayəndəsinin iclasa gəlməməsini üzrsüz hesab edərək işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 20 may 2013-cü il tarixli müqavilədən görünür ki, «Payçı» Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanda inşa edilən çoxmərtəbəli binanın tikintisini «Podratçıya» həvalə edir. 1.2-ci «Podratçı» tikinti-quraşdırma işlərini layihə sənədlərinə uyğun qüsursuz və Dövlət Tikinti Komitəsi tərəfindən təsdiq olunmuş tikinti norma va qaydalarına və qəbul olunmuş standartlara uyğun yerinə yetirir. «Podratçı» aşağıdakı tikinti quraşdırma işlərini yerinə yetirir: 1) Binanın bütün dəmir-beton və hörgüsuvaq işləri. 2) Binanın daxili divar və arakəsmələrin hörülməsi və suvanması. 3) Binaya xarici elektrik xətlərinin çəkilməsi və avtonom transformator mərkəzinin quraşdırılması. 4) Binanın fasadındakı pəncərə və eyvan qapılarının plastikdən hazırlanması və şüşə paketlə şüşələnməsi. 5) Binanın daxili su kəməri və kanalizasiya xətləri (stoyakların) quraşdırılması və sınanması. 6) Xarici su kəməri və kanalizasiya xətlərinin quraşdırılması və maqistral şəbəkəyə goşulması. 7) Məhəllədaxili su anbarı nasos stansiyaların quraşdırılması. 8) Məhəllənin mühafizə zolağının yaradılması. 9) Ərazinin abadlaşdırılması. «Payçı» ona düşən 1-ci blok 11-ci mərtəbə 3 (üç) otaqlı, tam sahəsi 140,3 kv.m olan mənzilin hər 1 kv.m üçün 850 (səkkiz yüz əlli) manat, cəmi 119.255 (yüz on doqquz min iki yüz əlli beş) manat məbləğində pulu podratçıya ödəməyi öhdəsinə götürür. «Payçı» ilkin pay kimi tam məbləği 119.255 (yüz on doqquz min iki yüz əlli beş) manat məbləğində pulu müqavilə bağlandığı gündən 3 gün müddətində ödəyir. Müqavilə bağlandıqdan sonra, müqavilə üzrə üzərinə götürdüyü öhdəliklər onun tərəfindən icra edilmiş, mənzilin ümumi dəyəri olan 119.255 manat məbləğində vəsait Cavabdeh MTK-ya ödənilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, İddiaçı MTK-ya borcu yoxdur. İş materiallarında olan xx.xx.2013-cü il tarixli, 014501-1 saylı kassa mədaxil orderi qəbzindən, maliyyə arayışından görünür ki, İddiaçı MTK-ya mənzil üçün 119255 manat pul ödəmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh MTK arasında Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanda inşa edilmiş çoxmərtəbəli yaşayış evinin 11-ci mərtəbəsində yerləşən, tam sahəsi 140.3 kv.m olan yaşayış mənzilin tikintisinə dair xx.xx.2013-cü il tarixdə müqavilə bağlanılmışdır. Əmlakın dəyəri iddiaçı tərəfindən Cavabdeh MTK-ya ödənilmiş və bununla bağlı müvafiq kassa mədaxil orderləri və maliyyə arayışları verilmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında hüquq münasibətləri 2013-cü il tarixdə yarandığından, hazırki mübahisəyə həmin vaxt qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəllənin 178-ci maddəsinin tələbləri baxımından hüquqi qiymət verilməlidir. xx.xx.2017-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəllənin 178.8-ci maddəsinə əsasən, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Azərbaycan Respublikasının Konistutsiya Məhkəməsinin Plenumun Mülki Məcəllənin 178.8-ci maddəsinin şərh edilməsinə dair 25 oktyabr 2010-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Göründüyü kimi qanunvericiliyin bu tələblərinə əsasən iddiaçı tərəfindən mübahisəli mənzilin pay haqqı tam ödənildikdən sonra o, həmin mənzil üzərində istifadə və sahiblik hüquqları əldə etmişdir. Lakin buna baxmayaraq iddiaçı mübahisəli mənzilin ona təhvil verilməsi və mənzildə təmir-tikinti işlərinin aparılması ilə bağlı cavabdehə müraciət etsə də, sonuncu mənzili təhvil verməkdən imtina etmiş və iddiaçıya mənzil üzərində olan istifadə və sahiblik hüquqlarının həyata keçirilməsinə maneçilik törətmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı mübahisəli mənzilin pay haqqı tam ödənildikdən sonra həmin mənzil üzərində istifadə və sahiblik hüquqları əldə etsə belə həmin daşınmaz əmlaka gələcəkdə iddiaçı həyat yoldaşı X4 ilə mülkiyyət hüququ əldə etmək hüquqları olduğundan onlardan hər biri paylarına uyğun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün müvafiq inzibati orqana müraciət edə bilər. Bu səbəbdən məhkəmə hesab edir ki, tələb bu hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Cavabdeh MTK müqavilələr üzrə mənzilin tikilib iddiaçıya təhvil verilməsi öhdəliyini üzərinə götürsə də, həmin öhdəlik onun tərəfindən yerinə yetirilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Məhkəmə hesab edir ki, mübahisəli mənzilə dair müqavilə 2013-cü il tarixdə bağlanıldığından və iddiaçı binanın hazırda tikintisinin başa çatmasını iddia etdiyindən, lakin cavabdeh iddiaçıya mənzili təhvil verməkdən və orada sahibilk və istifadə hüquqlarının həyata keçirilməsi, mənzildə təmir işlərinin aparılması ilə bağlı maneçilik törətdiyindən, iddia tələbi həmin hissədə əsaslıdır və təmin edilməlidir. Məhkəmə hesab edir ki, İddiaçı müqavilə üzrə öhdəliklərini tam icra etdiyindən cavabdeh MTK müqavilələr üzrə öhədliklərini icra etməli, mənzili iddiaçıya təhvil verməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsasən 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumunun 80 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissə: Şərh olununlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə küçəsi, ev 17, blok 1, yaşayışın 10-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 140, kv.m olan 3 otaqlı mənzil Cavabdeh MTK tərəfindən İddiaçı təhvil verilsin. Həmin mənzildən iddiaçının sahiblik və istifadə etmə hüquqlarını məhdudlaşdıran hərəkətlərin edilməsi Cavabdeh MTK-ya qadağan edilsin. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun 80 (səksən) manatı cavabdehdən tutularaq iddiaçıya ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar