Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1694/2025 18.07.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, iş materiallarına əlavə edilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa (forma 4) əsasən,xx.xx.2024-cü il tarixində Cavabdeh tərəfindən idarə olunan “İsuzu Citibus” markalı, 99JU430 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Toyota Rav 4 Hibrid” markalı, ** GQ *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşaraq yol nəqliyyat hadisəsi baş vermişdir. Baş vermiş yol-nəqliyyat hadisəsində İddiaçı Sığorta Şirkətində könüllü sığortalı olan “Toyota Rav 4 Hibrid”markalı, ** GQ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə iş materiallarına əlavə edilmiş X3 MMC-in qiymətləndirmə aktına əsasən 1542 manat maddi ziyan dəymişdir. İddiaçı Sığorta dəymiş zərəri aradan qaldıraraq, xx.xx.2024-cü il tarixli, **********52 saylı avtonəqliyyat vasitəsinin sığorta şəhadətnaməsinə əsasən sığortalanmış “Toyota Rav 4 Hibrid” markalı ** GQ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 134199 saylı sığorta aktına uyğun olaraq 1597 manat sığorta ödənişini xx.xx.2024-cü il tarixli Ref **********4/896268296 saylı ödəniş qəbzinə əsasən könüllü sığortalı "xxxx" MMC-yə ödənilmişdir. İş ilə əlaqədar sığortalı tərəfindən 100 manat azadolma məbləği (franşiza) İddiaçı SŞ-nə ödənildiyindən sığorta ödənişi 1497 manat təşkil etmişdir. “İsuzu Citibus” markalı, 99JU430 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin icbari sığortası olmamışdır. Bildirmək istəyirik ki, xx.xx.2024-cü il arixdə yol-nəqliyyat hadisəsi zamanı təqsirli olduğuna görə “İsuzu Citibus” markalı, 99JU430 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh qarşı sığorta ödənişinin dəyəri məbləğində, yəni 100 manat azadolma məbləği (franşiza) çıxılmasla 1497 manat məbləğində subroqasiya hüququ yaranıb. Hesab edir ki, 1497 manat Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə müştərək qaydada tutulmalıdır. Göstərilənləri nəzərə alaraq Cavabdeh “Toyota Rav 4” markalı, ** GQ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 1497 manat pulun və ödənilmiş 34,97 manat dövlət rüsumunun, 0,40 manat bank ödənişinin İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hakim mülki-prosessual məcəllənin tələblərinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, lakin cavabdeh tərəfindən 10 gün müddətində iddiaya qarşı əsaslandırılmış etiraz məhkəmə icraatına daxil olmamışdır. Hakim iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışın surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 17.50-də yol-nəqliyyat hadisəsinin baş verməsində “İsuzu Citibus” markalı, 99JU430 dövlət qeydiyyat nişanlı avtobusu idarə edən Cavabdeh təqsirli olan şəxs qismində, “Toyota Rav 4 Hibrit” markalı, **-GQ-*** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edən mülkiyyətçi X1 zərərçəkən qismində müəyyən edilmişdir. İş üzrə Bakı şəhəri DYPİ tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokola və həmin protokol əsasında inzibati tənbeh vermə haqqında elektron qərara əsasən, Cavabdeh Azərbaycan Respublikası İXM-nın 327.1-ci maddəsi ilə təqsirli bilinmiş və 40 manat məbləğində cərimə edilmişdir. İş üzrə "xxxx" MMC avtomobil servisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 228885 saylı qüsur aktına əsasən «Toyota Rav 4» markalı **-GQ-*** dövlət nömrə nişanlı avtomaşına yolnəqliyyat hadisəsi zamanı 1542 manat ziyan dəymişdir. İş üzrə İddiaçı Sığorta Şirkəti ASC tərəfindən verilmiş 134199 saylı sığorta aktının surətinə əsasən xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı Sığorta Şirkəti ASC tərəfindən sığortalanmış «Toyota Rav 4 Hibrit» markalı **-GQ-*** dövlət qeydiyyat nişanlı avtomobil “İsuzu Citibus” markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı avtobus ilə toqquşmuş, nəticədə zərər dəymiş və avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair aktına əsasən 1597 manat ziyan dəymiş, bununla bağlı 100 manat şərtsiz azadolma məbləğini çıxılmaqla "xxxx" MMCyə 1597 manat sığorta ödənişi həyata keçirilmişdir. İş üzrə sığorta ödənişinin alınması üçün sığorta aktından və sığorta ödənişindən görünür ki, "xxxx" ASC tərəfindən 1597 manat "xxxx" MMC-yə ödəmişdir. İş üzrə « Atəşgah Sığorta” » ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli pretenziya məktubun surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə tərəfinizdən idarə olunan "İsuzu Citibus" markalı, ** JU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "Toyota Rav-4 Hibrid" markalı, ** GQ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsində İddiaçı Sığorta Şirkətində könüllü sığortalı "Toyota Rav-4 Hibrid" markalı, ** GQ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi ziyan dəymişdir. "xxxx" Sığorta dəymiş zərəri aradan qaldıraraq, sığortalanmış "Toyota Rav-4 Hibrid" markalı, ** GQ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 1497 AZN (bir min dörd yüz doxsan yeddi manat) sığorta ödənişi həyata keçirmişdir. Qeyd olunanları nəzərə alaraq, “Atəşgah" Sığorta Şirkəti ASC-yə tərəfindən həyata keçirilən 1497 AZN (bir min dörd yüz doxsan yeddi manat)10 gün ərzində "xxxx" Sığorta Şirkəti ASC-nə ödənilməsi, eyni zamanda 10 iş günü ərzində (Ünvan: Bakı şəhəri, S.Əsgərova küç., 87) "Atəşgah” Sığorta Şirkəti ASC -nin ofisinə gəlməyini, zərər məbləğini qeyd edilən müddət (10 iş günü) ərzində şirkətə ödənilməsini xahiş olunmuşdur. Hakim verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Araşdırma ilə müəyyən edilmişdir ki, Cavabdeh idarə etdiyi “İsuzu Citibus” markalı, 99JU430 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə xx.xx.2024-cü il tarixdə yol-nəqliyyat hadisəsi törətmişdir. Həmçinin müəyyən edilmişdir ki, yol-nəqliyyat hadisəsi nəticəsində "xxxx" ASC-də könüllü sığorta üzrə sığortalanmış “Toyota Rav 4 Hibrid” markalı ** GQ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ziyan dəymişdir. İddiaçı sığorta təşkilatı tərəfindən “Toyota Rav 4 Hibrid” markalı ** GQ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 1497 manat məbləğində sığorta ödənişi ödənilmişdir. Cavabdeh idarə etdiyi nəqliyyat vasitəsilə yol-nəqliyyat hadisəsini törətdiyindən AR İXM-nın 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması qərara alınmışdır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, xx.xx.2024-cü il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində “Toyota Rav 4 Hibrid” markalı ** GQ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 1597 manat məbləğində ziyan sığortaçı tərəfindən ödənilmişdir. Hakim qeyd edir ki, yol-nəqliyyat hadisəsi nəticəsində sığortalıya dəymiş zərər iddiaçı tərəfindən ödənildiyindən, onun ödənilmiş ziyan məbləği həddində ziyan vuran şəxsə subroqasiya hüququ yaranmışdır. Bu səbəbdən iddiaçı hazırki tələblə çıxış etməkdə haqlı olmuşdur. AR MM-nin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Göstərilən Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Qeyd edilən Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Göstərilən Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1114-cü maddəsinə (zərər vurmuş şəxsə reqress hüququ) əsasən başqa şəxsin (qulluq,mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqress) hüququ vardır. Beləliklə hakim hesab edir ki, yol-nəqliyyat hadisəsi nəticəsində sığortalıya dəymiş zərər iddiaçı tərəfindən ödənildiyindən iddia tələbi təmin edilməli və sığorta ödənişi kimi zərərçəkənə ödənilmiş pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi ödənilmiş 34,97 manat dövlət rüsumunun tutulması hissəsində təmin edilməlidir. Şərh olunanları nəzərə alaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC-nin xeyrinə zərərçəkmiş şəxsə ödənilmiş sığorta ödənişinin əvəzi kimi 1497 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 34,97 manat, 0,40 manat bank ödənişi, cəmi 1532,37 (bir min beş yüz otuz iki manat otuz yeddi qəpik) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-1694/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1694/2025
18.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver