Məhkəmə qərarları › İş №e-2(009)-1998/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1998/2025

22.08.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1998/2025 22.08.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi “barışıq sazişin təsdiqi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Rəhimli X2 Şamxal Yasin oğlunu maraqlı şəxs qismində cəlb etdiyi “barışıq sazişin təsdiqi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 8 aprel 2025-ci il tarixində Bakı 20 saylı Mediasiya Təşkilatı vasitəsilə bağlanmış Barışıq sazişinin təsdiq olunması və ödənilmiş dövlət rüsumunun maraqlı şəxsdən tutulub ərizəçiyə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, maraqlı şəxs ilə 08 aprel 2025-ci il tarixində Bakı 20 saylı Mediasiya Təşkilatı vasitəsilə Barışıq sazişi bağlamışdır. Barışıq sazişinin predmetini “1. Maraqlı şəxs tərəflərin birgə nikah dövründə əldə olunmuş ünvan 1 ünvanında onun adına ipoteka ilə yüklü edilmiş və DƏDRX-dan çıxarış əldə olunmuş mənzil üzrə bank qarşısında olan öhdəliklərini bankın razılığı ilə Ərizəçi ötürməyi öhdəsinə götürür. 1.1. Öhdəlik Ərizəçi ötürülənədək ipoteka ödənişləri Maraqlı şəxs tərəfindən ödəniləcəkdir. 1.2. Maraqlı şəxs gələcəkdə ünvan 2 ünvanında yerləşən əmlakla bağlı iddia irəli sürməyəcəkdir. 2. Maraqlı şəxs 2024-cü ilin dekabr ayında Ərizəçi borc olaraq alığı 21000 (iyirmi bir min) ABŞ dollan (35700 (otuz beş min yeddi yüz) AZN) məbləğini hər ay 1000 (min) AZN olmaqla sonuncunun bank hesabına ödəməyi öz öhdəsinə götürür. 3. Tərəflərin övladı X3 Bakı şəhəri Səbail rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli e- 2(009)-2258/2024 saylı qətnaməsi ilə Ərizəçi himayəsinə verilmişdir. Uşağın yüksək həyat şəraitinin qorunub saxlanılması üçün Maraqlı şəxs X1 məktəb təhsil haqqını (özəlməktəb) bundan sonrakı illər üzrə ödəməyi öz öhdəsinə götürür.” təşkil edir. Qeyd etməlidir ki, Sazişin imzalanmasından uzun müddət keçməsinə baxmayaraq Maraqlı şəxs barışıq sazişinin 2-ci maddəsi üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etməkdən boyun qaçırır və bu da Sazişin hüquqi xarakterini itirməsinə və öz əhəmiyyətinə görə barışıq yolu ilə icra olunmasına çətinliklər yaradır buna görə də məhkəməyə müraciət olunması və mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi zərurəti meydana gəlmişdir. Barışıq sazişinin 8-ci maddəsinə görə saziş könüllü icra edilmədiyi təqdirdə tərəflərdən biri sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Ərizəçi ərizənin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli MŞB/20/2025-00267 saylı mediasiya prosesi vasitəsilə Ərizəçi və Maraqlı şəxs arasında bağlanmış Barışıq Sazişinin 2-ci və 3-cü bəndlərinin “2. Maraqlı şəxs 2024-cü ilin dekabr ayında Ərizəçi borc olaraq aldığı 21 000 (iyirmi bir min) ABŞ dolları (35 700 (otuz beş min yeddi yüz) AZN) məbləğini hər ay 1000 (min) AZN olmaqla sonuncunun bank hesabına ödəməyi öz öhdəsinə götürür. 3. Tərəflərin övladı X3 Bakı şəhəri Səbail rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli e2(009)-2258/2024 saylı qətnaməsi ilə Ərizəçi himayəsinə verilmişdir. Uşağın yüksək həyat şəraitinin qorunub saxlanılması üçün Maraqlı şəxs X1 məktəb təhsil haqqını (özəl məktəb) bundan sonrakı illər üzrə ödəməyi öz öhdəsinə götürür” - məzmununda təsdiq edilməsi və 260 (iki yüz altmış) manat həcmində mediasiya xərci və məhkəmə dövlət rüsumunun Maraqlı şəxs tutularaq Ərizəçi ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs kimi Maraqlı şəxs məhkəmə ərizə ilə müraciət edərək nümayəndəsinin (vəkili) ölkə xaricində olacaq, nümayəndəsi 8 sentyabrdan etibarən ölkədə olacağına görə məhkəmə iclasını həmin tarixdən sonrakı tarixlərə təxirə salınmasını, məhkəmə iclasında nümayəndəsi ilə birlikdə şəxsən iştirak etmək istədiyi üçün məhkəmə iclasının bir dəfə təxirə salınmasını xahiş etmişdir. Məhkəmə, iclasın təxirə salınmasına zərurət görməmiş və MPM-ə əsasən mülki işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfi dinləyib, ərizəni və barışıq sazişini nəzərdən keçirib hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2025-ci il tarixli Barışıq sazişindən görünür ki, 2. Maraqlı şəxs 2024-cü ilin dekabr ayında Ərizəçi borc olaraq aldığı 21000 (iyirmi bir min) ABŞ dolları (35700 (otuz beş min yeddi yüz) AZN) məbləğini hər ay 1000 (min) AZN olmaqla sonuncunun bank hesabına ödəməyi öz öhdəsinə götürür. 3. Tərəflərin övladı X3 Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(009)-2258/2024 saylı qətnaməsi ilə Ərizəçi himayəsinə verilmişdir. Uşağın yüksək həyat şəraitinin qorunub saxlanılması üçün Maraqlı şəxs X1 məktəb təhsil haqqını (özəl məktəb) bundan sonrakı illər üzrə ödəməyi öz öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-26-cı maddəsinə əsasən, məhkəmə barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Məhkəmə qeyd edir ki, müəyyən edilmişdir ki, tərəflər Ərizəçi (Birinci tərəf) və Maraqlı şəxs (İkinci tərəf) arasında xx.xx.2025-ci il tarixdə yuxarıda göstərilən şərtlərlə barışıq sazişi bağlanmış və imzalanmışdır. Həmçinin müəyyən edilmişdir ki, Maraqlı şəxs sazişin şərtlərinə əsasən üzərinə götürdüyü öhdəlikləri könüllü icra etmir. Belə olan halda sazişin birinci tərəfi haqlı olaraq barışıq sazişinin müvafiq bəndlərinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişdir, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş üçüncü şəxslərin hüquqlarına toxunmur. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında xx.xx.2025-ci il tarixdə bağlanmış barışıq sazişi məcburi icrası üçün təsdiq olunmalıdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsində müəyyən edilmişdir ki, Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 216-220, 355-23-355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2025-ci il tarixli Barışıq sazişinin aşağıdakı şərtləri məcburi icrası üçün təsdiq edilsin.

2. Maraqlı şəxs 2024-cü ilin dekabr ayında Ərizəçi borc olaraq aldığı 21000 (iyirmi bir min) ABŞ dolları (35700 (otuz beş min yeddi yüz) AZN) məbləğini hər ay 1000 (min) AZN olmaqla sonuncunun bank hesabına ödəməyi öz öhdəsinə götürür.

3. Tərəflərin övladı X3 Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e- 2(009)-2258/2024 saylı qətnaməsi ilə Ərizəçi himayəsinə verilmişdir. Uşağın yüksək həyat şəraitinin qorunub saxlanılması üçün Maraqlı şəxs X1 məktəb təhsil haqqını (özəl məktəb) bundan sonrakı illər üzrə ödəməyi öz öhdəsinə götürür. Ərizəçi tərəfindən ümumilikdə ödənilmiş 160 (bir yüz altmış) manat mediasiya xərci və 100 (bir yüz) manat dövlət rüsumu Maraqlı şəxs tutularaq Ərizəçi ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi (elektron məhkəmə sistemi vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar