Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1774/2025 25.07.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli İlkin Şahin oğlunun sədrliyi, Mərdanov Məhəmməd Ələkbər oğlunun katibliyi Ərizəçinin nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi İddiaçı maraqlı şəxs Cavabdeh olmaqla, barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi İddiaçı maraqlı şəxs Cavabdeh olmaqla, barışıq sazişinin təsdiq edilməsi tələbi ilə məhkəməyə müraciət edərək, maraqlı şəxs ilə mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi xahişini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2015-ci ildə rəsmi nikaha daxil olmuşam. Nikahımızdan bir övladımız - xx.xx.2016-cı il təvəllüdlü X3 doğulmuşdur. Nərimanov r-n Məhkəməsinin 2-(005)-947/2022 saylı 28.02. 2022 il tarixli qətnaməsi ilə nikahımız pozulmuş və qızımız xx.xx.2016 il təvəllüdlü X2 mənim yanımda saxlanması qət edilmişdir. Daha sonra aramızda Bakı 18 saylı Mediasiya Təşkilatında MŞB/18/2023- 01013 saylı 17 iyul 2023 il tarixli Barışıq sazişi bağlandı. Barışıq sazişinin, mənimlə qızımın görüş qaydasınımüəyyən edən şərtləriaşağıdakılardan ibarətdir: 2.1. Bakı şəhərində doğulmuş xx.xx.2016-cı il təvəllüdlü, X1 (bundan sonra “Uşaq”) himayəsi anası İddiaçı (bundan sonra”Ana”) alınaraq atası Cavabdeh (bundan sonra”Ata”) verilir; 2.2. Uşağın öz valideynləri ilə ünsiyyətdə olmaq hüququnu nəzərə alaraq, tərəflər uşağın ana ilə görüşünə aşağıdakı qrafik üzrə razılaşırlar: 2.2.1. Həftənin cümə günü saat 19:00- 20:00-radələrində ana uşağı götürür, uşaq cümə və şənbə gecəsini ananın yanında gecələyir, həmin günlərin gündüzlərini onunla qalır, bazar günü axşam saat 18:00-19:00 radələrində isə ana uşağıataya qaytarır; 2.2.2. Növbəti həftə isə ana, həftənin cümə günü saat 19:00-20:00-radələrində uşağı götürür və şənbə günü saat 16:00-17:00 radələrində ataya qaytarır, və ya bazar günü səhər saatlarında(təqribən 10:30-11:30 radələrində) uşağı götürür və həmin günün axşam saatlarında (təqribən 19:00-20:00 radələrində) ftaya qaytarır; 2.2.3.Bayram və ya tətil günlərində uşaq, istəyi nəzərə alınmaqla gecələmək şərti ilə 2 və ya 3 gün anayla qalır. Uşağın doğum günü ilə əlaqədar olaraq tərəflər razılaşırlar ki, doğum günündən bir gün öncə və ya növbəti gün hər iki valideyn uşaqla birgə bunu qeyd edir və ya uşağı təbrik etmək məqsədilə ana həmin gün ərzində uşaqla 1-2 saat vaxt keçirir, doğum gününün axşamı isə uşaq atanın yanında olur. 2.2.4. 2023-cü ilin avqust ayı ərzində uşaq həftənin 3-4 gününü anayla qalır (uşağın istəyi nəzərə alınmaqla). Lakin artıq uzun müddətdir ki , mən uşağımla ünsiyyətdən məhrum olmuşam. Keçmiş ərim Cavabdeh uydurma bəhanələrlə artıq iki ilə yaxındır ki , uşağımımənə göstərmir. Məndən xəbərsiz uşağımızın oxuduqu məktəbdən çıxarıb , mənə məlum olmayan məktəbə aparmışdır. Uşağımızın istifadəsində edən telefonların nömrələri dəyişdirilib , nəticədə mən onunla telefon vasitəsi ilə belə əlaqə saxlaya bilmirəm. Bu səbəbdən mən Nərimanov r-n Məhkəməsinin 2-(005)-947/2022 saylı 28.02. 2022 il tarixli qətnaməsinə ( uşağın ananın himayəsində saxlanması hissəsinə ) əsaslanaraq uşağın atasından alınaraq mənə verilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etdim. Daha sonra Cavabdeh qarşılıqlı iddia ərizəsi verərək, xx.xx.2016 cı il təvəllüdlü X1 onun himayəsində qalmasının müəyyən edilməsi və uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 220 manat sabit pulməbləğində alimentin İddiaçı tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Nərimanov rayon Məhkəməsinin 2(005)-439/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə xx.xx.2016-cı il təvəllüdlü X1 Cavabdeh alınaraq İddiaçı himayəsinə verilməsi qarşılıqlı iddianın təmin edilməməısi qət edilmişdir. Cavabdeh verdiyi apellyasiya şikayətinə baxılan zaman BakıApellyasiya Məhkəməsində belə nəticəyə gəlinmişdir ki ,uşağın kimin yanında saxlanması barədə tələbə iddia icraatı qaydasında baxılması üçün prosessual əsaslar olmamışdır. Bu halda məhkəmə tərəfindən ilkin iddia üzrə İddiaçı xx.xx.2016-cı il təvəllüdlü X1 Cavabdeh məcburi alınaraq onun himayəsinə verilməsi tələbi üzrə və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh xx.xx.2016- cı il təvəllüdlü X1 onun himayəsində qalmasının müəyyən edilməsi tələbi üzrə icraata xitam verilməlidir və 2(103)-1208/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə birinci instansiyasıməhkəməsinin qətnaməsi ləğv edilmiş , ilkin və qarşılıqlı iddia üzrə tələblərə xitam verilmişdir. Qeyd olunmalıdır ki , Cavabdeh xx.xx.2023 il tarixində özü Nərimanov rayon Məhkəməsinə ərizə ilə müraciət etmiş və qeyd olunan MŞB/18/2023-01013 saylı 17 iyul 2023 il tarixli barışıq sazişinin təsdiqi barədə qətnamənin qəbul olunmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılırdı ki , guya mən barışıq sazişi ilə müəyyən olunan günü uşağımızı qaçırmaq istəmişəm və bu səbəbdən Cavabdeh ərizəsində etiraf etmişdir ki , “ bu hadisədən sonra mən qızım Zərifəni bir daha Cəmiləyə verməkdən imtina etdim, çünki qızım Zərifə artıq anası ilə görüşmək istəmədiyin bildirdi “ . Nərimanov rayon Məhkəməsinin 2(005)-4166/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə ərizəçi Cavabdeh “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbiəsassız olduqundan ərizəsinin təsdiq edilməsindən imtina edilmişdir. Bu məsələ ilə bağlı A. Babayev öz ərizəsində artıq o zaman etiraf etmişdir ki , bağlanan sazişin şərtlərini yerinə yetirməkdən imtina edir və bu hal indiyə dək davam edir. Nə özü mənim zənglərimə cavab vermir nədəki qızımla heç olmasa telefon vasitəsi ilə əlaqə saxlamaqa imkan verir. Yaranmış halda, yəni uşağın mənə məcburi verilməsi barədə iddiamın təmin olunmadıqı və Cavabdeh uşağımızın mənə könüllü verməkdən imtina etdiyi halda mən barışıq sazişinin məcburi icrası məqsədilə aramızda bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışam. Məhkəmə iclasında iştirak etmiş ərizəçinin nümayəndəsi-vəkili ərizənin məzmununa uyğun izahat verərək, təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs məhkəmədə iştirak etməmişdir. Məhkəmə AR MPM-nin 185.5ci maddəsinə əsaslanaraq işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş: - xx.xx.2023-cü il tarixli Cavabdeh ilə İddiaçı arasında bağlanmış barışıq sazişindən görünür ki: 2.1-ci maddəsinə əsasən, Bakı şəhərində doğulmuş xx.xx.2016-cı il təvəllüdlü, X3 (bundan sonra "Uşaq") atası Cavabdeh himayəsinə (bundan sonra "Ata") verilir; 2.2-ci maddəsinə əsasən, uşağın öz valideynləri ilə ünsiyyətdə olmaq hüququnu nəzərə alaraq, tərəflər uşağın ana ilə görüşünə aşağıdakı qrafik üzrə razılaşırlar: 2.2.1-ci maddəsinə əsasən, həftənin cümə günü saat 19:00-20:00-radələrində ana uşağı götürür, uşaq cümə və şənbə gecəsini ananın yanında gecələyir, həmin günlərin gündüzlərini onunla qalır, bazar günü axşam saat 18:00-19:00 radələrində isə ana uşağı ataya qaytarır; 2.2.2-ci maddəsinə əsasən, növbəti həftə isə ana, həftənin cümə günü saat 19:00- 20:00radələrində uşağı götürür və şənbə günü saat 16:00-17:00 radələrində Ataya qaytarır, və ya bazar günü səhər saatlarında (təqribən 10:30-11:30 radələrində) uşağı götürür və həmin günün axşam saatlarında (təqribən 19:00-20:00 radələrində) Ataya qaytarır; 2.2.3cü maddəsinə əsasən, bayram və ya tətil günlərində uşaq, istəyi nəzərə alınmaqla gecələmək şərti ilə 2 və ya 3 gün anayla qalır. Uşağın doğum günü ilə əlaqədar olaraq tərəflər razılaşırlar ki, doğum günündən bir gün öncə və ya növbəti gün hər iki valideyn uşaqla birgə bunu qeyd edir və ya uşağı təbrik etmək məqsədilə ana həmin gün ərzində uşaqla 1-2 saat vaxt keçirir, doğum gününün axşamı isə uşaq atanın yanında olur. 2.2.4cü maddəsinə əsasən, 2023-cü ilin avqust ayı ərzində uşaq həftənin 3-4 gününü anayla qalır. (uşağın istəyi nəzərə alınmaqla) 2.2.5-ci maddəsinə əsasən, tərəflər razılaşır və öhdəlik götürürlər ki, yuxarıdakı qrafikə valideynlərlə görüşmək, ünsiyyətdə olmaq habelə valideynlər gecələməsində uşağın arzu və istəyi, psixi vəziyyəti, tədris qrafiki və sağlamlığı nəzərə alınacaq, ona heç bir təzyiq və məcburiyyət habelə qadağalar tətbiq edilməyəcəkdir. Eyni zamanda tərəflər bu qrafikə qarşılıqlı razılıq əsasında əlavə və dəyişiklik edə bilərlər. 2.2.6-cı maddəsinə əsasən, ata, uşağın anası ilə görüş və ünsiyyətinə heç bir məhdudiyyət və maneə yaratmayacağını öhdəsinə götürür; 2.2.7-ci maddəsinə əsasən, ana, uşağın onun yanında olduğu və gecələdiyi günlərdə ona, lazımı şərait və təhlükəsiz mühiti yaradacığına, təlim tərbiyəsinə, psixologiyasına mənfi təsir edə biləcək amillərdən uzaq tutacağına, uşaq onun yanında olduğu vaxtda kənar şəxslərin (qohumlar istisna olmaqla) evə gəlməsinə icazə verməyəcəyinə, uşağın qidalanma, yuxu və umumi yaşam rejiminə ciddi riayət edəcəyinə tam zəmanət verir; 2.2.8-ci maddəsinə əsasən, Cavabdeh uşağın saxlanılması üçün aliment tələbindən imtina edir. 2.2.9-cu maddəsinə əsasən, uşağın təlim tərbiyəsinin, hüquq və mənafelərinin qorunması, habelə psixoloji amillərin nəzərə alınması məqsədilə bu Saziş bağlandıqdan sonra "Tərəflər" münasibətlərini sivil qaydada, etik normalar çərçivəsində sürdürəcəklərinə, heç birinin işgüzar və ictimai nüfüzuna xələl gətirməyəcəklərinə, bir birinin sosial və şəxsi həyatlarına qanşmayacaqlarına, polemika və mübahisələrini uşaqdan uzaq tutaraq və onu "alət" etmədən danışıqlar yolu ilə həll edəcəklərini öhdələrinə götürürlər. 2.2.10-cu maddəsinə əsasən, Tərəflər razılaşırlar ki, bu barışıq sazişi imzalandığı gündən tərəflər arasında mübahisənin həllinə dair imzalanmış 29 dekabr 2021-ci il tarixli Barışıq sazişi qüvvədən düşmüş hesab olunur, İddiaçı həmin sazişin təsdiq edilməsi üçün Bakı şəhər Nərimanov rayon məhkəməsinə göndərilmiş ərizədən imtina edir və bunun rəsmiləşdirilməsi üçün aidiyyatı məhkəməyə müvafiq müraciəti edəcəyini öz öhdəsinə götürür. 2.2.11-ci maddəsinə əsasən, Tərəflər razılaşırlar ki, bu Sazişdən irəli gələn öhdəliklərdən hər hansı biri pozulduğu təqdirdə tərəflər hər ikisi həmin mübahisənin mediasiya yolu ilə həll edilməsi üçün mediator Gültəkin Məmmədovaya müraciət edəcəklər. 2.3-ci maddəsinə əsasən, tam mediasiya xərcini (300 manat) İ Tərəf ödəyir. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, məhkəmə icraatı zamanı tərəflər mediasiya mərhələsində barışıq sazişi imzalamışdırlar. Sazişə əsasən Cavabdeh öhdəsinə götürmüşdür ki, həftənin cümə günü saat 19:00-20:00radələrində ana uşağı götürür, uşaq cümə və şənbə gecəsini ananın yanında gecələyir, həmin günlərin gündüzlərini onunla qalır, növbəti həftə isə ana, həftənin cümə günü saat 19:00- 20:00-radələrində uşağı götürür və şənbə günü saat 16:00-17:00 radələrində Ataya qaytarır, və ya bazar günü səhər saatlarında (təqribən 10:30-11:30 radələrində) uşağı götürür və həmin günün axşam saatlarında (təqribən 19:00-20:00 radələrində) Ataya qaytarır, bayram və ya tətil günlərində uşaq, istəyi nəzərə alınmaqla gecələmək şərti ilə 2 və ya 3 gün anayla qalır. Uşağın doğum günü ilə əlaqədar olaraq tərəflər razılaşırlar ki, doğum günündən bir gün öncə və ya növbəti gün hər iki valideyn uşaqla birgə bunu qeyd edir və ya uşağı təbrik etmək məqsədilə ana həmin gün ərzində uşaqla 1-2 saat vaxt keçirir, doğum gününün axşamı isə uşaq atanın yanında olur. Lakin maraqlı şəxs barışıq sazişinin qeyd olunan şərtlərinə könüllü qaydada əməl etməmişdir. Hazırda ərizəçi Barışıq Sazişinin təsdiq edilməsini xahiş edir. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən irəli sürülən tələb təmin edilməlidir. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 34.1-ci maddəsinə görə, Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3-cü maddəsinə görə əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4-cü maddəsinə görə barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5-ci maddəsinə görə barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə görə “mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə görə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddəsinə görə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.1-ci maddəsinə görə barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.3-cü maddəsinə görə məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın müvafiq maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin uşağın anası ilə görüş qaydasını müəyyən edən 2.1; 2.2; 2.2.1; 2.2.2; 2.2.3; 2.2.4; 2.2.5 və 2.2.6cı bəndləri təsdiq edilsin. 100 manat ödənilmiş rüsumun əvəzi maraqlı şəxsdən ərizəçinin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №e-2(009)-1774/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1774/2025
25.07.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver