Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1636/2025 30.09.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətin naturada bölünməsi, mənzilə köçürülməsi, bu mümkün olmadıqda əmlakın açıq hərracdan satılaraq hərracdan əldə olunmuş vəsaitin paya uyğun şəkildə ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətdə olan mənzilin naturada bölünməsi və mənzilə köçürülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, mübahisənin predmeti olan ünvan 1, 7 saylı mənzil əvvəllər xx.xx.2021-ci il tarixdə vəfat etmiş X1 mülkiyyətində olmuş, axırıncının həmin mənzilə dair mülkiyyət hüquqları xx.xx.2009-cu il tarixli, **********19-05101-093004 reyestr nömrəli çıxarış əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Qeyd edilmiş mənzil atasının mülkiyyətinə verilməsinə əsas order əsasında istifadəsində olmuş mənzilin ailə üzvlərinin yoldaşı və uşaqlarının razılığı ilə onun adına özəlləşdirilməsi olmuşdur. xx.xx.2021-ci il tarixdə atası X7 vəfat edən günədək həmin mənzil atasından başqa onun və anası X4 istifadəsində olmuş, onlardan başqa qeyd edilmiş mənzildə qeydiyyatda olan cavabdeh qardaşı Cavabdeh ailə üzvləri ilə birlikdə (həyat yoldaşı və uşaqları) kirayə evdə yaşamış, həmin mənzildə yaşamamışdır. xx.xx.2021-ci il tarixdə atasının vəfatından sonra Bakı şəhəri 28 saylı notariat ofisində vərəsəlik işi açılmış, vərəsəliyin qəbulu ilə bağlı notariat ofisinə o, və anası X8 müraciət etmiş, digər vərəsə Cavabdeh miras əmlakdakı payını qəbul etmədiyindən, onun miras əmlakdakı 1/3 paya açıq qalmış, digər baçısı X9 atasından əvvəl vəfat etməsi və onun vəfatından sonra birinci növbəli vərəsələri olmadığından, miras qalmış əmlaka qanun üzrə 3 vərəsə müəyyən olmuşdur. Bu əsasla da notarius AR MM-nin 1150.1.1-ci maddənin tələblərinə uyğun olaraq atasından miras qalmış əmlakın 1/3 hissəsinə onun, 1/3 hissəsinə anası X4 vərəsəlik paylarını müəyyən edərək adlarına xx.xx.2022-ci il tarixli 2V/15 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə vermiş digər vərəsə Cavabdeh miras əmlakdakı payını qəbul etmədiyindən, onun 1/3 hissəsinə olan payı açıq saxlamışdır. Daha sonra isə anası X4 miras əmlakdakı payın ona bağışlamaq istəyini nəzərə alaraq anası ilə onun arasında xx.xx.2022-ci il tarixli 3M-55 saylı miras payın bağışlanması haqda müqavilə bağlanmışdır. Nəticə də DƏDRX tərəfindən onun adına verilmiş xx.xx.2022-ci il tarixli ********** reyestr nömrəli çıxarışdan göründüyü kimi hazırda xx.xx.2021-ci il tarixdə atası X2 miras qalmış ünvan 1, 7 saylı ümumi sahəsi 62,62 kv.m. olan 3 otaqlı mənzilin 2/3 hissəsi onun adına dövlət reyestrdə qeydə alınmış, 1/3 hissəsi isə açıq qalmışdır. X1 vəfatından 1 il sonra cavabdeh qardaşı Cavabdeh atasının aldığı yüksək məbləğdə (1400 manat) pensiyası atasının adına rəsmiləşdirdiyini öyrəndiyi andan ailəsi ilə birlikdə mübahisənin predmeti olan mənzilə qayıtmış, anasının aldığı pensiyasına sahibləmək məqsədi ilə onu mənzildən qovmuş, paylı mülkiyyətində olan mənzilin giriş-çıxış qapısının açarlarını dəyişərək mənzildən istifadəsinə maneələr yaratmış, bu məqsədlə də 88 yaşlı anası X4 adından etibarnamə üzrə vəkil tutaraq ona, özünə və Bakı şəhəri 28 saylı notariat ofisinə qarşı Bakı şəhəri Səbail rayon Məhkəməsində “xx.xx.2022-ci il tarixli 2V/15-reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamənin, xx.xx.2022-ci il tarixli 3M-55 saylı miras payın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi onun əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli ********** saylı çıxarışın ləğv edilməsi, ½ hissədə iddiaçının vərəsəlik payının müəyyən edilməsinə” dair iddia irəli sürmüşdür. Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(009)-560/2024 saylı qətnaməsi ilə iddiaçı X4 onu Cavabdeh və Bakı şəhəri 28 saylı notariat ofisinə qarşı qaldırdığı xx.xx.2022-ci il tarixli 2V/15 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamənin, xx.xx.2022-ci il tarixli 3M-55 saylı miras payın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, onun əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli ********** saylı çıxarışın ləğv edilməsi, ½ hissədə iddiaçının vərəsəlik payının müəyyən edilməsinə dair iddiası təmin edilməmişdir. İstinad edilmiş qətnamədən X4 nümayəndəsinin verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-4686/2024 saylı qətnaməsi ilə təmin edilməmiş, mübahisə ilə bağlı çıxarılmış Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, e-2(009)-560/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda apellyasiya instansiya məhkəməsinin qeyd edilmiş qətnaməsi qanuni qüvvəsini almış, lakin cavabdeh israrla onu paylı mülkiyyətində olan mənzilinə buraxmır. Bununla da mülkiyyət, sahiblik və əmlakdan istifadə hüquqlarını kobud surətdə pozmağa davam edir. Artıq 4-cü ildir ki, paylı mülkiyyətində mənzil olduğu halda kürəkəninin mənzilində yaşamağa məcbur qalmışdır. Məhkəməyə təqdim edilmiş rəsmi paylı mülkiyyətlərində olan ünvan 1, 7 saylı mənzilin texniki pasportundan görünür ki, 3 otaqlı ümumi sahəsi 62,62 kv.m., 39.64 (10.39-14.00-14.75) yaşayış, 22 kv.m. köməkçi sahələrindən ibarətdir. Hesab edir ki, Cavabdehlə paylı mülkiyyətlərində olan mənzildən axırıncının payına yaşayış sahəsindən düşən 1/3 hissəsinə münasibətdə (yaşayış sahəsindən 13,0 kv.m. düşür) mənzilin sahəsi 14,0 kv.m. olan otağın, onun isə paylı mülkiyyətdə olan 2/3 paya münasibətdə yaşayış sahəsindən 26,0 kv.m. düşür) mənzilin 10.89 kv.m. və 14.74 kv.m. sahəli otaqların köməkçi sahələrinin isə ümumi istifadədə saxlamaq və anası X4 da ona aid hissədə yaşamaq şərti ilə mənzilin paylı mülkiyyətçilər arasında naturada bölünməsi mümkündür. Eyni zamanda hesab edir ki, cavabdeh onu paylı mülkiyyətində olan mənzilə buraxmadığından onun həmin mənzilə köçürülməsi haqda qətnamə qəbul edilməlidir. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh qarşı qaldırdığı iddianın təmin edilməsi axırıncı ilə paylı mülkiyyətlərində olan ünvan 1, 7 saylı 3 otaqlı mənzilin aralarında naturada bölünməsi, sahəsi 14,0 kv.m. olan yaşayış otağın cavabdehin və onun ailə üzvlərinin sahəsi 10,89 kv.m. və 14.75 kv.m. olan yaşayış otaqların onun istifadəsinə verilməklə, köməkçi sahələrin tərəflərin ümumi istifadəsində verilməklə, köməkçi sahələrin tərəflərin ümumi istifadəsində saxlamaqla, anaları X4 da mənzilin ona aid hissədə yaşamaq şərti ilə mənzilin paylı mülkiyyətçilər arasında naturada bölünməsi və mənzilin ona aid olan hissəyə onu köçürülməsi barədə qətnamə qnəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh qarşı qaldırdığı axırıncı ilə paylı mülkiyyətlərində olan ünvan 1, 7 saylı 3 otaqlı mənzilin aralarında naturada bölünməsi, sahəsi 14,0 kv.m. olan yaşayış otağın cavabdehin və onun ailə üzvlərinin sahəsi 10,89 kv.m. və 14.75 kv.m. olan yaşayış otaqların onun istifadəsinə verilməsi, köməkçi sahələrin tərəflərin ümumi istifadəsində saxlamaqla, anaları X4 da mənzilin ona aid hissədə yaşamaq şərti ilə mənzilin paylı mülkiyyətçilər arasında naturada bölünməsi və mənzilin ona aid olan hissəyə köçürülməsi, bu mümkün olmadığı halda məhkəmədən ünvan 1, 7 saylı 3 otaqlı mənzilin açıq hərracdan satılması, satışdan əldə edilmiş vəsaitin paylı mülkiyyətçilər arasında paylara uyğun bölünməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, mübahisəli evə dair tərəflərin anasının bağışlama müqaviləsinin etibarsızlığı ilə bağlı qaldırdığı iddia rədd edilmiş, Apellyasiya Məhkəməsi də qüvvədə saxlamışdır. Həmin qətnamədən kassasiya şikayəti geri qaytarılıb. 1 ildir artıq qətnamə mövcuddur və qanuni qüvvəsini almışdır. Digər tərəfdən 2022-ci ildə cavabdeh iddiaçını mübahisəli mənzildə yaşamasına maneçilik törədir, qıfılları dəyişmişdir. Ona görə də iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, hazırkı tələbə baxıla bilməz, çünki bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə dair məsələyə nöqtə qoyulmayıb. Bakı Apellyasiya Məhkəməsində 2024-cü ilin oktyabrında qətnamə qəbul edilsə də, onun tərəfindən kassasiya şikayəti verilmiş, lakin hakim elektron kabinet açmadığı üçün şikayət Ali Məhkəməyə getməmişdir. O, şikayətini Ali Məhkəməyə də göndərmişdir. Ona görə də hesab edir ki, o işə Ali Məhkəmədə baxılıb qurtarmayana qədər hazırkı işə baxıla bilməz. İş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş üzrə Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2009-cu il tarixli daşınmaz əmlakın texniki pasportun surətindən görünür ki, X5 məxsus Bakı şəhəri, Səbail rayonu, Yaşar Bədəlov küçəsi, 19 saylı evin 7 saylı mənzil 3 yaşayış otaqlardan ibarətdir, ümumi sahəsi 62,62 kv.m., yaşayış sahəsi 39.64 kv.m. təşkil etmişdir. İş üzrə Azərbaycan Respublikası DİN tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışa əsasən İddiaçı, X8, Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Y.Bədəlov küçəsində yerləşən 19 saylı evin 7 saylı mənzildə yaşayış yeri üzrə qeydiyyatdadırlar. İş üzrə İddiaçı sifarişinə əsasən "xxxx" MMC tərəfindən verilmiş MB-18/0865 saylı, xx.xx.2025ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, ünvan 1 ünvanında yerləşən 7 saylı mənzilin yaşayış sahələrinin payçılar arasında naturada bölgüsü mümkün olsa da, köməkçi sahələrin (ümumi istifadə sahələri) fiziki olaraq bölgüsü texniki baxımdan mümkün olmadığından mənzilin naturada bölgüsü mümkün sayılmır. İş üzrə 5 saylı Vəkil Bürosunun Vəkili Vəkil sifarişinə əsasən "xxxx" MMC tərəfindən verilmiş MB-18/1185 saylı, xx.xx.2025-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, ünvan 1 ünvanında yerləşən 7 saylı 3 otaqlı mənzilin xx.xx.2025-ci il tarixinə hesablanmış bazar dəyəri 115.000 manat təşkil etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, keçmiş Stalin rayon X11 İcraiyyə Komitəsinin 44/81 nömrəli xx.xx.1961-ci il tarixli qərarına, keçmiş 26 Bakı Komissarı rayonu X17 İcraiyyə Komitəsinin 52/4102 nömrəli, xx.xx.1986-cı il tarixli qərarına, forma-2 arayışına, Cavabdeh, X6, İddiaçı və X4 razılıq ərizələrinə əsasən sözügedən mənzil ilkin olaraq X3 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 28 saylı DNK-nın xx.xx.2022-ci il tarixli 2V-15 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə və xx.xx.2022-ci il tarixli 3M-55 reyestr nömrəli miras payının bağışlanması haqqında müqaviləsinə əsasən X3 vəfatından sonra mənzilin 2/3 hissəsi İddiaçı adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 28 saylı DNK-nın xx.xx.2022-ci il tarixli 2V-15 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə X3 adına açıq saxlanılmış 1/3 hissəsi Cavabdeh adına qeydiyyatdan keçmişdir. Hazırda mənzilin 2/3 hissəsi İddiaçı və 1/3 hissəsi Cavabdeh mülkiyyətindədir. İş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kolegiyasının 2(103)-4686/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X4 nümayəndəsi (vəkili) X10 apellyasiya şikayəti təmin edilməməsi, Bakı şəhəri, Səbail rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(009)-560/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən görünür ki, iddiaçı X8 Bakı şəhəri 28 saylı Notariat Ofisi üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər İddiaçı, Cavabdeh qarşı “qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin, miras payın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, onun əsasında verilmiş çıxarışın ləğv edilməsi, ½ hissədə vərəsəlik payının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 28 saylı Notariat ofisində rəsmiləşdirilmiş xx.xx.2022-ci il tarixli 2V-15 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, xx.xx.2022-ci il tarixli 3M- 55 nömrəli miras payın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, onun əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli ********** saylı Çıxarışın ləğv edilməsi, ½ hissədə iddiaçının vərəsəlik payının müəyyən edilməsi tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri 28 saylı Notariat ofisində rəsmiləşdirilmiş xx.xx.2022-ci il tarixli 2V15 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, xx.xx.2022-ci il tarixli 3M-55 nömrəli miras payın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, onun əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli ********** saylı çıxarışın ləğv edilməsi, əmlakın ½ hissəsinə iddiaçının vərəsəlik payının tanınması (müəyyən edilməsi) və əmlakın qalan digər yarı hissəsinə 1/3 hissədə vərəsəlik payının tanınması (müəyyən edilməsi) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(009)-560/2024 saylı qətnaməsi ilə (hakim R.Qafarova) iddianın təmin edilməməsi qət edilmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Yaşar Bədəlov küçəsində yerləşən 19 saylı evin 7 saylı mənzili tərəflərin atalarına məxsus olmuşdur, xx.xx.2021-ci il tarixdə ataların vəfat etdikdən sonra iddiaçı və onun anası X8, o cümlədən cavabdeh miras əmlakı qəbul etmiş və miras əmlaka dair hər biri 1/3 payı olmaqla qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almış və daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarını qeydiyyata almışlar. Bağışlama müqaviləsinə əsasən Qızbəs Zəkiyeva miras əmlakdan özünə məxsus 1/3 payını qızı İddiaçı bağışlamış, iddiaçının mübahisəli mənzilin üzərinə 2/3 payı ilə mülkiyyət hüququ müəyyən edilmiş və bu hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Qızbəs Zəkiyeva tərəfindən bağışlama müqaviləsinin etibarsızlığı ilə bağlı mübahisə açılmış, onun iddiası təmin edilməmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli Bakı Apellyasiya Məhkəməsinin qətnaməsindən kassasiya şikayətinin verilməsini bildirsə də, həmin şikayətin Ali Məhkəmənin icraatında olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən məhkəmə hazırkı işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, paylı mülkiyyətində olan mübahisəli mənzil texniki pasport üzrə 3 yaşayış otağından ibarətdir və cavabdeh iddiaçıya mübahisəli mənzildə istifadə etməyə imkan vermir. İddiaçının irəli sürdüyü iddia tələblərinə əsasən cavabdeh mübahisəli mənzildən mülkiyyətçi kimi ona istifadə etməsinə maneçilik törədir və bu səbəbdən iddiaçı həmin mənzilin real bölgüsünün həyata keçirilməsini və mənzilə köçürülməsini, real bölgü mümkün olmadığı halda isə həmin mənzilin açıq hərracdan satılmasını və paylarına mütənasib surətdə bölüşdürülməsini xahiş etmişdir. İddiaçının müraciəti əsasında "xxxx" MMC qiymətləndirmə şirkəti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli mütəxəssis rəyinə əsasən mübahisəli mənzilin yaşayış sahələrinin payçılar arasında naturada bölgüsü mümkün olsa da, köməkçi sahələrin (ümumi istifadə sahələri) fiziki olaraq bölgüsü texniki baxımdan mümkün olmadığından mənzilin naturada bölgüsü olmaması müəyyən edilmişdir. Məhkəmə tərəflərin paylı mülkiyyətdə olan mənzilin paylara uyğun bölünməsinin texniki cəhətdən mümkün olmamasını nəzərə alaraq hesab edir ki, iddia tələbi paylı mülkiyyət hüququ üzrə mənzilin real bölgüsünün həyata keçirilməsi hissəsində əsassızdır və təmin edilməməlidir. Məhkəmə iddiaçının mənzilə köçürülməsi barədə tələbinə hüquqi qiymət verərək qeyd edir ki, iddiaçının mənzilin real bölgüsünün həyata keçirilməsi barədə iddia tələbinin əsassız olması öz təsdiqini tapdığından, iddia tələbi bu hissədə də əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2014-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. X18 qeyd edilmişdir ki, mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə 06 dekabr 2024-cü il tarixli Qərardadında göstərilmişdir ki, - Paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi və ya mülkiyyətçinin əşyadakı payının ayrılması – bu məsələləri nizamlayan Mülki Məcəllənin 220 və 221-ci maddələrinin məzmunundan belə nəticəyə gəlmək olar ki, bölünmə və ayrılma anlayışları eynilik təşkil etməməklə, fərqli hüquqi mexanizmləri nəzərdə tutur. Paylı mülkiyyətdə olan əşyadan mülkiyyətçilərin birinin (və ya bir neçəsinin) payının ayrılması proseduru Mülki Məcəllənin 220.3- 220.6-cı maddələri, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi ilə əşya üzərində iştirakçıların paylı mülkiyyət hüquqlarına xitam verilməsi proseduru isə 221-ci maddəsi ilə tənzimlənir. - Hər iki prosedur ilk olaraq tərəflərin razılığı ilə, bu mümkün olmadıqda isə mübahisənin məhkəmədə həll olunmasını nəzərdə tutur (Mülki Məcəllə, 220.3-cü maddənin birinci cümləsi və 221-ci maddənin 2-ci cümləsi). - Qeyd olunan hüquqi prosedurlar arasındakı fərq isə ondan ibarətdir ki, paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi maddənin başlığından da göründüyü kimi, bütün hallarda həmin şəxslərin əşya üzərində ümumi paylı mülkiyyət hüquqlarına xitam verilməsi ilə nəticələnir. Bu baxımdan əşyanın bölünməsi halı üçün Mülki Məcəllənin 221-ci maddəsində onun fiziki bölgüsü və hərracdan satışından ibarət iki ardıcıl hüquqi mexanizm müəyyən edilmişdir. Həmin maddə bütün paylı mülkiyyətçilər əşyanın bölünməsi ilə bağlı həmfikir olsalar da, aralarında paylı mülkiyyət hüququna xitam verilməsinin növü və ya forması (fiziki bölgü, hərracdan satış və s.) ilə bağlı mübahisə olduğu və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qaldığı, yəni ümumiliyin davam etdirilməsinin mümkün olmadığı hallarda tətbiq edilməlidir. Məsələn, bütün payçıların əşyanın paylarına uyğun bölünməsini tələb etdikləri və ya iki payçıdan biri, üç payçıdan ikisi ayrılmaq istədiyi hallarda əşyanın bölünməsi mexanizmi işə düşür. - Əşya üzərində mülkiyyət hüququndakı payın ayrılması isə bütün hallarda ümumi paylı mülkiyyət hüququna xitam verilməsi ilə nəticələnmir. Bu baxımdan əşyanın bölünməsi halından fərqli olaraq, payın ayrılması halı üçün Mülki Məcəllənin 220.2-220.6-cı maddələrində payın naturada ayrılması, bu mümkün olmadıqda kompensasiya ödənilməklə paya xitam verilməsi və əşyanın açıq hərracdan satışından ibarət üç ardıcıl hüquqi mexanizm müəyyən edilmişdir. Mülki Məcəllənin 221-ci maddəsinin məzmunundan müəyyən olunur ki, əgər iştirakçılar (paylı mülkiyyətçilər) arasında ümumi paylı mülkiyyət hüququna xitam verilməsi növünə (fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi) dair razılıq olmazsa və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qalarsa, yəni ümumiliyin davam etdirilməsi mümkün olmazsa, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi yuxarıda qeyd olunduğu kimi payın ayrılmasından fərqli olaraq aşağdakı iki mərhələdən ibarətdir: 1) ümumi paylı mülkiyyətdə olan əşyanın naturada (fiziki) bölgüsü; 2) əşyanın məhkəmə qərarı ilə hərracdan satılması. Qeyd edilən qərardadda göstərilmişdir ki, ümumi mülkiyyətdə olan əşyadan payın ayrılması prosedurundan fərqli olaraq, əşyanın bölünməsi halında kompensasiya ödənilməsi mərhələsi olmadığından, əşya üzərində mülkiyyəti davam etdirmək niyyətində olan digər payçıların mülkiyyət hüquqlarının qorunması məqsədilə Mülki Məcəllənin 221-ci maddəsində qapalı hərracı ehtiva edən yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilməsi imkanı nəzərdə tutulmuşdur. Hərracın forması tərəflərin mövqeləri nəzərə alınmaqla məhkəmə tərəfindən müəyyən olunmalıdır. Məhkəmə araşdırması zamanı bütün mülkiyyətçilərin və ya onlardan ən azı birinin əşya üzərində tam mülkiyyət hüququnu əldə etmək niyyətinin olduğu müəyyən edilərsə, qətnamənin nəticə hissəsində əvvəlcə yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilməsi, əşya həmin hərracda mülkiyyətçilərdən biri və ya bir neçəsi tərəfindən əldə edilmədiyi halda isə açıq hərracdan satılmalı olması göstərilməlidir. Qərardadda eyni zamanda göstərilmişdir ki, əşyanın ilkin satış qiyməti ilə bağlı qətnamənin icrası mərhələsində yaranacaq yeni mübahisələrin və tərəflərin sui-istifadə hallarının qarşısının alınması məqsədilə məhkəmə paylı mülkiyyətdə olan əşyanın müəyyən etdiyi bazar qiyməti ilə ilkin satış qiymətini qətnamənin icra qaydası kimi onun nəticə hissəsində göstərməli və izah etməlidir ki, qətnamənin icrası mərhələsində paylı mülkiyyətdə olan əşyanın bazar qiymətinin əhəmiyyətli dərəcədə dəyişməsi səbəbindən tərəflər MPM-in 231-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamənin icra qaydasının dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ilkin satış qiymətini yenidən müəyyənləşdirə bilərlər. Məhkəmə iclasında paylı mülkiyyətçilərə məxsus mübahisəli mənzilin real bazar qiymətinin 115.000 manat olması müəyyən edilmişdir. Belə ki, Qiymətləndirmə Palatasının üzvü tərəfindən təqdim olunan mütəxəssis rəyində mübahisəli evin bazar qiymətinin həmin məbləğdə olması qeyd edilmişdir. Məhkəmə mübahisəli mənzilin bazar qiymətini cavabdeh tərəfindən mübahisələndirilməməsini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən təqdim olunan mütəxəssis rəyini mötəbər sübut kimi qəbul edir. Beləliklə məhkəmə hesab edir ki, mübahisəli mənzilin tərəflərin paylarına uyğun olaraq bölünməsi texniki cəhətdən mümkün olmadığından, bununla da ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadığından, iddia tələbi əmlakın hərracdan satılması hissəsində təmin edilməli, əmlak ilkin satış qiyməti 115.000 manat müəyyən edilməklə iştirakçılar üçün qapalı hərrac vasitəsilə, bu, mümkün olmadıqda isə açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılmalı, satış pulu tərəflər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri, Səbail rayonu,Yaşar Bədəlov küçəsində yerləşən 19 saylı evin 7 saylı mənzili ilkin satış qiyməti 115.000 (bir yüz on beş min) manat müəyyən edilməklə iştirakçılar üçün qapalı hərrac vasitəsilə, bu, mümkün olmadıqda isə açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılsın və satış pulu ümumi paylı mülkiyyətin mülkiyyətçiləri olan İddiaçı və Cavabdeh arasında onların paylarına (İddiaçı 2/3 hissə, Cavabdeh 1/3 hissə) münasib olaraq bərabər bölüşdürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-1636/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1636/2025
30.09.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver