Məhkəmə qərarları › İş №e-2(009)-1515/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-1515/2023

11.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-1515/2023 11.07.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarova, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 – cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “vurulmuş maddi ziyanın ödənilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün ödənilməli olan aylıq əmək haqqının və qeyri ödəmələrin verilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 – cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “vurulmuş maddi ziyanın ödənilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün ödənilməli olan aylıq əmək haqqının və qeyri ödəmələrin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı, İddiaçı4, əvvəlki vəzifəsinə bərpa olunmaqla və itirilmiş illəri əmək stajına hesablanılmaqla, 67 ay müddət üçün ödənilməmiş əmək haqqı olaraq, 72.360 manat, aylıq kirayə pulu olaraq 17.587 manat, istifadə olunmamış məzuniyyətə görə 2150 manat və illik maddi yardım üçün 1850 manat, 13-cü maaşa görə 3400 manat olmaqla cəmi, 97.347 manat məbləğində kompensasiyanın, iddiaçı, İddiaçı2 əvvəlki vəzifəsinə bərpa olunmaqla və itirilmiş illəri əmək stajına hesablanmaqla, 74 ay müddət üçün ödənilməmiş əmək haqqı olaraq, 71.040 manat, aylıq kirayə pulu olaraq 19.425 manat, istifadə olunmamış məzuniyyətə görə 2150 manat və illik maddi yardım üçün 1850 manat, 13-cü maaşa görə 3400 manat olmaqla, cəmi 97.865 manat məbləğində kompensasiyanın, iddiaçı, İddiaçı3 əvvəlki vəzifəsinə bərpa olunmaqla və itirilmiş illəri əmək stajına hesablanmaqla, 73 ay müddət üçün ödənilməmiş əmək haqqı olaraq, 63.844 manat, aylıq kirayə pulu olaraq 19.162 manat, istifadə olunmamış məzuniyyətə görə 2150 manat və illik maddi yardım üçün 1850 manat, 13-cü maaşa görə 3400 manat olmaqla, cəmi 90.406 manat məbləğində kompensasiyanın, iddiaçı, İddiaçı1 əvvəlki vəzifəsinə bərpa olunmaqla və itirilmiş illəri əmək stajına hesablanmaqla , 74 ay müddət üçün ödənilməmiş əmək haqqı olaraq, 51.800 manat, aylıq kirayə pulu olaraq 19.425 manat, istifadə olunmamış məzuniyyətə görə 2150 manat və illik maddi yardım üçün 1850 manat, 13-cü maaş olaraq 3400 manat cəmi, 78.625 manat məbləğində kompensasiyanın, cavabdehdən alınaraq iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddia ərizəsi yolverilməzliyinə görə qəbul edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2 və 153.2.1-ci maddələrinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (İPM) 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İnzibati hüquq münasibətləri (idarəçilik sahəsində ümumi (publik) hüquq münasibətləri) dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində yaranır və bilavasitə dövlət idarəetmə fəaliyyətinin həyata keçirilməsi prosesində inzibati orqanların vəzifə və səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlıdır. Göründüyü kimi, belə hüquq münasibətlər publik hüquq sahəsində yaranmaqla münasibətin tərəfi kimi mütləq qaydada inzibati orqan çıxış edir, həmin orqanın fəaliyyəti ictimai idarəetmə ilə bağlı olur və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşaiyyət olunur. Nəzərə alınmalıdır ki, inzibati hüquq münasibətlərini digər hüquq münasibətlərindən fərqləndirən xüsusiyyətlərdən biri həmin münasibətlərin hakimiyyət-tabeçilik prinsipi əsasında qurulmasıdır. Azərbaycan Respublikası İnzibati Prosessual 2.2-ci maddəsinə görə isə, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair (öhdəliyin icrası haqqında iddia), inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia), inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia ərizəsindən görünür ki, iddiaçılar hərbi qulluqçu olmuşlar və hazırda əvvəlki vəzifələrinə bərpa olunmaqla, itirilmiş illər əmək stajına hesablanmaqla, həmin müddət üçün ödənilməmiş əmək haqqının və kompensasiya ödənilməsini tələb edirlər. Bununla bağlı qeyd edir ki, “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 136 nömrəli qərarına əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyi inzibati orqan hesab edilir. Qeyd edilənləri nəzərə alaraq hesab edir ki, İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 iddia tələbi predmet və subyekt tərkibinə görə inzibati xarakterli olduğundan hazırki iddia tələbinə ümumi məhkəmədə baxıla bilməz. Azərbaycan Respublikası MPM-nin 153.3-cü maddəsinə görə, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.4-cü və 153.5-ci maddələrinə əsasən, ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Beləliklə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “vurulmuş maddi ziyanın ödənilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün ödənilməli olan aylıq əmək haqqının və qeyri ödəmələrin verilməsi” tələbinə dair iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153.2.1, 153.3, 153.4, 153.5, 153.6, 263 və 264-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “vurulmuş maddi ziyanın ödənilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün ödənilməli olan aylıq əmək haqqının və qeyri ödəmələrin verilməsi” tələbinə dair iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 qaytarılsın. İddiaçılara izah olunsun ki, həmin iddia tələbi ilə müvafiq inzibati məhkəməyə müraciət etmək hüquqları vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar