Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2090/2025 18.11.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1, onun nümayəndəsi və vəkili Vəkil4, Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil3 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Daşınmaz Əmlakın Dövlət Kadastı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi, Bakı şəhəri 12 saylı notariat ofisi, Bakı şəhəri 22 saylı notariat ofisi 3-cü şəxs qismində cəlb edilməklə) qarşı alqı-satqı və dəyişmə müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Daşınmaz Əmlakın Dövlət Kadastı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi 3-cü şəxs qismində cəlb edilməklə) qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, onun tərəfindən 2014-cü ildə ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi alınmış, lakin həmin yaşayış sahəsi xarici ölkədə yaşaması səbəbindən formal olaraq qohumu Cavabdeh1 adına rəsmiləşdirilmişdir. Qaçqın, o cümlədən qohum olması səbəbindən Müslüm ailəsi ilə birlikdə həmin tikiliyə nəzarət etməsi, təmizlik işlərinə baxması ilə əlaqədar daim onun himayəsində olmuşdur. 2023-cü il tarixdə həyat yoldaşı X4 ilə nikahlarına xitam verilmişdir. Nikaha xitam verildikdən sonra Nailə və Müslüm onun Moskva şəhərində olması, əmlakının formal olaraq Müslümün adında olmasından sui-istifadə edərək uydurma əqdlə həmin əmlakı Nailənin adına rəsmiləşdirmişlər. Belə ki, əqd üçün pul vəsaiti lazım olduğu və real alqı-satqı deyil, görünüş üçün əqd bağlamaq məqsədilə onlar Bakı şəhəri 22 saylı notariat ofisində çalışan Cavid adlı şəxsə müraciət etmişlər. Cavid onlara pul qarşılığında bu əqdi həyata keçirə biləcəyini, bunu atası Cavabdeh3 vasitəsilə edə biləcəyini bildirmiş, buna görə sonuncuya etibarnamə verilməli olduğunu, Əkrəmin əqd görüntüsü yaranması üçün şəxsi vəsaitini müvəqqəti olaraq yerləşdirə biləcəyini bildirmişdir. Əkrəm müəyyən edilmiş miqdardan artıq valyuta olan ABŞ dolları ala bilməsi üçün, o cümlədən oğlu Cavidin pul alması qarşılığında notariusa gələrək etibarnamə əsasında faktiki olaraq ona məxsus əmlakın keçmiş həyat yoldaşı Cavabdeh2 adına rəsmiləşdirmişdir. Bu hərəkətlər xx.xx.2023-cü il tarixdə edilsə də, o, bu barədə təxminən 1 ay öncə təsadüf nəticəsində bilmişdir. Beləliklə uydurma əqd təşkil etməklə Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 ünvan 1 ünvanında yerləşən ona məxsus yaşayış sahəsini uydurma əqd şəklində Nailənin adına rəsmiləşdirərək etibarından sui-istifadə edərək dələduzluqla əmlakını ələ keçirmişlər. Bu məqsədlə onlar 14 dekabr 2023-cü il tarixdə AN- İ0595893 saylı alğı-satqı müqaviləsi bağlamış, həmin müqavilə satıcı adından xx.xx.2023-cü il tarxili ƏN-İ857972 saylı etibarnamə ilə iştirak edən Cavabdeh3 tərəfindən imzalanmışdır. Tərəflərin bu uydurma əqddə iştirakı alqı-satqı niyyətini ifadə etmir, sadəcə olaraq qeyd edilən müqavilə ilə ona məxsus əmlakın Cavabdeh2 adına keçirilməsini pərdələmək məqsədi daşımışdır. ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi faktiki olaraq ona məxsus olmuş, formal olaraq Cavabdeh1 adına rəsmiləşdirilmişdir və Cavabdeh2 alıcı, Cavabdeh1 satıcı, Cavabdeh3 Məhəmmdə oğlunun satıcının etibarnamə üzrə səlahiyyətli şəxs qismində iştirak etdiyi əqd real deyil, uydurma əqd olmuş və bir-birinə qohum olan şəxslərin niyyəti alqı-satqı müqaviləsi bağlamaq deyil, ünvan 3 ünvanında yerləşən yaşayış sahəsini Cavabdeh2 adına rəsmiləşdirmək olmuşdur. Beləliklə tərəflər alqı-satqı müqaviləsi ilə niyyətlərini pərdələyərək, üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını, o cümlədən yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaq olmuşdur. Bir daha bildirmək istəyir ki, sahənin mülkiyyətçisi, sahibi odur. Bundan əlavə, o, Əmlak Xidmətləri məkanına müraciət etmişdir. Lakin tələb olunan müvafiq sənədlər təqdim edə bilmədiyindən sənədlərini qəbul etməkdən imtina etmişlər. Cavabdehlərin əməlini dələduzluq kimi qəbul edərək o, polisə müvafiq ərizə ilə müraciət etsə də, orada münasibətlərin mülki xarakter daşıdığını əsas gətirərək cinayət işinin başlanmasının rədd edilməsinə dair qərar qəbul edilmişdir. Qeyd etdiyi hallar həmin sahənin mülkiyyətçi olduğunu təsdiq edir və hesab edir ki, sahə üzərində mülkiyyət hüququ tanınmalıdır. O cümlədən əqd etibarsız hesab edilməlidir. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin alqı-satqısına dair xx.xx.2023-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi və həmin əmlak üzərində onun mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı AR MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, məhkəməyə müraciət ediləndən sonra Cavabdeh2 hərəkətlərinin hüquqi nəticəsini bildiyindən, öhdəlikdən yayınmaq məqsədilə yeni bir əqd bağlamış və mübahisəli əmlakı üzərində pul almaqla dəyişmə yolu ilə başqa bir şəxsin, Cavabdeh4 adına rəsmiləşdirmişdir. Belə ki, tərəf qismində çıxış edən Cavabdeh2 və Cavabdeh4, işin mübahislə olduğunu, məhkəmə baxışının olduğunu bilərəkdən xx.xx.2025-ci il tarixdə dəyişmə müqaviləsi bağlamış, hazırda mübahisəsi olan əmlakı, yəni Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 13-cü Badamdar küçəsi 6, yeni qaydalarla AZ1021, ünvan 4 ünvanında yerləşən ona məxsus əmlakı Cavabdeh4 məxsus Bakı ş., Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsi 17, mənzil 65, yeni qaydalarla ünvan 6 ünvanında yerləşən sahəsi 127,2 kv.m olan mənzillə dəyişmiş, o cümlədən Cavabdeh2 dəyişdirilən mənzilin dəyər fərqi olan 400.000 manat məbləğində pul almışdır. Beləliklə, tərəflərin məqsədi məhkəmə mübahisəsindən mübahisəli əmlakı öz düşüncələri ilə uzaqlaşdırmaq, əqdə hüquqi don geyindirmək olmuşdur. Cavabdehlərin əməlini dələduzluq kimi qəbul edərək o, polisə müvafiq ərizə ilə müraciət etsə də, orada münasibətlərin mülki xarakter daşıdığını əsas gətirərək cinayət işinin başlanmasının rədd edilməsinə dair qərar qəbul edilmişdir. Qeyd etdiyi hallar həmin sahənin mülkiyyətçi olduğunu təsdiq edir və hesab edir ki, sahə üzərində mülkiyyət hüququ tanınmalıdır. O cümlədən əqd etibarsız hesab edilməlidir. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış Bakı şəhəri, Səbail r-nu, Badamdar qəsəbəsi, 13-cü Badamdar küçəsi, ev 6, yeni qaydalarla AZ1021, ünvan 7 ünvanında yerləşən 0.12 ha torpaq sahəsi və 281,1 kv.m. fərdi yaşayış evindən ibarət olan ona məxsus əmlakın alqısatqısına dair xx.xx.2023-cü il tarixli müqavilənin, həmçinin Cavabdeh2 və Cavabdeh4 arasında bağlanmış Bakı şəhəri, Səbail r-nu, Badamdar qəsəbəsi, 13-cü Badamdar küçəsi, ev 6, yeni qaydalarla AZ1021, ünvan 7 ünvanında 0.12 ha torpaq sahəsi və 281,1 kv.m. fərdi yaşayış evindən ibarət olan ona məxsus əmlakın dəyişməsinə dair xx.xx.2025-ci il tarixli dəyişmə müqaviləsinin etibarsız hesab edilməsi və Bakı şəhəri, Səbail r-nu, Badamdar qəsəbəsi, 13-cü Badamdar küçəsi, ev 6, yeni qaydalarla AZ1021, ünvan 7 ünvanında yerləşən 0.12 ha torpaq sahəsi və 281,1 kv.m. fərdi yaşayış evindən ibarət olan əmlak üzərində onun mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələblərini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, əmlakın faktiki mülkiyyətçisi kimi iddiaçı mübahisələndirdikləri evi oğlunun adına keçirilməsi barədə Cavabdeh1 heç bir göstəriş verməmişdir. Bununla bağlı cavabdeh tərəfindən mötəbər sübutu yoxdur. Cavabdeh1 iddiaçının bacısı qızının əridir, aralarında kifayət qədər etibarlı münasibət olmuşdur. 2025-ci ilin yay ayında makler iddiaçıya zəng edərək ucuz satılan evi onlar vasitəsi ilə nə üçün satılmadığını bildirdikdə, evi satılması barədə həmin vaxt məlumatı olmuşdur. İlkin polis bölməsinə müraciət olunmuş, sonra məhkəməyə müraciət olunmuşdur. 2-ci dəyişmə müqaviləsinə münasibətdə isə alıcının vicdanlı alıcı kimi qəbul edilməsi barədə cavabdehin mövqeyini əsassız hesab edir, Məcəllənin 225.6-cı maddəsinə əsasən ərarvadın birgə nikah dövründə əldə olunmuş əmlakın özgəninkiləşdirilməsi zamanı vicdanlı alıcı kimi yanaşma bu münasibətə tətbiq oluna bilməz. Ona görə də cavabdehlərin yazılı etirazlarını əsaslı hesab etmir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh1 izahatında göstərmişdir ki, 2011-ci ildə 2 tikilini yerləşdiyi 12 sot torpaq sahəsi barədə Müstəqibə məlumat vermişdir, demişdir ki, bir tikilini özü üçün almaq istəyir, digər tikilinin pulunu o, versin. Evi alıb öz vəsaiti hesabına təmir etmişdir. O, məcburi köçkün olmuşdur, ev onun adına alındığı üçün bütün hüquqlardan məhrum olmuşdur. 2015-ci ildə Zəngilan rayonu üzrə dövlət tərəfindən məcburi köçkünlərə ev paylanan zaman ona ev vermədilər, bildirdirlər ki, adında ev var. O, Müstəqibə bununla bağlı müraciət etmişdir ki, evi adından çıxarılsın. 2017-ci ildə anasının il dönümündə o, Müstəqibə bildirdi ki, bu məsələ həll edilməlidir. Müstəqib ona demişdir ki, “mən sənə 3 otaqlı ev alacam Bakı şəhərində, hələlik həmin evdə yaşa”. 2023-cü ilədək ailə ilə birlikdə orada yaşamışdır. 2023-cü ilin dekabr ayında Müstəqib ona zəng edərək evi oğlunun adına keçirilməsini demişdir. Oğlu Müşfiqlə ASAN Xidmətə gedəndə demişlər ki, ev bağışlama yolu ilə keçə bilməz. Müşfiq sonra onu notariat kontoruna aparmış, orada bir şəxsin adına etibarnamə verilməsini bildirmiş, o, həmin şəxsin adına etibarnamə vermiş, ev Müşfiqin anasının adına alqı-satqı ilə keçirilmişdir. 295.000 manata satılmışdır, 220.000 manatı etibarnamə verdiyi şəxs qoymuş, 75.000 manatı Müşfiq qoymuşdur. Alqı-satqıdan sonra Müşfiq 75.000 manatı ona vermiş, 220.000 manatı isə etibarnamə verdiyi şəxs götürmüşdür. O, Müşfiqdən soruşanda ki, niyə anasının adına ev keçirilir, Müşfiq demişdir ki, o, Rusiya vətəndaşı olduğu üçün ev anasının adına keçməlidir. Bir gündən sonra Müstəqib onun həyat yoldaşına zəng etmiş, yoldaşı bildirmişdir ki, evi adlarından çıxarmışlar. Bir müddət əvvəl Müstəqib ona zəng edərək demişdir ki, o, məhkəmədə evin oğlu Müşfiqin adına keçirilməsini ona deməsini bildirməsin. Halbuki onun əlində Müstəqiblə telefon danışığı var, orada Müstəqib özü demişdir ki, evi oğlunun adına keçirtsin. İddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil4 izahatında göstərmişdir ki, evin dəyərinin bir hissəsi iddiaçı tərəfindən verilsə də, bir hissəsi Cavabdeh1 tərəfindən verilmiş, hətta nümayəndəsi olduğu şəxs təmir işləri görərək əmlakı yaxşılaşdırmışdır. Evin Müstəqibin ailə üzvləri adına keçirilməsində iradə ifadəsi olmuşdur, belə ki, telefon danışıqları mövcuddur ki, səs yazısında iddiaçı evin oğlunun adına keçirilməsini istəyir. İddiaçının oğlu isə evin anasının adına keçirilməsi üçün alqı-satqını həyata keçirmişdir. Hesab edir ki, qaldırılan iddia əsassızdır və təmin edilməməlidir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil3 iddia tələblərini qəbul etməyərək izahatında göstərmişdir ki, mübahisəli evin mülkiyyətçisi Cavabdeh1dur. Ev dəyəri ödənilməklə alıq-satqı yolu ilə əldə edilmişdir, iddiaçının hazırkı tələblə çıxış etməyə subyektiv hüququ yoxdur. Həmin əmlakın özgəninkiləşdirilməsi üçün iddiaçının razılığının alınması əsassızdır. Əmlak birgə nikah dövründə əldə olunubsa, mülkiyyət kimi ər və ya arvadın hər hansı birinin adına reyestrdə qeydiyyata alınmalı idi. Hətta iddiaçı və Cavabdeh1 arasında əmlakın alınması ilə bağlı pul münasibəti olubsa, iddiaçı Cavabdeh1 qarşı əsassız varlanma tələbi ilə iddia qaldırıb vurulmuş ziyanı tələb edə bilər. Ona görə də qaldırılan iddianı əsassız hesab edir və onun rədd edilməsini xahiş edir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil2 iddia tələblərini qəbul etməyərək və iddiaya dair yazılı etirazı məhkəməyə təqdim edərək izahatında göstərmişdir ki, sözügedən əmlakın İddiaçı məxsus olmasına dair hər hansı sənəd və ya sübut yoxdur. İşdə olan sübutlardan aydın olur ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Cabir Novruz küçəsi, giriş 126 ünvanında yerləşən, ümumi sahəsi 281.1 kv/m olan fərdi yaşayış evi xx.xx.2014-cü il tarixindən X5 adına Dövlət Reyestrində qeydiyyata alınmışdır. İddiaçının iddia ərizəsində qeyd edilir ki, “ünvan 3 ünvanında yerləşən yaşayış sahəsi faktiki olaraq mənə məxsus olmuş, formal olaraq Cavabdeh1 adına rəsmiləşdirilmişdir." Deməli iddiaçı xx.xx.2024-cü il tarixdən fərdi yaşayış evinin Cavabdeh1 adına qeydiyyata alındığını məhz həmin tarixdən bildiyini vurğulayır. Yəni Cavabdeh1 həmin əmlakı zorla, aldatma yolu ilə ələ keçirməmişdir. Cavabdeh4 ilkin mülkiyyətçi olan Cavabdeh1 tanımır və onunla bu mülkiyyət barəsində hər hansı bir münasibəti olmamışdır. İşdə olan sübutlardan aydın olur ki, X2 rayonu, Badamdar qəsəbəsi, Cabir Novruz küçəsi, giriş 126 ünvanında yerləşən, ümumi sahəsi 281.1 kv.m. olan fərdi yaşayış evini xx.xx.2023-cü il tarixli alqısatqı müqaviləsi ilə müqavilə Cavabdeh2 satmışdır. İşdə olan sübutlardan aydın olur ki, Cavabdeh2 iddiaçının həyat yoldaşı olmuşdur. İddia ərizəsindən aydın olur ki, qeyd edilən əmlak Cavabdeh2 ilə İddiaçı birgə nikah dövründə əldə edilmişdir. Cavabdeh4 sonrakı mülkiyyətçi Cavabdeh2 xx.xx.2025-ci il tarixli müqavilə bağlananadək tanımamış və onunla bu mülkiyyət barəsində hər hansı bir münasibəti olmamışdır. Eləcə də İddiaçı tanımamış və hər hansı bir münasibəti olmamışdır. İşdə olan sübutlardan aydın olur ki, Cavabdeh4 qeyd edilən fərdi yaşayış evini xx.xx.2025-ci il tarixli müqavilə ilə əldə etmişdir. Həmin müqaviləyə əsasən ünvan 3 (Yeni qaydalarla: AZ 1021, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Cabir Novruz küçəsi, giriş 126 ünvanında yerləşən, ümumi sahəsi 281.1 kv.m. olan fərdi yaşayış evini (tam hissə, 281.1 kv.m.)) əmlakı əldə etmək üçün başqa bir əmlakı - Bakı şəhəri, Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsi, ev 17, mənzil 64 Yeni qaydalarla: Bakı şəhəri, ünvan 8 ünvanında yerləşən, ümumi sahəsi 127.2 kv.m. olan mənzili (tam hissə, 127.2 kv.m.) vermiş və əlavə olaraq 400.000 manat vəsait ödəmişdir. Göründüyü kimi fərdi yaşayış evi xx.xx.2014-cü il tarixində Cavabdeh1 adına qeydiyyata alınmış, xx.xx.2023-cü il tarixdə Cavabdeh2 həmin fərdi yaşayış evini əldə etmiş və xx.xx.2025-ci il tarixdə, yəni Cavabdeh2 əldə edəndən 1 il altı ay sonra makler vasitəsi ilə həmin əmlakı əldə etmişdir. Cavabdeh4 vicdanlı alıcı olaraq qeyd edilən fərdi yaşayış evini əldə etmişdir. İddiaçı əsassız olaraq iddia ərizəsində qeyd edir ki, “cavabdehlərin əməlini dələduzluq kimi qəbul edərək mən polisə müvafiq ərizə ilə müraciət etsəm də, orada münasibətlərin mülki xarakter daşıdığını əsas gətirərək cinayət işinin başlanmasının rədd edilməsinə dair qərar qəbul edilmişdir.” Cinayət işinin başlanmasının rədd edilməsinə dair qərardan aydın olur ki, iddiaçının dələduzluq barədə fikirləri əsassızdır. İbtidai istintaq hesab etmişdir ki, iş mülki işdir. Mülki qanunvericilikdə Dövlət Reyestrində şəxsin adına qeydiyyata alınmış əmlakın digər şəxsə məxsus olmasını təsdiq edən norma mövcud deyil. İddiaçının yeni icadları Milli Məclis tərəfindən mülki qanunvericiliyə daxil edildikdən sonra hüquqi qüvvəyə malik ola bilər. Cavabdeh4 vicdanlı alıcıdır. Onun qohumlar arasında baş verən proseslərdən məlumatı yoxdur. Bu gün həmin qohumların sövdələşmiş formada Cavabdeh4 qarşı oyun qurduqları belə istisna edilə bilməz. İddiaçının nümayəndəsi ilkin hazırlıq iclasında yeni mülkiyyətçini tanımadıqlarını, yeni mülkiyyətçi ilə hər hansı bir probleminin olmadığını bildirmişdir. O, tərəfləri tanımır, Cavabdeh4 tərəflərin məişət mübahisələrinə qoşulmaq məcburiyyətində deyil. Tərəflərin ailə daxili məişət münaqişələri Cavabdeh4h Vazeh oğlunu maraqlandırmır. O, evi alarkən baş verənlərdən məlumatsız olmuşdur. Cavabdeh4 vicdanlı alıcıdır. Göstərilənləri nəzərə alaraq cavabdehin nümayəndəsi iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh3, 3-cü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Daşınmaz Əmlakın Dövlət Kadastı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin, Bakı şəhəri 22 saylı notariat ofisinin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdeh Bakı şəhər 12 saylı notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir, lakin məhkəməyə ünvanlanmış məktubda işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri əsassız olduğu üçün təmin edilməməlidir. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2014-cü il tarixli çıxarışın surətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 13-cü Badamdar küçəsində, 0,12 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 281.1 kv.m. olan 6 saylı fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına qeydiyyata alınmışdır. İş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(009)-82/2023 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə cavabdeh X4 arasında xx.xx.1985-ci il tarixdə bağlanmış və 11 No-li akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması qət edilmişdir. İş üzrə Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli nikahın pozulması haqqında şəhadətnaməsinin surətindən görünür ki, İddiaçı və X4 nikahı Səbail rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Nikaha xx.xx.2023cü il tarixdə xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə 70 No ilə qeyd edilmişdir. İş üzrə Bakı şəhəri 22 saylı notariat ofisi tərəfindən verilmiş notariat icraatının təsdiq olunmuş surətindən görünür ki: - İş üzrə xx.xx.2023-cü il tarixli etibarnaməsinin surətinə əsasən Cavabdeh1 tərəfindən bütün dövlət və qeyri dövlət orqan, idarə və təşkilatlarında notariat ofislərində, ASAN Xidmət mərkəzlərində, banklarda təmsil edərək AR ƏMDK DƏDRX Əİ verdiyi **********20-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 0.12 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 281,10 kv.m. olan fərdi yaşayış evinə dair dövlət reyestrindən daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış aldıqdan sonra sərəncam verməyi, satmağı, dəyişməyi, ipoteka (girov) qoymağı buna dair müqavilə imzalamağı, pulu almağı, adından ərizə verməyi, imza etməyi və tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etmək səlahiyyəti 6 gün müddətinə - xx.xx.2023-cü il tarixədək Cavabdeh3 etibarnamə verilmişdir; -İş üzrə X10 tərəfindən notarial qaydada yazılmış xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, birgə nikah dövründə əldə edilmiş əri Cavabdeh1 məxsus olan ünvan 3 ünvanında yerləşən 0.12 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 281,10 kv.m. olan fərdi yaşayış evinin satılmasına etiraz etmir; - İş üzrə Cavabdeh2 tərəfindən notarial qaydada yazılmış xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Cavabdeh1 tərəfindən ona satılan ünvan 9 ünvanında yerləşən fərdi yaşayış evində mülkiyyətçisinin ailə üzvü olmayan X6 qeydiyyatda olmadığından məlumatlıdır, fərdi yaşayış evinin onun razılığı olmadan satılmasına razıdır və bununla bağlı bütün məsuliyyəti öz üzərinə götürür; - Bakı şəhəri 22 saylı Notariat Ofisində təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, AN-İ No ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətinə əsasən Cavabdeh1 (etibarnamə əsasında Cavabdeh3 tərəfindən imza etmiş) mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 13-cü Badamdar küçəsində yerləşən yerləşən 0,12 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 281,1 kv.m. olan 7 otaqlı 6 saylı fərdi yaşayış evini Cavabdeh2 295.000 manata satmışdır; - Bakı şəhəri 22 saylı notariat ofisinin notariusu tərəfindən "xxxx" ASC-nin Memar Əcəmi filialına ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Cavabdeh2 tərəfindən notariat qaydasında təsdiq ediləcək alqı-satqı müqaviləsi üzrə ödənilməli olan 295.000 manat məbləğində pulun müvafiq müqavilə notarius tərəfindən təsdiq edildikdən sonra yaranmış 1080 manat vergi öhdəliklərini (borcu) ödəniş tapşırığı əsasında əmlakın satış dəyərindən çıxaraq dövlət xəzinədarlığına ödənilməsi və qalıq 293.920 manat pulu onun məktubu əsasında Cavabdeh3 verilməsi üçün bankda olan depozit hesabına qəbul olunmasını xahiş etmişdir; - xx.xx.2023-cü il tarixli ödəniş tapşırığın surətindən görünür ki, xx.xx.2023-cü il tarixli 4Ə/89 reyestrdə rəsmiləşdirilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı Cavabdeh1 1080 manat vergisi ödənilmişdir. İş üzrə Bakı şəhəri 12 saylı notariat ofisi tərəfindən verilmiş notariat icraatının təsdiq olunmuş surətindən görünür ki: - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli çıxarışın surətinə əsasən ünvan 3 (Yeni qaydalarla: AZ1021, ünvan 10 ünvanında 0,12 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 281.10 kv.m. olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına qeydiyyata alınmışdır. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2025-ci il tarixli çıxarışın surətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsi, ev 17, mənzil 64 (Yeni qaydalarla: Bakı şəhəri, ünvan 11 ünvanında yerləşən ümumi sahəsi 127,20 kv.m. olan mənzili tam mülkiyyət hüququ üzrə Cavabdeh4 adına qeydiyyata alınmışdır; - Bakı şəhəri 12 saylı notariat ofisinin notariusu tərəfindən "xxxx" ASC-nin 12 saylı notariat şöbəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, notariat qaydasında təsdiq ediləcək daşınmaz əmlakın dəyişmə müqaviləsi üzrə Cavabdeh4 tərəfindən ödəməli olduğu 20.000 manat məbləğində pul vəsaitinin müvafiq müqavilə tərəfindən təsdiq edildikdən sonra onun məktubu əsasında həmin məbləği Cavabdeh2 ödənilməsi üçün bankda olan dnpozit hesabına qəbul olunmasını xahiş etmişdir; - Bakı şəhəri 12 saylı notariat ofisinin notariusu tərəfindən "xxxx" ASC-nin 12 saylı notariat şöbəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, notariat qaydasında təsdiq ediləcək daşınmaz əmlakın dəyişmə müqaviləsi üzrə Cavabdeh4 tərəfindən ödəməli olduğu 380.000 manat məbləğində pul vəsaitinin müvafiq müqavilə tərəfindən təsdiq edildikdən sonra onun məktubu əsasında 372.140,30 manat Cavabdeh2 ödənilməsi üçün bankda olan depozit hesabına qəbul olunmasını, eyni zamanda həmin daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə Cavabdeh2 tərəfindən ödəniləcək 7859,70 manat vergi məbləğinin ödəniş tapşırığı əsasında ona məxsus VÖEN ********** ilə X1 köçürülməsini təmin etməsini xahiş etmişdir; - Bakı şəhəri 12 saylı notariat ofisinin notariusu tərəfindən "xxxx" ASC-nin 12 saylı notariat şöbəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Cavabdeh4 notariat qaydasında təsdiq ediləcək daşınmaz əmlak dəyişmə müqaviləsi üzrə əlavə yaranmış 2624,40 manat vergi öhdəliklərini (borcu) dövlət xəzinədarlığına ödənilməsi məqsədi ilə bankda olan depozit hesabına qəbul olunmasını xahiş etmişdir; - Bakı şəhəri 12 saylı Notariat Ofisində təsdiq edilmiş xx.xx.2025-ci il tarixli dəyişmə müqaviləsinin surətinə əsasən Cavabdeh2 tam mülkiyyət hüququ üzrə ona məxsus ünvan 3 (Yeni qaydalarla: AZ1021 ünvan 10 ünvanında yerləşən ümumi sahəsi 0,12 ha torpaq sahəsini və onun üzərində yerləşən ümumi sahəsi 281,1 kv.m. olan fərdi yaşayış evini Cavabdeh4 mülkiyyətinə vermiş, Cavabdeh4 tam mülkiyyət hüququ üzrə ona məxsus Bakı şəhəri, Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsi, ev 17, mənzi 64 (Yeni qaydalarla: Bakı şəhəri, ünvan 12 ünvanında yerləşən, ümumi sahəsi 127.2 kv.m. olan mənzili Cavabdeh2 mülkiyyətinə vermişdir. - xx.xx.2025-ci il tarixli ödəniş tapşırığın surətlərindən görünür ki, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 6779,7 manat, 2.624,4 manat və 1.080 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisəli Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 13-cü Badamdar küçəsində yerləşən 0,12 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 281.1 kv.m. olan 7 otaqlı 6 saylı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə xx.xx.2014cü il tarixdən Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, Bakı şəhəri 22 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2023-cü il tarixli AN-İ №0595893 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 adından etibarnamə əsasında çıxış edən Cavabdeh3 Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 13-cü Badamdar küçəsində yerləşən 0,12 ha torpaq sahəsini və üzərində yerləşən ümumi sahəsi 281.1 kv.m. olan 7 otaqlı 6 saylı fərdi yaşayış evini Cavabdeh2 295.000 manata satmışdır. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, Bakı şəhəri 12 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2025-ci il tarixli dəyişmə müqaviləsinə əsasən Cavabdeh2 xx.xx.2023-cü il tarixdən tam mülkiyyət hüququ üzrə ona məxsus ünvan 3 (Yeni qaydalarla: AZ1021 ünvan 10 ünvanında yerləşən ümumi sahəsi 0,12 ha torpaq sahəsini və üzərində yerləşən ümumi sahəsi 281,1 kv.m. olan fərdi yaşayış evini Cavabdeh4 mülkiyyətinə vermiş, Cavabdeh4 tam mülkiyyət hüququ üzrə ona məxsus Bakı şəhəri, Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsi, ev 17, mənzi 64 (Yeni qaydalarla: Bakı şəhəri, ünvan 12 ünvanında yerləşən, ümumi sahəsi 127.2 kv.m. olan mənzili Cavabdeh2 mülkiyyətinə vermişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, onun tərəfindən 2014-cü ildə ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi alınmış, lakin həmin yaşayış sahəsi xarici ölkədə yaşaması səbəbindən formal olaraq qohumu Cavabdeh1 adına rəsmiləşdirilmişdir. Qaçqın, o cümlədən qohum olması səbəbindən Müslüm ailəsi ilə birlikdə həmin tikiliyə nəzarət etməsi, təmizlik işlərinə baxması ilə əlaqədar daim onun himayəsində olmuşdur. 2023-cü il tarixdə həyat yoldaşı X4 ilə nikahlarına xitam verilmişdir. Nikaha xitam verildikdən sonra Nailə və Müslüm onun Moskva şəhərində olması, əmlakının formal olaraq Müslümün adında olmasından sui-istifadə edərək uydurma əqdlə həmin əmlakı Nailənin adına rəsmiləşdirmişlər. Belə ki, əqd üçün pul vəsaiti lazım olduğu və real alqı-satqı deyil, görünüş üçün əqd bağlamaq məqsədilə onlar Bakı şəhəri 22 saylı notariat ofisində çalışan Cavid adlı şəxsə müraciət etmişlər. Cavid onlara pul qarşılığında bu əqdi həyata keçirə biləcəyini, bunu atası Cavabdeh3 vasitəsilə edə biləcəyini bildirmiş, buna görə sonuncuya etibarnamə verilməli olduğunu, Əkrəmin əqd görüntüsü yaranması üçün şəxsi vəsaitini müvəqqəti olaraq yerləşdirə biləcəyini bildirmişdir. Əkrəm müəyyən edilmiş miqdardan artıq valyuta olan ABŞ dolları ala bilməsi üçün, o cümlədən oğlu Cavidin pul alması qarşılığında notariusa gələrək etibarnamə əsasında faktiki olaraq ona məxsus əmlakın keçmiş həyat yoldaşı Cavabdeh2 adına rəsmiləşdirmişdir. Bu hərəkətlər xx.xx.2023-cü il tarixdə edilsə də, o, bu barədə təxminən 1 ay öncə təsadüf nəticəsində bilmişdir. Beləliklə uydurma əqd təşkil etməklə Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 ünvan 1 ünvanında yerləşən ona məxsus yaşayış sahəsini uydurma əqd şəklində Nailənin adına rəsmiləşdirərək etibarından sui-istifadə edərək dələduzluqla əmlakını ələ keçirmişlər. Bu məqsədlə onlar 14 dekabr 2023-cü il tarixdə AN-İ0595893 saylı alğı-satqı müqaviləsi bağlamış, həmin müqavilə satıcı adından xx.xx.2023-cü il tarxili ƏN-İ857972 saylı etibarnamə ilə iştirak edən Cavabdeh3 tərəfindən imzalanmışdır. Tərəflərin bu uydurma əqddə iştirakı alqı-satqı niyyətini ifadə etmir, sadəcə olaraq qeyd edilən müqavilə ilə ona məxsus əmlakın Cavabdeh2 adına keçirilməsini pərdələmək məqsədi daşımışdır. Bundan başqa, tərəfindən məhkəməyə müraciət ediləndən sonra, Cavabdeh2 hərəkətlərinin hüquqi nəticəsini bildiyindən, öhdəlikdən yayınmaq məqsədilə yeni bir əqd bağlamış və mübahisəli əmlakı üzərində pul almaqla dəyişmə yolu ilə başqa bir şəxsin - Cavabdeh4 adına rəsmiləşdirmişdir. Belə ki, tərəf qismində çıxış edən Cavabdeh2 və Cavabdeh4, işin mübahisəli olduğunu, məhkəmə baxışının olduğunu bilərəkdən xx.xx.2025-ci il tarixdə dəyişmə müqaviləsi bağlamış, hazırda Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 13-cü Badamdar küçəsi 6, yeni qaydalarla AZ1021, ünvan 4 ünvanında yerləşən ona məxsus əmlakı Cavabdeh4 məxsus Bakı ş., Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsi 17, mənzil 65, yeni qaydalarla ünvan 13 ünvanında yerləşən sahəsi 127,2 kv.m olan mənzillə dəyişmiş, o cümlədən Cavabdeh2 dəyişdirilən mənzilin dəyər fərqi olan 400.000 manat məbləğində pul almışdır. Beləliklə, tərəflərin məqsədi məhkəmə mübahisəsindən mübahisəli əmlakı öz düşüncələri ilə uzaqlaşdırmaq, əqdə hüquqi don geyindirmək olmuşdur. Cavabdehlərin əməlini dələduzluq kimi qəbul edərək o, polisə müvafiq ərizə ilə müraciət etsə də, orada münasibətlərin mülki xarakter daşıdığını əsas gətirərək cinayət işinin başlanmasının rədd edilməsinə dair qərar qəbul edilmişdir.Bu səbəbdən iddiaçı Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış Bakı şəhəri, Səbail r-nu, Badamdar qəsəbəsi, 13-cü Badamdar küçəsi, ev 6, yeni qaydalarla AZ1021, ünvan 7 ünvanında yerləşən 0.12 ha torpaq sahəsi və 281,1 kv.m. fərdi yaşayış evindən ibarət olan ona məxsus əmlakın alqı-satqısına dair xx.xx.2023-cü il tarixli müqavilənin, həmçinin Cavabdeh2 və Cavabdeh4 arasında bağlanmış Bakı şəhəri, Səbail r-nu, Badamdar qəsəbəsi, 13-cü Badamdar küçəsi, ev 6, yeni qaydalarla AZ1021, ünvan 7 ünvanında 0.12 ha torpaq sahəsi və 281,1 kv.m. fərdi yaşayış evindən ibarət olan ona məxsus əmlakın dəyişməsinə dair xx.xx.2025-ci il tarixli dəyişmə müqaviləsinin etibarsız hesab edilməsi və Bakı şəhəri, Səbail r-nu, Badamdar qəsəbəsi, 13-cü Badamdar küçəsi, ev 6, yeni qaydalarla AZ1021, ünvan 7 ünvanında yerləşən 0.12 ha torpaq sahəsi və 281,1 kv.m. fərdi yaşayış evindən ibarət olan əmlak üzərində onun mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə həmçinin qeyd edir ki, mübahisələndirilən ilkin alqı-satqı müqaviləsi üzrə iddiaçı müqavilənin tərəfi deyil. Belə ki, əmlakın mülkiyyətçisi X11 olmuşdur. Məhkəmə hesab edir ki, iddiaçının mübahisələndirdiyi əmlak üzərində mülkiyyət hüquqları olmadığından, bununla da bağlanılmış alqı-satqı müqaviləsinin də tərəfi olmadığından, onun həmin müqavilənin etibarsız hesab edilməsi ilə bağlı tələb irəli sürməyə subyektiv hüququ yoxdur. Belə ki, məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarı ilə mütləq hüquq olmayıb müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqları məhkəmə vasitəsi ilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada hər kəs özünün subyektiv hüququnu həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə alınmalıdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərini məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsini mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüququa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə eyni zamanda qeyd edir ki, mübahisəli daşınmaz əmlak hətta formal olaraq Cavabdeh1 adına rəsmiləşdirilsə də, iddiaçı X3 həmin əmlakın faktiki sahibi kimi qəbul edilsə də, qaldırılan tələb aşağıdakı əsaslara görə də təmin edilə bilməz. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh2 və Cavabdeh1 arasında Bakı şəhəri, Səbail r-nu, Badamdar qəsəbəsi, 13-cü Badamdar küçəsində yerləşən 6 saylı ev üzrə xx.xx.2023-cü il tarixdə bağlanılmış alqı-satqı müqaviləsinin mövcudluğundan iddiaçının həmin tarixdən məlumatı olmuşdur. İddiaçı həmin müqavilənin etibarsız hesab edilməsinin hüquqi əsası kimi əmlakın faktiki sahibi kimi evin boşanmış keçmiş həyat yoldaşı Cavabdeh2 adına keçirilməsinə razılığının olmaması və bununla da evin onun iradə ifadəsinə zidd olaraq özgəninkiləşdirildiyini göstərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satışı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 334.1-ci maddəsinə əsasən əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Qeyd edilməlidir ki, əqdin əsasında mülki hüquq subyektlərinin iradəsi və həmin iradənin ifadəsi dayanır. Yazılı əqdin bağlanmasında ən başlıca şərtlərdən biri tərəflərin öz imzalaması, daşınmaz əmlakın özgəninkiləşdirilməsi zamanı isə müqavilənin (əqdin) həmçinin notariat qaydasında təsdiqlənməsi tələb olunur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisə predmeti olan ünvan 3 (Yeni qaydalarla: AZ1021 ünvan 10 ünvanında yerləşən ümumi sahəsi 0,12 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 281,1 kv.m. olan fərdi yaşayış evi xx.xx.2023-cü il tarixdə Cavabdeh1 adına tam mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeyd alınmışdır. Cavabdeh1 tərəfindən həmin daşınmaz əmlakı üzərində sərəncam vermək hüququ (satmaq, bağışlamaq və s.) da daxil olmaqla xx.xx.2023-cü il tarixdə digər Cavabdeh3 adına etibarnamə verilmiş, həmin daşınmaz əmlakı Bakı şəhəri 22 saylı notariat ofisində təsdiq olunmuş xx.xx.2023-cü il tarixli alqısatqı müqaviləsinə əsasən Cavabdeh2 satılmış, müqavilə satıcının nümayəndəsi kimi Cavabdeh3 tərəfindən imzalanmışdır. İddiaçı evin keçmiş həyat yoldaşının adına keçirilməsinə iradə ifadəsinin olmamasını bildirsə də, məhkəmə iclasında həmin əmlakın mülkiyyətçisi Cavabdeh1 iddiaçı tərəfindən evin onun oğlunun adına keçirilməsi barədə tapşırıq verildiyini, lakin oğlu xarici ölkə vətəndaşı olduğu üçün evi anasının adına keçirilməli olduğu, bu barədə iddiaçının məlumatlandırdığı, bununla da alqısatqı ərəfəsində iddiaçının baş tutacaq alqı-satqıdan məlumatlı olması və buna qarşı hər hansı etirazının bildirilməməsi müəyyən edilmişdir. Eyni zamanda iddiaçı tərəfindən mübahisələndirilən əqd qanunvericiliyinin tələblərinə uyğun rəsmiləşdirilmişdir. Müqavilə əmlakın mülkiyyətçisi tərəfindən verilmiş notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında bağlanmışdır. Mülki qanunvericilik isə əqdin təmsilçi vasitəsilə də bağlanması imkanını müəyyən etmişdir. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Notariat forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir (Mülki Məcəllənin 359.1,362.1 və 362.2-ci maddələri). Belə olan halda, məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı iddiaçının gətirdiyi dəlillər əsaslı hesab edilə bilməz. Qeyd edilməlidir ki, MM-nin 337-354-cü maddələrində əqdlərin etibarsızlığının anlayışı və hansı hallar nəticəsində bağlanmış əqdin etibarsız sayılması üçün əsaslar konkret olaraq göstərilmişdir. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüququ münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd anlaşılır. Digər tərəfdən məhkəmə hesab edir ki, iddiaçı həmçinin məhkəməyə müraciət etmək üçün qanunda nəzərdə tutulmuş 1 illik müddəti də ötürmüşdür. İddiaçı ərizəsində alqı-satqı müqaviləsinin mövcudluğu ilə bağlı məlumatın 2025-ci ilin yay ayında ona məlum olmasını qeyd etsə də, məhkəmə iclasında həmin alqı-satqı müqaviləsindən onun bağlandığı ərəfədə məlumatlı olması müəyyən edilmişdir. Evin oğlunun adına keçirilməsinə ifadə ifadəsi olduğu üçün həmin evin özgəninkiləşdirilməsindən iddiaçının məlumatsız olması məntiqli hesab edilə bilməz. Məhkəmə eyni zamanda qeyd edir ki, mübahisələndirilən əqdin etibarsızlığına dair iddia qaldırmaq üçün nəzərdə tutulan müddət iddia müddəti deyil, kəsici müddətdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə uyğun olaraq bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisələndirə bilər. Qanunun mənasına görə maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 377.1-ci maddəsinin tətbiqi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, qanunverici əmlak və qeyri-əmlak hüquqlarının pozulmasına dair iddia hüququna tətbiq edilən iddia müddətinin axımının başlanmasını şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə şərtləndirmişdir. Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bildiyi hal elə hüquqi faktdır ki, onu bilmək şəxsdən asılı olmur. O, müəyyən müddət keçdikdən sonra bu hüquqi fakt barədə hər hansı mənbədən xəbər tutur və hüququnun pozulduğunu bilir. Qanun iddia müddətinin axımının başlanmasını obyektiv anla deyil, subyektiv anla əlaqələndirir. Məhz bu andan maddi mənada iddia hüququ əmələ gəlir. Maddi mənada iddia hüququ dedikdə, mülki hüquqların məcburi həyata keçirilməsi imkanı başa düşülür və bu imkan müəyyən müddətlə məhdudlaşır. Beləliklə məhkəmə iddiaçını mübahisəli daşınmaz əmlakın faktiki sahibi kimi qəbul edilməsi halında alqı-satqı müqaviləsinin iddiaçının iradəsinə zidd bağlanmasının məhkəmə iclasında təsdiqini tapmadığını, bununla da müqavilə bağlanarkən iddiaçının iradəsinin zədələnməsinin müəyyən edilməməsini, müqavilə bağlandıqdan təxminən 1 ildən artıq müddət keçdikdən sonra hazırki tələbin irəli sürülməsini nəzərə alaraq hesab edir ki, iddia tələbi alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsində təmin edilməməlidir. Məhkəmə iddia tələbinin Cavabdeh2 və Cavabdeh4 arasında bağlanmış Bakı şəhəri, Səbail rnu, Badamdar qəsəbəsi, 13-cü Badamdar küçəsi, ev 6 əmlakın dəyişməsinə dair xx.xx.2025-ci il tarixli dəyişmə müqaviləsinin etibarsız hesab edilməsi hissəsi üzrə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin aşağıda qeyd edilən maddələri nəzərdən keçirilməlidir: Maddə 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Maddə 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir; Maddə 3.1. Məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır; Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Məcəllənin tələblərinə əsasən: Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Maddə 157.6. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Maddə 182. Əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Maddə 362.2. Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə əsasən: Maddə 11. Notariusun qanunsuz hərəkətləri nəticəsində ayrı-ayrı şəxslərə, təşkilata və ya dövlətə maddi ziyan vurularsa, o, Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada maddi məsuliyyət daşımalıdır. Vurulmuş ziyanın məbləği tərəflərin razılığı ilə və ya məhkəmə qaydasında müəyyən edilir. Maddə 35. Notariuslar və notariat hərəkətləri aparan digər vəzifəli şəxslər hər bir halda müvafiq notariat hərəkətləri apararkən bunun üçün müraciət etmiş şəxslərin, onların nümayəndələrinin və ya idarələrin, müəssisələrin və təşkilatların nümayəndələrinin şəxsiyyətini müəyyən etməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır (maddə 182.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun tələblərinə əsasən: - Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Məhkəmə qeyd edir ki, vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir (Konstitusiya Məhkəməsi Plenumunun S.N.Məmmədovanın şikayəti üzrə 2004-cü il 27 oktyabr tarixli Qərarı). Mülkiyyət və digər əmlak hüquqlarının, müqavilə və digər öhdəliklərin, əqdlərin etibarsızlığının nəticələri barədə hüquqların yaranması və xitamını tənzimləyən qanunverici yalnız mülkiyyətçinin deyil, mülki dövriyyənin iştirakçısı kimi vicdanlı sahibin də mülki hüquqlarının qorunmasını təmin edən hüquqi vasitə və mexanizmləri nəzərdə tutmuşdur. Əks halda hər hansı müqavilə bağlayarkən ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirmiş vicdanlı sahiblərin geniş dairəsi üçün tam vindikasiya qaydasında onlardan tələb oluna bilən əmlakların qeyri-qanuni itirilməsi riski mövcud olardı... Vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan belə hüquqi qeyri müəyyənlik isə mülki dövriyyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, tərəflərin birbirinə olan inamının azalmasına gətirib çıxarardı (“H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MülkiKollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2014-cü il tarixli Qərar). Mülki Məcəllənin 140-cı maddəsi, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyridəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 18 iyul tarixli Qərarı). Mülki qanunvericilikdən göründüyü kimi müqavilə əsasında daşınmaz əmlak əldə edən şəxslərin vicdanlılığı özgəninkiləşdirənin adına reyestrdəki qeydin mövcudluğu, reyestrin məzmununun dəqiqliyi və bu qeydə dair etirazın reyestrə daxil edilməməsi ilə şərtləndirilmişdir. Bu şərtlərin mövcudluğu şəraitində daşınmaz əmlakı əldə edən şəxs vicdanlı hesab edilir və daşınmaz əmlakı özgəninkiləşdirənlə əvvəllər bağlanmış əqdin etibarsızlığı restitusiya qaydasında əmlakın ilkin mülkiyyətçisinə qaytarılması hüquqi nəticəsini doğurmur. Mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alğı-satqı müqaviləsinin və onun alıcı üçün verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülürsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilirsə, iddianın təmin olunmasından imtina edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun H.Cəfərovun şikayəti üzrə 2014-cü il 15 sentyabr tarixli Qərarı). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 oktyabr 2004-cü il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə görə mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı, digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Məhkəmə iclasında Bakı şəhəri 12 saylı notariat ofisi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, 4Ə-2130 nömrəli dəyişmə müqaviləsinə dair notariat işindən müqavilənin bağlanılmasına dair proseduru üzrə pozuntu müəyyən edilməmişdir. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, aparılan araşdırma nəticəsində əmlakı əldə edən Cavabdeh4 vicdanlı alıcı olması şübhə doğurmayan əsaslar da (şübhələrdən kənar sübutetmə vasitələri ilə) müəyyən edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi dəyişmə müqaviləsinin etibarsız hesab edilməsi hissəsində də əsaslı hesab edilə bilməz. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, qaldırılan iddia tələbləri əsassız olduğu üçün təmin ediməməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbləri təmin olunmadığından, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… Q Ə T E T D İ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Daşınmaz Əmlakın Dövlət Kadastı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi, Bakı şəhəri 12 saylı notariat ofisi, Bakı şəhəri 22 saylı notariat ofisi 3-cü şəxs qismində cəlb edilməklə) Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış Bakı şəhəri, Səbail r-nu, Badamdar qəsəbəsi, 13-cü Badamdar küçəsi, ev 6, yeni qaydalarla AZ1021, ünvan 7 ünvanında yerləşən 0.12 ha torpaq sahəsi və 281,1 kv.m. fərdi yaşayış evindən ibarət olan ona məxsus əmlakın alqı-satqısına dair xx.xx.2023-cü il tarixli müqavilənin, həmçinin Cavabdeh2 və Cavabdeh4 arasında bağlanmış Bakı şəhəri, Səbail r-nu, Badamdar qəsəbəsi, 13-cü Badamdar küçəsi, ev 6, yeni qaydalarla AZ1021, ünvan 7 ünvanında 0.12 ha torpaq sahəsi və 281,1 kv.m. fərdi yaşayış evindən ibarət olan ona məxsus əmlakın dəyişməsinə dair xx.xx.2025-ci il tarixli dəyişmə müqaviləsinin etibarsız hesab edilməsi və Bakı şəhəri, Səbail r-nu, Badamdar qəsəbəsi, 13-cü Badamdar küçəsi, ev 6, yeni qaydalarla AZ1021, ünvan 7 ünvanında yerləşən 0.12 ha torpaq sahəsi və 281,1 kv.m. fərdi yaşayış evindən ibarət olan əmlak üzərində onun mülkiyyət hüququnun tanınması barədə iddia tələbləri əsassız olduğu üçün təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-2090/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2090/2025
18.11.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver