Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-1470/2025 24.06.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi Ağayeva Narqələm Bayram qızının katibliyi İddiaçı və onun nümayəndəsi və vəkili B.S.Məmmədovun iştirakları ilə İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq … MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, A.Məmmədov küçəsi 10 və H.Seyidzadə küçəsinin kəsişməsində yerləşən binanın 1-ci mərtəbəsinin sahəsi 300 kv.m qeyri-yaşayış sahəsinin dəyərinin tam ödənilməklə əldə etmiş, lakin həmin əmlakı ona satılması nəticəsində MMC-nin fəaliyyətində iştirak edən şəxslər qanunsuz varlanmaq niyyəti güdmüş, vətəndaşları aldatmaq yolu ilə əmlaka sahib çıxmış, əmlakın əldə edilməsinə sərf edilən pul vəsaitinin MMC-nin bank hesabında mövcud olmaması səbəbi ilə əmlakın onlara məxsus olmasını iddia etdikləri üçün əmlakın hazırki bazar qiyməti nəzərə alınmaqla cavabdehdən 450.000 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil göstərmişdir ki, Binəqədi rayon Məhkəməsinin icraatında 2024-cü ilin noyabr ayından hazırki mülki iş üzrə cavabdeh olan "xxxx" MMC-nin nümayəndəsi olduğu şəxsə qarşı qanunsuz zəbt olunan qeyri-yaşayış sahəsindən çıxarılma tələbinə dair mülkim iş vardır. Həmin mülk iş üzrə məhkəmə baxışı 2025-ci ilin avqust ayının 13-nə saat 14:15-ə təyin edilmişdir. Hər iki mülki işlər arasında bağlılıq var, bir icraatda baxılması məqsədəmüvafiqdir. Bu səbəbdən hazırki mülki işin birləşdirilərək birlikdə baxılması üçün Binəqədi rayon Məhkəməsinə göndərilməsini xahiş edirəm. Məhkəmə iclasında İddiaçı nümayəndə tərəfindən verilən vəsatəti müdafiə etmişdir. Məhkəmə vəsatəti araşdıraraq hesab edir ki, vəsatət təmin edilməlidir. Məhkəmədə tədqiq edilən sənədlərdən belə məlum olur ki, iddiaçı "xxxx" MMC cavabdehlər İddiaçı və X2 qarşı MMC-yə məxsus Bakı şəhəri, Binəqədi rayonu, A.Məmmədov küçəsi 10 və H.Seyidzadə küçəsinin kəsişməsində yerləşən binanın 1-ci mərtəbəsinin ümumi sahəsi 300 kv.m qeyri-yaşayış sahəsinə İddiaçı və Bakı şəhəri, Binəqədi rayonu, A.Məmmədov küçəsi 10 və H.Seyidzadə küçəsinin kəsişməsində yerləşən binanın 1-ci mərtəbəsinin ümumi sahəsi 350 kv.m qeyri-yaşayış sahəsinə cavabdeh X1 qanunsuz sahiblik və istifadə hüquqlarına xitam verilməsinə dair iddia ərizəsi ilə Binəqədi rayon Məhkəməsinə müraciət etmişdir, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin hakimi S.Məmmədovanın xx.xx.2024-cü il tarixli 2(001)-6995/2024 saylı (hazlrda mülki iş nömrəsi 2(001)-911/2025) qərardadı ilə iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmiş, hazırda baxılma mərhələsindədir və xx.xx.2025-ci il tarixə, saat 14:15-ə məhkəmə baxışına təyin edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, hazırki mülki iş Bakı şəhəri Binəqdi Məhkəməsinin icraatında olan iddiaçı "xxxx" MMC cavabdehlər İddiaçı və X2 qarşı MMC-yə məxsus Bakı şəhəri, Binəqədi rayonu, A.Məmmədov küçəsi 10 və H.Seyidzadə küçəsinin kəsişməsində yerləşən binanın 1-ci mərtəbəsinin ümumi sahəsi 300 kv.m qeyri-yaşayış sahəsinə İddiaçı və Bakı şəhəri, Binəqədi rayonu, A.Məmmədov küçəsi 10 və H.Seyidzadə küçəsinin kəsişməsində yerləşən binanın 1-ci mərtəbəsinin ümumi sahəsi 350 kv.m qeyri-yaşayış sahəsinə cavabdeh X1 qanunsuz sahiblik və istifadə hüquqlarına xitam verilməsinə dair iddia ərizəsi üzrə mülki işlə bir icraatda birləşdirilməsi üçün Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, həmin mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilməmişdir. AR MPM-nin 43.1-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərməlidir. Həmin Məcəllənin 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqədar olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbinin predmeti Binəqədi rayon Məhkəməsində mübahisə predmeti olan əmlaklara dair ödənilən pul vəsaitinin tutulmasına dair olduğundan, Binəqədi rayon Məhkəməsində baxılan mülki işdə isə həmin qeyri-yaşayış sahələrinin qeyri qanuni sahiblikdən geri alınması ilə bağlı olduğundan məhkəmə hesab edir ki, hər iki mülki işə bir icraatda baxılması məqsədəmüvafiq hesab edilməlidir. Belə ki, məhkəmə qeyd edir ki, mülki işlərin bir icraatda birləşdirilməsinin məqsədi bir-biri ilə əlaqəsi olan müxtəlif mahiyyətli mülki mübahisələrin daha tez, obyektiv və hərtərəfli həllini təmin etməkdir. Mülki işlərin bir-biri ilə əlaqəsi, baxılan iş üzrə tərəflərin eyni olmasında, mübahisə predmetinin eyniliyində, mübahisə doğuran hüquq münasibətlərinin subyektlərinin və ya obyektin eyniliyində ifadə olunmalıdır. Həm Səbail rayon Məhkəməsinin icraatında, həm Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin icraatında olan mülki iş bir-biri ilə əlaqədardır. Belə olan halda məhkəmə qeyd edir ki, hər iki mülki iş arasında irəli sürülmüş tələblərə bir prosesdə baxılmasına imkan verən obyektiv əlaqə mövcuddur. Ədalət mühakiməsinin düzgün həyata keçirilmə zərurətini, hər iki mülki işin bir icraatda baxılmasının məqsədəmüvafiqliyini, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin icraatında olan mülki işə mahiyyəti üzrə baxılmağa başlanılmasını və mülki prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki mülki iş Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin hakimi Səidə Məmmədovanın icraatında olan 2(001)-911/2025 saylı mülki işlə birləşdirilməlidir. Məhkəmə həmçinin aşağıdakılara əsasən hesab edir ki, hazırki qərardaddan şikayət verilə bilməz. Belə ki, mülki-prosessual məcəllənin XLİİ fəsli birinci instansiya məhkəməsinin qərardadlarından şikayət verilməsi məsələsini tənzimləyir. Həmin fəsildə yer alan 395-ci maddədə birinci instansiya məhkəməsinin ayrıca akt şəklində qəbul olunmuş qərardadlarından hansı halda şikayət verilməsi göstərilmişdir. Maddədə həmin qərardadlardan şikayət verilməsinin iki məqsədli əsası müəyyən edilmişdir- bu Məcəllədə göstərilən hallarda və məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda (395.1.1-395.1.2). Normanın tələbinə görə birinci instansiya məhkəməsinin digər qərardadlarından şhikayət verilmir, işdə iştirak edən şəxslər bu qərardaddan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər(395.2). AR MPM-nin 43-cü maddəsinə əsasən bir-biri ilə əlaqədar olan işlərin birləşdirilməsi ilə bağlı birinci instansiya məhkəmələrinin qəbul etdiyi qərardadlardan şikayət verilməsi göstərilməmişdir. Eyni zamanda həmin normaya əsasən qəbul olunmuş qərardadın mülki işin sonrakı hərəkətinə mane olmadığı da mübahisəsizdir. Bütün bu hallar onu təsdiq edir ki, AR MPM-nin 43-cü maddəsinə əsasən bir-biri ilə əlaqədar olan işlərin birləşdirilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardadlardan şikayət verilə bilməz. Şərh olunanlara əsasən və AR MPM-nin 39, 43 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə… QƏRARA ALDİ: Vəsatət təmin edilsin. Bakı şəhər Səbail Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbi barədə 2(009)-1470/2025 saylı mülki iş, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin hakimi Səidə Məmmədovanın icraatında olan iddiaçı "xxxx" MMC cavabdehlər İddiaçı və X2 qarşı MMC-yə məxsus Bakı şəhəri, Binəqədi rayonu, A.Məmmədov küçəsi 10 və H.Seyidzadə küçəsinin kəsişməsində yerləşən binanın 1-ci mərtəbəsinin ümumi sahəsi 300 kv.m qeyri-yaşayış sahəsinə İddiaçı və Bakı şəhəri, Binəqədi rayonu, A.Məmmədov küçəsi 10 və H.Seyidzadə küçəsinin kəsişməsində yerləşən binanın 1-ci mərtəbəsinin ümumi sahəsi 350 kv.m qeyri-yaşayış sahəsinə cavabdeh X1 qanunsuz sahiblik və istifadə hüquqlarına xitam verilməsi tələbinə dair 2(001)- 911/2025 saylı mülki işlə bir icraatda birləşdirilsin və baxılması üçün Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-1470/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-1470/2025
24.06.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver