Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2151/2025 07.10.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim: Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, Ərizəçinin nümayəndəsi Nümayəndə iştirakı ilə Ərizəçi (1 saylı Bakı Maraqlı şəxs2 qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə) hüquqi faktın müəyyən olunması barədə ərizəsinə dair mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: Ərizəçi (1 saylı Bakı Maraqlı şəxs2 qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə) hüquqi əhəmiyyətli olan ölüm faktının müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, onun atası xx.xx.1964-cü il təvəllüdlü X5 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Belə ki, həmin gün saat 03.00-04.00 radələrində atasının halı qəfil pisləşmiş və bu səbəbdən X11 çağırılmışdır. Lakin həkim briqadası gələnədək atası vəfat etmişdir. Atası həmin dövrdə “Covid-19” infeksiyasına yoluxmuşdur və ev şəraitində müalicə alırdı. Göstərilən müalicələr müsbət nəticə vermədiyi üçün xx.xx.2020-ci il tarixdə səhər saatlarında dünyasını dəyişmişdir. X11 əməkdaşları gəldikdə artıq atasının vəfat etdiyi müəyyən edilmiş və onlar yalnız bu faktı təsdiq edən arayış tərtib etmişlər. Atası evdə müalicə aldığı dövrdə qeydiyyatda olduğu ərazi poliklinikasına bu barədə məlumat verilməmişdir. Onun dəfni xx.xx.2020-ci il tarixdə “Qurd qapısı” qəbristanlığında həyata keçirilmişdir. Atasının vəfatından sonra ölkədə elan olunmuş karantin rejimi, ardınca isə 2-ci Qarabağ müharibəsi səbəbindən ölüm haqqında şəhadətnamənin alınması mümküsüz olmuşdur. Sonrakı dövrdə isə şəxsi işləri ilə bağlı məsələni rəsmi qaydada həll edə bilməmişdir. Hazırda atasının ölüm faktı qeydiyyata alınmadığından ona verilən ailə tərkibi arayışlarında o, ailə üzvü kimi göstərilir ki, bu da onun üçün müxtəlif çətinliklər yaradır. Məsələni həll etmək məqsədilə ölüm haqqında tibbi şəhadətnamə almaq üçün aidiyyəti üzrə 4 nömrəli Şəhər Poliklinikasına müraciət etmişdir. Lakin orada ona bildirilmişdir ki, atasının vəfatından uzun müddət keçdiyindən və onun xəstəliklə bağlı tibbi qeydiyyat sənədi təqdim edilmədiyindən belə şəhadətnamə verilməsi mümkün deyil. Daha sonra ölüm haqqında şəhadətnamə almaq üçün 1 saylı Maraqlı şəxs2nə müraciət etmişdir. Lakin orada da ona bildirilmişdir ki, şəhadətnamə yalnız tibbi sənəd və ya məhkəmə qətnaməsi əsasında rəsmiləşdirilə bilər. Göründüyü kimi, ölüm faktının təsdiqi üçün bütün mövcud imkanlardan istifadə etmişdir, lakin nəticə əldə edə bilməmişdir. Mövcud vəziyyətdə həmin faktın müəyyən edilməsi yalnız məhkəmə qaydasında mümkündür. Göstərilənləri nəzərə alaraq ərizəçi atası xx.xx.1964-cü il təvəllüdlü X1 xx.xx.2020-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış ərizəçinin nümayəndəsi Nümayəndə ərizəni tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçinin nümayəndəsi həmçinin göstərmişdir ki, ərizəçi xaricdə təhsil alır, xaricdə oxuduğu təhsil müəssisəsindən valideynləri ilə əlaqədar məlumatlar verilməsi tələb olunur, ölüm şəhadətnaməsi həmin təhsil müəssisəsinə verilməsi üçün lazımdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs 1 saylı Bakı Maraqlı şəxs2 qeydiyyat şöbəsinin nümayəndəsi məhkəməyə gəlməmişdir, lakin məhkəməyə ünvanlanmış məktubda işə nümayəndənin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə ərizəçinin nümayəndəsinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 öz ifadəsində göstərmişdir ki, o, ərizəçinin bibisidir. Rəhmətə gedən onun qardaşıdır. Qardaşı xx.xx.2020-ci ildə qardaşı rəhmətə getmiş, “Qurd Qapısı” deyilən qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 öz ifadəsində göstərmişdir ki, ərizəçi onun qaynı oğludur. Rəhmətə gedən X5 onun qaynıdır. Pərviz xx.xx.2020-ci ildə rəhmətə getmiş, “Qurd Qapısı” deyilən qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. İş üzrə Səbail rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, Ərizəçi xx.xx.2001-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında X5, ana qrafasında X2 göstərilmişdir. İş üzrə Təcili və X6 Stansiyasının 2 saylı bölməsi tərəfindən verilmiş ölüm haqqında xəbərdarlıq vərəqəsinə əsasən xx.xx.2020-ci il tarixdə saat 03:40-da ünvan 1 ünvanına X1 adına çağırış daxil olmuşdur. Briqada ünvana çatdıqda kişi cinsli meyit aşkar etmişdir, həkimə qədər ölüm qeyd edilmişdir. İş üzrə Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X12 “Bakı Baş Səhiyyə Mərkəzi” X12 4 nömrəli Şəhər Poliklinikası tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.1964-cü il təvəllüdlü X1 vəfatından uzun müddət keçdiyindən, həmçinin hər hansı xəstəliklə poliklinikada tibbi qeydiyyatda olmadığından onun adına ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün deyildir. İş üzrə 1 saylı Bakı Maraqlı şəxs2 qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025ci il tarixli məktubundan görünür ki, ona atası X1 ölümünün qeydə alınmasından ölüm haqqında tibbi şəhadətnamə olmadığından imtina olunmuşdur. İş üzrə Bakı şəhəri Yasamal Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X10 küçəsində yerləşən Dağüstü 1 qəbiristanlığının 7-ci sektorunda daş hasarla alınmış sahədə X5 (xx.xx.1964-xx.xx.2020) dəfn olunmuşdur. Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarından görünür ki, ərizəçi atasının vəfat etməsi ilə bağlı ölüm haqqında şəhadətnamə alınması üçün müvafiq qeydiyyat orqanına müraciət etsə də, ona ölüm haqqında tibbi şəhadətnamə olmadığından ölüm haqqında şəhadətnamə verilməsindən imtina olunmuşdur. AR MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə qeyd edir ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən ərizəçiyə atası X1 ölümünü təsdiq edən ölüm haqqında şəhadətnamənin verilməsindən imtina olunduğundan, həmçinin həmin faktın müəyyən edilməsi ərizəçiyə xaricdə oxuduğu təhsil müəssisəsinə təqdim edilməsi üçün lazım olduğundan, o, hazırki ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə iclasında təqdim edilmiş arayışlarla müəyyən edilmişdir ki, ərizəçinin atası X1 adına xx.xx.2020-ci il tarixdə X11 stansiyasına çağırış olmuş, lakin həkimlər gələnə kimi X5 vəfat etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, X1 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı iş materialları və şahid ifadələri ilə tam sübut olunduğundan, ərizə təmin edilməli və həmin hüquqi fakt müəyyən edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə… QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1964-cü il təvəllüdlü X1 xx.xx.2020-ci ildə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən X1 adına ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-2151/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2151/2025
07.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver