Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2389/2024 21.11.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borc tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı MMC ilə lizinq alan X2 arasında bağlanmış 09 avqust 2021-ci il tarixli MAS-4165 saylı “Daxili lizinq” müqaviləsinə əsasən “Khazar LX” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobil onun müvəqqəti istifadə və sahibliyinə verilmişdir. “Daxili lizinq müqaviləsi” və “Ödəniş cədvəli”nin şərtlərinə lizinq alan tərəfindən əməl edilmədiyi üçün İddiaçı MMC iddia ərizəsi ilə Xətai rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin 07 dekabr 2023-cü il tarixli 2(011)-1939/2023 saylı qətnaməsi ilə İddiaçı MMC-nin iddası qismən təmin edilərək cavabdehdən ümumilikdə 1574.70 manat məbləğində borcun tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Lizinq obyekti olan “Khazar LX” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobil cavabdehlərin müvəqqəti istifadəsində olduğu müddət ərzində inzibati xəta ilə əlaqədar sürücülər Bakı Nəqliyyat Agentliyi tərəfindən inzibati qaydada cərimələnmişdir. Bu faktı hökumət ödəniş portaldan alınmış çıxarış təsdiq edir. Həmin cərimələr aşağıdakılardan ibarətdir: Cavabdeh1 BNA2142312 saylı protokola görə 36 manat, BNA1947391 saylı protokola görə 32 manat, BNA1900833 saylı protokola görə 18 manat, Cavabdeh2 BNA2209326 saylı protokola görə 32 manat, BNA2305295 saylı protokola görə 32 manat, Cavabdeh3 BNA1758064 saylı protokola görə 18 manat və ümumilikdə şirkət tərəfindən 168 manat məbləğində ödəniş edilmişdir. Mülkiyyət hüququ ilə İddiaçı MMC-yə məxsus nəqliyyat vastəsilə törədilmiş inzibati xəta haqqında protokollar əsasında yaranmış cərimələr tərəfimizdən ödənilmişdir. Həmin cərimələr ödənilmədiyi təqdirdə X6 Azərbaycan Respublikasının Qanununun tələbinə uyğun olaraq həmin nəqliyyat vastəsinin saxlanılaraq cərimə meydançasına yerləşdirilməsi haqqında qərar qəbul edilir və qərarın icra edilməsi üçün YPX inpektorlarına təlimat verilir. Bununla da lizinq şirkəti ilə yanaşı nəqliyyat vastəsini faktiki idarə edən şəxsin də hüquqları pozulmuş olur. Göstərilənləri nəzərə alaraq cavabdehlər Cavabdeh1 86 manat, Cavabdeh2 64 manat vəm Cavabdeh3 18 manat məbləğində pulun və ödənilmiş 30,40 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə mülki-prosessual məcəllənin tələblərinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, lakin cavabdeh tərəfindən 10 gün müddətində iddiaya qarşı əsaslandırılmış etiraz məhkəmə icraatına daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə İddiaçı MMC ilə direktoru X3 qismində- lizinq verən, X2 – lizinq alan arasında 09 avqust 2021-ci il tarixli MAS-4167 saylı “Daxili lizinq” müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən “Khazar LX” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobil onun müvəqqəti istifadə və sahibliyinə verilmişdir. İş üzrə Xətai rayon Məhkəməsinin 07 dekabr 2023-cü il tarixli 2(011)-1939/2023 saylı qətnaməsi ilə İddiaçı MMC-nin iddası qismən təmin edilərək cavabdehdən ümumilikdə 1574.70 manat məbləğində borcun tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. İş üzrə İddiaçı MMC-nin tərəfindən verilmiş ödəniş qəbzlərini surətlərindən görünür ki, Azərmaş» MMC tərəfindən BNA2142312 saylı protokola görə 36 manat, BNA1947391 saylı protokola görə 32 manat, BNA1900833 saylı protokola görə 18 manat, BNA2209326 saylı protokola görə 32 manat, BNA2305295 saylı protokola görə 32 manat, BNA1758064 saylı protokola görə 18 manat məbləğində pul ödənilmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. “X6” Azərbaycan Respublikasının Qanununun 85-ci maddəsinin görəyol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində icra edilməməsinə görə nəqliyyat vasitəsinin saxlanılması barədə məhkəmə və ya müvafiq icra hakimiyyəti orqanının qərarı olduqda yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən əməkdaş nəqliyyat vasitəsini idarə edən şəxslərdən nəqliyyat vasitəsini dayandırmağı tələb edir. “Daxili lizinq” müqaviləsinin 5.2-ci bəndinə əsasən “bu Müqavilənin qüvvədə olduğu müddət ərzində lizinq obyektindən istifadə edilməsi zamanı üçüncü şəxslərə dəymiş zərərə (maddi və mənəvi ziyan, həmçinin səhhətə dəymiş ziyan da daxil olmaqla), həmçinin cinayət və inzibati xətaya görə məsuliyyəti lizinq alan daşıyır”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən “zərərin əvəzinin ödənilməsini tələb etmək hüquqna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın”. Həmin məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Göstərilən Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən“Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir)”. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən “Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099.1-ci maddəsinə əsasən“Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir” Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən “Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur”. İş materiallarından müəyyən edilmişdir ki, lizin verən iddiaçı ilə lizinq aran X1 arasında bağlanmış 09 avqust 2021-ci il tarixli MAS-4167 saylı “Daxili lizinq” müqaviləsinə əsasən “Khazar LX” minik markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı, avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmiş, 2021-2022-ci illərdə cavabdehlərin istifadəsində olmuş və onlar tərəfindən qanuni əsaslarla idarə edilmişdir. İş materialları ilə həmçinin müəyyən edilmişdir ki, lizinqə verilmiş avtomaşının cavabdehlər tərəfindən idarə edilməsi zamanı onlar tərəfindən 2021-2022-ci illərin müxtəlif tarixlərində “X6” Azərbaycan Respublikasının Qanunnun tələblərinin pozulması ilə bağlı onların adına inzibati protokollar tərtib edilmiş, lakin ödənişlər iddiaçı tərəfindən həyata keçirilmişdir. Belə ki, İddiaçı MMC tərəfindən BNA2142312 saylı protokola görə 36 manat, BNA1947391 saylı protokola görə 32 manat, BNA1900833 saylı protokola görə 18 manat, BNA2209326 saylı protokola görə 32 manat, BNA2305295 saylı protokola görə 32 manat, BNA1758064 saylı protokola görə 18 manat məbləğində pul ödənişləri həyata keçirilmişdir. Məhkəmə hesab edir ki, lizinq obyekti olan “Khazar LX” minik maerkalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobil cavabdehlərin müvəqqəti istifadəsində olduğu müddətdə inzibati xətalarla əlaqədar sürücülər barəsində tərtib edilmiş protokollar üzrə cərimələr onlar tərəfindən ödəmədiyindən, ödənişlər iddiaçı tərəfindən həyata keçirildiyindən, bununla da iddiaçıya ziyan vurulduğundan, iddiaçı ödənilmiş cərimə bocrlarının tutulması ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı hesab edilməlidir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və Cavabdeh1 86 manat, Cavabdeh2 64 manat və Cavabdeh3 18 manat məbləğində iddiaçının xeyrinə pul tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi dövlət rüsumunun tutulması hissəsində də təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanları nəzərə alaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 İddiaçı MMC-nin xeyrinə 86 manat, Cavabdeh2 İddiaçı MMC-nin xeyrinə 64 manat, Cavabdeh3 İddiaçı MMC-nin xeyrinə 18 manat məbləğində pul tutulsun. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30,40 manat məbləğində pul İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-2389/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2389/2024
21.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver