Məhkəmə qərarları › İş №e-2(009)-128/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-128/2022

29.03.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-128/2022 29.03.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh2, Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1, onun nümayəndəsi və vəkili Vəkil1, Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X5 və Quliyev Səbuhi Babaş oğlunun iştirakları ilə, İddiaçı – cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (X5 və Quliyev Səbuhi Babaş oğlunun müstəqil tələb irəli sürməyən üçüncü şəxslər kimi işə cəlb edilən) qarşı «əmlak» tələbinə dair ilkin iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “mülkiyyət hüququnun tanınması və ya ödənilmiş pul vəsaitinin geri qaytarılması” tələbinə dair qarşılıqlı iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı – Cavabdeh1 qarşı «əmlak» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan və cavabdehin qanunsuz sahibliyində olan «Hyundai TG» minik markalı, **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobilin və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh1 alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, «Hyundai TG» minik markalı, **- DU-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. Həmin avtomobil hazırda qeyri-qanuni olaraq Cavabdeh1 sahibliyində və istifadəsindədir, geri qaytarmır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 181-ci maddəsinə əsasən daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir. Əşyanın verilməsi bunlardır: əşyanın əldə edənin birbaşa sahibliyinə verilməsi, əşyaya dolayı sahibliyin müqavilə üzrə verilməsi, bu zaman əvvəlki mülkiyyətçi birbaşa sahib kimi qala bilər; mülkiyyətçinin üçüncü şəxsdən sahibliyi tələb etmək hüququnu əldə edənə verməsi. Şəxsin qanunvericiliyin tələblərinə əməl etməklə özü üçün hazırladığı və ya yaratdığı yeni əmlaka mülkiyyət hüququnu onun özü əldə edir. Əmlakdan istifadə nəticəsində götürülən bəhərə, məhsula və gəlirə mülkiyyət hüququ bu Məcəllənin 135.12-ci maddəsində nəzərdə tutulan əsaslarla əldə edilir. Mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alqı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər. Əgər şəxs beş il fasiləsiz daşınar əşyaya öz mülkiyyəti kimi sahiblik etmişdirsə, o həmin əşyaya mülkiyyət hüququ əldə edir (əldə etmə müddəti). Əgər əldə edən əşyaya vicdansız sahiblik edirdisə və ya sonradan əşyanın ona məxsus olmamasını bilmişdirsə, daşınar əşyanın əldə edilməsi yolverilməzdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 182.2-ci maddəsinə əsasən daşınar əşyanın mülkiyyətçisi bu əşyanı itirmişsə, əşya ondan oğurlanmışsa və ya iradəsinin ziddinə olaraq başqa şəkildə onun sahibliyindən çıxmışsa, yaxud əldə edən onu əvəzsiz almışsa, həmin əşyanı əldə edən vicdanlı ola bilməz. Bu məhdudiyyətlər auksionda özgəninkiləşdirilmiş pula, sənədli qiymətli kağızlara və əşyalara tətbiq olunmur. Sonradan iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə ilkin iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, İddiaçı mülkiyyətində olan «Hyundai TG» minik markalı, **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobilin və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh1 və Cavabdeh2 alınıb ilk iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh1 qarşılıqlı iddia ərizəsində qeyd etmişdir ki, nəqliyyat vasitəsinin texniki vəziyyəti onu qane etmədiyi üçün etibarnamə əsasında satmışdır. Elektron notariat sistemindən müəyyən edilmişdir ki, G6EA7A936852 mühərrik nömrəli «Hyundai TG» minik markalı, **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobilə etibarnamə ən son ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh2 (AZE ********; FİN: xxxxxxx) verilmişdir. Lakin, hazırda avtomobilin kimin istifadəsində olduğu qeyri-müəyyəndir. Eyni zamanda Cavabdeh1 İddiaçı qarşı “mülkiyyət hüququnun tanınması və ya ödənilmiş pul vəsaitinin geri qaytarılması”na dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, buraxılış ili - 2007-ci il, ban nömrəsi - KMHFC41BP8A279857, mühərrikinin nömrəsi - G6EA7A936852 olan “Hyundai TG” minik markalı avtomobil üzərində onun mülkiyyət hüququnun tanınması, yaxud da ban nömrəsi - KMHFC41BP8A279857, mühərrikinin nömrəsi - G6EA7A936852, buraxılış ili - 2007-ci il olan “Hyundai TG” minik markalı avtomobili satın alanda onun tərəfindən cavabdeh İddiaçı ödənilmiş 11000 (on bir min) manat və iddia ərizəsi ilə əlaqədar tərəfindən ödənilmiş 123 (bir yüz iyirmi üç) manat pulun ona aid edilərək, cəmi 11123 (on bir min bir yüz iyirmi üç) manat həcmində pul vəsaitinin İddiaçı tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, hazırki iş üzrə mübahisəli AD seriyalı, 918459 saylı “Nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsi”nə əsasən ban nömrəsi - KMHFC41BP8A279857, mühərrikinin nömrəsi - G6EA7A936852, buraxılış ili - 2007-ci il olan “Hyundai TG” minik markalı avtomobili çoxdan tanıdığı X13 vasitəsi ilə cavabdeh İddiaçı 11000 (on bir min) manat pul vəsaiti ödənildikdən sonra, Sumqayıt şəhər 1 saylı Notariat ofisində 22 aprel 2021- ci il tarixli, 7E-6053 reyest nömrəli “Nəqliyyat vasitəsinə sərəncam verilməsi haqqında etibarnamə” ilə onun tərəfindən əldə edilmişdir. Həmin etibarnamə ilə cavabdeh İddiaçı tərəfindən ona “sürücülük huququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək” kimi geniş səlahiyyətlər verilmişdir. Beləliklə də, cavabdeh İddiaçı ilə aralarında faktiki olaraq mübahisəli avtomobilin alqı-satqı münasibətləri başa çatmışdır. Mübahisəli avtomobili əldə etdikdən bir müddət sonra, onun texniki vəziyyəti onu qane etmədiyi üçün onu etibarnamə verərək digər şəxsə satmışdır. Bir müddət keçəndən sonra ona məlum olmuşdur ki, heç bir tutarlı səbəb olmadan cavabdeh İddiaçı Sumqayıt şəhər 1 saylı Notariat ofisinə gedərək adına verdiyi 22 aprel 2021-ci il tarixli, 7E-6053 reyest nömrəli “Nəqliyyat vasitəsinə sərəncam verilməsi haqqında etibamamə”ni ləğv etmişdir. Bu zaman cavabdeh İddiaçı Azərbaycan Respublikası MM-nin 366.1-ci maddəsi ilə nəzərdə tutulmuş imperativ normanın tələblərini pozaraq onun adına verdiyi etibarnaməni ləğv etdiyi barədə onu məlumatlandırmamışdır. Onun bu hərəkəti onda anlaşılmazlıq yaratmışdır. Sual olunur ki, ondan mübahisəli avtomobilin dəyərini tam həcmdə qəbul etdikdən sonra, qanunvericilikdə nəzərdə tutulmuş qaydada onun adına “Nəqliyyat vasitəsinə sərəncam verilməsi haqqında etibarnamə” verərək avtomobili və onun “Nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsi”ni natura şəklində ona təhvil verdiyi halda, nə üçün cavabdeh İddiaçı onun adına verdiyi etibarnaməni ləğv etməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi və vəkili Vəkil2 ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək ilkin iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddia tələbinin isə rədd edilməsini xahiş etmiş, əlavə olaraq göstərmişdir ki, avtomobil müqabilində pulun ödənilməməsi ilə bağlı Cavabdeh1 Akif Kərimov vasitəsi ilə xəbərdar edilmiş, lakin cavabdeh ödənişi etmədiyindən ona verilmiş etibarnamə ləğv edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1, onun nümayəndəsi və vəkili Vəkil1 qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilkin iddia tələbinin rədd edilməsini, qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş etmişlər. Cavabdeh1 izahatına əlavə olaraq göstərmişdir ki, o, xov Cavadı tanımır. X12 vasitəsilə almışdır. Belə ki, Akif Kərimovla daha əvvəl də maşın alqı-satqısı ilə bağlı əlaqələri olub. Onunla “whatsapp” sosial şəbəkəsi ilə mübahisəli maşın haqqında razılığa gəlmişlər. X13 ona bildirdi ki, maşına dair etibarnamə hazırdır, maşını gətirib təhvil verib pulu götürə bilərlər. 22 aprel 2021-ci il tarixdə evakuatorla maşını Sumqayıtdan Bakıya gətirdilər, 22.04.2021-ci il tarixdə 21:00 radələrində X13 “Reno” markalı taksi ilə gəlmiş, etibarnaməni ona vermiş və o da ona 11.000 manat məbləğində pulu vermiş, X13 pulu götürüb taksi ilə getmişdir. Maşını alanda ona bildirmişdilər ki, heç bir problemi yoxdur. Alandan sonra maşına baxış keçirdi və məlum oldu ki, maşının əhəmiyyətli dərəcədə problemləri var. Maşının problemi ilə bağlı axşam Akif Kərimova zəng edib məlumat vermiş, o isə demişdir ki, narahat olmasın, həll olunar. Səhəri günü pulu geri istəyib maşını qaytarmaq istəyəndə Akif Kərimov ona bildirdi ki, pulu Səbuhi Quliyevə verib və geri ala bilməz. Cavabdeh1 izahatında həmçinin bildirmişdir ki, hazırda avtomobil onun sahibliyində deyil, o avtomobili 12800 manata Cavabdeh2 satmışdır. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, o, mübahisəli avtomobili 12.800 (on iki min səkkiz yüz) manat məbləğində pulu Cavabdeh1 xalası oğlu Samirə verərək 23.04.2021-ci il tarixdə ona etibarnamə verilməklə almışdır. Bir müddət sonra ona sms gəlmiş, 18.05.2021-ci il tarixdə maşının üzərinə həbs qoyulmuş və etibarnamə ləğv edilmişdir. Bundan sonra o, bununla bağlı Samirə (Daşqının xalası oğluna) zəng etmiş, maraqlanmış və bununla bağlı Quliyev Səbuhi adında şəxslə əlaqə saxlamışlar. Bununla bağlı maraqlananda Quliyev Səbuhi ona avtomobilin Akif Kərimov vasitəsilə satıldığını, lakin pulun ona çatdırılmadığını, buna görə də etibarnamənin ləğv edildiyini bildirmişdir. Onlar Sumqayıt şəhərində yığışıb söhbət etmiş, İddiaçı və İlkin adlı dostu da orada iştirak etmiş, sonra Akif Kərimov gəlmiş və ayın axırına kimi bu məsələni həll edəcəklərini bildirmişlər. Lakin məsələ həll edilmədiyindən o, polisə şikayət etmişdir. Hal-hazırda maşın onun sahibliyindədir, lakin maşının mühərriki nasaz olduğundan maşın idarə edilmir, təmir ilə bağlı ustadadır. O, həmçinin bildirmişdir ki, maşını sürmək üçün 30.04.2021-ci il tarixdən 22.04.2022-ci il tarixədək X14 adlı şəxsə etibarnamə vermişdir. Göstərilənləri nəzərə alaraq ona qarşı irəli sürülən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X13 14.02.2022-ci il tarixli məhkəmə hazırlıq iclasında verdiyi izahatında bildirmişdir ki, İddiaçı adlı şəxsi tanımır. 2016-cı ildən tanıdığı Cavabdeh1 ona maşın almaq istədiyini və Quliyev Səbuhi Babaş oğlu maşın satdığını bildirmişlər. X15 ilə razılaşdırıb daha sonra 11.000 manat məbləğində müəyyən etdilər. Səbuhi də kiminləsə danışıb maşına dair qiyməti deyirdi. X4 Babaş oğlu ilə dəfələrlə maşın alqı-satqısı etmişdir. Maşının kimə məxsus olduğunu bilmirdi. Səbuhi avtosalon işlədirdi. Maşına dair 2021-ci ilin aprel ayında etibarnamə veriləndə iştirak etməmişdir. Maşının satılmasına dair 11.000 manat pulu Cavabdeh1 taksi ilə göndərmiş, o isə həmin pulu taksi ilə Quliyev Səbuhi Babaş oğluna göndərmişdir. Quliyev Səbuhi Babaş oğlunun İddiaçı tanıması barədə məlumatı yoxdur. 28.03.2022-ci il tarixli məhkəmə baxış iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X13 izahatında bildirmişdir ki, o, İddiaçıı tanımır. Quliyev Səbuhi ilə maşın alqı-satqısına dair işləri olur. Cavabdeh1 5 ildir ki tanıyır. Onunla maşın alqı-satqısı münasibəti daha əvvəl də olmuşdur. Belə ki, mübahisəli maşın 22 aprel 2022-ci il tarixdə onun vasitəsilə evakuatorla gətirilib Cavabdeh1 təhvil verilmiş və bunun müqabilində ona 11.000 manat məbləğində pul ödənilmişdir. Maşının qiymətini Quliyev Səbuhi ilə ilkin olaraq 15.000 manat, sonra isə 11.000 manat məbləğində razılaşdırmışlar. Cavabdeh1 götürdüyü 11000 manat pulu Quliyev Səbuhi ilə aralarında olan işlərinə xərcləmişdir. Onun Səbuhi ilə iş birliyi olmuş, onunla bu mübahisəli maşının məbləği ilə hesablaşmışlar. Aldığı pulu Quliyev Səbuhiyə verməmişdir. Həmçinin bildirmişdir ki, etibarnaməni və avtomobili Quliyev Səbuhidən təhvil almışdır. 25.02.2022-ci il tarixli məhkəmə hazırlıq iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Quliyev Səbuhi Babaş oğlu izahatında bildirmişdir ki, o, özü maşın alqı-satqısı işi ilə məşğuldur. İddiaçı onun dostudur və mübahisəli maşın da ona məxsusdur. O maşının satılmasında vasitəçilik etmişdir. O, Kəimov Akiflə çox maşın alqısatqısı etmişdir. Etibarnamə veriləndə pul verilməmişdi, mübahisəli maşının satışından əldə ediləcək məbləği Kərimov Akif bir həftə və ya on gün müddətində ona verəcəyini demiş, lakin ondan xəbər çıxmamışdır. Bu səbəbdən o, maşının qaytarılmasını tələb etmiş, lakin Kərimov Akif maşını qaytarmamışdır. Daha sonra İddiaçı etibarnaməni ləğv etmişdir. Onlar 2021-ci ilin aprel ayında Akifə ya maşına görə aldığı pulu onlara verməsini, ya da ki, pulu maşını satdığı şəxsə verərək maşını qaytarmasını bildirmişlər. Daha sonra isə Akif həbs olunmuşdur. 28.03.2022-ci il tarixli məhkəmə baxış iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Quliyev Səbuhi Babaş oğlu məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, Kərimov Akiflə birgə işləri olub, İlkin və İddiaçı dost və şərikdirlər, onları yaxından tanıyır, sinif yoldaşı olub. Maşın İddiaçı adınadır. Mübahisə yaranandan sonra Sumqayıtda görüşləri olub, yeddi nəfər iştirak etdilər: o, Akif, Cavad, İlkin, İlkinin dostu, Daşqının qohumu və Abbas. Zəng edib Akifi dəvət etdi və danışıqları elə oldu ki, Kərimov Akif pulu bir aya qaytaracaq. Akif aldığı pulu öz qohumlarına verib və onlardan alıb qaytara bilmir. X10. Hesab edir ki, Cavadın maşını geri qayıtmalıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, 7-8 ay bundan öncə “Hyudai” markalı maşın evakuatorla Cavabdeh1 gətirilmiş, əvəzində isə 11.000 manat məbləğində pul ödənilmişdir, daha sonra maşında problem çıxmış və Cavabdeh1 o maşını satmaq istəmişdir. Sonra maşın Cavabdeh2 satılmış və sonradan məlum olmuşdur ki, etibarnamə ləğv edilmişdir. Bununla bağlı İddiaçı adlı şəxsi tapmışlar, Cavad da Kərimov Akifi axtardığını bildirmişdir. X16 tapmış və Səbuhi onlara Kərimov Akifin ona verəcəyi olduğunu bildirmişdir. Sumqayıtda bununla bağlı yığışıb söhbət etmişlər, Kərimov Akif də gəlmiş, Səbuhi ilə qırağa çəkilib nəsə danışıb onlara yaxınlaşmışlar. X18 pul verməli olduğunu bildirmiş və məsələni həll etmək üçün vaxt istəmişdir. Məhkəmə işdə iştirak edən tərəflərin, üçüncü şəxslərin izahatlarını və şahidi dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia tələbi isə rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - AD seriyalı, 918459 saylı “Nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsi”nə əsasən ban nömrəsi - KMHFC41BP8A279857, mühərrikinin nömrəsi - G6EA7A936852, buraxılış ili - 2007-ci il olan “Hyundai TG” minik markalı avtomobili 04.09.2020-ci il tarixdən İddiaçı məxsusdur. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X23 İdarəsi tərəfindən Sumqayıt Vəkil Bürosunun vəkili Vəkil2 verilmiş 09.09.2021-ci il tarixli cavab məktubundan görünür ki, DİN-in Baş X23 İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasına görə “Hyundai TG” markalı **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobil 04.09.2020-ci il tarixdən İddiaçı adında qeydiyyatdadır. Sorğuya əlavə olunmuş arayışdan görünür ki, buraxılış ili - 2007-ci il, ban nömrəsi - KMHFC41BP8A279857, mühərrikinin nömrəsi - G6EA7A936852 olan “Hyundai TG” minik markalı avtomobil etibarnamə ilə 11.10.2020-ci il tarixdən 11.01.2021-ci il tarixədək X3, 22.04.2021-ci il tarixdən 22.04.2022-ci il tarixədək Cavabdeh1, 23.04.2021-ci il tarixdən 22.04.2022-ci il tarixədək Cavabdeh2, 30.04.2021-ci il tarixdən 22.04.2022-ci il tarixədək X8 verilmişdir. - Sumqayıt şəhər 1 saylı notariat ofisində təsdiq edilmiş 22.04.2021-ci il tarixli ƏN- Vİİ 7№ 725567 saylı etibarnamənin surətindən və “Elektron notariat” X1 18.08.2021-ci il tarixli çıxarışdan görünür ki, Cavad Təvəkgül oğlu tərəfindən Cavabdeh1 1 il müddətinə 2007-ci il, ban nömrəsi - KMHFC41BP8A279857, mühərrikinin nömrəsi - G6EA7A936852 olan “Hyundai TG” minik markalı avtomobilə dair sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipotekaya qoymaq, sərəncam vermək və digə hərərkətlər, qeydiyyata salmaq, çıxarmaq, ərizə vermək kimi səlahiyyətlər vermişdir. - “Elektron notariat” X1 18.08.2021-ci il tarixli çıxarışdan həmçinin görünür ki, buraxılış ili - 2007-ci il, ban nömrəsi - KMHFC41BP8A279857, mühərrikinin nömrəsi - G6EA7A936852 olan “Hyundai TG” minik markalı avtomobilə dair İddiaçı tərəfindən Cavabdeh1 verilmiş etibarnaməyə 07.05.2021-ci il tarixdə xitam verilmişdir. - Sumqayıt ŞPİ-nin İŞ-nin müstəntiqi Ə.O.Kərimov tərəfindən tərtib edilmiş və Sumqayıt şəhər prokuroru tərəfindən 14.01.2021-ci il tarixdə təsdiq edilmiş ittiham aktının surətindən görünür ki, ********* saylı cinayət işi üzrə həmçinin X17 Azərbaycan Respublikasının CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilir. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, AD seriyalı, 918459 saylı “Nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsi”nə əsasən ban nömrəsi - KMHFC41BP8A279857, mühərrikinin nömrəsi - G6EA7A936852, buraxılış ili - 2007-ci il olan “Hyundai TG” minik markalı avtomobili (bundan sonra mübahisəli avtomaşın) 04.09.2020-ci il tarixdən İddiaçı mülkiyyətində olmuş, onun tərəfindən mübahisəli avtomobillə bağlı əvvəlcə 22.04.2021-ci il tarixdən 22.04.2022-ci il tarixədək Cavabdeh1 etibarnamə verilmiş, daha sonra isə Cavabdeh1 tərəfindən 23.04.2021-ci il tarixdən 22.04.2022-ci il tarixədək Cavabdeh2 etibarnamələr verilmişdir. İşin araşdırılmış halları ilə daha sonra müəyyən edilmişdir ki, İddiaçı məxsus mübahisəli avtomaşın sadalanan etibarnamələr əsasında göstərilən şəxslər arasında alqısatqı predmeti olmuşdur. Yəni, İddiaçı avtomaşınını satmaq niyyəti olduğu üçün tanışı Quliyev Səbuhinin təşəbbüsü və vasitəsilə, sonuncunun da Kərimov Akifin vasitəçiliyi ilə əvvəllər tanımadığı Cavabdeh1 adına 1 il müddətinə etibarnamə vermək yolu ilə 22.04.2021-ci ildə satmış, sonuncu da həmin avtomaşını alaraq Quliyev Səbuhi ilə razılaşdırılmış satış pulunu Kərimov Akifə ödəyəndən sonra idarəçiliyinə götürərək 23.04.2021-ci il tarixdə İddiaçı adından avtomaşını etibarnamə vermək yolu ilə Cavabdeh2 satmışdır. İlk iddia üzrə İddiaçı mülkiyyətində olan avtomaşının tələbi ilə bağlı ilk olaraq etibarnamə verdiyi Cavabdeh1 qarşı iddia qaldırsa da, sonradan avtomaşının həmçinin Cavabdeh2 da alınmasını tələb etmiş, bunu qarşılıqlı iddia əizəsində avtomaşının sonuncuya satılmasının qeyd edilməsi və bununla da əmlakının kimin istifadəsində olmasının qeyri-dəqiqliyi ilə əsaslandırmışdır. İlk iddia üzrə cavabdehlərdən Cavabdeh1 isə İddiaçı X13 vasitəsi ilə 11000 manat pul vəsaiti ödənildiyi halda ona aydın olmayan səbəbdən İddiaçı Sumqayıt şəhər 1 saylı Notariat ofisinə gedərək adına verdiyi 22 aprel 2021-ci il tarixli, 7E-6053 reyest nömrəli “Nəqliyyat vasitəsinə sərəncan verilməsi haqqında etibamamə”ni ləğv etməsi ilə bağlı avtomaşınla əlaqədar aralarında faktiki olaraq mübahisəli avtomobilin alqı-satqı münasibətlərinin başa çatmasını göstərərək, avtomaşın üzərində onun mülkiyyət hüququnun tanınması, yaxud da ona ödənilmiş 11000 manat məbləğin geri qaytarılmalı olmasını iddia etmişdir. Məhkəmə iddia tələbləri ilə bağlı qeyd edir ki, hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Qeyd olunan Məcəllənin 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, iş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyin tələblərinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Şahid iş üzrə ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirməyə, düzgün ifadə verməyə borcludur. (MPM-nin 62-ci və 104.1-ci maddələri) Mülki məhkəmə icraatı zamanı geniş istifadə olunan sübutetmə vasitələrindən biri də şahid ifadələridir. Şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyətli olan hallar barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirilmə zamanı verdiyi məlumatlardır. Qeyd edilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. İşin materiallarından görünür ki, Cavabdeh1 tərəfindən 23.04.2021-ci il tarixdən 22.04.2022-ci il tarixədək Cavabdeh2 İddiaçı adından etibarnamələr verilərkən ilk iddiaçı tərəfindən Cavabdeh1 adına 22.04.2021-ci il tarixdən 22.04.2022-ci il tarixədək verilmiş etibarnamə qüvvədə idi. Müəyyən edilmişdir ki, İddiaçı satdığı avtomaşına dair Quliyev Səbuhi və sonuncunun da Kərimov Akiflə razılaşdırdığı məbləğ ona çatmadığı üçün 07.05.2021-ci il tarixdə Cavabdeh1 verdiyi sözügedən etibarnaməni ləğv etmiş və xeyli müddət ərzində avtomaşını Quliyev Səbuhi vasitəsilə Kərimov Akifdən tələb etmiş, daha sonra isə hazırki ilk iddianı qaldırmışdır. Məhkəmə iclasında dindirilmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 Cavad Təvəkgül oğlunu tanımadığı və mübahisəli avtomaşını Quliyev Səbuhi Babaş oğlundan almasını və Cavabdeh1 satmasını göstərsə də, məhkəmə baxışı dövründə ziddiyyətli izahat verərək əvvəlcə maşının satılmasına dair 11.000 manat pulu Cavabdeh1 alıb Quliyev Səbuhiyə göndərməsini, növbəti iclasda isə onun Quliyev Səbuhi ilə iş birliyi olmasını, həmin ödənilən məbləği Səbuhi ilə aralarında olan işlərinə xərclənməsini, onunla bu mübahisəli maşının məbləği ilə hesablaşdıqlarından aldığı pulu Quliyev Səbuhiyə verməməsini göstərmişdir. Məhkəmə iclasında iştirak edən digər müstəqil tələb irəli sürməyən üçüncü şəxs Quliyev Səbuhi Babaş oğlu da İddiaçı nə X9, nə də Cavabdeh1 tanımadığını, mübahisəli avtomaşının onun vasitəsilə Kərimov Akifə, sonuncunun tərəfindən isə Cavabdeh1 satılaraq bunun müqabilində İddiaçı adından Cavabdeh1 adına etibarnamə verilməsini, etibarnamə verilərkən pulun verilməməsini, Akifin Daşqından aldığı 11000 manat pulu müəyyən müddətə ona verməsinə vəd versə də verməməsini, bu səbəbdən də onun pulu Cavada verə bilməməsini, Akifin pulu vəd etdiyi vaxtda vermədiyi üçün hətta avtomaşını qaytarmasını tələb etsə də, qaytarmamasını və beləliklə də maşının sahibinə pul çatmadığını təsdiq etmişdir. X5 mübahisəli avtomaşının satılması ilə bağlı Cavabdeh1 əldə etdiyi 11000 manat pulun Quliyev Səbuhi Babaş oğluna verilməməsi faktını məhkəmə baxışında iştirak etmiş şahid, Cavabdeh1 xalası oğlu X7 da ifadəsində təsdiq etmişdir. Şahid həmçinin ifadəsində avtomaşını Cavabdeh1 alandan sonra vasitəçiliyi ilə Cavabdeh2 satılaraq 12.800 manat məbləğində pulun Cavabdeh1 verilməsini də təsdiq etmişdir. X5 mübahisəli avtomaşının satılması ilə bağlı Cavabdeh1 əldə etdiyi 11000 manat pulun Quliyev Səbuhi Babaş oğluna verilməməsi faktını həmçinin ilk iddia uzrə Cavabdeh2 da izahatında göstərmişdir. Məhkəmə toplanmış və araşdırılmış sübutlar əsasında bu qənaətə gəlir ki, ilk iddiaçı hazırki vaxta kimi mülkiyyəti sayılan avtomaşını satmaq istəsə də, satış pulunun ona çatmaması işdə iştirak edən şəxslərin izahatları və şahid ifadəsi ilə tam təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, ilk iddiaçının satış məqsədi ilə verdiyi ilk etibarnaməni ləğv etdiyinə görə sonradan onun adından verilmiş etibarnamələr ilkin etibarnamə verildiyi vaxt qüvvədə olmasına baxmayaraq hazırda qüvvədə deyildir. Buna görə də onun mülkiyyətini qanunsuz sahiblikdən geri almaq hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd edilən maddədə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir. 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Məhkəmə ilk iddia tələblərinə qiymət verməkdə davam edirək hesab edir ki, iddia qismən təmin edilməli və mübahisəli avtomaşının hazırda Cavabdeh2 sahibliyində olması təsdiq olunduğundan ondan alınaraq İddiaçı qaytarılmalıdır. Belə ki, ilk iddia üzrə digər Cavabdeh1 qarşılıqlı iddiasında və məhkəmə iclasında verdiyi izahatında avtomaşının Cavabdeh2 satılaraq hazırda onun sahibliyində olmasını göstərmişdir. Cavabdeh2 da avtomaşının Cavabdeh1 tərəfindən ona satılmasını və hazırda onun sahibliyində olmasını təsdiq etmişdir. Məhkəmə hesab edir ki, tələb olunan avtomobilin əvvəlcə Cavabdeh1, sonradan hazıradək isə Cavabdeh2 olması faktı təsdiq olunduğuna görə ilk iddia da sonuncuya münasibətdə təmin edilməlidir. Məhkəmə qarşılıqlı iddiaya qiymət verərək qeyd edir ki, Cavabdeh1 ərizəsində və izahatında göstərdiyi kimi avtomobili Quliyev Səbuhinin vasitəsilə 11000 manata Kərimov Akifdən aldıqdan sonra xalası oğlu Samirin vasitəsilə Cavabdeh2 sataraq bu zaman 12800 manat əldə etməsi işin mübahisəsiz hallarındandır. Avtomobilin mülkiyyətçisi olan İddiaçı qarşılıqlı iddiaçı Cavabdeh1 adına verdiyi etibarnaməni, sonuncu tərəfindən Cavabdeh2 etibarnamə verəndən sonrakı tarixdə ləğv etdirmişdir. Məhkəmənin qənaətinə görə Cavabdeh1 mübahisəli avtomobilə mülkiyyət hüquqlarının tanınması üçün hüquqi əsaslar mövcud deyildir və olmamışdır. Belə ki, nəqliyyat vasitəsinin etibarnamə verilməsi yolu ilə alqı-satqı müqaviləsinin bağlanması mülki qanunvericilikdə nəzərə tutulmadığından onun adına verilmiş etibarnamənin İddiaçı ilə aralarında faktiki olaraq mübahisəli avtomobilin alqı-satqı münasibətləri başa çatması kimi qiymətləndirilə bilməz. Qanunvericiliyə əsasən bir şəxsin 3-cü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi yazılı vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlanması üçün yazılı vəkaləti bilavasitə müvafiq 3-cü şəxsə təqdim edilə bilər.(MM 362.1) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.8-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə verə bilər. Əmlakın etibarnaməli idarəçiliyinə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiliyinə keçməsinə səbəb olmur, o əmlakı mülkiyətçinin və ya mülkiyyətçinin göstərdiyi 3-cü şəxsin mənafeyi naminə idarə etməlidir. Məhkəmə qarşılıqlı iddia tələblərinə qiymət verməkdə davam edərək hesab edir ki, İddiaçı ona verilmədiyi təsdiq edilən 11000 manat məbləğə münasibətdə qarşılıqlı iddiaçı qarşısında mülki məsuliyyət daşıyıcısı deyildir və buna görə də qarşılıqlı iddia bu hissədə də təmin edilə bilməz. Məhkəmə eyni zamanda mübahisəli avtomobilin Cavabdeh2 qanunsuz sahibliyindən geri alınması ilə bağlı izah edir ki, Cavabdeh2 Cavabdeh1 verdiyi 12800 manat məbləğini geri tələb etməsi ilə əlaqədar iddia qaldırdığı təqdirdə (hazırda Cavabdeh2 ona qarşı belə tələb irəli sürməmişdir), Cavabdeh1 da avtomobilə dair 11000 manat pulu verdiyi şəxsə (və ya şəxslərə) qarşı müvafiq iddia qaldırmaq hüququ vardır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat miqdarında dövlət rüsumu ödənilir. İş materialları ilə müəyyən edilir ki, ilkin iddiaçı iddia verən zaman 30 manat, daha sonra isə 105 manat dövlət rüsumu ödəmişdir. Lakin iddia tələbində 30 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir. Məhkəmə iddianın qismən təmin olunduğunu, həmçinin iddiaçının 30 manat dövlət rüsumu tələb etdiyini nəzərə alaraq, sadalanmış normaları hazırki iş üzrə tətbiq edərək belə qənaətə gəlir ki, Cavabdeh2 30 manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçıya ödənilməli, qalan ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia təmin edilmədiyindən iddiaçı Cavabdeh1 aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, **-DU-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili - 2007-ci il, ban nömrəsi - KMHFC41BP8A279857, mühərrikinin nömrəsi - G6EA7A936852 olan “Hyundai TG” minik markalı avtomobil Cavabdeh2 alınaraq İddiaçı qaytarılmalı, Cavabdeh2 30 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilməli, qalan dövlət rüsumu İddiaçı aid edilməli, ilkin iddia qalan hissədə təmin edilməməli, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “mülkiyyət hüququnun tanınması və ya ödənilmiş pul vəsaitinin geri qaytarılması” barədə qarşılıqlı iddiası təmin edilməməli, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia təmin edilmədiyindən iddiaçı Cavabdeh1 aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İlkin iddia üzrə İddiaçı ilkin iddiası qismən təmin edilsin. **-DU-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili - 2007-ci il, ban nömrəsi - KMHFC41BP8A279857, mühərrikinin nömrəsi - G6EA7A936852 olan “Hyundai TG” minik markalı avtomobil Cavabdeh2 alınaraq İddiaçı qaytarılsın. Cavabdeh2 30 (otuz) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. İlkin iddia qalan hissədə təmin edilməsin. İddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “mülkiyyət hüququnun tanınması və ya ödənilmiş pul vəsaitinin geri qaytarılması” barədə qarşılıqlı iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar