Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-1505/2020 11.12.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Tomayev Deputat Süleyman oğlunun katibliyi ilə, İddiaçı – Cavabdeh qarşı “paylı mülkiyyətdə olan əmlakın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı – Cavabdeh qarşı “paylı mülkiyyətdə olan əmlakın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh ½ hissədə bərabər paylara mülkiyyətçiləri olduqları “Kia Carnival” markalı, ** XP *** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək iddiaçı ilə cavabdeh arasında barışıq sazişi bağlandığından iddiadan imtina etdiyini bildirmiş və iddiaçının iddiadan imtina barədə ərizəni qəbul edərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Əliyeva Könül Nəriman qızı ərizə ilə məhkəməyə müraciət edərək iddiaçı ilə cavabdeh arasında razılıq əldə edilməsini bildirmiş və iddiaçının iddiadan imtinasını qəbul edərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş üzrə tərəflərin nümayəndələri ayrı-ayrılıqda işə onların iştirakı olmadan baxılmasını xahiş etdiklərindən, məhkəmə işə iş üzrə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının iddiadan imtina edilməsi barədə ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının iddiadan imtina etməsi qəbul edilməli, iş üzrə icraata xitam verilməli və iddiaçıya Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş İddiaçı tərəfindən yazılaraq xx.xx.2020-ci il tarixdə notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin icraatında olan onun Cavabdeh qarşı birgə nigah dövründə əldə edilmiş, keçmiş əri Cavabdeh mülkiyyətində olan “KİA Carnival” markalı ** XP *** dövlət qeydiyyat nişanlı avtomaşının pay bölgüsünə əsasən hərraca çıxarılması və paya uyğun dəyərinin ona ödənilməsinə dair mülki iş üzrə iddia tələbindən barışıq sazişinin şərtlərinə uyğun olaraq imtina etmiş, həmin avtomaşın üzrə payına uyğun olaraq 25 000 (iyirmi beş min) manat məbləğində pul vəsaiti ona tam olaraq rəsmi qaydada ödənildiyi üçün həmin avtomaşınla bağlı bütün iddia tələblərindən imtina etmiş, aralarında olan barışıq sazişinin tanınmasını tələb etmiş, avtomaşınla bağlı bütün məhdudiyyətlərin aradan qaldırılmasını, həmin avtomaşının mülkiyyətçisi Cavabdeh tərəfindən satılmasına, bağışlanmasına, girov qoyulmasına və ya hər hansı bir hüquqi nəticələrə səbəb olan hər hansı bir hərəkətlər edilməsinə etiraz etməmiş və payına uyğun olaraq kompensasiya aldığı üçün həmin avtomaşın üzrə aralarında olan bütün mübahisələrin həll edildiyini təsdiq etmişdir. Azərbaycan Respublikası MPM-in 52-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. İddiaçının iddiadan imtina etməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə bu hərəkəti qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı imzalayır. İddiadan imtina etmə, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Hakim iddiaçının iddiadan imtina etməsini təsdiq edənə qədər ona müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə hesab edir ki, iddiaçı öz iddia tələbindən imtina etməsi barədə iradə ifadəsini yazılı formada notarial qaydada təsdiq edilmiş ərizə tərtib edərək məhkəməyə təqdim etmişdir, iddiaçının öz iddia tələbindən imtina edilməsi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. İddiaçının nümayəndəsi (vəkili) ərizə ilə məhkəməyə müraciət edərək iddiaçının iddiadan imtina etməsi barədə ərizəsini qəbul edərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Ona görə də, məhkəmə iddiadan imtinanın qəbul olunmasını və Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinin məzmunu izah edilməklə iş üzrə icrata xitam verilməsini mümkün hesab edir. Azərbaycan Respublikası MPM-in 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətdə olan əmlakın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi” tələbinə dair mülki iş üzrə İddiaçı iddiadan imtinası qəbul edilməli və iş üzrə icraata xitam verilməli, MPM-in 262.4-cü maddəsinin tələbləri iddiaçıya izah olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 191, 261-264, 267-268ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı – Cavabdeh qarşı “paylı mülkiyyətdə olan əmlakın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi” tələbinə dair mülki iş üzrə İddiaçı iddiadan imtinası qəbul edilsin və iş üzrə icraata xitam verilsin. İddiaçı izah olunsun ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №e-2(009)-1505/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-1505/2020
11.12.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver