Məhkəmə qərarları › İş №e-2(009)-2322/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2322/2025

09.10.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2322/2025 09.10.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, Ərizəçi İddiaçı, Maraqlı şəxs Cavabdeh iştirakı ilə, Ərizəçi İddiaçı Cavabdeh maraqlı şəxs qismində cəlb etdiyi “barışıq sazişin təsdiqi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Rəhimli X2 Şamxal Yasin oğlunu maraqlı şəxs qismində cəlb etdiyi “barışıq sazişin təsdiqi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli MŞB/20/2025-00267 saylı mediasiya prosesi vasitəsilə İddiaçı və Cavabdeh arasında bağlanmış Barışıq Sazişinin 1, 1.1, 1.2-ci bəndləri "1.Cavabdeh tərəflərin birgə nikah dövründə əldə olunmuş ünvan 1 ünvanında onun adına ipoteka ilə yüklü edilmiş və DƏDRX-dan çıxarış əldə olunmuş mənzil üzrə bank qarşısında olan öhdəliklərini bankın razılığı ilə İddiaçı ötürməyi öhdəsinə götürür. 1.1. Öhdəlik İddiaçı ötürülənədək ipoteka ödənişləri Cavabdeh tərəfindən ödəniləcəkdir. 1.2. Cavabdeh gələcəkdə ünvan 2 ünvanında yerləşən əmlakla bağlı iddia irəli sürməyəcəkdir” - məzmununda təsdiq edilməsi və dövlət rüsumunun maraqlı şəxsdən tutularaq ərizəçiyə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, maraqlı şəxs Cavabdeh ilə 08 aprel 2025-ci il tarixində Bakı 20 saylı Mediasiya Təşkilatı vasitəsilə MŞB/20/2025-00267 saylı Barışıq sazişi bağlamışdır. Barışıq sazişinin predmetini “1.Cavabdeh tərəflərin birgə nikah dövründə əldə olunmuş ünvan 1 ünvanında onun adına ipoteka ilə yüklü edilmiş və DƏDRX-dan çıxarış əldə olunmuş mənzil üzrə bank qarşısında olan öhdəliklərini bankın razılığı ilə İddiaçı ötürməyi öhdəsinə götürür. 1.1. Öhdəlik İddiaçı ötürülənədək ipoteka ödənişləri Cavabdeh tərəfindən ödəniləcəkdir. 1.2. Cavabdeh gələcəkdə ünvan 2 ünvanında yerləşən əmlakla bağlı iddia irəli sürməyəcəkdir. 2. Cavabdeh 2024-cü ilin dekabr ayında İddiaçı borc olaraq alığı 21000 (iyirmi bir min) ABŞ dollan (35700 (otuz beş min yeddi yüz) AZN) məbləğini hər ay 1000 (min) AZN olmaqla sonuncunun bank hesabına ödəməyi öz öhdəsinə götürür. 3. Tərəflərin övladı X3 Bakı şəhəri Səbail rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(009)-2258/2024 saylı qətnaməsi ilə İddiaçı himayəsinə verilmişdir. Uşağın yüksək həyat şəraitinin qorunub saxlanılması üçün Cavabdeh X1 məktəb təhsil haqqını (özəl məktəb) bundan sonrakı illər üzrə ödəməyi öz öhdəsinə götürür.” təşkil edir. Qeyd etməlidir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(009)-1998/2025 saylı qətnaməsi ilə Sazişin 2 və 3- cü bəndləri təsdiq edilmişdir. Hazırda maraqlı şəxs Sazişin 1, 1.1, 1.2-ci bəndləri üzrə də üzərinə götürdüyü öhdəlikləri icra etməkdən boyun qaçırır və bu da Sazişin hüquqi xarakterini itirməsinə və öz əhəmiyyətinə görə barışıq yolu ilə icra olunmasına çətinliklər yaradır, buna görə də məhkəməyə müraciət olunması və mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin müvafiq bəndlərinin təsdiq edilməsi zərurəti meydana gəlmişdir. Barışıq sazişinin 8-ci maddəsinə görə saziş könüllü icra edilmədiyi təqdirdə tərəflərdən biri sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Məhkəmə iclasında iştirak edən ərizəçi İddiaçı ərizənin məzmununa uyğun izahat verərək mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Cavabdeh bildirdi ki, barışıq sazişinin 1.1, 1.2 qüsurlu bəndlərdir, iddiaçının rəsmi iş yeri yoxdur, buna görə də barışıq sazişi üzrə öhdəliyi icra etmək mümkün olmayacaq, iddiaçının rəsmi gəliri minimum həddə olmalıdır və altı ay müddətində davamlı olaraq işləməlidir ki, icra olunsun – öhdəlik iddiaçıya ötürülsün. O, 4 aydır işləmir, öhdəlik ötürülə bilmir. 1.1-də bildirilir ki, öhdəlik ötürülənə qədər o, ödəməlidir, amma öhdəliyin ötürülməsi onun hüquqlarını pozur. Müqavilə bağlanan zamanı aralarında etibar var idi, ona bildirmişdir ki, iş müraciətləri edəcək, amma hazıradək işə düzəlməyib. Hazırda həmin evdə iddiaçı yaşayır. Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsindən imtina edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, ərizəni və barışıq sazişini nəzərdən keçirib hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025ci il tarixli Barışıq sazişindən görünür ki, 1. Cavabdeh tərəflərin birgə nikah dövründə əldə olunmuş ünvan 1 ünvanında onun adına ipoteka ilə yüklü edilmiş və DƏDRX-dan çıxarış əldə olunmuş mənzil üzrə bank qarşısında olan öhdəliklərini bankın razılığı ilə İddiaçı ötürməyi öhdəsinə götürür. 1.1. Öhdəlik İddiaçı ötürülənədək ipoteka ödənişləri Cavabdeh tərəfindən ödəniləcəkdir. 1.2. Cavabdeh gələcəkdə ünvan 1 ünvanında yerləşən əmlakla bağlı iddia irəli sürməyəcəkdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-26-cı maddəsinə əsasən, məhkəmə barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Məhkəmə qeyd edir ki, müəyyən edilmişdir ki, tərəflər İddiaçı (Birinci tərəf) və Cavabdeh (İkinci tərəf) arasında xx.xx.2025-ci il tarixdə yuxarıda göstərilən şərtlərlə barışıq sazişi bağlanmış və imzalanmışdır. Həmçinin müəyyən edilmişdir ki, Cavabdeh sazişin şərtlərinə əsasən üzərinə götürdüyü öhdəlikləri könüllü icra etmir. Belə olan halda sazişin birinci tərəfi haqlı olaraq barışıq sazişinin müvafiq bəndlərinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişdir, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş üçüncü şəxslərin hüquqlarına toxunmur. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında xx.xx.2025-ci il tarixdə bağlanmış barışıq sazişi məcburi icrası üçün təsdiq olunmalıdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsində müəyyən edilmişdir ki, Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 216-220, 355-23-355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli Barışıq sazişinin aşağıdakı şərtləri məcburi icrası üçün təsdiq edilsin.

1. Cavabdeh tərəflərin birgə nikah dövründə əldə olunmuş ünvan 1 ünvanında onun adına ipoteka ilə yüklü edilmiş və DƏDRX-dan çıxarış əldə olunmuş mənzil üzrə bank qarşısında olan öhdəliklərini bankın razılığı ilə İddiaçı ötürməyi öhdəsinə götürür. 1.1. Öhdəlik İddiaçı ötürülənədək ipoteka ödənişləri Cavabdeh tərəfindən ödəniləcəkdir. 1.2. Cavabdeh gələcəkdə ünvan 1 ünvanında yerləşən əmlakla bağlı iddia irəli sürməyəcəkdir. Ərizəçi İddiaçı tərəfindən ümumilikdə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi (elektron məhkəmə sistemi vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar