Məhkəmə qərarları › İş №e-2(009)-1688/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1688/2023

30.11.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1688/2023 30.11.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əzizli Əziz Seyfulla oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh5 nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh1, Cavabdeh3, Cavabdeh6, Cavabdeh7, X8 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X27 İdarəsinə qarşı ‘‘alğı-satqı müqavilələrinin və qeydiyyat şəhadətnamələrinin etibarsız hesab edilməsi, nəqliyyat vasitəsinin geri qaytarılması’’ tələblərinə dair iddiası üzrə mülki işə Səbail Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X27 İdarəsinə qarşı ‘‘alğı-satqı müqavilələrinin və qeydiyyat şəhadətnamələrinin etibarsız hesab edilməsi, nəqliyyat vasitəsinin geri qaytarılması’’ tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh5 ilə Cavabdeh4 Şahin oğlu arasında **-SA-*** dövlət qeydiyyat nişanlı, ‘‘Land Rover’’ minik markalı, ban nömrəsi SALME15406A224417 olan nəqliyyat vasitəsinə dair xx.xx.2020-ci il tarixdə bağlanmış alğı-satqı müqaviləsinin və xx.xx.2020-ci il tarixli, AD97723 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin, cavabdehlər Cavabdeh4 Şahin oğlu ilə Cavabdeh1 arasında **-OR-*** dövlət qeydiyyat nişanlı, ‘‘Land Rover’’ minik markalı, ban nömrəsi SALME15406A224417 olan nəqliyyat vasitəsinə dair xx.xx.2021-ci il tarixdə bağlanmış alğı-satqı müqaviləsinin və xx.xx.2021-ci il tarixli, AE023670 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin, cavabdehlər Cavabdeh1 ilə Cavabdeh3 arasında **-OR-*** dövlət qeydiyyat nişanlı, ‘‘Land Rover’’ minik markalı, ban nömrəsi SALME15406A224417 olan nəqliyyat vasitəsinə dair xx.xx.2022-ci il tarixdə bağlanmış alğı-satqı müqaviləsinin və xx.xx.2022-ci il tarixli, BB240373 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin etibarsız hesab edilməsi və **-OR-*** dövlət qeydiyyat nişanlı ‘‘Land Rover’’ minik markalı, ban nömrəsi SALME15406A224417 olan nəqliyyat vasitəsinin İddiaçı qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələbini onunla əsaslandırmışdır ki, **-SA-*** dövlət qeydiyyat nişanlı ‘‘Land Rover’’ minik markalı, ban nömrəsi SALME15406A224417 olan nəqliyyat vasitəsi 2016-cı ildə Cavabdeh5 mülkiyyətində olmuş, Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)-7571/2018 saylı qətnaməsinə əsasən **-SA-*** dövlət qeydiyyat nişanlı "Land Rover" minik markalı avtomobil birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilərək bərabər paylarla ½ hissəsinə iddiaçı X3, ½ hissəsinə isə Cavabdeh5 mülkiyyət hüququ müəyyən edilməklə bölünmüş, müvafiq qeydin aparılması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X26 İdarəsinə həvalə edilmiş, həmin qətnamə qanuni qüvvəsini almış və icra olunması üçün Yasamal Rayon İcra və Probasiya söbəsina göndərilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X26 İdarəsinin Bakı şəhəri Yasamal Rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış xx.xx.2019-cu il tarixli, 016- 18004-1219 saylı məktubunda Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)-7571/2018 saylı icra vərəqəsinin icrası ilə əlaqədar bildirilmişdir ki, **-SA-*** dövlət qeydiyyat nişanlı "Land Rover" minik markalı avtomobilin 1/2 payda X5, 1/2 payda Cavabdeh5 paylı mülkiyyət hüquqlarının tanınması ilə bağlı mərkəzi informasiya sistemində müvafiq qeydlər aparılmışdır. Bundan sonra, İddiaçı Cavabdeh5, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Yasamal Rayon Ícra və Probasiya Şöbəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X26 İdarəsinə qarşı "birgə nikah dövründə əldə edilmiş əmlakın naturada bölgüsü və açıq hərracda satılaraq bölünməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, paylı mülkiyyətlərində olan "Land Rover" minik markalı, **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobilin naturada bölünməsi, bu mümkün olmadıqda isə avtomobilin açıq hərrac vasitsilə satyılması və paylarına mütənasib olaraq satışdan əldə edilən pulun aralarında bərabər bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-5121/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək İddiaçı və Cavabdeh5 paylı mülkiyyətində olan "Land Rover" minik markalı, **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracda satılması və satışdan əldə olunan pulun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların 1/2 paylarının mütənasib bölünməsi qət edimişdir. Eyni zamanda Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)- 5121/2020 saylı qərardadı ilə "Land Rover" minik markalı **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-7328/2021 saylı qətnaməsi ilə hüquq va vəzifələrinə toxunan şəxs Cavabdeh1 apellyasiya sikayətinin təmin edilməsi, hazıkı iş üzrə, Yasamal Rayon Məhkəməsinin 2(004)-5121/2020 saylı iş üzrə 10 noyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, İddiaçı Cavabdeh5 qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın naturada bölgüsü və ya açıq hərracda satılaraq bölünməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-587/22 saylı qararı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-7328/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmısdr. Qeyd olunur ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-7328/2021 saylı qətnaməsində və Azərbaycan Respublikasi Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-587/22 saylı qərarında izah olunmuşdur ki tərəflər, o cümlədən İddiaçı hesab edirsə ki, paylı mülkiyyətində olmuş avtomobil qanun pozuntusu, o cümlədən cinayət yolu ilə onun mülkiyyətindən çıxmışdır. Cinayət təqibi üçün hüquq mühafizə orqanlarına, yaxud da mülki icraat qaydasında qeyd olunan əqdləri mübahisələndirə və həmin avtomobilin yenidən öz paylı mülkiyyətinə qaytarılmasını tələb edə, hazırkı iddiasını yenidən irəli sürə və ya vurulmuş zərərin əvəzini zərər vuran şəxslərdən tələb edə bilər. Məhz bu göstərişə uyğun olaraq İddiaçı Cavabdeh5 qarşı pul tələbinə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək 15000 manat məbləğin, 50 manat mediasiya xərcinin və 85 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çxanlmasını xahiş etmişdir. Yasamal Rayon Məhkəmisinin xx.xx.2023-cū il tarixli, 2(004)-130/2023 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Həmçinin, Binəqədi Rayon Polis Ídarəsinin istintaq şöbəsinin ********* nömrəli “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi və iş üzrə icraata xitam verilməsi" barədə xx.xx.2022-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi Yasamal RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis polkovnik-leytenantı X12 tərəfindən vətəndaş X3 müraciəti əsasında toplanmış araşdırma materialı üzrə 10 may 2021-ci il tarixdə fakta görə Azərbaycan Respublikası CM-in 320.2-ci maddəsi ilə başlanmış və icraata qəbul edilərək istintaq aparılmışdır. Həmin cinayət işinin istintaq zamanı müəyyən olunmuşdur ki, Cavabdeh5 tərəfindən X14 36 saylı notariat ofisində xx.xx.2018-ci il tarixdə reyestrdə 9M-9169 nömrəsi ilə qeydə alınmış etibarnamə, xx.xx.2020-ci il tarixdə itirilmiş sənədin əvəzinə verilmiş dublikat etibarnamə və xx.xx.2020ci il tarixdə 48 saylı notariat ofisində fotosurətin düzgünlüyünün təsdiq edilməsi notariat hərəkətləri əsasında sonuncu tərəfindən avtomobilin xx.xx.2020-ci il tarixdə Cavabdeh4 satılması, qeyd edilənlərə əsasən verilmiş sorğular nəticəsində 36 saylı notariat ofisində Cavabdeh5 tərəfindən ümumiyyətlə heç bir notariat hərəkətinin aparlmaması, 48 saylı notariat ofisində xx.xx.2020-ci il tarixdə Cavabdeh5 ilə X13 adına heç bir notariat hərəkətinin aparılmaması müəyyən edilmişdir. Bununla da, Cavabdeh5 adından X13 adına 36 saylı notariat ofisi tərfindən xx.xx.2018-ci ildə verilmiş reyestrdə 9M-9169 nömrəsi ilə qeydə alınmış etibarnamənin, dublikatın verilməsi notariat hərəkətinin və 48 saylı notariat ofisinə məxsus notariat hərəkətlərinin qanunsuz hazırlanması və həmin sənədlərdən biləbilə istifadə edilməklə DİN BDYPİ-də alğı-satqı yolu ilə «Land Rover» markalı, **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2020-ci il tarixdə Cavabdeh4 satılaraq həmin avtomobil **-OR-*** nömrə ilə dövlət qeydiyyata alınması nəticəsinə gəlinmişdir. xx.xx.2023-cü il tarixdə iddiaçının nümayəndəsi iddia tələbinin dəyişdirilməsi ərizəsi verərək cavabdehlər Cavabdeh5 ilə Cavabdeh4 arasında **-SA-*** dövlət qeydiyyat nişanlı, “Land Rover minik” markalı, ban nömrəsi: SALME15406A224417 olan nəqliyyat vasitəsinə dair xx.xx.2020-ci il tarixdə bağlanmış nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsinin və xx.xx.2020-ci il tarixli, AD № 977723 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin etibarsız hesab edilməsi, cavabdehlər Cavabdeh4 ilə Cavabdeh1 arasında **-OR-*** dövlət qeydiyyat nişanlı, “Land Rover minik” markalı, ban nömrəsi: SALME15406A224417 olan nəqliyyat vasitəsinə dair xx.xx.2021-ci il tarixdə bağlanmış nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsinin və xx.xx.2021-ci il tarixli, AE № 023670 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin etibarsız hesab edilməsi, cavabdehlər Cavabdeh1 ilə Cavabdeh3 arasında **-OR-*** dövlət qeydiyyat nişanlı, “Land Rover minik" markalı, ban nömrəsi: SALME15406A224417 olan nəqliyyat vasitəsinə dair xx.xx.2022-ci il tarixdə bağlanmış nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsinin və xx.xx.2022-ci il tarixli, BB 240373 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin etibarsız hesab edilməsi, cavabdehlər Cavabdeh3 ilə Cavabdeh6 arasında **-OR-*** dövlət qeydiyyat nişanlı, “Land Rover minik markalı, ban nömrəsi; SALME15406A224417 olan nəqliyyat vasitəsinə dair xx.xx.2022-ci il tarixdə bağlanmış nəqliyyat vasitəsinin alğısatqı müqaviləsinin və xx.xx.2022-ci il tarixli, BA 192882 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin etibarsız hesab edilməsi, cavabdehlər Cavabdeh6 ilə Cavabdeh7 arasında **-OR-*** dövlət qeydiyyat nişanlı, “Land Rover minik' markalı, ban nömrəsi: SALME15406A224417 olan nəqliyyat vasitəsinə dair xx.xx.2022-ci il tarixdə bağlanmış nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsinin və xx.xx.2022-ci il tarixli, BD 254270 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin etibarsız hesab edilməsi, cavabdehlər Cavabdeh7 ilə Cavabdeh8 arasında **-OR-*** dövlət qeydiyyat nişanlı, “Land Rover minik" markalı, ban nömrəsi; SALME15406A224417 olan nəqliyyat vasitəsinə dair xx.xx.2023-cü il tarixdə bağlanmış nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsinin və xx.xx.2023-cü il tarixli, BD 375757 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin etibarsız hesab edilməsi, **-OR-*** dövlət qeydiyyat nişanlı, “Land Rover minik” markalı, ban nömrəsi: SALME15406A224417 olan nəqliyyat vasitəsinin İddiaçı qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələbinin dəyişdirilməsi ərizəsi onunla əsaslandırmışdır ki, **-SA-*** dövlət qeydiyyat nişanlı, “Land Rover minik” markalı, ban nömrəsi: SALME15406A224417 olan nəqliyyat vasitəsi 2016-cı ildə Cavabdeh5 mülkiyyətində olmuş, Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)-7 571/2018 saylı qətnaməsinə əsasən **-SA- *** dövlət qeydiyyat nişanlı ‘‘Land Rover minik markalı avtomobil birgə nikah dövründə əldə edilmiş əmlak hesab olunaraq bərabər paylarla, 1/2 hissəsinə iddiaçı X3, 1/2 hissəsinə isə Cavabdeh5 mülkiyyət hüququ müəyyən edilməklə bölünmüş, müvafiq qeydin aparılması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X26 İdarəsinə həvalə edilmiş, həmin qətnamə qanuni qüvvəsini almış və icra olunması üçün Yasamal Rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. DİN Baş X26 İdarəsinin Yasamal Rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış xx.xx.2019-cu il tarixli, 016-18004-1219 saylı məktubunda Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)- 7571/2018 saylı icra vərəqəsinin icrası ilə əlaqədar bildirilmişdir ki, **-SA-*** dövlət qeydiyyat nişanlı “Land Rover minik” markalı avtomobilin ½ payda Ağakişiyeva İlahə qızına, ½ payda Cavabdeh5 paylı mülkiyyət hüquqlarının tanınması ilə bağlı mərkəzi informasiya sistemində müvafiq qeydlər aparılmışdır. Bundan sonra, iddiaçı X6 Cavabdeh5, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Yasamal Rayon İcra və Probasiya Şöbəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X27 İdarəsinə qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın naturada bölgüsü və açıq hərracda satılaraq bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, paylı mülkiyyətlərində olan “Land Rover” minik markalı, **- SA-*** dövlət qeydiyyat nişanlı avtomobilin tapılaraq naturada bölünməsi, bu mümkün olmadıqda isə avtomobilin açıq hərrac vasitəsi ilə satılması və paylarına mütənasib olaraq satışdan əldə edilən pulun aralarında bərabər bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-5121/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək İddiaçı və Cavabdeh5 paylı mülkiyyətində olan **-SA-*** dövlət qeydiyyat nişanlı “Land Rover” minik markalı avtomobilin açıq hərracda satılması və satışdan əldə olunan pulun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların ½ paylarına mütənasib bölünməsi qət edilmişdir. Eyni zamanda Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-5121/2020 saylı qərardadı ilə **-SA-*** dövlət qeydiyyat nişanlı “Land Rover” markalı avtomobilin üzərinə həbs qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)- 7328/2021 saylı qətnaməsi ilə hüquq və vəzifələrinə toxunan şəxs Cavabdeh1 apellyasiya şikayətinin təmin edilməsi, hazırki iş üzrə Yasamal Rayon Məhkəməsmın 2(004)-5121/2020 saylı iş üzrə 10 noyabr 2020 ci il tarixli qətnaməsinin ləğv edilməsi, İddiaçı Cavabdeh5 qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın naturada bölgüsü və ya hərracda satılaraq bölünməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-587/22 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-7328/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunur ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-7328/2021 saylı qətnaməsində və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-587/22 saylı qərarında izah olunmuşdur ki, tərəflər, o cümlədən İddiaçı hesab edirsə ki, mülkiyyətində olmuş avtomobil qanun pozuntusu, o cümlədən cinayət yolu ilə onun mülkiyyətindən çıxmışdır, bu halda cinayət təqibi üçün hüquq mühafizə orqanlarına yaxud da mülki icraat qaydasında qeyd olunan əqdləri mübahisələndirə və həmin avtomobilin yenidən öz paylı mülkiyyətinə qaytarılmasını tələb edə və hazırki iddiasını yenidən irəli sürə bilər və ya vurulmuş zərərin əvəzini zərər vuran şəxslərdən tələb edə bilər. Məhz bu göstərişə uyğun olaraq İddiaçı Cavabdeh5 qarşı pul tələbinə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək 15000 manat pulun, 50 manat mediasiya xərcinin və 85 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)- 130/2023 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Həmçinin, Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-130/2023 saylı qətnaməsindən və Binəqədi Rayon Polis İdarəsinin istintaq şöbəsinin ********* nömrəli “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi və iş üzrə icraata xitam verilməsi” barədə xx.xx.2022-ci il tarixli qərarından görünür ki, ********* №-li cinayət işi Yasamal RPİnin İstintaq Şöbəsinin müstəntiqi, polis polkovnik-leytenantı X12 tərəfindən vətəndaş X3 müraciəti əsasında toplanmış araşdırma materialı üzrə 10 may 2021-ci il tarixdə fakta görə Azərbaycan Respublikası CM-in 320.2-ci maddəsi ilə başlanmış və icraata qəbul edilərək istintaq aparılmışdır. Həmin cinayət işinin istintaq zamanı müəyyən olunmuşdur ki, Cavabdeh5 tərəfindən X14 36 saylı notariat ofisində xx.xx.2018-ci il tarixdə reyestrdə 9M- 9169 nömrəsi ilə qeydə alınmış etibarnamə, xx.xx.2020-ci il tarixdə itirilmiş sənədin əvəzinə verilmiş dublikat etibarnamə və xx.xx.2020-ci il tarixdə 48 saylı notariat ofisində fotosurətin düzgünlüyünün təsdiq edilməsi notariat hərəkətləri əsasında sonuncu tərəfindən avtomobilin xx.xx.2020-ci il tarixdə Cavabdeh4 satılması, qeyd edilənlərə əsasən verilmiş sorğular nəticəsində 36 saylı notariat ofisində Cavabdeh5 tərəfindən ümumiyyətlə heç bir notariat hərəkətinin aparılmaması, 48 saylı notariat ofisində xx.xx.2020-ci il tarixdə Cavabdeh5 ilə X20 adına heç bir notariat hərəkətinin aparılmaması müəyyən edilmişdir. Bununla da, Cavabdeh5 adından X13 adına 36 saylı notariat ofisi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş reyestrdə 9M-9169 nömrəsi ilə qeydə alınmış etibarnamənin, dublikatın verilməsi notariat hərəkətinin və 48 saylı notariat ofisinə məxsus notariat hərəkətlərinin qanunsuz hazırlanmasını və həmin sənədlərdən bilə-bilə istifadə edilməklə DİN BDYPİ-də alğı-satqı yolu ilə «Land Rover» markalı, **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2020-ci il tarixdə Cavabdeh4 satılaraq **-OR-*** dövlət qeydiyyat nişanları alnımışdır. Bundan əlavə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-7328/2021 saylı qətnaməsində Cavabdeh5 nümayəndəsi X2 izahatı qeyd olunmuşdur və o, bildirmişdir ki, “Avtomobilin texniki pasportu və oğlunun sürücülük vəsiqəsi ondadır. Maşının sənədləri ondadırsa, maşın necə satıla bilər. Kiməsə etibarnamə də verilməmişdir. Oğlu Samir də hazırda cəzaçəkmə müəssisəsində cəza çəkir.” Həmçinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X26 İdarəsi tərəfindən məhkəməyə təqdim olunmuş Cavabdeh5 mülkiyyətində olmuş “Land Rover minik” markalı, **-SA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sonrakı qeydiyyat hərəkətlərinin aparılmasına əsas olmuş alğı-satqı müqavilələrindən və digər sənədlərdən də məlum olur ki, **-OR-*** (**-SA-***) dövlət qeydiyyat nişanlı, “Land Rover minik” markalı, ban nömrəsi: SALME15406A224417 olan nəqliyyat vasitəsinə dair cavabdehlər Cavabdeh5 ilə Cavabdeh4 arasında xx.xx.2020-ci il tarixdə, cavabdehlər Cavabdeh4 ilə Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixdə, cavabdehlər Cavabdeh1 ilə Cavabdeh3 arasında 07,05.2022-ci il tarixdə, cavabdehlər Cavabdeh3 ilə Cavabdeh6 arasında xx.xx.2022-ci il tarixdə cavabdehlər Cavabdeh6 ilə X4 arasında xx.xx.2022-ci il tarixdə və cavabdehlər Cavabdeh7 ilə Cavabdeh8 arasında xx.xx.2023-cü il tarixdə nəqliyyat vasitəsinin alğı-satqı müqavilələri bağlanmışdır. Göründüyü kimi, məhkəmənin qanuni qüvvəyə minmiş qərarları ilə, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş qərar ilə müəyyən olunmuşdur ki, **-SA-*** dövlət qeydiyyat nişanlı, “Land Rover minik” markalı, ban nömrəsi: SALME15406A224417 olan nəqliyyat vasitəsi saxta etibarnamə əsasında və qanunsuz şəkildə xx.xx.2020-ci il tarixdə Cavabdeh4 formal göstərilmiş qiymətə satılmışdır və həmin nəqliyyat vasitəsinə **-OR-*** dövlət qeydiyyat nişanı alınmışdır. Paylı mülkiyyətdə olan nəqliyyat vasitəsinə dair sərəncam verilməsinə İddiaçı heç bir razlığı da olmamışdır. Bu hallar isə **-OR-*** dövlət qeydiyyat nişanlı, “Land Rover minik” markalı, ban nömrəsi: SALME15406A224417 olan nəqliyyat vasitəsinə dair bağlanmış müqavilələrin etibarsız hesab edilməsi və həmin nəqliyyat vasitəsinin iddiaçının mülkiyyətinə qaytarılması üçün birbaşa əsasdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə izahatında bildirmişdir ki, məhkəmənin qanuni qüvvəyə minmiş qərarları ilə, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş qərar ilə müəyyən olunmuşdur ki, **-SA-*** dövlət qeydiyyat nişanlı, “Land Rover” minik markalı, ban nömrəsi: SALME15406A224417 olan nəqliyyat vasitəsi saxta etibarnamə əsasında qanunsuz olaraq xx.xx.2020-ci il tarixdə Cavabdeh4 satılmışdır və həmin nəqliyyat vasitəsinə **-OR-*** dövlət qeydiyyat nişanı alınmışdır. Həmçinin paylı mülkiyyətdə olan nəqliyyat vasitəsinə dair sərəncam verilməsinə İddiaçı heç bir razılığı olmamışdır. Bu isə xx.xx.2020-ci il tarixli “Nəqliyyat vasitənin alğı-satqı” müqaviləsinin və bundan sonra bağlanmış digər müqavilələrin etibarsız hesab edilməsi üçün birbaşa əsasdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh5 nümayəndəsi X2 izahatında bildirmişdir ki, Samir iddiaçı ilə boşanandan sonra qeyri-qanuni, etibarnamə olmadan maşın avto dayanacaqdan götürülmüş və xəbərləri olmadan satılmışdır. Oğlu Samir hazırda cəzaçəkmə müəssisəsində cəza çəkir. Heç kəsə etibarnamə verilməmişdir. Məhkəmə əvvəlki iclasında iştirak edən Cavabdeh4 nümayəndəsi X10 izahatında bildirmişdir ki, maşını Cavabdeh5 adından etibarnamə verilmiş şəxsdən aldığını, sonra Cavabdeh1 satmışdır. Məhkəmə əvvəlki iclasında iştirak edən Cavabdeh1 izahatında bildirmişdir ki, maşını ona Cavabdeh4 satıb, maşını alıcı olaraq alıb və onun bu məsələlərə aidiyyatı yoxdur. Cavabdeh5 cəzaçəkmə müəssisəsi vasitəsi ərizə göndərərək iddia tələblərini qəbul etmədiyini, sözügedən avtomobil 2018-ci il tarixdə o həbsdə olarkən Quliyev Aqilə verilmiş saxta etibarnamə əsasında özgəninkiləşdirildiyi bildirilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə digər cavabdehlər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Yasamal Rayon Məhkəməsinin 2(004)-7571/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, **-SA-*** dövlət qeydiyyat nişanlı Land Rover minik markalı avtomobil birgə nikah dövründə əldə edilmiş əmlak hesab olunaraq bərabər paylarla, 1/2 hissəsinə iddiaçı X3, 1/2 hissəsinə isə Cavabdeh5 mülkiyyət hüququ müəyyən edilməklə bölünsün, müvafiq qeydin aparılması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X26 İdarəsinə həvalə edilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)B- 587/2022 saylı qərarından görünür ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-5121/2020 saylı iş üzrə 10 noyabr 2020- ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı və Cavabdeh5 paylı mülkiyyətində olan **-SA-*** dövlət qeydiyyat nişanlı “Land Rover” minik markalı avtomobilin açıq hərracda satılması və satışdan əldə olunan pulun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların ½ paylarına mütənasib bölünməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7328/2021 saylı, 10 avqust 2021-ci il tarixli qətnaməsi ilə hüquq və vəzifələrinə toxunan şəxs Cavabdeh1 apellyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 5121/2020 saylı iş üzrə 10 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı Cavabdeh5 qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın naturada bölgüsü və ya açıq hərracda satılaraq bölünməsi tələbinə dair iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)B-587/2022 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7328/2021 saylı, 10 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Yasamal Rayon Məhkəməsinin 2(004)-130/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh5 qarşı 15000 manat pulun, 50 manat mediasiya xərcinin və 85 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair iddia tələbi təmin edilməmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X26 İdarəsi tərəfindən məhkəmə sorğusuna cavab məktubundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, “Land Rover”minik markalı, ban nömrəsi: SALME15406A224417 olan nəqliyyat vasitəsi xx.xx.2016-cı il tarixdən Cavabdeh5 mülkiyyətindədir. Avtomobil xx.xx.2020-ci il tarixdə Cavabdeh5 tərəfindən Cavabdeh4 satılmışdır. xx.xx.2021-ci il tarixdə Cavabdeh4 avtomobili Cavabdeh1, xx.xx.2022-ci tarixdə Cavabdeh1 avtomobili Cavabdeh3 satılmışdır. Daha sonra avtomobil Cavabdeh3 xx.xx.2022-ci il tarixdə Cavabdeh6, xx.xx.2022-ci il tarixdə Cavabdeh6 avtomobili X7, X9 xx.xx.2023-cü tarixdə avtomobili Cavabdeh8 satılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X26 İdarəsinin xx.xx.2020-ci il tarixli arayışına əsasən “Land Rover”minik markalı, ban nömrəsi: SALME15406A224417 olan nəqliyyat vasitəsinə məxsus olan AC851034 seriyalı qeydiyyat şəhadətnaməsi və **-SA-*** dövlət qeydiyyat nişanı naməlum şəraitdə itmişdir. İş materiallarında olan Binəqədi Rayon Polis Ídarəsinin istintaq şöbəsinin ********* nömrəli “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi və iş üzrə icraata xitam verilməsi" barədə xx.xx.2022-ci il tarixli qərarına əsasən işin istintaq zamanı müəyyən olunmuşdur ki, Cavabdeh5 tərəfindən X14 36 saylı notariat ofisində xx.xx.2018-ci il tarixdə reyestrdə 9M- 9169 nömrəsi ilə qeydə alınmış etibarnamə, xx.xx.2020-ci il tarixdə itirilmiş sənədin əvəzinə verilmiş dublikat etibarnamə və xx.xx.2020-ci il tarixdə 48 saylı notariat ofisində fotosurətin düzgünlüyünün təsdiq edilməsi notariat hərəkətləri əsasında sonuncu tərəfindən avtomobilin xx.xx.2020-ci il tarixdə Cavabdeh4 satılması, qeyd edilənlərə əsasən verilmiş sorğular nəticəsində 36 saylı notariat ofisində Cavabdeh5 tərəfindən ümumiyyətlə heç bir notariat hərəkətinin aparlmaması, 48 saylı notariat ofisində xx.xx.2020-ci il tarixdə Cavabdeh5 ilə X13 adına heç bir notariat hərəkətinin aparılmaması müəyyən edilmişdir. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər (Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələri). Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinin müddəaları baxımından şərh edilməsinə dair Azərbaycabn Respublikası Konstitutsiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı). Məhkəmə ilk öncə mübahisə predmerti olan avtomobilin müxtəlif vaxtlarda zəncirvari dövriliklə bir mülkiyyətçidən digərinə keçməsinə səbəb olan alğı-satqı müqavilələrinin bağlanmasının əsasında durmuş əqdə (etibarnaməyə) hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, iş materiallarına əlavə olunmuş Binəqədi Rayon Polis Ídarəsinin istintaq şöbəsinin ********* nömrəli “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi və iş üzrə icraata xitam verilməsi" barədə xx.xx.2022-ci il tarixli qərarına əsasən işin istintaq zamanı müəyyən olunmuşdur ki, Cavabdeh5 tərəfindən X14 36 saylı notariat ofisində xx.xx.2018ci il tarixdə reyestrdə 9M-9169 nömrəsi ilə qeydə alınmış etibarnamə, xx.xx.2020-ci il tarixdə itirilmiş sənədin əvəzinə verilmiş dublikat etibarnamə və xx.xx.2020-ci il tarixdə 48 saylı notariat ofisində fotosurətin düzgünlüyünün təsdiq edilməsi notariat hərəkətləri əsasında sonuncu tərəfindən avtomobilin xx.xx.2020-ci il tarixdə Cavabdeh4 satılması, qeyd edilənlərə əsasən verilmiş sorğular nəticəsində 36 saylı notariat ofisində Cavabdeh5 tərəfindən ümumiyyətlə heç bir notariat hərəkətinin aparlmaması, 48 saylı notariat ofisində xx.xx.2020-ci il tarixdə Cavabdeh5 ilə X13 adına heç bir notariat hərəkətinin aparılmaması müəyyən edilmişdir. Bununla da, Cavabdeh5 adından X13 adına 36 saylı notariat ofisi tərfindən xx.xx.2018-ci ildə verilmiş reyestrdə 9M-9169 nömrəsi ilə qeydə alınmış etibarnamənin, dublikatın verilməsi notariat hərəkətinin və 48 saylı notariat ofisinə məxsus notariat hərəkətlərinin qanunsuz hazırlanması və həmin sənədlərdən bilə-bilə istifadə edilməklə DİN BDYPİ-də alğı-satqı yolu ilə «Land Rover» markalı, **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2020-ci il tarixdə Cavabdeh4 satılaraq həmin avtomobil **-OR-*** nömrə ilə dövlət qeydiyyata alınması nəticəsinə gəlinmişdir. Məhkəmə qeyd edir ki, 36 saylı notariat ofisində Cavabdeh5 tərəfindən ümumiyyətlə heç bir notariat hərəkətinin aparlmaması onun tərəfindən X13 adına 36 saylı notariat ofisində xx.xx.2018-ci il tarixdə reyestrdə 9M-9169 nömrəsi ilə qeydə alınmış etibarnamənin hüquqi qüvvəsinin olmaması kimi qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Respubliksının Mülki Məcəlləsinin 362-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Həmin Məcəllənin 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Müqavilə əqdlərin bir növü kimi mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasıdır (Mülki Məcəllənin 389.1-ci maddəsi). Əqdlər iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir və yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarı). Məhkəmələr tərəfindən müqavilə üzrə mübahisələrə baxılarkən, ilk növbədə, iddia tələbinin əsaslandığı əqdin etibarlılığı araşdırılmalıdır. Belə ki, məhkəmənin gələcəyi nəticə məhz əqdin etibarlılığından asılıdır. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair Konstitutsiyasının xx.xx.2022-ci il tarixli Qərarı) Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. (Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarı) Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, mübahisə predmeti olan avtomobilə dair həyata keçirilmiş alğı-satqı müqavilələri etibarsız hesab edilməlidir. Belə ki, həm istintaqın yuxarıda adıçəkilən qərarında, həm də iş materiallarına əlavə olunmuş Ali Məhkəməqnin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarında Cavabdeh5 adından X13 adına 36 saylı notariat ofisi tərfindən xx.xx.2018-ci ildə verilmiş reyestrdə 9M-9169 nömrəsi ilə qeydə alınmış etibarnaməsi hüquqi qüvvəsi olmayan hesab edildiyi üçün bundan sonrakı dövr ərzində bağlanmış müqavilələr də etibarsız hesab olunmalıdır. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli Qərarı) Mülki Məcəllədə əqdlərin etibarsızlığı ilə əlaqədar göstərilmişdir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (Mülki Məcəllənin 337.1, 337.4 və 337.5-ci maddələri). Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh5 tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Nəticə hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh5 ilə Cavabdeh4 arasında **-SA-*** dövlət qeydiyyat nişanlı, “Land Rover” minik markalı, ban nömrəsi: SALME15406A224417 olan nəqliyyat vasitəsinə dair xx.xx.2020-ci il tarixdə bağlanmış nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsi və xx.xx.2020-ci il tarixli, AD № 977723 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, cavabdehlər Cavabdeh4 ilə Cavabdeh1 arasında **-OR-*** dövlət qeydiyyat nişanlı, “Land Rover” minik markalı, ban nömrəsi: SALME15406A224417 olan nəqliyyat vasitəsinə dair xx.xx.2021-ci il tarixdə bağlanmış nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsi və xx.xx.2021-ci il tarixli, AE № 023670 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, cavabdehlər Cavabdeh1 ilə Cavabdeh3 arasında **-OR-*** dövlət qeydiyyat nişanlı, “Land Rover” minik markalı, ban nömrəsi: SALME15406A224417 olan nəqliyyat vasitəsinə dair xx.xx.2022-ci il tarixdə bağlanmış nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsinin və xx.xx.2022-ci il tarixli, BB 240373 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnamə, cavabdehlər Cavabdeh3 ilə Cavabdeh6 arasında **-OR-*** dövlət qeydiyyat nişanlı, “Land Rover” minik markalı, ban nömrəsi; SALME15406A224417 olan nəqliyyat vasitəsinə dair xx.xx.2022-ci il tarixdə bağlanmış nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsi və xx.xx.2022ci il tarixli, BA 192882 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, cavabdehlər Cavabdeh6 ilə Cavabdeh7 arasında **-OR-*** dövlət qeydiyyat nişanlı, “Land Rover” minik markalı, ban nömrəsi: SALME15406A224417 olan nəqliyyat vasitəsinə dair xx.xx.2022-ci il tarixdə bağlanmış nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsi və xx.xx.2022-ci il tarixli, BD 254270 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, cavabdehlər Cavabdeh7 ilə Cavabdeh8 arasında **-OR-*** dövlət qeydiyyat nişanlı, “Land Rover” minik markalı, ban nömrəsi; SALME15406A224417 olan nəqliyyat vasitəsinə dair xx.xx.2023-cü il tarixdə bağlanmış nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsi və xx.xx.2023-cü il tarixli, BD 375757 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi etibarsız hesab edilsin. **-OR-*** dövlət qeydiyyat nişanlı, “Land Rover” minik markalı, ban nömrəsi: SALME15406A224417 olan nəqliyyat vasitəsi Cavabdeh8 alınaraq İddiaçı qaytarılsın. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh5 tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar