Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2115/2024 20.11.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli İlkin Şahin oğlunun sədrliyi, Mərdanov Məhəmməd Ələkbər oğlunun katibliyi, İddiaçının nümayəndəsi X6 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin – cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «ziyan» barədə ərizəsi üzrə mülki işə 20 noyabr 2024-cü il tarixdə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC - cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «ziyan» barədə ərizə ilə məhkəməyə müraciət edərək, 32,181 manat maddi ziyan, 1000 manat mənəvi ziyan, 135 manat ödənilmiş cərimə, 65 manat duracaq haqqı və 216 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini belə əsaslandırmışdır ki, "xxxx" MMC-də sürücü vəzifəsində işləyənX3Abşeron rayon DYP Yol Patrul Xidməti İnpektoru Polis X1 tərtib etdiyi İXP ******* saylı inzibati xəta haqqında protokol-qərarı qanunsuz və əsassız olduğundan Abşeron rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(012)-617/2024 saylı qərarı ilə qismən təmin edilərək, ləğv edilməklə inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Və eynizamanda "xxxx" MMC məhkəmə tərəfindən maraqlışəxs qismində tanınmışdır. İddia tələbimizin əsası ondan ibarətdir ki,"xxxx" MMC-nin mülkiyyətində olan Qazelmarkalı **- JA-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi ilə xx.xx.2024-cü il tarixində saat 14:00 – 15:00 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi duz gölü adlanan ərazidə DYP əməkdaşları tərəfindən saxlanılaraq cərimə meydançasına yerləşdirilmişdir (protokol və akt tərtib edilmədən). Həmin vaxt sükan arxasındaGülməmmədov Ziya olmamışdır. Maşını idarə edən "xxxx" MMC-də sürücü vəzifəsində işləyən X9 olmuşdur (həmin tarixə olan yol vərəqəsinin surətini işə əlavə edəcəm). Avtonəqliyyat vasitəsinin qanunsuz və əsassız olaraq cərimə meydançasına yerləşdirilməsi barədə Abşeron rayon Dövlət X15nə və Abşeron rayon polis idarəsinə dəfələrlə müraciət etsəkdə, müraciətlərimizə cavab verilməmişdir. Yalnız bir neçə yazılı müraciətdən sonra, xx.xx.2024-cü il tarixində sms radar proqramı ilə İXP ******* nömrəli protokolla İXM-nin 342.2.2 maddəsinə uyğun olaraq X3 cərimə göndərilmişdir. Cərimə meydançasına yerləşdirilən avtonəqliyyat vasitəsinin mülkiyyətçisi olaraq əmlakımızın harada, hansıcərimə meydançasında yerləşdirilməsindən sürücünün adına elektron protokol göndərilənə kimi xəbərsiz olmuşuq. Qeyd olunan elektron protokola əsasən məcburiyyətdən nəzərdə tutulmuş cəriməni xx.xx.2024-cü il tarixində ödəyərək, xx.xx-2024-cü iltarixində (21 gün duracaq haqqı) müvəqqəti duracaga 65 (altımış beş) manat pul ödəyərək (ödənişlə bağlı qəbz verilməmişdir) avtonəqliyyat vasitəsinimüvəqqəti duracaqdan götürmüşük. 01 fevral 2024-cü il tarixində 23 saylı məktubla Abşeron rayon Dövlət X15nə ərizə ilə müraciət edərək İXP ******* nömrəli protokolun əslini xx.xx.2024-cü il tarixində əldə etmişik. Qeyd etdiyimiz kimi,X2 şikayəti əsasındainzibati xəta haqqında protokol-qərarı qanunsuz və əsassız olduğundan Abşeron rayon məhkəməsi tərəfindən ləğv edilməklə inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. İnzibati protokolun qeyri qanuni olaraq tərtib edilməsi ilə yanaşı, inzibati protokolu tərtib edən Abşeron rayon DYP Yol Patrul Xidməti İnspektoru polis X1 dislakasiya üzrə həmin ərazidə xidmət aparmaq icazəsi olub olmadıgı və yaxud onun məhz həmin vaxtı orda olub olmaması barədə"xxxx" MMC-nin rəhbərliyinin müraciətlərinə Abşeron rayon DYP Şöbəsi tərfindən cavab verilməmişdir. Bundan əlavə,Yük maşının saxlanması və cərimə meydançasına yerləşdirilməsini təsdiq edən heç bir rəsmi akt və inzibati protokol tərtib edilməmişdir. Maşının cərimə meydanaçasına yerləşdirilməsini guya maşına əlavə avadanlığın quraşdırılması ilə əsaslandırıblar. Onların əlavə avadanlıq hesab etdikləri, tentin saxlanması üçün istehsalçı tərəfindən qoyulmuş nazik taxta reykalarla yanaşı küləyə yağışa davam gətirmədiyindən dəmir reykada bərkidilmişdir. Bununla əlaqədar olaraq,"xxxx" MMCnin rəhbərliyi xx.xx.2024-cü il tarixli məktubla Abşeron rayon Dövlət X15nə müraciət edərək bidirmişik ki, “Avadanlıq- hər hansı bir işdə istifadə etmək üçün lazım olan əşya və ya predmetdir(mənbə: Azərbaycan dilinin lügəti)”. Və sual vermişdik ki, qeyd edilən yük maşınının tentinin altındakı taxta reyka ilə yanaşı, dəmir reykanın bərkidilməsi funksional olaraq həmin avtonəqliyyat vasitəsinə fəaliyyətini yerinə yetirməkdə hansı formada və necə təsir göstərir?. Bütün bu suallar Abşeron rayon X15 tərəfindən cavablandırılmamışdır. Bununla bağlı şirkətin nümüyəndələri Yol polisinə yaxınlaşaraq məsələyə aydınlıq gətirmək istəsələrdə, bununla baglı Yol polisinin səlahiyyətli nümayəndəsi onlarla kobud rəftar edərək, hara istəyirlər şikayət etmələrini bildirmişdir. Odur ki, biz məhkəməyə müraciət etmək qərarına gəldik. Belə ki, 21 gün cərimə meydançasında saxlanılan avtonəqliyyat vasitəsi yüngül tonnajlı olduğundan günün istənilən vaxtında istehsaletdiyimiz məhsullarısifarişçilərin sifarişinə uyğun olaraq qeyd edilən ünvanlarına çatdırırıdıq. Avtonəqliyyat vasitəsinin cərimə meydançasında qaldığı 21 gün ərzində müəssisəmizə xeyli miqdarda maddi ziyan dəymişdir. Belə ki, həmin nəqliyyat vasitəsi ilə gün ərzində heç olmasa ən azı 5 ton un çatdırılırdı. Yaranmış vəziyyətlə əlaqədar olaraq illərlə işlədimiz alıcılarımızı itirmişik. Onlarla işgüzar münasibətlərimizi bərpa etmək üçün uzun müddət vaxt lazım olur. Nəticədə bununla bağlı tərtb edilmiş 30 yanvar 2024-cü il tarixli Akta əsasən, 21 gün ərzində müəssisəmizə 8949 manat maddi ziyan dəymişdir. Nəzərə alsaq ki, iki ay müdətində alıcılarımızla tamamilə əməkdaşlıq edə bilmədiyimizə görə, satılması mümükün olan 116160 manatlıq mala görə əldə edəcəyimiz 23232 (iyirmi üç min iki yüz otuziki) manat gəlirdən məhrum olmuşuq. Bundan əlavə işgüzar nüfuzumuzada əhəmiyyətli dərəcədə xələl gəlmişdir. Yuxarıda qeyd etdiyimiz kimi əməkdaşlıq etdiyimiz müştərilərimizlə münasibətlərimiz korlanmışdır. İllərlə istehlak bazrında qazandığımız inam və etimadımızı itirdik. Məhz bizim işgüzar imicimizə, nüfuzumuza dəymiş mənəviziyana görə 10000 (on min) manat təzminat tələb edirik. Digər tərəfdən maraqlı şəxs kimi avtonəqliyyat vasitəsinin cərimə meydançasından götürülməsi üçün tərəfimizdən ödənilmiş 135 manatı və dayanacaq haqqı kimi ödədiyimiz 65 manatı tələb edirik. Bütün bu qeyd olunan müəssisəmizə dəymiş ziyanlar Abşeron rayon DYP Yol Patrul Xidməti İnspektoru polis X1 qanuna zidd hərəkətləri nəticəsində baş vermişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi ərizənin məzmununa uyğun izahat verərək, ərizəni tam müdafiə edib, ərizənin təmin edilməsini xahiş etmişdir. Cavabdehlər lazımi qaydada məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nın 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehlərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsini dinləyib, təqdim olunmuş sübutları yoxlayıb, ərizənin dəlillərini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi əsassız olduğundan təmin olunmamalıdır. İş materiallarında olan Abşeron rayon Məhkəməsinin 3(012)-617/2024 saylı, xx.xx.2024-cü il tarixli Qərarının surətindən görünür ki, X2 AR İXM-nin 342.2.2-ci maddəsi ilə inzibati cərimə edilməsinə dair Abşeron rayon Polis İdarəsinin Dövlət X11 TP ******* saylı, 17 yanvar 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmişdir. Qərarda qeyd edilir ki, 01 yanvar-31 yanvar arası Qazel markalı ** JA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən şəxs X9 olmuşdur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Abşeron rayon Polis İdarəsinin Dövlət X11 əməkdaşı tərəfindən X4 barəsində AR İXM-nin 342.2.2-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilməsinə dair Qərar qəbul edilmişdir. X14 rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli Qərarı ilə ləğv edilmişdir. Əsas kimi isə polis əməkdaşı tərəfindən barəsində inzibati tənbeh etmə haqqında qərar qəbul edilən X2 törədilmiş inzibati xətaya aidiyyətinin sübuta yetirilməməsi olmuşdur. Hazırda isə iddiaçı məhkəməyə müraciət edərək, polis əməkdaşı tərəfindən tərtib olunmuş qərarın və ona məxsus yük avtomobilinin qanunsuz olaraq cərimə meydançasında saxlanılması nəticəsində ona dəymiş zərərin əvəzinin tutulmasını xahiş edir. Məhkəmə iş materiallarında olan sənədləri iddiaçının ərizəsində qeyd etdikləri ilə yanaşı yoxlayaraq qeyd edir ki, iddiaçı bununla bağlı məhkəməyə ərizəsində göstərdiyi halları, habelə onlara məxsus yük maşınının cərimə meydançasına yerləşdirilməsi və 21 gün ərzində meydançada saxlanılması faktını təsdiq edə biləcək heç bir sübut (protokol, qərar və s.) təqdim edə bilməmişdir. Məhkəmə hazırkı mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına mülki hüquq pozuntusu (delikt) aspektindən yanaşaraq bildirir ki, cavabdehin iddiaçı qarşısında delikt normaları çərçivəsində mülki-hüquqi məsuliyyət daşıması üçün zəruri olan şərtlər mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu arasında səbəbli əlaqə mövcud olmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə qeyd edir ki, iddia ərizəsi iddiaçı tərəfindən onun əsaslarına dair heç bir sübut təqdim edilmədiyindən təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" MMC-nin – cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «ziyan» barədə iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №e-2(009)-2115/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2115/2024
20.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver