Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1450/2025 10.10.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdeh QSC-yə qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh QSC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 30000 (otuz min) manat məbləğində ailəni dolandıranın ölümü nəticəsində dəyən mənəvi və maddi ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: İddiaçı X1 ilə 1984-cü ildə nikaha girmişdir. Bakı şəhəri, Komsomol küçəsi ev 15-də yaşamaqla ailə təsərrüfatını həyata keçirmişlər. Mövcud nikahdan 1987-ci ildə Tərlan və 1990-cı ildə Vəfa adlı uşaqları doğulmuşdur. İddiaçının mərhum əri X1 Azərbaycan X11 “Mühəndis B.Məmmədov” gəmisində kapitanın 2-ci köməkçisi vəzifəsində işləmişdir. O, xx.xx.1993-cü ildə qeyd olunan gəmidə xidmət növbəsinə getmiş və xx.xx.1993-cü il tarixində səhər saatlarında xidmət növbəsindən evə qayıtmalı olduğu halda qayıtmamışdır. Sonradan müəyyən edilmişdir ki, iddiaçının mərhum əri X1 bədbəxt hadisə nəticəsində itkin düşmüşdür. İstehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində iddiaçıya və ailə üzvlərinə maddi və mənəvi zyan dəymişdir. Cavabdeh QSC tərəfindən verilən xx.xx.2025-ci il tarixli, 13-3/3-9-94/2025 nömrəli arxiv arayışından müəyyən edilir ki, xx.xx.1959-cu il təvəllüdlü X1 həqiqətən Bakı Dəniz Yolları məktəbini bitirdikdən sonra (Диплом AT №022043) xx.xx.1979-cu ildən (xx.xx.1979-cu il tarixli 20/п nömrəli əmr) xx.xx.1987-ci ilə kimi (xx.xx.1987-ci il tarixli 114/c nömrəli əmr) X11 “Zəngilan”, “Sovetskiy Qazaxıstan”, “Şair Vidadi” gəmilərində matros, kapitanın 3-cü köməkçisi, kapitanın 2-ci köməkçisi, kapitanın baş köməkçisi vəzifələrində, xx.xx.1992-ci ildən (xx.xx.1992-ci il tarixli 51/л tarixli əmr) xx.xx.1993-cü ilə kimi (xx.xx.1993-cü il tarixli 33/л nömərli əmr) X20 İdarəsinin “Bakinskaya-5”, “X12” gəmilərində bagermeyster-kapitan vəzifəsində işləmişdir. Onun tutduğu vəzifələr üzücü heyətə və işlədiyi gəmilər dəniz nəqliyyat donanmasının gəmilərinə aiddir. Bu gəmilər daimi olaraq liman akvatoriyasında işləyən, xidməti-yardımçı, səyyar, şəhərətrafı və şəhərdaxili gəmilərinə aid deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli 154 nömrəli qərarına əsasən X17 Azərbaycan Dövlət X17 adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013cü il tarixli 6 nömrəli və xx.xx.2014-cü il tarixli 213 nömrəli Sərəncamlarına əsasən Azərbaycan Dövlət X11 və Xəzər X16 yenidən təşkili yolu ilə Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti yaradılmışdır. Azərbaycan Respublikası vətəndaşının seriya AZE № ******** saylı xx.xx.2012-ci il tarixli şəxsiyyət vəsiqəsinin surətindən aydın olur ki, xx.xx.1962-ci ildə Gəncə şəhərində doğulmuş İddiaçı yaşayış yeri ünvan 1 ünvanında yerləşir. İİİ-JQ № 394486 saylı 21 iyun 1984-cü il tarixli nigahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X1 ilə X8 21 iyun 1984-cü il tarixdə Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayon Qeydiyyat şöbəsində nikaha daxil olmuş, nikahın bağlanması haqqında akt qeydləri kitabında bu barədə 548 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Əsədullayev, arvada Əsədullayeva soyadı verilmişdir. Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə nikahlarından 1987-ci il təvəllüdlü X3 və 1990-cı il təvəllüdlü X5 adlı uşaqları doğulmuşdur. Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) Rayon Məhkəməsinin 2-181/94 saylı, 17 may 1994-cü il tarixli qətnaməsinin surətindən aydın olur ki, 1969-cu ildə Bakı şəhərində anadan olmuş, evli, mühəndis “Balarza Məmmədov” adma gəminin kapitanının 2-ci köməkçisi işləyən, ünvan 2 ünvanında yaşamış X1 xəbərsiz itkin düşmüş hesab edilmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2103/2016 saylı, 12 may 2016-cı il tarixli qətnaməsinə əsasən X1 ölmüş elan edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 2014-cü il tarixli, 213 №-li sərəncamına əsasən "Azərbaycan X17" Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan X11 və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər X16 yenidən təşkili yolu ilə yaradıldığına görə həmin şirkətlərin hüquqi varisidir və onların bütün hüquq və öhdəlikləri Cəmiyyətə keçmişdir. Etirazın dəlilləri: aşağıda qeyd olunanlara əsasən iddia tələbini qanunsuz və əsassız hesab edirik. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Xəzər Dəniz X14 Cəmiyyətinin yaradılması haqqında"xxxx"Azərbaycan Xəzər Dəniz X14 Cəmiyyətinin fəaliyyətinin təşkili haqqında" 10 yanvar 2014-cü il tarixli 213 nömrəli Sərəncamlarına əsasən Azərbaycan Dövlət X11 və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər X16 (XDND) yenidən təşkili yolu ilə "Azərbaycan X17" Qapalı Səhmdar Cəmiyyəti (Cəmiyyət) yaradılmış və həmin müəssisələrin əmlakı, o cümlədən hüquq və öhdəlikləri Cəmiyyətə keçmişdir. xx.xx.1959 - cu il təvəllüdlü X1 Bakı Dəniz Yolları məktəbini bitirdikdən sonra xx.xx.1979 - cu ildən xx.xx.1987 - ci il tarixə kimi X11 "Zəngilan" "Sovetski Qazaxısatan" "Şair Vidadi" gəmilərində matros, kapitanın 3 - cü köməkçisi, kapitanın 2 - ci köməkçisi, kapitanın baş köməkçisi vəzifələrində, xx.xx.1992 – ci il tarixdən xx.xx.1993 - cü il tarixə kimi X20 İdarəsinin "Bakinskaya 5" "X12" gəmilərində bagermeysterkapitan vəzifələrində işləmişdir. İddiaçı iddia ərizəsində yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzinin ödənilməsi tələbini qaldırmışdır, itkin düşmə halının hər hansı yüksək təhlükə mənbəyinin vurduğu zərərlə əlaqəsi ola bilməz. Belə ki, Mülki Məcəllənin 1108 - ci maddəsi ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət müəyyən edir. Burada əsas hal yüksək təhlükə mənbəyinni ətrafdakılar üçün təhlükə törətməsidir. Yəni, R.Allahverdiyev - yüksək təhlükə mənbəyinin idarəd ediməsində iştirak edən heyət üzvü olmuşdur ki, həmin gəminin ətrafdakılar üçün hər hansı zərər vurduğu halda digər heyət üzvləri ilə yanaşı o da məsuliyyətə cəlb oluna bilərdə. Lakin iddiaçı Mülki Məcəllənin qeyd olunan maddəsini səhv təfsir edərək, yanlış qənaətə gəlmişdir. Sadalanan qanunvericilik aktlarının normalarına əsasən R.Abdulovun naməlum şəraitdə itkin düşməsində cavabdehin təqsiri sübuta yetirilmədiyindən və bu barədə hər hansı mötəbər sübutun olmaması səbəbindən iddiaçının tələblərinin əsassız olması bir daha sübuta yetirilir. İddia ərizəsini qanunsuz və əsassız olduğuna görə rədd edilməsinə dair qətnamə çıxarılması xahiş edilmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək iddiaçının iştirakı olmadan məhkəmə baxış iclasını keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X10 etirazı müdafiə edərək iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Sübutlar: İşə əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Əzizbəyov Rayon Xalq Məhkəməsinin xx.xx.1994-cü il tarixli, 2-181/1994 saylı qətnaməsindən görünür ki, ərizə təmin edilmiş, 1959-cu ildə Bakı şəhərində anadan olmuş, evli, “Mühəndis B.Məmmədov gəmisində kapitanın 2-ci köməkçisi işləyən, Bakı şəhəri, Mərdəkan qəsəbəsi, Komsomol küçəsi, ev 15-də yaşamış X2 xəbərsiz itkin düşmüş hesab olunmuşdur. - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(003)-2103/2016 saylı qətnaməsindən görünür ki, ərizə təmin edilmiş, 1969-cu il təvəllüdlü X1 ölmüş elan edilmişdir. - Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ 843779 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X1 xx.xx.2016-cı ildə ölmüşdür. - Cavabdeh QSC-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, 1994-cü ildə “X12” gəmisi "Kommersiya qurumunun dövlət qeydiyyatının ləğv edilməsi haqqında" xx.xx.2015-ci il tarixli **********62 nömrəli bildirişə əsasən ləğv edilmiş və müvafiq dövlət reyestrindən çıxarılmış X20 İdarəsinin balansında olmuşdur. - Cavabdeh QSC-nin xx.xx.2025-ci il tarixli arxiv arayışından görünür ki, xx.xx.1959-cu il təvəllüdlü X1 həqiqətən Bakı Dəniz Yolları məktəbini bitirdikdən sonra (Диплом АТ №022043) xx.xx.1979-cu ildən (xx.xx.1979-cu il tarixli 20/n nömrəli əmr) xx.xx.1987-ci ilə kimi (xx.xx.1987л-ci il tarixli 114/c nömrəli əmr) X11 "Zəngilan", "Sovetskiy Qazaxıstan", "Şair Vidadi", gəmilərində matros, kapitanın 3-cü köməkçisi, kapitanın 2-ci köməkçisi, kapitanın baş köməkçisi vəzifələrində, xx.xx.1992-ci ildən (xx.xx.1992-ci il tarixli 51/л tarixli əmr) xx.xx.1993-cü ilə kimi (xx.xx.1993-cü il tarixli 33/л nömərli əmr) X20 İdarəsinin "Bakinskaya-5", "X12" gəmilərində bagermeyster-kapitan vəzifəsində işləmişdir. Onun tutduğu vəzifələr üzücü heyətə və işlədiyi gəmilər dəniz nəqliyyat donanmasının gəmilərinə aiddir. Bu gəmilər daimi olaraq liman akvatoriyasında işləyən, xidmətiyardımçı, səyyar, şəhərətrafı və şəhərdaxili gəmilərinə aid deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli 154 nömrəli qərarına əsasən X17 Azərbaycan Dövlət X17 adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli 6 nömrəli və xx.xx.2014-cü il tarixli 213 nömrəli Sərəncamlarına əsasən Azərbaycan Dövlət X11 və Xəzər X16 yenidən təşkili yolu ilə “Azərbaycan X17" Qapalı Səhmdar Cəmiyyəti yaradılmışdır. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının mərhum əri X1 Azərbaycan X11 “Mühəndis B.Məmmədov” gəmisində kapitanın 2-ci köməkçisi vəzifəsində işləmişdir. O, xx.xx.1993-cü ildə qeyd olunan gəmidə xidmət növbəsinə getmiş və xx.xx.1993-cü il tarixində səhər saatlarında xidmət növbəsindən evə qayıtmalı olduğu halda qayıtmamışdır. Əzizbəyov Rayon Xalq Məhkəməsinin xx.xx.1994-cü il tarixli, 2-181/1994 saylı qətnaməsindən görünür ki, ərizə təmin edilmiş, 1959-cu ildə Bakı şəhərində anadan olmuş, evli, “Mühəndis B.Məmmədov gəmisində kapitanın 2-ci köməkçisi işləyən, Bakı şəhəri, Mərdəkan qəsəbəsi, Komsomol küçəsi, ev 15-də yaşamış X2 xəbərsiz itkin düşmüş hesab olunmuşdur. Həmin qətnamədə sadalanan müvaiq sənədlərlə müəyyən edilmişdir ki, X1 18 aprel 1993-cü il tarixdə, gecə saat 23-24 radələrində “Mühəndis B.Məmmədov” gəmisindən naməlum şəraitdə itkin düşmüş, hal-hazırda itkin düşmüş kimi axtarışda olmuşdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(003)-2103/2016 saylı qətnaməsindən görünür ki, ərizə təmin edilmiş, 1969-cu il təvəllüdlü X1 ölmüş elan edilmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, 1969-cu il təvəllüdlü X1 22 il bundan əvvəl yaşadığı ünvan 1 ünvanını tərk etmiş, bir daha geri qayıtmamışdır. Hazırkı tarixədək onun harada olması barədə ərizəçidə məlumat yoxdur. Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) Rayon Məhkəməsinin 2- 181/94 saylı, 17 may 1994-cü il tarixli qətnaməsi ilə 1969-cu ildə Bakı şəhərində anadan olmuş, evli, mühəndis “Balarza Məmmədov” adına gəminin kapitanının 2-ci köməkçisi işləyən, ünvan 4 ünvanında yaşamış X1 xəbərsiz itkin düşmüş hesab edilmişdir. Məhkəmə hazırkı iddiaya münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191.2-ci maddəsinə əsasən aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. - 239.1-ci maddəsinə əsasən, istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəf iddiasını əsaslandırdığı halları təqsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, qanunvericiliyin tələbindən də görünür ki, məhz təqsirli (tam və ya qismən) olan işəgötürən işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin əvəzini bütövlükdə ödəməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə Əzizbəyov Rayon Xalq Məhkəməsinin xx.xx.1994-cü il tarixli, 2-181/1994 saylı qətnaməsindən görünür ki, 1959-cu ildə Bakı şəhərində anadan olmuş, “Mühəndis B.Məmmədov gəmisində kapitanın 2-ci köməkçisi işləyən X1 18 aprel 1993-cü il tarixdə, gecə saat 23-24 radələrində “Mühəndis B.Məmmədov” gəmisindən naməlum şəraitdə itkin düşmüş, itkin düşmüş kimi axtarışda olmuşdur. Qətnamə ilə o, xəbərsiz itkin düşmüş hesab olunmuşdur. Lakin, onun naməlum şəraitdə itkin düşməsində işəgötürənin təqsirinin və ya hüquqa zidd əməllərinin olması sübuta yetirilməmişdir. Məhkəmə iddia tələbləri ilə bağlı qeyd edir ki, hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №e-2(009)-1450/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1450/2025
10.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver