Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2171/2023 30.11.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, iddiaçının nümayəndəsi M.H.Əsədullayevin, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı miras əmlak olan zinət əşyalarının qaytarılması, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və əmlaka vərəsəlik qaydasında payın müəyyən edilməsi tələblərinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı miras əmlak olan zinət əşyalarının qaytarılması, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və əmlaka vərəsəlik qaydasında payın müəyyən edilməsi tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, valideynləri və bacıları ilə birlikdə babalarına məxsus olan İçəri Şəhərdə Kiçik Qala küçəsi, 14/16 yaşamışlar. Sonradan atası X1 1992-ci ildə Raispolkomda növbədə olduğu üçün və mərhum bacısı Vəfa Orucovanın daun xəstəsi olması ilə bağlı 1-ci qrup əlilliyi nəzərə alınaraq Bakı şəhəri, Səbail rayonu, 1-ci Qəsr döngəsində yerləşən 84 saylı evin 7 saylı 4 otaqlı mənzili verilmişdir. O, və bacısı Təranə ailə qurduqdan sonra həmin mənzildə valideynləri ilə birlikdə bacısı Cavabdeh və Orucova Vəfa qalmışlar. 1993-cü ilin yanvar ayında Cavabdeh də ailə quraraq həmin mənzili tərk etmişdir. 1993-cü ilin iyun ayında bacısı Vəfa dünyasını dəyişmişdir. Bununla da həmin mənzildə yalnız valideynləri qalmışdır. Lakin buna baxmayaraq həmin dövrdən o, və ailəsi mütəmadi olaraq valideynlərinə baş çəkərək qulluqlarında durmuşlar. 1994-cü ilin aprel ayında bacısı Cavabdeh ərinin işi ilə əlaqədar X7 köçmüşlər. Bundan sonra ildə bir dəfə tətildə Bakıya 2-3 həftəlik gəlirdilər. Şəfəqgil 2000-ci ilədək Londonda qalmışlar. 2000-ci ildə Bakıya qayıdaraq atasıgildə yaşamışlar. Həmin dövrdə atasıgil yaşadığı mənzildə bitişik mənzil almışlar. 2003-cü ildə atası ateroskleroz xəstəliyinə tutularaq dünyasını dəyişmişdir. Həmin ildə Şəfəq yoldaşının işi ilə bağlı Türkiyəyə İstanbula köçmüşlər. Bacısının uşaqları balaca olduğu üçün kömək məqsədilə ilə anası da onlarla birlikdə getmişdir. 2008-ci ilədək Türkiyədə yaşamışlar. 2010-cu ildə isə İspaniyada Madridə köçmüşlər və anası da 2013-cü ilədək orada onlarla yaşamışdır. 2013-cü ildə anası Bakıda qalmaq istədiyini bildirmişdir. Belə olan halda qərara gəlmişdir ki, anası öz evlərində onun oğlu Mahmud Əsədullayevlə birlikdə yaşasınlar. Bununla da 2013-cü ildən 2021-ci ilin sentyabr ayına kimi oğlu anası ilə birlikdə anasına məxsus evdə yaşamışlar. Şəfəqgil ailəsi ilə birlikdə 2015-ci ilin payızında Bakıya qayıtmışlar. 2016-cı ilin əvvəlində isə Şəfəqgil Ukraynaya köçmüşlər və 2023-cü ilin yanvarına kimi orada yaşamışlar. 2018-ci ildə o, anasının xəstəliyi ilə əlaqədar 1 ay yanında qalmışdır. 2018-ci ilin sonlarında Şəfəqin böyük oğlu Vüqar təhsilini bitirib Bakıya qayıtmış və işləməyə başlamış, o da nənəsinin yanında yaşamışdır. Həmin dövrdə oğlu ilə vaxtlarını bölüşüb nənələrinin xidmətində durmuşlar. Bacısı Təranə də həftədə bir dəfə gəlib analarına qulluq edirdi. O, isə həftədə 2 dəfə, ara-sıra 3 dəfə gəlib anasına qulluq edirdi. 2021-ci ilin axırlarında Şəfəq Bakıya qayıtmış və süni narazılıq yaradaraq münasibətləri korlamışdır. Bundan sonra oğlu Mahmud öz evlərinə qayıtmışdır. 2022-ci ilin 31 yanvar tarixində anası dünyasını dəyişmişdir. Anası dünyasının dəyişməmişdən 15 gün əvvəl bacısı vərəsəliyə tam iddia edərək ona çatacaq qızıl zinət əşyalarının bir hissəsini mənimsəmişdir. Belə ki, ona brilyant gül komplekt, brilyant üzük paxlava, atasından qalan bir brilyant üzük və anasından qalan mirvari boyunbağını təklif etmiş, o, isə babasından qalan və ona vəsiyyət olunan brilyant kolyeni istədikdə Şəfəq səs-küy salaraq onu təhqir etmiş və polislə hədələyərək onu evdən qovmuşdur. Şəfəq onlarla münasibətləri tamamilə pozmuş və onlar hətta anasının dəfn mərasimdə iştirak edə bilməmişlər. Bununla da ona nə baba payından, nə də ata payından çatası 17.000 manat dəyərində əmanətlər verilməmişdir. Halbuki o, mərhum Oruc babasının himayəsində böyüdüyü üçün bəzi zinət əşyaları şəxsən ona vəsiyyət olunmuşdur. Bununla yanaşı atasına məxsus olan Bakı şəhəri, Səbail rayonu, 1-ci Qəsr döngəsi, ev 84, mənzil 7 saylı 4 otaqlı mülkündə pay almaq hüququndan da məhrum olunmuşdur. Belə ki, mübahisə zamanı ona məlum olmuşdur ki, Bakı şəhəri, Səbail rayonu, 1-ci Qəsr döngəsi, ev 84, mənzil 7 ünvanda yerləşən mənzil anası X14 tərəfindən 2009-cu il tarixdə 41 saylı dövlət notariat ofisində bacısı Cavabdeh bağışlanmışdır. Qeyd olunan bağışlama müqaviləsinə dair notariat işi ilə tanış olduqda məlum olmuşdur ki, bağışlama müqaviləsi qanun pozuntusu ilə həyata keçirilmişdir. Belə ki, qeyd olunan bağışlama müqaviləsi onların xəbərləri olmadan əvvəlcə 1996-cı il tarixdə, sonra isə 2009-cu il tarixdə həyata keçirilmişdir. Bununla yanaşı atası Telman Orucovla anası Vəsilə Orucovanın nikahları Səbail rayon Məhkəməsinin xx.xx.2000-ci il tarixli qətnaməsinə əsasən pozulmasına baxmayaraq notariat işində atası ilə anasının mövcud olmayan nikah şəhadətnaməsi əlavə olunmaqla saxtakarlığa yol verilmişdir. Maraqlı məqam ondan ibarətdir ki, qeyd olunan mənzil atasına verildiyi halda hansı yolla anasının adına keçmiş və anası tərəfindən onların xəbərləri olmadan bacısına bağışlanmışdır. Bununla da bağışlama müqaviləsi qanunvericiliyin tələblərinə zidd olaraq həyata keçirildiyi üçün etibarsız hesab edilməli və bağışlama müqaviləsi əsasında Bakı şəhəri, Səbail rayonu, 1-ci Qəsr döngəsi, ev 84, mənzil 7 ünvanında yerləşən mənzilə dair Cavabdeh adına olan çıxarış ləğv edilməli və onun məcburi pay hüququ tanınmalıdır. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh ona məxsus olan 17.000 manat dəyərində olan brilyant gül komplekt, brilyant üzük paxlava, atasından qalan bir brilyant üzük və anasından qalan mirvari boyunbağını və babasından qalan və ona vəsiyyət olunan brilyant kolyenin ona verilməsi, Bakı şəhəri 41 saylı Dövlət Notariat ofisində xx.xx.2009-cu il tarixdə 4Ə-529 reyestr nömrəsi ilə təsdiq edilmiş bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə və bağışlama müqaviləsi əsasında Bakı şəhəri, Səbail rayonu, 1-ci Qəsr döngəsi, ev 84, mənzil 7 ünvanda yerləşən mənzilə dair Cavabdeh adına olan çıxarışın ləğv edilməsi, Bakı şəhəri, Səbail rayonu, 1-ci Qəsr döngəsi, 84, 7 saylı mülkdən vərəsəlik yolu ilə payın müəyyən edilərək ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin göstərmişdir ki, bağışlama müqaviləsindən övladların xəbəri olmayıb. Əvvəlcədən danışıqlar olub ki, babanın nəyi varsa qızıl əmlakları da daxil olmaqla övladların arasında bərabər bölünəcək. Lakin əmlak övladın birinə bağışlanıb, saxtakarlığa yol verilib. Nənə ilə babanın birgə nikahı barədə sənəd əlavə olunub, lakin onlar boşanıblar, bu barədə sənədi əlavə etməyiblər. İddiaçının miras daşınmaz əmlakda ən azı məcburi payı mövcud olub. Lakin iddiaçının evin bağışlanmasından yalnız anası vəfat edəndən sonra məlumatı olub. Miras kimi zinət əşyaları tam verilmədiyi üçün anası öldükdən sonra iddiaçıya verilmiş qızıl-zinət əşyaları cavabdehə qaytarılmış və bu şahid ifadəsi ilə təsdiq edilir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin göstərmişdir ki, nənəsi ölmədən 10 gün əvvəl qızıllardan anasına da verilib, anası da deyib ki, babadan kolye qalıb. Nənə öz evində yaşayırdı, xalası da onunla qalırdı. Qızıllar seyfdə idi, seyfin açarı isə xalası Şəfəqdə idi. Babasından qalan kolye anasına verilmədiyi üçün anası brilyan gül komplekt, 2 ədəd brilyant üzük və mirvari boyunbağını anası xalası Suriyyə vasitəsi ilə Şəfəqə göndərmiş və demişdir ki, babasından qalan kolye vermirsə, bu qızıl əşyalarından da imtina edir və onu geri qaytarır. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, iddiaçı tərəfindən mübahisələndirilən ev anası Vəsilə tərəfindən qızı Cavabdeh xx.xx.2009-cu ildə bağışlama müqaviləsi əsasında bağışlamış, müqavilə 41 saylı notariat kontorunda təsdiq edilmişdir. Vəsilə Orucova bağışladığı əmlaka dair sərəncam hüququ əsasında Azərbaycan Respublikasının qanunvericiliyi tələblərinə uyğun bağışlama müqaviləsi bağlanmışdır. Yəni mülkiyyətçi kimi əmlakın hüququ müqəddəratını öz iradəsinə görə müəyyən etmiş, həmin əmlakı bağışlamış və bu səbəbdən digər şəxslər tərəfindən mübahisələndirilə bilməz. İddia tələbinin 17.000 manat dəyərində qiymətli əmlakın – zinət əşyalarının cavabdehdən alınması ilə bağlı bildirir ki, həmin əmlaklar cavabdehdə yoxdur, iddiaçı onların cavabdehdə olması sübut etməlidir. Ona görə də cavabdehdin nümayəndəsi qaldırılan iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını, şahid ifadəsini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri əsassız olduğu üçün təmin edilməməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, o, iddiaçı və cavabdehin xalasıdır. Bir gün Sevda onlara gələrək 1 ədəd komplekt brilyan, 2 üzük və mirvari boyunbağı bacısı Şəfəqə verilməsi üçün ona təqdim etmiş və o, həmin qızıl-zinət əşyalarını Şəfəqgilə gedib ona vermişdir. Şəfəq demişdir ki, nə üçün almısan, əgər bunu qaytarıbsa, başqa şəxsə verəcək. Şəfəqə qızılları qaytararkən orada onun bacısı Təranə də olmuşdur, sonra Təranə ona demişdir ki, Şəfəqgilə gətirdiyi qızıl əşyaları qiymətləndirib satmış və anasının ilini vermişlər. Şahid həmçinin göstərmişdir ki, onun atasından qalan brilyant kolye və həmin brilyantın Sevdaya veriləcəyi ilə bağlı məlumatı olmamışdır. İş üzrə Bakı şəhəri 26 Bakı Komissarları adına (hazırki Səbail rayon) rayon VVAQ bürosu tərəfindən verilmiş xx.xx.1970-ci il tarixli nikah haqqında şəhadətnaməsinin surətinə əsasən X10 ilə X11 arasında xx.xx.1961-ci il tarixdə nikah bağlanılmış və bu barədə akt qeydləri kitabında 418 №li akt qeydi icra edilmişdir. Nikahdan sonra ərə Orucov, arvada Orucova soyadı verilmişdir. İş üzrə doğum haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası X5, anası X8r. İş üzrə Səbail rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 13-16-5/8-69- 535/2023 saylı arayışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X5 və X6 nikahı Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.1990-cı il tarixli qətnaməsi ilə pozulmuş və xx.xx.1990-cı ildə 273 No-li akt qeydi ilə Səbail rayon qeydiyyat şöbəsində dövlət qeydiyyatına alınmışdır. Nikah pozulduqdan sonra ərə Orucov, arvada Orucova soyadı verilmişdir. İş üzrə Səbail rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ölüm haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X5 xx.xx.2003-cü ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2003-cü il tarixdə 302 No ilə qeyd edilmişdir. İş üzrə Bakı şəhəri 41 saylı notariat kontorunun 4Ə-529 nömrəli notariat icraatında olan sənədlərdən görünür ki, - Bakı şəhər İcra Hakimiyyəti başçısının aparatı Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.1992-ci il tarixdə verilmiş qeydiyyat vəsiqəsinin surətinə əsasən ünvan 1 ünvanında yerləşən 7 saylı mənzili X6 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir; - “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Mənzil Kommuna İstismar Xidməti tərəfindən verilmiş Forma-2 arayışın surətinə əsasən X14 Bakı şəhəri, Səbail rayonu, 1-ci Qəsr döngəsində yerləşən 84 saylı evin 7 saylı mənzildə yaşayış yeri üzrə qeydiyyatdadır; - Doğum haqqında şəhadətnaməsinin surətinə əsasən Cavabdeh xx.xx.1966-cı il tarixdə Bakı şəhərində anadan olmuş, atası X5, anası X8r; - X14 ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2009-cu il tarixli bağışlama müqaviləsinin surətinə əsasən X6 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, 1-ci Qəsr döngəsi, ev 84 ünvanında yerləşən, ümumi sahəsi 106 kv.m, yaşayış sahəsi 81 kv.m. olan 7 saylı mənzilini qızı Cavabdeh bağışlamışdır. İş üzrə Səbail rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ölüm haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X14 xx.xx.2022-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 86 No ilə qeyd edilmişdir. İş üzrə Bakı şəhəri 46 saylı notariat ofisi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli, X/1227 saylı məktubundan görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X4 miras qalmış ünvan 3 ünvanında yerləşən mənzilə dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı Notariat ofisinə xx.xx.2023-cü il tarixli ünvanlandığı müraciətinə baxılmışdır. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 59-cu maddəsinə əsasən notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli arayışına əsasən X6 mülkiyyətində olmuş Bakı şəhəri, Səbail rayonu, 1-ci Qəsr döngəsi, ev 84, mənzil 7 ünvanında yerləşən mənzil və ünvan 4 yerləşən əmlakın 1/7 hissəsi digər fiziki şəxslərin adına özgəninkiləşdirildiyindən həmin əmlaklara dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün deyil. Məhkəmə verilmiş iddia tələbi üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 668.1.1-ci maddəsinə əsasən bağışlama daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə, etibarlıdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, 1-ci Qəsr döngəsində yerləşən 84 saylı evin 7 saylı mənzili mülkiyyət hüququ əsasında X9 məxsus olmuş və o, həmin mənzili 15 oktyabr 2009-cu il tarixdə Bakı şəhəri 41 saylı dövlət notariat kontorunda bağlanmış bağışlama müqaviləsinə əsasən qızı Cavabdeh bağışlamışdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X14 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, bağışlama müqaviləsi onların xəbərləri olmadan əvvəlcə 1996-cı il tarixdə, sonra isə 2009-cu il tarixdə həyata keçirilmişdir. Bununla yanaşı atası Telman Orucovla anası Vəsilə Orucovanın nikahları Səbail rayon Məhkəməsinin xx.xx.2000-ci il tarixli qətnaməsinə əsasən pozulmasına baxmayaraq notariat işində atası ilə anasının mövcud olmayan nikah şəhadətnaməsi əlavə olunmaqla saxtakarlığa yol verilmişdir. Qeyd olunan mənzil atasına verildiyi halda hansı yolla anasının adına keçmiş və anası tərəfindən onların xəbərləri olmadan bacısına bağışlanmışdır. Bununla da bağışlama müqaviləsi qanunvericiliyin tələblərinə zidd olaraq həyata keçirildiyi üçün etibarsız hesab edilməli və bağışlama müqaviləsi əsasında Bakı şəhəri, Səbail rayonu, 1-ci Qəsr döngəsi, ev 84, mənzil 7 ünvanında yerləşən mənzilə dair Cavabdeh adına olan çıxarış ləğv edilməli və onun məcburi pay hüququ tanınmalıdır. Bundan başqa, anası dünyasının dəyişməmişdən 15 gün əvvəl cavabdeh vərəsəliyə tam iddia edərək ona çatacaq qızıl zinət əşyalarının bir hissəsini mənimsəmişdir. Belə ki, ona brilyant gül komplekt, brilyant üzük paxlava, atasından qalan bir brilyant üzük və anasından qalan mirvari boyunbağını təklif etmiş, o, isə babasından qalan və ona vəsiyyət olunan brilyant kolyeni istədikdə Şəfəq onu təhqir etmiş və polislə hədələyərək onu evdən qovmuşdur. Bununla da ona nə baba payından, nə də ata payından çatası 17.000 manat dəyərində əmanətlər verilməmişdir. Halbuki o, mərhum Oruc babasının himayəsində böyüdüyü üçün bəzi zinət əşyaları şəxsən ona vəsiyyət olunmuşdur. Göstərilənlərə əsasən iddiaçı Cavabdeh ona məxsus olan 17.000 manat dəyərində olan brilyant gül komplekt, brilyant üzük paxlava, atasından qalan bir brilyant üzük və anasından qalan mirvari boyun bağını və babasından qalan və ona vəsiyyət olunan brilyant kolyenin ona verilməsi, Bakı şəhəri 41 saylı Dövlət Notariat ofisində xx.xx.2009-cu il tarixdə 4Ə-529 reyestr nömrəsi ilə təsdiq edilmiş bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə və bağışlama müqaviləsi əsasında Bakı şəhəri, Səbail rayonu, 1-ci Qəsr döngəsi, ev 84, mənzil 7 ünvanda yerləşən mənzilə dair Cavabdeh adına olan çıxarışın ləğv edilməsi, Bakı şəhəri, Səbail rayonu, 1-ci Qəsr döngəsi, 84, 7 saylı mülkdən vərəsəlik yolu ilə payın müəyyən edilərək ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının gətirdiyi dəlillər bağışlama müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasnə mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 169.1-ci maddəsinə əsasən bu məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər. Məhkəmə ilk növbədə qeyd edir ki, bağışlama müqaviləsi əvəzsiz əqd olmaqla daşınmaz əmlaklar barəsində notariat qaydasında təsdiq edildiyi andan etibarlı olur və daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı andan əldə edənə keçir. Bağışlama müqaviləsinə əsasən hədiyyə verən sağ ikən öz əmlakının bir hissəsinin heç bir cavab xidmətçi ilə şərtləndirilmədən hədiyyə alana bağışlayaraq onu zənginləşdirir. Bağışlama müqaviləsi şəxsin təmənnasız xeyirxah iradəsinin ifadəsinə əsaslanır. Lakin bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Məhkəmə digər tərəfdən qeyd edir ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Göründüyü kimi müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqavilə bağlamaq şəxsin vəzifəsi deyil, qanunla bir başa nəzərdə tutulmuş hüquqdur. Yəni müqaviləni bağlayıbbağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir. İnsanın şəxsi marağından yaranan və daxili aləmindən gələn bu iradənin formalaşması və ifadəsi onun özünə mənsubdur. Mülki qanunvericiliyin prinsiplərini müəyyən edən Mülki Məcəllənin 6-cı maddəsində nəzərdə tutulmuşdur ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirdirlər. Qanunun bu müddəasından çıxış edən şəxs hər şeydən əvvəl öz iradəsinə müvafiq olaraq bağlayacağı müqavilədə özü üçün münasib tərəfdaş seçir, sonra şəxs öz iradəsinə müvafiq olaraq hazırladığı bağlanacaq müqavilənin mühüm şərtlərini nəzərdə tutan təklifini verir və tərəflər sərbəst olaraq müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Yəni şəxsin müqavilə bağlamaq haqqında iradəsi yarandığı andan gerçəkləşənədək ancaq onun sərbəst iradəsinə əsasən həyata keçirilir və öz seçdiyi tərəflə məzmununu sərbəst olaraq müəyyənləşdirdikləri qanuna zidd olmayan istənilən müqaviləni azad surətdə bağlaya bilər ki, bu da müqavilə azadlığıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Qanunvericiliyin yuxarıda göstərilən tələbləri baxımından da göründüyü kimi mülkiyyətçinin mülkiyyəti üzərində sərəncam vermək hüququ, mülkiyyət hüququnun əsasını təşkil edən aspektidir. Belə olan halda Vəsilə Orucovanın mülkiyyətində olan mənzili üzərində istədiyi kimi sərəncam verməsi ona qanunla (Azərbaycan Respublikası Konstitusiyası və Azərbaycan Respublikası Mülki Məcəlləsi) verilən hüquqdur və həmin hüququn məhdudlaşdırılması, mülkiyyətə maneə kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1200-ci maddəsinə əsasən miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır. Hazırki iddia ərizəsindən görünür ki, mübahisəli ev iddiaçının anasının adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş və onun şəxsi mülkiyyəti olmuşdur. Həmin əmlak barəsində onun mülkiyyətçisi hələ 1996-cı ildə mənzili Cavabdeh vəsiyyət etmiş, 2009-cu ildə isə ona bağışlamışdır. Əmlak bağışlanarkən onun keçmiş həyat yoldaşı artıq vəfat etmişdir. Belə olan halda iddiaçının anası Vəsilə Orucova mübahisəli mənzili Cavabdeh bağışlayarkən Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri pozulmamışdır. Məhkəmə iddiaçının mübahisəli mənzilin anasının adına qanunsuz əsaslarla keçməsi ilə bağlı dəlilləri üzrə qeyd edir ki, bu halları təsdiq edən sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Beləliklə məhkəmə hesab edir ki, mübahisəli mənzil bağışlanarkən qanunun müəyyənləşdirdiyi hər hansı şərt pozulmamışdır və bu səbəbdən iddia tələbi Bakı şəhəri, Səbail rayonu, 1-ci Qəsr döngəsində yerləşən 84 saylı evin 7 saylı mənzilinə dair bağlanılmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi hissəsində əsassızdır və təmin edilməməlidir. Məhkəmə digər tərəfdən qeyd edir ki, mübahisələndirilən əqdin etibarsızlığına dair iddia qaldırmaq üçün nəzərdə tutulan müddət - kəsici müddət də iddiaçı tərəfindən ötürülmüşdür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə uyğun olaraq bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisələndirə bilər. Qanunun mənasına görə maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 377.1-ci maddəsinin tətbiqi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, qanunverici əmlak və qeyri-əmlak hüquqlarının pozulmasına dair iddia hüququna tətbiq edilən iddia müddətinin axımının başlanmasını şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə şərtləndirmişdir. Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bildiyi hal elə hüquqi faktdır ki, onu bilmək şəxsdən asılı olmur. O, müəyyən müddət keçdikdən sonra bu hüquqi fakt barədə hər hansı mənbədən xəbər tutur və hüququnun pozulduğunu bilir. Qanun iddia müddətinin axımının başlanmasını obyektiv anla deyil, subyektiv anla əlaqələndirir. Məhz bu andan maddi mənada iddia hüququ əmələ gəlir. Maddi mənada iddia hüququ dedikdə, mülki hüquqların məcburi həyata keçirilməsi imkanı başa düşülür və bu imkan müəyyən müddətlə məhdudlaşır. Beləliklə məhkəmə bağışlama müqaviləsinin 2009-cu ildə bağlanmasını, müqavilə bağlandıqdan təxminən on dörd il sonra hazırki tələbin irəli sürülməsini, bununla da qanunda nəzərdə tutulmuş müddət keçməklə iddia qaldırılmasını və həmin müddətin buraxılmasının üzrlü hesab edilməsinə dair hər hansı bir sübutun təqdim edilməməsini nəzərə alaraq hesab edir ki, iddia tələbi bağışlama müqaviləsinin etibarsız hesab edilməsi hissəsində əsassız olması və müddətinin keçməsi ilə əlaqədar təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, iddia tələbi bağışlama müqaviləsinin etibarsız hesab edilməsi hissəsində təmin edilmədiyindən, mənzilə dair Cavabdeh adına olan çıxarışın ləğv edilməsi hissəsində də əsassız hesab edilməli və təmin edilməməlidir. Məhkəmə iddia tələbinin cavabdehdən iddiaçıya məxsus 17.000 manat dəyərində olan brilyant gül komplekt, brilyant üzük paxlava, atasından qalan bir brilyant üzük və anasından qalan mirvari boyun bağını və babasından qalan və ona vəsiyyət olunan brilyant kolyenin ona verilməsi hissəsi üzrə qeyd edir ki, bu hissədə də tələb təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında şahid ifadəsi ilə təsdiq olunmuşdur ki, iddia tələbində qeyd olunan əmlaklardan brilyant komplekt, 2 üzük və mirvari boyunbağı həqiqətən onun vasitəsi ilə Cavabdeh çatdırılsa da, sonda həmin əmlaklar tərəflərin digər bacısı Təranə tərəfindən satılaraq yas mərasiminə xərclənmişdir. Yəni həmin əmlaklar, o cümlədən brilyant kolyenin cavabdehdə olması hər hansı mötəbər sübutla təsdiqini tapmamışdır. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68). Məhkəmə qeyd edir ki, iddiaçı miras əmlak olan qızıl zinət əşyalarının ona verilməsini iddia etsə də, həmin əmlakların cavabdehdə olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədiyindən, həmin hissədə də tələb təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbləri təmin olunmadığından, məhkəmə xərcləri iddaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və AR Mülki-Prosessual Məcəllənin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı Cavabdeh ona məxsus olan 17.000 manat dəyərində olan brilyant gül komplekt, brilyant üzük paxlava, atasından qalan bir brilyant üzük və anasından qalan mirvari boyun bağını və babasından qalan və ona vəsiyyət olunan brilyant kolyenin ona verilməsi, Bakı şəhəri 41 saylı Dövlət Notariat ofisində xx.xx.2009-cu il tarixdə 4Ə-529 reyestr nömrəsi ilə təsdiq edilmiş bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə və bağışlama müqaviləsi əsasında Bakı şəhəri, Səbail rayonu, 1-ci Qəsr döngəsi, ev 84, mənzil 7 ünvanda yerləşən mənzilə dair Cavabdeh adına olan çıxarışın ləğv edilməsi, Bakı şəhəri, Səbail rayonu, 1-ci Qəsr döngəsi, 84, 7 saylı mülkdən vərəsəlik yolu ilə payın müəyyən edilərək ona verilməsi barədə iddia tələbləri əsassız olduğundan təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-2171/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2171/2023
30.11.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver