Məhkəmə qərarları › İş №e-2(009)-1810/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1810/2025

01.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1810/2025 01.10.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X20 Rüstəmlinin sədrliyi, Mərdanov Məhəmməd Ələkbər oğlunun katibliyi Ərizəçi “ölümün qeyd edilmə faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi “ölümün qeyd edilmə faktının müəyyən olunması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1993-cü il təvəllüdlü X7 vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X14 xx.xx.1993-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur İş materillarında olan 1 saylı “ASAN Xidmət” Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 05/Q268/205/2025 saylı arayışdan görünür ki, X13 xx.xx.1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş və bu barədə xx.xx.2993-cü il tarixdə Səbail rayon qeydiyyat şöbəsi tərəfindən 1295 saylı doğum aktının qeydiyyatı aparılmışdır. İş materillarında olan xx.xx.2025-ci il tarixli Bakı şəhəri Səbail rayonu, Bibiheybət qəsəbəsi Məktəb meydanı küçəsində yaşayan bir qrup şəxs tərəfindən tərtib edilmiş akta əsasən Məktəb meydanı küçəsi 30-da yaşayan Ərizəçi xx.xx.1993-cü il tarixdə X19 adlı qızı anadan olmuş və xx.xx.1993-cü il tarixdə vəfat etmişdir. X14 həmiun tarixdə Bibiheybət qəbirstanlığında adsız məzarda dəfn edilmişdir. 2004-2006-cı illər ərzində qəbirstanlığın ərazisində yol çəkildiyi üçün, orada olan bəzi qəbirlər başqa əraziyə köçürülmüşdür. Həmin vaxt X4 məzarının başqa əraziyə köçürülməsi onun ölüm faktının müəyyən olunmasını mümkünsüz etmişdir. İş materiallarında olan Bakı şəhəri Səbail rayon Bibiheybət qəsəbə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli O-6 saylı məktubda qeyd olunmuşdur ki, Bakı şəhəri Səbail rayonu Bibiheybət qəsəbəsi Məktəb meydanı küçəsi 30a saylı evədə yaşayan Ərizəçi qızı X7 vəfat etməsi barədə Bibiheybət qəsəbə nümayəndəliyində heç bir məlumat aşkarlanmamışdır. İş materilarında olan Səbail rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-16-5/7/6xx-xx/2024 saylı arayışdan da görünür ki, X13 barəsində Səbail rayon qeydiyyat şöbəsində ölüm haqqında qeyd aparılmamışdır. İş materilarında olan xx.xx.2025-ci il tarixli AR Səhiyyə Nazirliyi “K.Y.Fərəcov adına X3” PHŞ-nə ünvanlanmış xx.xx.1993-cü il tarixdə anadan olmuş X7 K.Fərəcov adına X2 müalicə alması ilə əlaqədar tibbi sənədlərin surətlərinin və onunla bağlı olan digər məlumatların Bakı şəhəri 19 saylı Vəkil Bürosuna göndərilməsi barədə sorğuya cavab olaraq “K.Y.Fərəcov adına X3” PHŞ tərəfindən göndərilmiş xx.xx.2025-ci il tarixli 3-26-6/2- 197/2025 saylı məktubdan görünür ki, “Dövlət orqanlarının, idarə, müəssisəs və təşkilatların fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanma müddətləri göstərilməklə nümunəvi Siyahısı və onun tətbiq olunmasına dair göstəriş”ə əsasəsən Ambulator kitabçalar 5 il, X6 25 il müddətnə saxlanıldığına görə xx.xx.1993-cü il təvəllüdlü X1 müalicə aldığı barədə sənədin təqdim edilməsi mümkün deyildir. Ərizəçinin nümayəndəsi-vəkili ərizə ünvanlayaraq məhkəmə iclasının ərizəçinin iştirakı olmadan keçirilməsini və ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs Səbail rayon Qeydiyyat Şöbəsi məhkəməyə məktub göndərərək, işə səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə MPMnın 185.5-ci maddəsinə əsaslanaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 01 fevral 2025-ci il tarixli arayışda qeyd edilir ki, X13 xx.xx.1993-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Ərizəçi, anası X11r. 05 dekabr 2024-cü il tarixli arayışda qeyd edilir ki, X13 barəsində Səbail rayon qeydiyyat şöbəsində ölüm haqqında akt qeydi aşkar olunmadı. X8, X9, X10, Ərizəçi və X15 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktda qeyd edilir ki, biz aşağıda imza edənlər bu aktı tərtib etmişik ki, xx.xx.1993-cü ildə anadan olmuş (qız) X13 doğulduqdan sonra xx.xx.1993-cü ildə vəfat etmişdir. xx.xx.2025-ci il tarixdə şahid qismində dindirilən X15 bildirmişdir ki, hazırda bir uşağı var. Ondan qabaq 7 uşağı olmuşdur. Hər biri 1-2 sağ olub, sonra vəfat etmişlər. Quliyeva Ülkər 2-ci övladı olub. Oktyabrda anadna olub, dekabrda vəfat edib. Uşaqları dünyaya gəldikdən sonra çəkilərini itirdiklərinə görə sağ qalmırdılar. Bibi-Heybətdə dəfn olunub. xx.xx.2025-ci il tarixdə şahid qismində dindirilən X9 bildirmişdir ki, Ərizəçi qonşusudur. Hazırda ərizəçinin bir qız uşağı var. Bu uşaqdan əvvəl bir neçə uşaq anadan olandan qısa müddət sonra vəfat edib. Ərizədə qeyd olunan uşaq 1993-cü il tarixdə anadan olub, 1 ay yarım yaşayıb. Bibi-Heybətdə dəfn olunub. Sonradan yol çəkilməsi ilə əlaqədar həmin ərazidə bir neçə qəbir köçürülmüşdür. xx.xx.2025-ci il tarixdə şahid qismində dindirilən X8 bildirmişdir ki, Ərizəçi qonşusudur. Ərizəçinin bir neçə uşağı tələf olub, hazırda bir qız övladı var. Ərizədə qeyd olunan uşaq 1 ay, 1 ay ayrım sağ qalıb və dünyasını dəyişib. Bibi-Heybətdə dəfn olunub. Dəfndə o özü də iştirak etmişdir. Vəfat tarixinin üstündən 30-35 il keçdiyinə görə dəqiq tarix yadında qalmamışdır. Təxminən 1993-cü tarixdə vəfat etdiyi xatirindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 307.2.3-cü maddəsinə əsasən məhkəmə ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutlara və şahid ifadələrinə əsasən hesab edir ki, xx.xx.1993-cü il təvəllüdlü X7 xx.xx.1993-cü il tarixdə Bakı şəhərində vəfat etməsini təsdiq etmək üçün kifayət qədər sübut vardır. Göstərilənlərə əsaslanaraq və Azər. Resp. MPM-nın 216-220 və 305-311-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1993-cü il təvəllüdlü X7 xx.xx.1993-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. X13 barədə ölüm haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Səbail Rayon Qeydiyyat Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi və ya alındığı gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:İlkinRüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar