Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-1271/2022 30.08.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı2, iddiaçıların nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğunun nümayəndəsi, cinayət təqibindən kənar icraatlar idarəsinin böyük prokuroru, kiçik ədliyyə müşaviri Nümayəndə iştirakları ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 – cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə və Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı “əmlakın həbsdən azad edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 – cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “əmlakın həbsdən azad edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 16,8 kv. metr mənzilin həbsdən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı2 Azərbaycan Respublikası CMnin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı Ağır Cinayətlər məhkəməsinin 19 oktyabr 2017-ci il tarixli, 1(101)-455/17 saylı hökmü ilə İddiaçı2 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 09 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilməsi, mülki iddiaçı X4 mülki iddiası qismən təmin edilərək, 212.500 ABŞ dollarının təqsirləndirilən şəxsdən tutlaraq ona ödənilməsi, cinayət işi üzrə ibtidai istintaq zamanı üzərinə həbs qoyulmuş ünvan 2 ünvanda yerləşən ümu sahəsi 16,8 kv.metr mənzilin müsadirə edilərək mülki iddianın ödənilməsinə sərf edilməsi hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 16 yanvar 2018-ci il tarixli 1(103)-82/18 saylı qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 oktyabr 2017-ci il tarixli, İş № 1(101)-455/17 saylı hökmünün dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İddiaçı2 təqsirləndirilməsinə dair cinayət işinin materiallarından göründüyü kimi, ünvan 2 ünvanda yerləşən mənzilin cinayət nəticəsində əldə olunmuş əmlak olmasına dair hər hansı hal sübuta yetirilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı2, iddiaçıların nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçıların nümayəndəsi əlavə olaraq bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 iyun 2002-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin” dəqiq Siyahısına əsasən də mübahisə predmeti olan əmlak müsadirə oluna bilməzdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğunun nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək, qeyd edilən əmlakın qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müsadirə edildiyini, bu səbəbdən də əmlakın həbsdən azad edilməsinə dair iddianın əsassız və qanunsuz olduğunu, hökmdən narazı qalan şəxslərin müvafiq qaydada hökmdən şikayət vermək hüquqlarının olduğunu bildirərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini iş materialları əsasında nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 oktyabr 2017-ci il tarixli hökmündən görünür ki, İddiaçı2 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 9 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, təyin edilmiş cəzanın çəkilməsinin əvvəli 24 may 2016-cı il tarixdən hesab edilərək, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində qətimkan tədbiri qismində seçilmiş həbs hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, zərərçəkmiş şəxs və mülki iddiaçı X5 vurulmuş manat məzənnəsi ilə 395.631,8 manat təşkil edən ümumilikdə - 462.500 ABŞ dolları məbləğində maddi ziyanın 250.000 ABŞ dollan hissəsinin ödənilməsinin nəzərə alınması, zərərçəkmiş şəxs və mülki iddiaçı X4 mülki iddiası qismən, yəni ittiham həcmində təmin olunması, bununla da, zərərçəkmiş şəxs və mülki iddiaçı X5 vurulmuş maddi ziyanın ödənilməmiş qalan 212,500 ABŞ dolları məbləğində hissəsinin İddiaçı2 tutularaq ona ödənilməsi, həmçinin zərərçəkmiş şəxs və mülki iddiaçı X4 əldən çıxmış fayda kimi 255.000 ABŞ dollarının İddiaçı2 tutulub ona ödənilməsi ilə bağlı tələbi baxılmamış saxlanılması və ona həmin tələblə mülki mühakimə icraatı qaydasında məhkəməyə iddia vermək hüquqlarının olması izah edilməsi, İddiaçı2 məxsus ünvan 3 ünvanında yerləşən mənzil müsadirə edilərək, onun realizə edilməsi nəticəsində əldə ediləcək pul vəsaitinin zərərçəkmiş şəxs və mülki iddiaçı X5 dəymiş maddi ziyanın qalan hissəsinin ödənilməsinə sərf edilməsi hökm edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 1(103)-82/18 saylı, 16 yanvar 2018-ci il tarixli qərarından görünür ki, İddiaçı2 Azərbaycan Respublikası CM-nin 178.3.2ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 oktyabr 2017-ci il tarixli hökmü dəyişdirilmiş, İddiaçı2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti 09 (doqquz) il müddətindən 06 (altı) il müddətinə endirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsindən məhkəmənin sorğusuna verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 5(003)-279/2016 saylı qərarına əsasən ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi üzərinə müvəqqəti nəzarət qoyulmuş, daha sonra, sözügedən fərdi yaşayış evi üzərinə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 8(008)-429/2018-ci il tarixli qərardadına əsasən həbs qoyulmuş, əlavə olaraq bildirirlər ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2169/2019 saylı qətnaməsinə əsasən “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanunun 21.2ci maddəsini rəhbər tutaraq daşınmaz əmlakın üzərinə müvəqqəti nəzarət qoyulmuşdur. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2169/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, S.İbadağa küçəsində yerləşən yaşayış sahəsi 16,8 kv.metr olan bir otaqdan ibarət 15 nömrəli yaşayış evi üzərində İddiaçı1 2/3 hissədə, cavabdeh İddiaçı2 isə 1/3 hissədə pay hüququ müəyyən edilmişdir. İş materiallarında olan X3 xx.xx.2019-cu il tarixli, 99/1 saylı protokoldan görünür ki, Sabunçu rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli sifarişinə əsasən "xxxx" MMC tərəfindən İddiaçı2 məxsus ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 16,8 kv.metr mənzil 110000 manat ilkin satış qiyməti ilə hərraca çıxarılmış, “İpoteka haqqında” Qanunun 43.5 və 43.7-ci maddələrinə əsasən ilkin satış qiymətindən əvvəlcə 10%, sonradan isə daha 20% endirməklə qiyməti – 77000 manata X2 və həmin protokol əsasında sözü gedən əmlakın X1 dair xx.xx.2019-cu il tarixli alqı-satqı Müqaviləsi bağlanmışdır. İş materiallarında olan iddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə ünvanlanmış iddia ərizəsindən görünür ki, iddiaçılara məxsus ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 16,8 kv.metr mənzilin satılmasına dair, "xxxx" MMC tərəfindən keçirilmiş və xx.xx.2019-cu il tarixli 99/1 saylı protokol və "xxxx" MMC ilə X7 arasında bağlanmış xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddia ərizəsi icraata götürülərək hazırlıq iclasına təyin olunmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 253-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsə aidiyyəti olmayan əmlak üzərinə səhvən həbs qoyulduğunu hesab edən şəxslər cinayət prosesini həyata keçirən orqan qarşısında əmlakın həbsdən azad edilməsi barədə müraciət etmək hüququna malikdirlər. Cinayət prosesini həyata keçirən orqan müraciətin təmin edilməsindən imtina etdikdə və ya müraciət alındığı vaxtdan 10 (on) gün müddətində müraciət etmiş şəxsə məlumat vermədikdə, həmin şəxs əmlakın həbsdən azad edilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək hüququna malikdir. Tələbin kimin əmlakına yönəldilməsi məsələsi həll edilərkən əmlakın həbsdən azad edilməsi barədə iddia üzrə məhkəmənin qərarı müstəntiq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror, habelə cinayət işinə baxan məhkəmə üçün məcburidir. Həmin Məcəllənin 254.1-ci maddəsinə əsasən, cinayət işi üzrə məhkəməyədək icraat zamanı mülki iddiadan imtina edildikdə və ya cinayət təqibi üzrə icraata xitam verildikdə əmlak üzərinə məhkəmə tərəfindən qoyulmuş həbs müstəntiqin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorla razılaşdırılmış qərarına əsasən ləğv edilir. Məhkəmə icraatı zamanı və bu maddədə göstərilməyən digər hallarda əmlak üzərinə qoyulmuş həbs yalnız məhkəmənin qərarı əsasında ləğv edilə bilər. Məhkəmə və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror öz səlahiyyətləri daxilində cinayət təqibi orqanı tərəfindən qanunsuz üzərinə həbs qoyulmuş əmlakı həbsdən azad edir. (CPM-254.2) Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri cinayət işində iştirak etməyə cəlb olunmayan hökm və ya məhkəmənin digər yekun qərarı ilə maraqlarına toxunan şəxslərin müraciətinə əsasən apellyasiya instansiyası məhkəməsinin hökm və ya digər yekun qərarından bu Məcəllənin 408.2.4 - 408.2.5, 410, 413-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq təqdimat verir. Təqdimata baxılması bu Məcəllənin 414, 416—420-ci maddələrində nəzərdə tutulmuş müddəalara uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri bu səlahiyyətləri apellyasiya məhkəmələrinin sədrləri və ya Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi sədrinin təqdimatı əsasında da (yuxarıda göstərilmiş şəxslərin müraciətləri olduqda) həyata keçirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 24 fevral 2022-ci il tarixli Qərarında qərara alınmışdır ki, “1. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinin mənasına görə, cinayət işi üzrə icraat zamanı təqsirləndirilən şəxsə məxsus və müsadirə olunan əmlakın cinayətin törədilməsi nəticəsində əldə olunmasını və ya bu əmlakdan əldə olunmuş gəlir olmasını, yaxud cinayətin törədilməsi üçün istifadə olunan və ya istifadəsi nəzərdə tutulan silah, alət və ya sair vasitələr olmasını, habelə təqsirləndirilən şəxsə məxsus olmasa da, onun törətmiş olduğu cinayət nəticəsində əldə olunmuş əmlak olmasını təsdiq edən hallar sübuta yetirilməlidir.
2. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.3.2-ci maddəsinə müvafiq olaraq, məhkəmənin hazırlıq iclasında cinayət işi üzrə ibtidai araşdırma zamanı bu Məcəllənin tələblərinin pozulub-pozulmaması məsələsinə baxılır. Bu zaman mülki iddianın və ola biləcək xüsusi müsadirənin təmin edilməsi üçün görülmüş tədbirlərə məhkəmə müvafiq hüquqi qiymət verməlidir. Qeyd edilənlər məhkəmənin hazırlıq iclasında baş vermədiyi halda, məhkəmə baxışı zamanı siyahıya alınmış əmlakın həqiqətən təqsirləndirilən şəxsə mənsub olub-olmaması yoxlanılmalı, həbsin təqsirləndirilən şəxsə mənsub olmayan əmlakın üzərinə qoyulmasını təsdiqləyən hallar olduqda isə həmin əmlakın təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət nəticəsində əldə olunubolunmamasına hüquqi qiymət verilməli, gəlinmiş nəticəyə müvafiq olaraq həmin əmlakın siyahıdan çıxarılması, onun həbsdən azad olunması və qanuni sahibinə qaytarılmasına dair qərar qəbul edilməlidir.
3. Təqsirləndirilən şəxs olmayan, yaxud onun hərəkətinə görə qanunla maddi məsuliyyət daşımayan şəxsə mənsub olan əmlaka münasibətdə xüsusi müsadirə o halda tətbiq edilir ki, əmlakın həmin şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.3-cü maddəsində sadalanan şərtlərlə əldə edilməsinə dair əsaslı sübutlar mövcud olsun.
4. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin tələblərinə uyğun olaraq, cinayət mühakimə icraatına cəlb olunmamış, məhkəmə hökmü ilə maraqlarına toxunan şəxsin məhkəməyə apellyasiya şikayəti ilə müraciət etmək hüququnun tənzimlənməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin. Məsələ qanunvericilik qaydasında həll edilənədək Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsində və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə cinayət mühakimə icraatına cəlb olunmamış, məhkəmə hökmü ilə maraqlarına toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs qismində cinayət işi üzrə icraata cəlb edilə bilər. Belə cəlbetmə bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 55.1ci maddəsinə uyğun həyata keçirilməlidir.
5. Bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelər nəzərə alınmaqla Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinə əsasən məhkəmənin yekun qərarı ilə xüsusi müsadirə edilməli əmlakın kimə mənsub olması haqqında mübahisənin xüsusi icraat qaydasında tənzimlənməsi Azərbaycan Respublikasının Milli Məclisə tövsiyə edilsin.” Göründüyü kimi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qeyd olunan Qərarında Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin tələblərinə uyğun olaraq, cinayət mühakimə icraatına cəlb olunmamış, məhkəmə hökmü ilə maraqlarına toxunan şəxsin məhkəməyə apellyasiya şikayəti ilə müraciət etmək hüququnun tənzimlənməsinin Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilməsi, Məsələ qanunvericilik qaydasında həll edilənədək Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsində və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə cinayət mühakimə icraatına cəlb olunmamış, məhkəmə hökmü ilə maraqlarına toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs qismində cinayət işi üzrə icraata cəlb edilə bilməsi və belə cəlbetmənin bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə uyğun həyata keçirilməli olması nəticəsinə gəlmişlər. Hazırda iddiaçılar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarına, CPM-nin 253 və 254-cü maddələrinə istinad edərək əmlakın həbsdən azad edilməsini xahiş edirlər. Məhkəmə vurğulayır ki, CPM-nin 253-cü maddəsinin mənasına görə, məhz təqsirləndirilən şəxsə aidiyyəti olmayan əmlak üzərinə səhvən həbs qoyulduğunu hesab edən şəxslər cinayət prosesini həyata keçirən orqan qarşısında əmlakın həbsdən azad edilməsi barədə müraciət etmək hüququna malikdirlər. Cinayət prosesini həyata keçirən orqan müraciətin təmin edilməsindən imtina etdikdə və ya müraciət alındığı vaxtdan 10 (on) gün müddətində müraciət etmiş şəxsə məlumat vermədikdə, həmin şəxs əmlakın həbsdən azad edilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 254-cü maddəsi isə cinayət prosesi çərçivəsində olan məsələlərin həllini tənzimləyir. Məhkəmə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarında formalaşan hüquqi mövqeni, eləcə də cinayət prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq CPM-nin 253 –cü maddəsində nəzərdə tutulmuş qaydada mülki məhkəmə icraatı qaydasında işə baxılmasını mümkün hesab etmir. Belə ki, hazırki işdə iddiaçı olan İddiaçı2 məhkəmə hökmü ilə təqsirli bilinərək məhkum edilmiş və ona məxsus ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 16,8 kv. metr mənzilə həmin hökmlə tutma yönəldilmiş, xx.xx.2019-cu il tarixli məhkəmə qətnaməsi ilə sonuncunun arvadı - digər İddiaçı1 mübahisə predmeti olan mənzilə 2/3 hissədə payı tanınmışdır. Məhkəmə hesab edir ki, hazırda iddiaçılar tərəfindən mübahisələndirilən ünvan 3 ünvanında yerləşən mənzil Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 oktyabr 2017-ci il tarixli hökmü ilə müsadirə edildiyindən, hökm qanuni qüvvəyə minməklə icraya yönəldiyindən, iddia ərizəsində göstərilən hallara mülki məhkəmə icraatı qaydasında deyil, Azərbaycan Respublikası Cinayət Prosessual Qanunvericiliyində nəzərdə tutulmuş qaydada (CPM-nin 408.3-cü maddəsi və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarında nəzərdə tutulmuş qaydada – 3-cü şəxs qismində cəlb edilməklə) baxılıb qiymət verilə bilər. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. İşin məhkəmə orqanlarına aid olmaması nəticəsində icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. (MPM-262.3) İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. (MPM-262.5) Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 – cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə və Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı “əmlakın həbsdən azad edilməsi” tələbinə dair iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilməli, iddiaçılara Azərbaycan Respublikası Cinayət Prosessual Qanunvericiliyində nəzərdə tutulmuş qaydada müvafiq məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 261-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçılar İddiaçı2 və İddiaçı1 – cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə və Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı “əmlakın həbsdən azad edilməsi” tələbinə dair iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilsin. İddiaçılara izah edilsin ki, ərizədə göstərilən xüsusatlarla bağlı Azərbaycan Respublikası Cinayət Prosessual Qanunvericiliyində nəzərdə tutulmuş qaydada, həmçinin cinayət işi üzrə icraata 3-cü şəxs qismində cəlb edilməklə müvafiq məhkəməyə müraciət etmək hüquqları vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron kabinet vasitəsilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Rəna Qafarova