Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1803/2024 19.12.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh, Üçüncü şəxslər X4 iştirakı ilə, İddiaçı MMC-nin (X6 və X5 üçüncü şəxs qismində cəlb edilməklə) Cavabdeh qarşı “borc” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC Cavabdeh Firudin qızına qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli TR-994325 saylı müqavilə üzrə 1000 manat ödənilməmiş hissə, 33 manat cərimə, xx.xx.2023-cü il tarixli TR-994326 saylı müqavilə üzrə ödənilməmiş 500 manat hissə, 17 manat cərimə, ümumilikdə 1550 manat borc, 35.6 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: cavabdeh iddiaçı ilə xx.xx.2023-cü il tarixli TR-994325 və TR- 994326 saylı müqavilələrinə əsasən, X12 və X8 Türkiyə Respublikasının ərazisində yerləşən ali təhsil müəssisəsinə qəbul olunmaları ilə bağlı xidmət müqavilələri bağlamışdır. İddiaçı müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam şəkildə icra etsə də, cavabdeh müqavilələr üzrə ödənişləri icra etməkdən yayınmışdır. Cavabdehin TR-994325 saylı müqaviləyə əsasən, cəmi ödədiyi məbləğ 600 manat, qalıq borc 1000 (bir min) manat təşkil edir. TR-994326 saylı müqaviləyə əsasən, cəmi ödədiyi məbləğ 1100 manat, qalıq borc 500 (beş yüz) manat təşkil edir. Müqavilələnin 3.2.2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq cərimə ödəyir. Digər tərəfdən, cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədənkənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Etirazın dəlilləri: o, xx.xx.2023-cü il tarixdə cavabdeh ilə iki uşağın Türkiyə Respublikasının ərazisində yerləşən ali təhsil müəssisəsinə daxil olması ilə əlaqədar olaraq müqavilə bağlamışdır. Bu müqavilələr ilə uşaqlar X5 və qardaşı X13 diş texnikliyinə qəbul olunmalı idilər. Müqavilə bağladıqdan sonra o, xx.xx.2023-cü ildə 1200 manat ödəmişdir. Əlindəki çeklərə əsasən ödəniş 600 manat bir və 600 manat bir olmuşdur. X9 qəbul olunma sənədi gəlmiş, amma X1 qəbul olunma sənədi gəlməmişdir. Dəfələrlə müraciət etmiş, ödəniş istəmişlər və 11 sentyabr 2023-cü il tarixdə rəfiqəsi 500 manat göndərmiş, o da uşaqları üçün ödəmişdir. Daxil olma barədə çox gözləmişlər, amma cavab gəlməmişdir. Artıq yerlər bitib demişlər. Burda onun işi bitmişdir. Müqavilədə bildirilir ki, əgər peşə dəyişərsə yenidən müqavilə bağlanmalıdır. Onun yeni peşənin seçilməsində iştirakı olmayıb. İddiaçı qeyd edir ki, onlar müqavilə bağlayıblar, müqaviləni icraata keçirmişlər, amma qarşı tərəf müqaviləni icraata keçirməkdən boyun qaçırdı. Onlar sənəd təqdim etmədən o necə müqavilə icraata keçirə bilər. Yuxarıda qeyd olunanları nəzərə alaraq iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddianın məzmununa uyğun izahat verərək həmçinin bildirmişdir ki, Türkiyədəki ali təhsil müəssisəsilə yazışmalar tələbələrin adına açılan elektron poçt vasitəsilə aparılır. Məhəmmədin balı istədiyi fakultəyə daxil olması üçün kifayət etmədiyindən daxil ola bilmədi, lakin sonradan cavabdehlə, uşağın özü ilə, hətta uşağın atası ilə danışıqlar aparılıb və razılıq alınmışdır ki, başqa fakultəyə daxil olsun və şirkət vasitəsilə həmşirəlik fakultəsinə daxil olub, buna görə şirkətə təşəkkür də edib. Daxil olması barədə PDF fayl göndərilib, faylın açılmaması o demək deyil ki, uşaq universitetə daxil olmayıb. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh etirazı müdafiə edərək bildirmişdir ki, X5 və X13 onun rəfiqəsinin uşaqlarıdılar, onlar Türkiyədə olduqları üçün uşaqların Türkiyə Respublikasının ərazisində yerləşən ali təhsil müəssisəsinə qəbul olunmaları ilə bağlı xx.xx.2023-cü il tarixdə müvafiq olaraq TR-994325 və TR-994326 saylı xidmət müqavilələri şirkətlə onun arasında bağlanmışdır. İddiaçıya 1700 manat pul ödənilmişdir. Məhəmməd müqavilədə nəzərdə tutulan fakultəyə daxil olmayıb, özü başqa fakultəyə daxil olduğuna görə onun ödənişini etməmişlər. İddiaçı tərəf Məhəmmədin onlar vasitəsilə daxil olmasını iddia etsələr də, onların göndərdiyi pdf fayl açıldıqda boş olub, uşaq öz xahişi ilə daxil olub, ona görə də ödənişi etmək istəməmişlər. Uşağın şirkət vasitəsilə daxil olması sübut olunsa ödəniş edərdilər. İddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X6 cavabdehin verdiyi izahata uyğun izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasına video zəng vasitəsilə qoşulan üçüncü şəxs X5 izahatında bildirmişdir ki, iddiaçı şirkət ona qəbul təşkil etməmişdir. O qardaşı ilə bir şəhərdə və universitetdə oxumaq istədiyi üçün Zonquldağda birinci kursu bitirdiyi universitetdən çıxmış və iddiaçı şirkətin işçisi Qəndab xanımla danışmış, ona bildirilmişdir ki, universitetdə əlaqələri var, təşkil edəcəklər daxil olacaq. O da, diş texniki fakultəsini istəmiş, lakin daxil olmamışdır, həmşirəlik fakultəsinə daxil olması da şirkət vasitəsilə olmayıb, nəticələr çıxandan sonra o, Rektorluğa qəbula getmiş, ona orada demişlər ki, üçüncü mərhələdən keçə bilmədi, şirkətlə də heç bir əlaqənin olmadığını bildirmişlər. Onun orada halı pisləşmişdir. Daha sonra vəziyyətini görüb ona köməklik etmək istəmiş və universitet özü onu həmşirəlik fakultəsinə qəbul etmişdir. Universitetə özü qəbul edilmişdir. Şirkət onu universitetə daxil olması ilə bağlı təbrik edib, amma iddiaçı şirkət heç bir qəbul almayıb ona. Şirkətin Universitetlə heç bir müqavilələri yoxdur. İddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində bildirmişdir ki, o, Gaziantep universitetinə qəbul olmuş, lakin qardaşı qəbul olmamışdır. Bundan sonra o, qardaşı və türk dostları ilə birlikdə universitetə getmişlər, xarici işlər şöbəsində onlara bildirmişlər ki, Məhəmmədin adı M hərfi ilə başladığından və siyahıda ilk adlardan olmadığından qəbul oluna bilmədi. İddiaçı şirkətlə danışmışlar, bildirmişlər ki, üçüncü mərhələ olacaq. Amma üçüncü mərhələ YÖS imtahanına girənlər üçündür. Sonra qardaşının səhhəti pisləşmişdir. İddiaçı şirkətin işçisi Qəndab xanım zənglərinə belə cavab vermirdi. Mustafa türk olan dostları orada idi, onunla birlikdə rektorluğa müraciət etmişlər. Qardaşının vəziyyətini nəzərə alaraq onu özləri qəbul etmişlər orada oxumağa. İddiaçı şirkətinin işçisi Fərid bəy onlara bildirmişdir ki, Gaziantep Universitetindən və GİPTU-dan onun qeydiyyatlarını sildirəcəklər. Qardaşına söz verilmişdir ki, stomatologiyaya daxil olacaq. Universitet heç bir vasitəçi şirkətlə əməkdaşlıq etmir. Məhkəmə tərəflərin izahatlarını, şahidin ifadəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli, TR-994325 saylı xidmət müqaviləsi və müqaviləyə 1 saylı əlavədən görünür ki, icraçı İddiaçı MMC sifarişçi Cavabdeh X3 diş texnikliyinə qəbul olunması üçün müraciət etməyi və bu müqavilədə göstərilən xidmətləri göstərməyi öhdəsinə götürür, müqavilə üzrə xidmət haqqı 1600 manat təşkil edir. Sifarişçi müqavilə məbləğinin 600 AZN hissəsini müqavilə imzalandığı gün ödəməyi, müqavilə məbləğinin 1000 AZN hissəsini universitetin qəbul cavabı gəldiyi 3 gündən ərzində ödəməyi öhdəsinə götürür. - xx.xx.2023-cü il tarixli, TR-994326 saylı xidmət müqaviləsi və müqaviləyə 1 saylı əlavədən görünür ki, icraçı İddiaçı MMC sifarişçi Cavabdeh X3 diş texnikliyinə qəbul olunması üçün müraciət etməyi və bu müqavilədə göstərilən xidmətləri göstərməyi öhdəsinə götürür, müqavilə üzrə xidmət haqqı 1600 manat təşkil edir. Sifarişçi müqavilə məbləğinin 600 AZN hissəsini müqavilə imzalandığı gün ödəməyi, müqavilə məbləğinin 1000 AZN hissəsini universitetin qəbul cavabı gəldiyi 3 gündən ərzində ödəməyi öhdəsinə götürür. - İddiaçı MMC tərəfindən verilmiş qəbzdən görünür ki, TR-994325 saylı müqavilə üzrə Cavabdeh tərəfindən xx.xx.20023-cü il tarixdə 600 manat xidmət haqqı ödənilmişdir. - İddiaçı MMC tərəfindən verilmiş qəbzdən görünür ki, TR-994326 saylı müqavilə üzrə Cavabdeh tərəfindən xx.xx.20023-cü il tarixdə 600 manat xidmət haqqı ödənilmişdir. - İddiaçı MMC tərəfindən verilmiş qəbzdən görünür ki, TR-994326 saylı müqavilə üzrə Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə 500 manat xidmət haqqı ödənilmişdir. - İddiaçı MMC tərəfindən Cavabdeh ünvanladığı xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, aralarında bağlanmış xx.xx.2023-cü il tarixli TR-994325 və TR-994326 saylı xidət müqavilələnin 3.2.1-ci bəndinə əsasən üzərinə düşən vəzifə, yəni xidmət haqqı ödənişi heç bir üzürlü səbəb göstərilmədən icra olunmamışdır. Əsaslandırıcı hissə: İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, tərəflər arasında cavabdehin rəfiqəsinin övladları X5 və X10 münasibətdə onların Türkiyə Respublikasının ərazisində yerləşən ali təhsil müəssisəsinə qəbul olunmaları ilə bağlı xx.xx.2023-cü il tarixdə müvafiq olaraq TR-994325 və TR-994326 saylı xidmət müqavilələri bağlanmışdır. Hazırda iddiaçı müqavilələr üzrə öz üzərinə düşən öhdəlikləri tam şəkildə icra etdiyini, cavabdehin isə müqavilələr üzrə ödənişləri tam icra etməkdən yayınmasını göstərərək sonuncuya ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişə əsasən xidmət borcları üzrə tam borc məbləğini ödəməsinə dair xəbərdarlıq edilməsinə baxmayaraq TR-994325 saylı müqaviləyə əsasən qalıq borcunun 1000 (bir min) manat, TR-994326 saylı müqaviləyə əsasən qalıq borcun 500 (beş yüz) manat ödəmədiyi üçün hazırki iddianı qaldırmış, cavabdeh tərəf iddiaya etirazın əsası kimi hər iki tələbə üçün ümumilikdə 1700 manat ödəməsini, lakin X1 qəbul olunma sənədinin gəlməməsini, həmin tələbənin ixtisasının dəyişdirilməsində şirkətin iştirak etməməsinə, həmşirəlik fakultəsinə tələbənin özünün daxil olmasına, bununla bağlı nəticəni iddiaçı yox, tələbənin özünün əldə etdiyi üçün ödəniş etməli olmamasına istinad etmişdir. İşin araşdırılmış hallarından məlum olur ki, tərəflər arasında bağlanmış TR-994325 saylı müqavilə üzrə X2 münasibətdə cavabdeh müqavilə bağlanan günü müqavilə şərtinə uyğun olaraq 600 manat, TR-994326 saylı müqavilə üzrə isə X10 münasibətdə də müqavilə şərtinə əsasən 600 manat ödəmişdir. Müqavilələrə olan 1 saylı Əlavənin 1.2 bəndlərinə əsasən uşaqlar müqavilədə qeyd edilmiş X3 diş texnikliyinə qəbul olunduqları halda qalan məbləğlər də ödənilməli idi. İşin materiallarından görünür ki, tələbələrdən X7 müqavilədə nəzərdə tutulan Universitetə və onun diş texnikliyinə qəbul olunma faktı baş vermiş (Universitet tərəfindən bildiriş göndərilmişdir), lakin cavabdeh tərəfindən əlavə olaraq xx.xx.2023-cü il tarixdə TR- 994326 saylı müqaviləyə əsasən 1200 manat xidmət haqqı ödənilsə də, müqavilə üzrə 500 manat ödənilməmiş hissə qalmışdır. Məhkəmə hesab edir ki, cavabdeh iddiaya etirazında X9 qəbul olunma sənədi gəlməsini etiraf etsə də, X1 qəbul olunma sənədinin gəlməməsinə istinad etməklə qeyd edilən TR-994326 saylı müqavilə üzrə qalıq xidmət haqqı ödənişini etməsindən imtina etməkdə haqlı olmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. - 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. - 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin sadalanan normalarının mənasına görə mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranış o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstəricisinin qüvvəsinə görə labüd olsun. İşdən göründüyü kimi, tərəflər arasında X8 Türkiyə Respublikasının ərazisində yerləşən ali təhsil müəssisəsinə qəbul olunmaları ilə bağlı xidmət müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliklərə görə iddiaçı öhdəliyi yerinə yetirərək, müqavilədə göstərilən vəzifələrini yerinə yetirmiş, cavabdehin övladı müqaviləyə olan Əlavədə göstərilmiş Universitet və fakültəyə qəbul olundugu üçün onun cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəlikləri tələb etmək hüququ yaranmış, cavabdeh isə bu müqavilə üzrə öhdəliklərini tam yerinə yetirməmişdir. Beləliklə də, müəyyən edilmişdir ki, TR-994326 saylı müqavilə üzrə öhdəliyi tam yerinə yetirməməsinə görə cavabdehin iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəlikləri icra etmək üzrə mülki hüquqi məsuliyyəti yaranmış, lakin öhdəliklərin tam icra edilməməsinə görə iddiaçı hazırkı iddia tələbi ilə haqlı olaraq məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən qeyd edilən müqavilə üzrə ödənişləri tam icra etməsi ilə bağlı tələbi də məhz həmin müqavilə hüququ çərçivəsində dəyərləndirilməsi baxımından iddia bu hissədə əsaslı olduğundan təmin edilməli, Cavabdeh TR-994326 müqavilə üzrə ödənilməmiş 500 (beş yüz) manat, müqavilənin 3.2.2-ci bəndinə əsasən də 17 (on yeddi) manat cərimə pulu iddiaçının xeyrinə tutulmalıdır. Lakin məhkəmə iddianın qalan hissədə təmin edilməsini mümkün saymır. Belə ki, digər tələbə X1 Universitetin diş texnikliyinə qəbul olunma faktı baş verməmiş, o, həmin Universitetin həmşirəlik fakultəsinə daxil olmuşdur ki, bu fakultəyə qəbul da tərəflər arasında bağlanmış xidmət müqaviləsinin 1 saylı Əlavəsində nəzərdə tutulmamışdır. Cavabdehin, 3-cü şəxslərin izahatları və şahid ifadəsinə əsasən X5 iddiaçının vasitəçiliyi və köməyi olmadan bu fakültəyə daxil olmuşdur. Məhkəmənin qənaətinə görə tələbə X1 TR-994325 saylı xidmət müqaviləsi üzrə 1 saylı Əlavədə nəzərdə tutulmayan fakültəyə qəbulu ilə bağlı iddiaçıya əlavə pul ödəmək kimi öhdəliyi olmamış, sözügedən tələbənin müqavilədə qeyd edilmiş Universitetin həmşirəlik fakultəsinə məhz iddiaçı MMC-nin vasitəçiliyi ilə daxil olmasını isə sonuncu sübut edə bilməmişdir. Məhkəmə hesab edir ki, bu barədə iddiaçı tərəfindən irəli sürülən dəlillər və izahatlar iddianın TR-994326 saylı xidmət müqaviləsi üzrə əsaslı olması qənaətinə gəlməyə əsas vermir. Belə ki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından iddiaçı TR-994325 saylı müqavilə üzrə cavabdehdən borc tələbi üzrə öz hüquqi mövqeyini sübut edilə bilməmiş və bununla bağlı hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh TR-994326 müqavilə üzrə ödənilməmiş 500 (beş yüz) manat, 17 (on yeddi) manat cərimə, ümumilikdə 517 (beş yüz on yeddi) manat və 30 (otuz) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı MMC-yə ödənilməli, dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh TR-994326 müqavilə üzrə ödənilməmiş 500 (beş yüz) manat, 17 (on yeddi) manat cərimə, ümumilikdə 517 (beş yüz on yeddi) manat və 30 (otuz) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №e-2(009)-1803/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1803/2024
19.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver