Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-290/2024 05.03.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, iddiaçı X4, Cavabdeh, onun nümayəndə və vəkili Nümayəndə, 3-cü şəxs X8 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə olunmuş əmlakda payların müəyyən olunması tələbinə dair iddiası və İddiaçı (3-cü şəxs qismində X23 və X15 işə cəlb olunmaqla) Cavabdeh qarşı birgə nikah dövründə əldə edilmiş fərdi yaşayış evlərinin satılmasından əldə edilən pul vəsaitinin bölünməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikah dövründə əldə etdikləri ünvan 4, 8 saylı evin 205 saylı mənzilinə 1/2 hissədə payların müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 15 sentyabr 2011-ci ildə nikaha daxil olmuşdur, birgə nikahlarından 30 iyun 2012-ci il təvəllüdlü X11 doğulub. Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)-1723/2023 saylı qətnaməsinə əsasən iddiaçı Cavabdeh İddiaçı qızma qarşı “nikahın pozulması tələbinə dair” iddia ərizəsi təmin edilərək, tərəflər arasında nikahın pozulması, tərəflərin birgə nikahdan doğulmuş 30 iyun 2012-ci il təvəllüdlü X11 anasının himayəsində saxlanılması və Cavabdeh 24 avqust 2023-cü il tarixdən başlayaraq, xx.xx.2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Cavabdehlə nikahda olarkən ünvan 4 8 saylı evin 205-ci mənzilini satın almışlar. Mənzil satm alındığı müddətdən hazırkı tarixdək Cavabdeh mülkiyyətindədir. Aşağıda göstərilənlərə əsasən Cavabdeh oğkı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Məmmədov küçəsi, 8 saylı evin 205-ci mənzilinin Cavabdeh ilə İddiaçı arasında 1/2 hissədə payların müəyyən edilməsinə dair qətnamə çıxarılması zəruridir. İddiaçı (3-cü şəxs qismində X23 və X15 işə cəlb olunmaqla) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikah dövründə satın aldıqları ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin satılmasından əldə etdiyi 21000 manatın yarısı olan 10500 manatın və ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evnin satılmasından əldə etdiyi 42000 manatın yarısı olan 21000 manatın və ödənilmiş 185 manat dövlət rüsumunun, cəmi 31685 manat pulun ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə nikahda olarkən, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, İslam Səfərli küçəsi, döngə 1, 23 saylı fərdi yaşayış evini və ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini satın almışlar. Cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, İslam Səfərli küçəsi, döngə 1, 23 saylı fərdi yaşayış evini 21000 manata, ünvan 2 ünvanında yerləşən digər fərdi yaşayış evini isə 42000 manata satmışdır. Aşağıda göstərilənlərə əsasən Cavabdeh Abşeron rayonu, Xıdalan şəhəri, Quşçuluq yaşayış massivi, İslam Səfərli küçəsi, döngə 1, ev 23 ünvanında yerləşən fərdi yaşayış evinin satılmasından əldə etdiyi 21000 manatın yarısı olan 10500 manat, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin satılmasından əldə etdiyi 42000 manat pulun yarısı olan 21000 manat pulun, cəmi 31500 manat pulun və ödənilmiş 185 manatın ona ödənilməsinə dair qətnamə çıxarılması zəruridir. İşin faktiki hallarından və iş üzrə toplanmış sübutlardan göründüyü kimi, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, İslam Səfərli küçəsi, döngə 1, ev 23 ünvanında yerləşən fərdi yaşayış evini və ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini birgə nikahda olduqları müddətdə satın almışlar. Göstərilən fərdi yaşayış evləri daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmayıb. Məlumat üçün bildirir ki, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, İslam Səfərli küçəsi, döngə 1, 23 saylı fərdi yaşayış evi qardaşı X12 19000 manata satın almışlar. Qardaşı isə həmin evi 26 avqust 2019-cu ildə X2 almışdır. Təxminən 2 ildən sonra, 25 iyul 2022-ci il tarixdə qardaşı X25 göstərilən evi Cavabdeh 19000 manata satıb və bu səbəbdən də, kommunal abonent kodlarının (**********000 su abonent kodu, **********03780 qaz abonent kodu və **********16327 işıq abonent kodu) Cavabdeh adına keçirilməsi barədə 1 saylı Bakı “ASAN Kommunal” mərkəzinin notariat ofisində razılıq ərizəsi imzalayıb. Hazırda göstərilən abonent kodları Cavabdeh tərəfindən iş üzrə 3-cü şəxs olan X13 adına keçirilib. Bundan başqa, Cavabdeh ünvan 2 yaşayış evini 42000 manata iş üzrə üçüncü şəxs X3. Bununla bağlı tərəflər arasında 14 iyun 2022-ci il tarixdə notariat təsdiqli müqavilə bağlayıb. Cavabdeh iş üzrə üçüncü şəxslə “İlkin alqı satqı müqaviləsi” bağlamaq əvəzinə, iddiaçıya məlum olmayan səbəblərdən “podrat müqaviləsi” bağlayıb. Halbuki qeyd edilən fərdi yaşayış evi cavabdeh tərəfindən hazır vəziyyətdə satın alınıb və hazır vəziyyətdə də, üçüncü şəxslərə satılıb. Podrat müqaviləsində isə evin 40000 manat müqabilində cavabdeh tərəfindən 1 ay müddətinə tikilərək 3-cü şəxsə təhvil veriləcəyi cavabdeh tərəfindən öhdəlik götürülüb. Podrat müqaviləsində müqavilənin dəyəri 40000 manat göstərilib. 3-cü şəxs 2000 manatı isə cavabdehə şəxsən verib. İşin faktiki hallarına və iş üzrə toplanmış sübutlara əsasən cavabdehlə birgə nikahda olduqları dövrdə aldıqları və yuxarıda qeyd edillən fərdi yaşayış evlərin satılmasından əldə edilən pul vəsaitinin yarısının Cavabdeh alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılması zəruridir. Məhkəmə iclasında iddiaçı X7 iddia tələblərini müdafiə edərək iddia tələblərinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndə və vəkili Nümayəndə iddia tələblərini qəbul etməyərək, onların əsassız olduğu üçün təmin edilməməsini xahiş etmiş və bildirmişdir ki, Cavabdeh 15 sentyabr 2011-ci ildə İddiaçı ilə nikaha daxil olmuşdur və həmin nikahdan onların 30 iyun 2012-ci ildə qızları Xədicə doğulmuşdur. Səbail rayon məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2(009)-1723/2023 saylı qətnaməsi ilə uşaq anasının himayəsində saxlanılmaqla, 220 manat aliment müəyyən edilmiş və nikaha xitam verilmişdir. Hazırda iddiaçı tələbində qeyd etmişdir ki, nikahda olarkən ünvan 4, 8 saylı evin 205-ci mənzilini satın almışlar. Həmin mənzil hazırda Cavabdeh mülkiyyətindədir və mənzilə 1/2 hissədə payının müəyyən edilməsini xahiş etmişdir. Qeyd etmək istəyir ki, ünvan 4, 8 saylı evin 205ci mənzili dövlət mülkiyyətində olmaqla, Cavabdeh istifadəsindədir. Həmçinin iddiaçı tələbində qeyd edir ki, nikah dövründə Xırdalan şəhəri, Həsən bəy ünvan 3 ünvanında yerləşən evi satın almışlar və ev 14 iyun 2022-ci ildə Cavabdeh tərəfindən X10 42000 manata satılmışdır. Hazırda həmin məbləğin yarısını 21000 manatı tələb edir. Qeyd etmək istəyir ki, Xırdalan şəhəri, Həsən bəy ünvan 3 ünvanında yerləşən ev Cavabdeh tərəfindən deyil, qardaşı Şahid2 tərəfindən qeyri rəsmi olaraq 12 fevral 2021-ci ildə Şahid3 alınmış və istifadəsində olmuşdur. Sənədsiz ev olduğundan sadəcə komunal abonent kodları Şahid3 adından Şahid2 adına keçirilmişdir. Göründüyü kimi qeyd edilən yaşayış evinin Elşad və İddiaçılara və birgə mülkiyyətə heç bir aidiyyəti yoxdur. Bundan başqa, iddiaçı tələbində göstərir ki, nikah dövründə Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, İslam Səfərli küçəsi, döngə 1, ev 23 ünvanında yerləşən evi iddiaçının qardaşı X12 19000 manata satın almışlar. Komunal abonent kodları X30 Ağammədovun adına keçirilmişdir. Hazırda həmin ev Cavabdeh tərəfindən X13 adına keçirilib. Bildirir ki, 2022-ci ilin iyun ayının sonlarında Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, İslam Səfərli küçəsi, döngə 1 ünvanında yerləşən 23 nömrəli ev Şahid2 tərəfindən qeyri-rəsmi olaraq Gəray Nuriyevdən alınmış, sonradan müalicə olduğundan 25 iyul 2022-ci ildə abonent kodları Cavabdeh adına keçirilmişdir. Həmin vaxtlar Sənan Nuriyev ezamiyyətdə olduğundan evin satılmasını Gəray Nuriyev həyata keçirmiş, Sənan Nuriyev qayıtdıqdan sonra formal olaraq adına olan abonent kodlarını Cavabdeh adına keçirmişdir. Cavabdeh heç vaxt bu qədər pulu olmamış, həmin vaxtı sürücü işləmiş və 190 manat əmək haqqı almışdır. Şahid2 Xırdalan şəhəri, Həsən bəy Zərdabi küçəsi, dalan 3-də yerləşən 12A nömrəli evin satışından əldə etdiyi pulla Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, İslam Səfərli küçəsi, döngə 1 ünvanında yerləşən 23 nömrəli evi qeyri rəsmi olaraq satın almasının səbəbi qardaşı Cavabdeh qohumları olmaları və onlara təcili pul lazım olması olmuşdur. Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, İslam Səfərli küçəsi, döngə 1 ünvanında yerləşən 23 nömrəli evin Elşad və İddiaçılara və birgə mülkiyyətə heç bir aidiyyəti yoxdur. Qeyd edilən evin Cavabdeh tərəfindən X1 həqiqəti əks etdirmir. Ev Şahid2 tərəfindən Şahid1 oğluna satıldığından kommunal abonent kodları sonuncunun adına keçirilmişdir. Ayrıca qeyd etmək lazımdır ki, Cavabdeh 21 iyun 2018-ci ildə mühafizəçi kimi işə qəbul olunmuş, aylıq əmək haqqı 220 manat olmuş, 17 avqust 2020-ci ildə işdən çıxmışdır. 30 dekabr 2021-ci ildə Fərəc MMC-də sürücü kimi işə qəbul olunmuş, əmək haqqı 190 manat olmuş, 22 noyabr 2022-ci ildə işdən çıxmışdır. Hazırda heç bir yerdə işləmir və göstərilən vaxtlardan başqa fəhlə işləməklə ailəsini saxlamışdır. Hesab edir ki, İddiaçı əsassız əmlak tələbi hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir və bu isə qanunla qadağandır. Buna görə də, iddia tələblərinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndə və vəkilninin izahatı ilə razı olduğunu bildirmişdir, eləcə də izah etmişdir ki, ünvan 4 ünvanında yerləşən 8 saylı evin 205 saylı mənzil dövlətin mülkiyyətindədir, həmin mənzilə dair istifadə hüququnu mənzilin əvvəlki istifadəçisi X14 11000 manat ödəməklə satın almış və ev onun istifadəsindədir. 11000 manatı ona qardaşı Elşən vermişdir. İddia tələbində göstərilən digər qeyd olunan evlər onun deyil, qardaşı Elşənın pulu ilə alınmışdır və qardaşına məxsus olmuşdur. Məhkəmə iclasında 3-cü şəxs X15 izahatında bildirmişdir ki, onun iddiaçıya qohumluğu çatır. Xırdalan şəhərindəki 12A saylı ev sənədsiz ev olmuşdur. Həmin evi 42000 manata alıb. Ev hazır tikili ev olmuşdur, lakin sənədsiz olduğundan alqı-satqı deyil, podrat müqaviləsi bağlanmışdır. Həmin müqaviləni Elşadla bağlamışdır və Elşad ona demişdir ki, ev onun qardaşınındır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Cavabdeh onun qardaşıdır. Özü Qarabağ qazisidir. O, ev alıb-sataraq gəlir əldə edir. Valideynlərinin yaşadığı evi də o almışdır və iddiaçı həmin evə gəlin gəlmişdir. Mübahisə predmeti olan evlər onun vəsaiti hesabına alınmışdır. İddiaçı özü də bilir ki, Elşadın pulu olmamışdır ki, ev alsın. Badamdardakı 205 nömrəli evə görə 11000 manatı da o vermişdir. Xırdalandakı 23 saylı evi iddiaçının atası Gəraydan almışdır. O xəstə olduğu və müalicədə olduğu üçün evin abonent kodları Elşadın adına keçirilmişdi. Həmin evi sonradan Şahid1 satmışdır. Xırdalandakı 12 A saylı evi xx.xx.2021-ci ildə qeyri-rəsmi olaraq Şahid3 almışdır və ev sənədsiz olduğundan, evin kommunal abonent kodları onun adına keçirilmişdir. Həmin evi sonradan onun tapşırığı ilə Elşad iddiaçının qohumu olan Quliyeva Şövkətə satmışdır. Lakin ev sənədsiz olduğundan X28 arasında formal olaraq podrat müaviləsi bağlanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, onun cavabdehlərlə qohumluğu yoxdur. Xırdalandakı 23 saylı ev sənədsiz evdir. O həmin evi Şahid2 almışdır. Evin sahibi kimi onu bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Xırdalandakı 12 A saylı ev ona məxsus olmuş və orada 2011-2012-ci ildən yaşamışdır. Ev sənədsiz evdir, xx.xx.2021-ci ildə qeyri-rəsmi olaraq evi Şahid2 satmışdır. Həmin vaxt da ərizə ilə müraciət edərək, evin bütün kommunal abonent kodlarının Elşənin adına keçirilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını, şahid ifadələrini dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələblərin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakılara görə iddia tələbləri təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1723/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış 15 sentyabr 2011-ci il tarixli, 663 saylı nikahın bağlanması haqqında akt qeydinə əsasən bağlanmış nikahın pozulması, xx.xx.2012-ci il təvəllüdlü X6 anası İddiaçı yanında qalmasının müəyyən edilməsi, Cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq, xx.xx.2012ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan AZ-İ 467929 saylı, xx.xx.2023-cü il tarixli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh və İddiaçı arasında olan nikaha xx.xx.2023-cü il tarixdə xitam verilmiş və bu barədə nikahın pozulması haqqında akt qeyd ləri kitabında 2023-cü ilin 10-cu ayının 17-ci günündə 262 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra qadına Nuriyeva soyadı verilmişdir. İş materiallarında olan X25 trəfindən "xxxx" İstehsalat Birliyinə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, qaz sayğacının **********03780 saylı abonent kodunun Cavabdeh adına keçməsinə razıdır, heç bir etirazı yoxdur. İş materiallarında olan “Azərişıq “ ASC-nin X20 ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri ünvanında yerləşən yaşayış sahəsinin **********166327 nömrəli abonent kodunda ad dəyişmə edilməsi ilə bağlı “ASAN Kommunal” mərkəzinə xx.xx.2022-ci il tarixli müraciət daxil olmuşdur. Müraciət zamanı təqdim edilmiş notarial qaydada təsdiq edilən onun **********154 nömrəli razılıq ərizəsi əsasında abunə kodu Cavabdeh adına qeydiyyata alınmışdır. İş materiallarında olan "xxxx" İB tərəfindən Femida Hüquq və Konsaltinq Şirkəti MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli məlumatdan görünür ki, Cavabdeh təbii qaz istehlakçısı kimi İB-nin məlumatlar bazasında qeydiyyatda deyildir. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X20 ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, İ.Səfərli küçəsində yerləşən 23 saylı fərdi yaşayış evinin su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə hesabatının aparıldığı **********000 saylı abonent kodu təqdim edilmiş sənədlərə (razılıq ərizəsi, şəxsiyyəti təsdiq edən sənədin surəti və vətəndaşın yazılı müraciəti) əsasən xx.xx.2022-ci il tarixində Cəmiyyətin elektron bazasında X5 adına keçirilmişdir. İş materiallarında olan 14 iyun 2022-ci il tarixli podrat müqaviləsindən görünür ki, Cavabdeh öz materiallarından istifadə etməklə ünvan 7 ünvanında, 214 kv.m. torpaq sahəsində ümumi sahəsi 129.60 kv.m.olan 1 mərtəbəli, 5 daş kürsülü, 3 otaqlı, mətbəxli, dəhlizli, tam təmirli fərdi yaşayış evini xx.xx.2022-ci il tarixədək tikib yaşayış üçün hazır vəziyyətdə təhvil verməyi, sifarişçi isə həmin fərdi yaşayış evini qəbul edərək müqavilə üzrə müəyyən edilmiş 40000 manat məbləği ödəməyi öhdəsinə götürür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, Abşeron RİH MKTİİTB-nin 4 saylı MTİİTS-nin arayışından görünür ki, Xırdalan şəhəri, Həsən bəy ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi 4 saylı MTİİTS-nin təsərrrüfai başı kitabından qeydiyyatdan keçmədiyi üçün fərdi yaşayış evinin əvvəlki, indiki və tikilmə tarixi barədə 4 saylı MTİİTS-də heç bir məlumat yoxdur. Təqdim olunmuş Şahid3 "xxxx" İB-nə ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, onun adına olan **********41180 saylı abonent kodunun Şahid2 adına keçməsinə etiraz etmir. Təqdim olunmuş xx.xx.2021-ci il tarixli AKX-02796xx/xx-2021 saylı Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilədən görünür ki, "xxxx" İB ilə Şahid2 arasında qazın alqı-satqı müqaviləsi bağlanmışdır. Təqdim olunmuş Baş Dövlət Yol Polisi İdarəsinin məhkəmənin sorğusuna xx.xx.2024cü il tarixli, 3-13-16/2-11401/2024 nömrəli cavab məktubundan görünür ki, DİN Baş Dövlət Yol polisi İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən hal-hazırda xx.xx.1989-cu il təvəllüdlü X5 adında nəqliyyat vasitəsi qeydiyyatda yoxdur. Təqdim olunmuş xx.xx.2017-ci il tarixli, 3/10-T-27-091 nömrəli Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti Başçısının ünvan 8 ünvanda qeydiyyatda olan X21 ünvanladığı məktubundan görünür ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatı Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən xx.xx.2017-ci il tarixli 72/1 saylı sərəncamı ilə Səbail rayou, Badamdar qəsəbəsi, S.Məmmədov küçəsi, 8 saylı evin 205 mənzilinin kirayəçisi hesab olunaraq, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2017-ci il tarixli seriya RX ******* saylı Çıxarışla istifadə hüququ verilmişdir. İstifadəsində olan S.Məmmədov 8 saylı evin 205 saylı mənzilinin qanuna müvafiq qaydada başqa şəxsin adına istifadə hüququnun verilməsinə etiraz edilmir. Təqdim olunmuş Bakı şəhər İHB Aparatı Mənzil Kommunal Təsərrüfatı Departamentinin 72/1 saylı, xx.xx.2017-ci il tarixli Sərəncamından görünür ki, ünvan 10 ünvanda yerləşən keçmiş yataqxana binası da mənzil fonduna daxil edildiyindən, ünvan 10 evin yaşayış sahəsi 18,0 kv.m. oaln bir otaqlı 205 saylı mənzilinə dair 2 nəfər ailə üzvü ilə (özü və qardaşı) X18 adına kirayə müqaviləsi bağlanılmalı və o, həmin mənzilin kirayəçisi hesab olunmalıdır. Təqdim edilmiş daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2017-ci il tarixli, ********** saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, S.Məmmədov küçəsi, 8 saylı evin 205 saylı mənzili istifadə hüququ ilə X17 adına qeydiyyata alınmışdır. Təqdim olunmuş Bakı şəhəri 9 saylı notariat kontorunda təsdiq edilmiş 10 yanvar 2018-ci il tarixli mənzilin istifadə hüquqlarının alqı-satqı müqaviləsindən görünür ki, X26 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nın Bakı şəhər Əİ tərəfindən xx.xx.2018-ci ildə verilmiş 11/47 saylı arayışa xx.xx.2017-ci ildə verilmiş 2755 kitab, 256783 vərəq, **********0905101-091003 yüklü edilən əmlakın reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa və xx.xx.2017-ci ildə Azərbaycan Respublikası Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin Başçısının Aparatı tərəfindən verilmiş 3/10-T-27- 091 saylı məktuba əsasən ünvan 11 ünvanında yerləşən 19,8 kv.m olan mənzilin istifadə hüquqları Şahid2 11000 manat satdı. Təqdim edilmiş daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il tarixli, ********** saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, S.Məmmədov küçəsi, 8 saylı evin 205 saylı mənzili istifadə hüququ ilə Cavabdeh adına qeydiyyata alınmışdır. Təqdim olunmuş AR DİN-nin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Səbail rayonu, Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsi, 8 saylı evin 205 saylı mənzilində xx.xx.2018-ci il tarixdən Cavabdeh qeydiyyatdadır və həmin mənzildə onunla birlikdə İddiaçı və X11 qeydiyyatdadırlar. Təqdim olunmuş AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin məhkəmənin sorğusuna xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, Şahid2 adına Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsi, ev 8, 205 nömrəli mənzil üzərində istifadə hüququ xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır və hazırda istifadəsindədir. Şahid2 adına sözü gedən mənzildən başqa qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar olunmamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən nikah müddətində ərarvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın ümumi birgə mülkiyyətinə - onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.), ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Ailə Məcəlləsinin 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 225.1 və 225.2-ci maddələrinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun G.Həsənzadənin şikayəti üzrə 20 aprel 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, ərlə arvadın mülkiyyəti iki hüquqi rejimdə mövcud olur: ər-arvadın ümumi birgə mülkiyyəti və onların hər birinin şəxsi mülkiyyəti. Ər-arvadın ümumi birgə mülkiyyətinin əldə edilməsinin əsas şərti kimi nikah münasibətləri çıxış etdiyi halda, onların hər birinin şəxsi mülkiyyətinin yaranması əsaslarından biri isə müvafiq payın qanun və ya vərəsəlik üzrə keçməsidir. Sadalanan normalardan və Konstitusiya Məhkəməsinin mövqeyindən aydın olur ki, ərarvaddan birinin əldə etdiyi (adına olan) əmlakın onların ümumi mülkiyyəti hesab edilməsi üçün əşyanın nikah müddətində və ümumi gəlirlər hesabına əldə olunması zəruridir. Xüsusi diqqətə alınmalıdır ki, mülki qanunvericilikdə nikah dövründə əldə edilən əmlakın kim tərəfindən əldə olunmasından asılı olmayaraq, ər-arvadın birgə mülkiyyətinə daxil edilməsi nəzərdə tutulmuşdur. Oxşar mövqe Konstitusiya Məhkəməsinin adı çəkilən qərarında da ifadə edilmişdir. Məhkəmə iddia tələbinə də bu aspektdən yanaşmağı, mübahisə predmeti olan daşınmaz əmlakların tərəflərin ümumi mülkiyyəti hesab edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş dispozisiya şərtlərinin mövcudluğunu araşdırmağı zəruri hesab edir. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, ünvan 4, 8 saylı evin 205 saylı mənzili dövlətin mülkiyyətindədir, mənzildən istifadə hüququ daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2017-ci il tarixli, ********** saylı çıxarışla mənzilin əvvəlki kirayəçisi X17 adına qeydiyyata alınmış, bundan sonra Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısı müavininin Aparatı tərəfindən verilmiş mənzilin başqa şəxsin adına istifadə hüququnun verilməsinə 3/10-T-27-091 saylı, xx.xx.2017-ci il tarixli razılıq məktubuna əsasən X26 tərəfindən xx.xx.2018-ci il tarixli mənzilin istifadə hüquqlarının alqı-satqı müqaviləsinə əsasən mənzildən istifadə hüququ Şahid2 11000 manat satılmışdır. Həmin alqı-satqı müqaviləsi əsasında mənzildən istifadə hüququna dair daşınmaz əmlakın Dövlət reyestrindən Şahid2 xx.xx.2018-ci il tarixli, ********** saylı çıxarış verilmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ünvan 4, 8 saylı evin 205 saylı mənzili dövlətin mülkiyyətində olmaqla, həmin mənzilə cavabdehin istifadə hüququ dövlət qeydiyyatına alındığından, tərəflərin nikah dövründə qazandıqları əmlak kimi qiymətləndirilə və bu səbəbdən bölgünün predmeti ola bilməz. Məhkəmə hesab edir ki, iddiaçı digər daşınmaz əmlakların tərəflərin birgə nikahı dövründə və ümumi gəlirlər hesabına əldə olunması barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir, ona görə də, həmin əmlakın satılmasından əldə olunan vəsaitin tərəflər arasında bölünməsi barədə iddiaçının tələbi əsassızdır və təmin edilməməlidir. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, İslam Səfərli küçəsi, döngə 1, 23 saylı fərdi yaşayış evi və ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi cavabdehin qardaşına məxsus olduğundan birgə nikah dövründə əldə olunmuş əmlak hesab edilə və bu səbəbdən bölgünün predmeti ola bilməz. Ona görə də, məhkəmə hesab edir ki, həmin hissədə də iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Məhkəmə, iddia tələbləri üzrə tərəflərin söykəndiyi faktiki halların təsdiqi üçün irəli sürdükləri dəlillərə və qeyd etdikləri xüsusatlara sübutlar, sübutların qiymətləndirilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin müəyyən etdiyi prinsip və göstərişlərinə uyğun olaraq qiymət verməyi zəruri hesab edir. Bu tələbə əməl edilməməsi ədalətsiz qətnamə qəbul edilməsi ilə nəticələnə bilər. Oxşar mövqe Konstitusiya Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “... Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-nin müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz”. Bu baxımdan, məhkəmə ilk növbədə bildirir ki, yuxarıda da göstərildiyi kimi, iddiaçı öz iddia tələblərinin faktiki əsası kimi göstərdikləri halları, o cümlədən qeyd etdiyi daşınmaz əmlakların onların birgə nikahı dövründə alındığını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, iş üzrə müəyyən olunmuş hallara qiymət verərək, məhkəmə hesab edir ki, iddia tələbləri üzrə hər hansı mötəbər sübut məhkəməyə təqdim edilmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbləri əsaslı sayıla və təmin edilə bilməz. Göstərilənlərə əsasən, məhkəmə bu qənaətə gəlir ki, İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə olunmuş əmlakda payların müəyyən olunması tələbinə dair iddiası və İddiaçı (3-cü şəxs qismində X23 və X15 işə cəlb olunmaqla) Cavabdeh qarşı birgə nikah dövründə əldə edilmiş fərdi yaşayış evlərinin satılmasından əldə edilən pul vəsaitinin bölünməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci və 77.1-ci maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə olunmuş əmlakda payların müəyyən olunması tələbinə dair iddiası təmin edilməsin. İddiaçı (3-cü şəxs qismində X23 və X15 işə cəlb olunmaqla) Cavabdeh qarşı birgə nikah dövründə əldə edilmiş fərdi yaşayış evlərinin satılmasından əldə edilən pul vəsaitinin bölünməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №e-2(009)-290/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-290/2024
05.03.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver