Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-324/2025 13.06.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli İlkin Şahin oğlunun sədrliyi, Mərdanov Məhəmməd Ələkbər oğlunun katibliyi, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 “əmlakın qanunsuz sahiblikdən geri alınması” tələbinə dair mülki işə 13 iyun 2025-ci il tarixdə, Bakı şəhərində, məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı - cavabdehlər Cavabdeh2 və Cavabdeh1 “əmlakın qanunsuz sahiblikdən geri alınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ümumi dəyəri 1300 (min üç yüz) manat olan 2 ədəd qızıl (750 əyar) sırğa (1-i halqa, 1-i damla şəklində), 1 ədəd qızıl (750 əyar) uşaq boyunbağını, 1 ədəd uşağın adı yazılmış qızıl (585 əyar) boyunbağı və dəyəri 3000 (üç min) manat olan mətbəx mebeli İddiaçı qaytarılması, bu mümkün olmadıqda onların maddi əvəzi olaraq 4300 (dörd min üç yüz) manat pulun və dövlət rüsumu kimi ödənilmiş 63 (altmış üç) manat pulun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı və X3 xx.xx.2014-cü il tarixli239 saylı akt üzrə nikaha daxil olublar. Nikahın davam etdiyi müddət ərzində ailənin qohumları tərəfindən İddiaçı hədiyyə olaraq halqa və damla şəklində 2 qızıl (750 əyar) sırğa verilmişdir. Bundan əlavə İddiaçıcehiz olaraq mebel də gətirmişdir. Nikah pozulduqdan sonra iddiaçı mebelinin qaytarılmasını tələb etmişdir. Cavabdeh daşına bilən mebeləşyalarını qaytarmışdır. Mətbəx mebelinə gəldikdə isə söküb qaytarmaq yerinə maddi pulekvivalentini verməyi təklif etmiş, iddiaçı da bu təklifi qəbuletmişdir. Daha sonra isə ev həmin mətbəx mebeli ilə birlikdə satılmışdır. İddiaçı və X1 birgə nikahından xx.xx.2014-cü il tarixində X4 dünyaya gəlmişdir. Qohumlar tərəfindən X5 uşaq üçün bir qızıl (750 əyar) qolbağı və uşağın adı yazılmış qızıl (585 əyar) boyunbağı hədiyyə olaraq verilmişdir. Bakışəhəri Səbail Rayon Məhkəməsinin e2-(009)-1373/2022 saylı xx.xx.2022ci il tarixli Qətnaməyə əsasən İddiaçı və X1 nikahına xitam verilmiş, nəticədə İddiaçı təsərrüfatınıayıraraq öz valideynlərinin evində məskunlaşmışdır. Lakin Cavabdeh2 və Cavabdeh1 İddiaçı məxsus olan 2 ədəd qızıl sırğa (1-i halqa, 1-i damla şəklində), uşaq üçün bir ədəd qızıl qolbağı və 1 ədəd uşağın adı yazılmış qızıl boyunbağı və mətbəx mebelini İddiaçı qaytarmamışdır. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə verərək, dəyəri – 280 (iki yüz səksən) manat olan 1 ədəd 750 əyar, 1.5 qram çəkidə halqa formalı qızıl sırğa, dəyəri 430 (dörd yüz otuz) manat olan 1 ədəd 585 əyar, 3.0 qram çəkidə damla formalı qızıl sırğa və dəyəri 1500 (min beş yüz) manat olan Mətbəx mebeli İddiaçı qaytarılması, bu mümkün olmadıqda onların maddi əvəzi olaraq ümumilikdə 2210 (iki min iki yüz on) manatın və dövlət rüsumu kimi ödənilmiş 63 (altmış üç) manat pulun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi-vəkili ərizə göndərərək məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə qanunda nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməisinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin-vəkilinin izahatını dinləyib, toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. 27 yanvar və 05 fevral 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclaslarında iştirak etmiş Cavabdeh2 bildirmişdir ki, iddiaçının cehiz olaraq gətirdiyi mebeli digər ev ilə birlikdə 2013- 2014-cü illərdə satmışdır. Daha sonra yeni av alıb təmir edənədək 1-2 il iddiaçı ilə bir yerdə yaşamışlar. Yeni evdəki mebelləri o, öz hesabına düzəltdirmişdir. Mebellərin düzəldilməsi üçün 3000 manat pul ödəmişdir. Həmin evi də 2023-cü ildə satmışdır. Boyubağı üzərində klonu ilə birlikdə hazırda onun evindədir. İddiaçının mətbəx mebelinin dəyəri kimi 1300 manat pulu iddiaçıya ödəməyə razıdır. 05 fevral 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 bildirmişdir ki, 585 əyar sırğanı bir neçə ay əvvəl 105 manata satmışdır. 05 fevral 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində dindirilən X2 bildirmişdir ki, iddiaçını və onun keçmiş həyat yoldaşını tanıyır. İddiaçının atasının sifarişi əsasında təxminən 2014-cü ildə usta mətbəx mebelini hazır etdikdən sonra mebeli iddiaçının yaşayacağı Badamdarda yerləşən həyət evinə aparmağa kömək etmişdir. Mebelin dəyəri təxminən 1300-1400 manat idi. 05 fevral 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində dindirilən X6 bildirmişdir ki, 2022-ci ildə mətbəx mebelini Cavabdeh2 sifarişi əsasında 3500 manat pul müqabilində hazırlamışdır. Cavabdeh2 sifarişi özü üçün sifariş etmişdir və ödənişi də özü etmişdir.İş materiallarında olan mətbəx mebelinin fotosu mənim quraşdırdığım mebelə aiddir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə X3 ailə qurmuşlar. Ailə qurduqdan sonra iddiaçı cehiz əşyaları ilə birlikdə cavabdehlərin yaşadığı mənzilə gəlin köçmüş və orada yaşamışlar. Sonradan tərəflər arasındakı nikah pozulmuşdur. Hazırda iddiaçı ona məxsus mətbəx mebelinin və qızıl-zinət əşyalarının qaytarılması, bu mümkün olmazsa dəyərinin cavabdehdən tutulmasını xahiş edir. Məhkəmə ilk öncə “mətbəx mebelinə görə 1500 manat pulun cavabdehdən tutulması”na münasibətdə qeyd edir ki, tələb bu hissədə qismən əsaslıdır. Belə ki, iddiaçının özünün dəvət etdiyi şahidin də bildirdiyinə əsasən iddiaçının gəlin köçərkən sifariş etdiyi mətbəx mebelinin qiyməti təqribi 1300-1400 manat civarında olmuşdur. Eyni zamanda cavabdeh tərəfindən dəvət edilən şahid iddiaçının təqdim etdiyi mətbəx mebelinin fotoşəklinə baxış keçirərək həmin mebelin iddiaçının iddia etdiyi kimi gəlin köçərkən özü ilə aparmış olduğu mebel olmadığını, Cavabdeh2 sifarişi əsasında hazırlanmiş mebel olduğunu və dəyərinin də onun özü tərəfindən ödənildiyini bildirmişdir. Cavabdeh2 məhkəmənin gedişində iddiaçının cehiz gətirdiyi mətbəx mebelini həmin mebelin yerləşdiyi ev ilə birlikdə satdığını etiraf etmiş və həmin məbləği ödəməyə hazır olduğunu bildirmişdir. İddiaçı isə iddia etdiyinin əksinə olaraq, mətbəx mebelinin dəyərinin ilkin olaraq 3000 manat, sonradan isə 1500 manat təşkil etdiyini məhkəmə gedişatında sübut edə bilməmişdir. Bu səbəbdən mətbəx mebelinin dəyəri kimi 1300 manat məbləğində pul vəsaiti cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə “qızıl-zinət əşyalarının dəyərinin tutulması” hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı 2 ədəd 750 əyar olan qızıl sırğanın cavabdehlərdə qalmasını iddia etsə də, məhkəmənin gedişində Cavabdeh1 izahatından da məlum olmuşdur ki, həmin qızıllardan biri 750 əyar, digəri isə 585 əyar olmuşdur. Cavabdehin həmin qızılları satdığını bildirməsini cavabdeh tərəfindən məhkəmədə səmimi etiraf kimi qəbul edərək, məhkəmə qızılların əyarlarının da həqiqətən 750 və 585 əyar olduğu qənaətinə gəlir. "xxxx" MMC-nin 05 may 2025-ci il tarixli rəyində qeyd edilir ki, bir ədəd 1,5 qram çəkidə 750 əyar qızıl sırğanın bazar dəyəri 280 manat, bir ədəd 3 qram çəkidə 585 əyar qızıl sırğanın bazar dəyəri 430 manat təşkil edir. AR Mülki Məcəlləsinin 135.2-ci, 135.4 və 135.5-ci maddələrinə əsasən əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. Əşyalar daşınmaz və daşınar ola bilər. Daşınmaz əşyalara aid edilə bilməyən bütün əşyalar daşınar əşyalar sayılır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər-birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətindədir Ailə Məcəlləsinin: 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 33.2-ci maddəsinə əsasən ər-arvadın rəsmi reyestrdə qeydə alınmalı olmayan ümumi daşınar əmlakı üzərində sərəncam əqdini onlardan biri həyata keçirirsə, bu halda güman edilir ki, o, digərinin razılığı ilə hərəkət edir. 33.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək ər-arvada məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında digər əvəssiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hərbirinin əmlakıdır). 34.2-ci maddəsinə əsasən zinət əşyaları istisna olunmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də ər-ərvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. İddiaçının irəli sürdüyü tələbin mahiyyətindən göründüyü kimi onun mübahisələndirdiyi əmlaklar rəsmi reyestrdə qeydə alınmalı olmayan daşınar əmlaklardır və həmin əmlakların bir qismini özü almış, bir qismi isə ona hədiyyə şəklində verilmişdir. Yəni mübahisəli əmlaklar iddiaçıya hədiyyə şəklində verildiyindən, həmin əmlaklar tərəflərin birgə nikah dövründə əldə edilən əmlakı kimi hesab olunmur. Belə olan halda məhkəmə qeyd edir ki, iddiaçının mübahisələndirdiyi əmlaklar ona məxsus olduğundan və birgə əmlak hesab olunmadığından, cavabdehlərin həmin əmlaklarla bağlı sərəncam əqdini bağlamağa hüququ olmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, mübahisəli əmlaklar cavabdehlər tərəfindən iddiaçıya qaytarılmadığından, o, ona məxsus əmlakların dəyərini cavabdehlərdən tələb etməkdə tam haqlıdır. Beləliklə, mətbəx mebelinin dəyəri kimi 1300 manat və 2 ədəd 750 və 585 əyar qızıl sırğaların dəyəri kimi 280 və 430 manat olmaqla, ümumilikdə 2010 manat pul cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. AR MPM-nin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. 2010 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 35 manat hissəsi Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən təqdim edildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ
Məhkəmə qərarları › İş №e-2(009)-324/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-324/2025
13.06.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver