Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-359/2024 09.02.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X2 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2 Əlibaba oğlunun – Cavabdeh qarşı «zərər və s.» tələbinə dair iddia ərizəsi üzrə mülki işə 09 fevral 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Əlibaba oğlu – Cavabdeh qarşı «zərər və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 19 saylı mənzilə dəymiş ziyanın müəyyənləşdirilərək tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflər məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının tərəflərin iştirakı olmadan keçirilməsini və barışıq sazişinin təsdiq olunmasını xahiş etmişdirlər. X1 məhkəməyə təqdim edib, Azərbaycan Respublikası MPM-nın 191-ci, 261-ci və 262-ci maddələrinin məzmununun onlara tam aydın olmasını bildirərək aralarında bağladıqları barışıq sazişinin aşağıdakı şərtlərini təsdiq etməklə işin icraatına xitam verilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişlər:
1. Tərəflər bəyan edirlər ki, 1-ci tərəfə məxsus Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsi 38 ünvanda yerləşən 19 saylı mənzil və 2-ci tərəfə məxsus Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov küçəsi 102 ünvanda yerləşən qeyri yaşayış sahəsi arasında ortaq divarlar vardır. 2-ci tərəf qeyri yaşayış sahəsini söküb yerində 9 metrədək hündürlükdə olan qeyri yaşayış binası tikmək istəyir. 1-ci tərəf isə onun razılığı olmadan ortaq divarların sökülməsinə, qeyri yaşayış sahəsi tikilən zaman onun mənzilinin divarları ilə qanunla tələb olunan ara məsafəsi ölçüsünün saxlanılmasını və söküntü zamanı ona dəymiş, mənzilinin divarlarında əmələ gəlmiş çatların və digər zərərlərin əvəzinin ödənilməsini tələb edir.
2. Tərəflər arasında 1-ci tərəfin iddiası ilə bağlı Bakı şəhəri Səbail rayon Məhkəməsində (hakim İlkin Rüstəmli) e-2(009)-359/2024 saylı mülki və Bakı İnzibati məhkəməsində (hakim Mehriban Qarayeva) inzibati işlər vardır. Həmin işlər üzrə 1-ci tərəf aşağıdakı tələbləri irəli sürüb: 1) Cavabdehin Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsi 38 ünvanda bizə məxsus 19 saylı mənzilinə bitişik və həmin mənzil ilə ara məsafəsi ölçüsündə hər hansı tikinti və söküntü işlərinin aparılmasına son qoyulsun. 2) ünvan 1 ünvanda bizə məxsus 19 saylı mənzilinə dəymiş ziyan müəyyən edilərək cavabdehdən tutulub bizə ödənilsin.
3. Hazırda tərəflər aralarında yaranmış mübahisənin sülh yolu ilə həll edilməsi qərarına gəlmişlər.
4. 2-ci tərəf ünvan 8da yerləşən qeyri yaşayış sahəsinin sökülməsi zamanı Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsi 38 ünvanda yerləşən 19 saylı mənzilin divarlarında yaranmış çatların və digər dəymiş zərərlərin aradan qaldırılması üçün hər iki obyekt arasında ortaq divar boyu həmin divar istiqamətində və ona bitişik 16m uzunluqda 5.5m hündürlükdə yeni divarın hörülməsini, içəridən suvanmasım və boyanmasım, mənzilin keçid hissəsinin 30m2 damının yenidən vurulmasını, daş yunu ilə izolyasiya olunmasını, keçidin tavanının alçipanla üzlənməsini, boyanmasım, öncədən ortaq divara birləşdirilmiş, mənzilin həyətini örtən dam konstruksiyasının ortaq divar tərəfinin hörülməsini, suvanmasım, ortaq divara çatmayan hissələrin metal lövhələrlə örtülməsi işlərinə 20.000 (iyirmi min) manat vəsait ayrılmasını və 1-ci tərəfə təqdim edilməsini öhdəsinə götürür, 1-ci tərəf isə Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov küçəsi 102 ünvanda yerləşən qeyri yaşayış sahəsində adıçəkilən hissədə ortaq divarlar boyu, ortaq divarlara bitişik söküntü və yan divarlarının hündürlüyü 9 metrədək, bünövrəsinin dərinliyi 50 sm-dan çox olmayan qeyri yaşayış sahəsinin tikməsinə razılıq verir.
5. 2-ci tərəf aşağıdakı öhdəlikləri yerinə yetirməyi üzərinə götürür:
5.1 ünvan 8da yerləşən qeyri yaşayış sahəsinin sökülməsi zamanı ünvan 1 ünvanda yerləşən 19 saylı mənzilin divarlarında yaranmış çatların və digər dəymiş zərərlərin aradan qaldırılması üçün hər iki obyekt arasında ortaq divar boyu həmin divar istiqamətində və ona bitişik 16m uzunluqda 5.5m hündürlükdə yeni divarın hörülməsi, içəridən suvanması və boyanması, mənzilin keçid hissəsinin 30m2 damının yenidən vurulması, daş yunu ilə izolyasiya olunması, keçidin tavanının alçipanla üzlənməsi, boyanması, öncədən ortaq divara birləşdirilmiş, mənzilin həyətini örtən dam konstruksiyasının ortaq divar tərəfinin hörülməsi, suvanması, ortaq divara çatmayan hissələrin metal lövhələrlə örtülməsi işlərinə 20.000 (iyirmi min) manat vəsait ayrılması və 1-ci tərəfə təqdim edilməsi 5.2 Vəsait 1-ci tərəfə təqdim olunduqdan sonra özünə məxsus sahədə ortaq divarlara bitişik sahələrdə sökuntü və tikinti işlərinə başlaması
5.3 Göstərilən vəsait təmir işlərinin başa çatdırılmasına kifayət etmədikdə əlavə pul vəsaitinin ayrılması (5000 manatdan cox olmamaq şərti ilə);
5.4 ünvan 8da yan divarlarının hündürlüyü 9 metrdən artıq olmayan, bünövrəsinin dərinliyi 50 sm-dan çox olmayan qeyri yaşayış sahəsinin tikilməsi
5.5 ünvan 1 ünvanda yerləşən 19 saylı mənzil və 2-ci tərəfə məxsus Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov küçəsi 102 ünvanda yerləşən qeyri yaşayış sahəsi arasında ortaq divarlar boyu 1-ci tərəfin mənzilinin üzərində fəza boyu balkon tikilməməsi və digər çıxıntılara yol verilməməsi
5.6 1-ci tərəfə məxsus ünvan 1 ünvanda yerləşən 19 saylı mənzil və 2-ci tərəfə məxsus Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov küçəsi 102 ünvanda yerləşən qeyri yaşayış sahəsi arasında əvvəllər mövcud olmuş ortaq divarlar, bu sazişlə həmin ortaq divarlar istiqamətində yenidən tikilmiş hasar üzərində hər hansı söküntü işlərini aparmamağı
6. 1-ci tərəf aşağıdakı öhdəlikləri yerinə yetirməyi üzərinə götürür:
6.1 2-ci tərəfin ünvan 8da yerləşən qeyri yaşayış sahəsində adıçəkilən hissədə ortaq divarlar boyu, ortaq divarlara bitişik söküntü və yan divarlarının hündürlüyü 9 metrdən çox olmayan, bünövrəsinin dərinliyi 50 sm-dan çox olmayan qeyri yaşayış sahəsinin tikməsinə razılıq verilməsi
6.2 Adıçəkilən məhkəmə işlərinin barışıqla sonlandırılması
6.3 2-ci tərəfin ünvan 8da yerləşən qeyri yaşayış sahəsində adıçəkilən hissədə ortaq divarlar boyu, ortaq divarlara bitişik söküntü və yan divarlarının hündürlüyü 9 metrdən çox olmayan, bünövrəsinin dərinliyi 50 sm-dan çox olmayan qeyri yaşayış sahəsinin tikməsinə hər hansı maneələri yaratmamağı
7. Tərəflər razılaşırlar ki, ünvan 1 ünvanda yerləşən 19 saylı mənzil və ünvan 8da yerləşən qeyri yaşayış sahəsi arasında əvvəllər mövcud olmuş divar, bu divar istiqamətdə tikilmiş yeni divar 1-ci tərəfə məxsusdur.
8. Bu saziş imzalandığı andan qüvvəyə minir və 2-ci tərəf öz öhdəliklərini bu saziş qüvvəyə mindiyi gündən 1 ay ərzində yerinə yetirməlidi.
Məhkəmə iş materiallarını nəzərdən keçirib, barışıq sazişinin şərtlərini və işin hallarını müzakirə edərək, barışıq sazişinin təsdiq edilməməsi üçün əsasların olmadığını və bu Sazişin onların mənafeyinə uyğun olmasını nəzərə alaraq, tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini mümkün hesab edir. Belə ki, AR MPM-nin: 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinin məzmunu tərəflərə izah edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 191.2 261.0, 261.0.5, 262, 263-264.266-268 maddələrini rəhbər tutaraq məhkəmə
QƏRARA ALDİ:
İddiaçı1 Əlibala oğlu, İddiaçı2 və Cavabdeh arasında bağlanmış xx.xx.2024-ci il tarixli aşağıdakı məzmunda olan Barışıq Sazişi təsdiq edilsin:
1. Tərəflər bəyan edirlər ki, 1-ci tərəfə məxsus Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsi 38 ünvanda yerləşən 19 saylı mənzil və 2-ci tərəfə məxsus Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov küçəsi 102 ünvanda yerləşən qeyri yaşayış sahəsi arasında ortaq divarlar vardır. 2-ci tərəf qeyri yaşayış sahəsini söküb yerində 9 metrədək hündürlükdə olan qeyri yaşayış binası tikmək istəyir. 1-ci tərəf isə onun razılığı olmadan ortaq divarların sökülməsinə, qeyri yaşayış sahəsi tikilən zaman onun mənzilinin divarları ilə qanunla tələb olunan ara məsafəsi ölçüsünün saxlanılmasını və söküntü zamanı ona dəymiş, mənzilinin divarlarında əmələ gəlmiş çatların və digər zərərlərin əvəzinin ödənilməsini tələb edir.
2. Tərəflər arasında 1-ci tərəfin iddiası ilə bağlı Bakı şəhəri Səbail rayon Məhkəməsində (hakim İlkin Rüstəmli) e-2(009)-359/2024 saylı mülki və Bakı İnzibati məhkəməsində (hakim Mehriban Qarayeva) inzibati işlər vardır. Həmin işlər üzrə 1-ci tərəf aşağıdakı tələbləri irəli sürüb: 1) Cavabdehin Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsi 38 ünvanda bizə məxsus 19 saylı mənzilinə bitişik və həmin mənzil ilə ara məsafəsi ölçüsündə hər hansı tikinti və söküntü işlərinin aparılmasına son qoyulsun. 2) ünvan 1 ünvanda bizə məxsus 19 saylı mənzilinə dəymiş ziyan müəyyən edilərək cavabdehdən tutulub bizə ödənilsin.
3. Hazırda tərəflər aralarında yaranmış mübahisənin sülh yolu ilə həll edilməsi qərarına gəlmişlər.
4. 2-ci tərəf ünvan 8da yerləşən qeyri yaşayış sahəsinin sökülməsi zamanı Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsi 38 ünvanda yerləşən 19 saylı mənzilin divarlarında yaranmış çatların və digər dəymiş zərərlərin aradan qaldırılması üçün hər iki obyekt arasında ortaq divar boyu həmin divar istiqamətində və ona bitişik 16m uzunluqda 5.5m hündürlükdə yeni divarın hörülməsini, içəridən suvanmasım və boyanmasım, mənzilin keçid hissəsinin 30m2 damının yenidən vurulmasını, daş yunu ilə izolyasiya olunmasını, keçidin tavanının alçipanla üzlənməsini, boyanmasım, öncədən ortaq divara birləşdirilmiş, mənzilin həyətini örtən dam konstruksiyasının ortaq divar tərəfinin hörülməsini, suvanmasım, ortaq divara çatmayan hissələrin metal lövhələrlə örtülməsi işlərinə 20.000 (iyirmi min) manat vəsait ayrılmasını və 1-ci tərəfə təqdim edilməsini öhdəsinə götürür, 1-ci tərəf isə Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov küçəsi 102 ünvanda yerləşən qeyri yaşayış sahəsində adıçəkilən hissədə ortaq divarlar boyu, ortaq divarlara bitişik söküntü və yan divarlarının hündürlüyü 9 metrədək, bünövrəsinin dərinliyi 50 sm-dan çox olmayan qeyri yaşayış sahəsinin tikməsinə razılıq verir.
5. 2-ci tərəf aşağıdakı öhdəlikləri yerinə yetirməyi üzərinə götürür:
5.1 ünvan 8da yerləşən qeyri yaşayış sahəsinin sökülməsi zamanı ünvan 1 ünvanda yerləşən 19 saylı mənzilin divarlarında yaranmış çatların və digər dəymiş zərərlərin aradan qaldırılması üçün hər iki obyekt arasında ortaq divar boyu həmin divar istiqamətində və ona bitişik 16m uzunluqda 5.5m hündürlükdə yeni divarın hörülməsi, içəridən suvanması və boyanması, mənzilin keçid hissəsinin 30m2 damının yenidən vurulması, daş yunu ilə izolyasiya olunması, keçidin tavanının alçipanla üzlənməsi, boyanması, öncədən ortaq divara birləşdirilmiş, mənzilin həyətini örtən dam konstruksiyasının ortaq divar tərəfinin hörülməsi, suvanması, ortaq divara çatmayan hissələrin metal lövhələrlə örtülməsi işlərinə 20.000 (iyirmi min) manat vəsait ayrılması və 1-ci tərəfə təqdim edilməsi
5.2 Vəsait 1-ci tərəfə təqdim olunduqdan sonra özünə məxsus sahədə ortaq divarlara bitişik sahələrdə sökuntü və tikinti işlərinə başlaması
5.3 Göstərilən vəsait təmir işlərinin başa çatdırılmasına kifayət etmədikdə əlavə pul vəsaitinin ayrılması (5000 manatdan cox olmamaq şərti ilə);
5.4 ünvan 8da yan divarlarının hündürlüyü 9 metrdən artıq olmayan, bünövrəsinin dərinliyi 50 sm-dan çox olmayan qeyri yaşayış sahəsinin tikilməsi
5.5 ünvan 1 ünvanda yerləşən 19 saylı mənzil və 2-ci tərəfə məxsus Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov küçəsi 102 ünvanda yerləşən qeyri yaşayış sahəsi arasında ortaq divarlar boyu 1-ci tərəfin mənzilinin üzərində fəza boyu balkon tikilməməsi və digər çıxıntılara yol verilməməsi
5.6 1-ci tərəfə məxsus ünvan 1 ünvanda yerləşən 19 saylı mənzil və 2-ci tərəfə məxsus Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov küçəsi 102 ünvanda yerləşən qeyri yaşayış sahəsi arasında əvvəllər mövcud olmuş ortaq divarlar, bu sazişlə həmin ortaq divarlar istiqamətində yenidən tikilmiş hasar üzərində hər hansı söküntü işlərini aparmamağı
6. 1-ci tərəf aşağıdakı öhdəlikləri yerinə yetirməyi üzərinə götürür:
6.1 2-ci tərəfin ünvan 8da yerləşən qeyri yaşayış sahəsində adıçəkilən hissədə ortaq divarlar boyu, ortaq divarlara bitişik söküntü və yan divarlarının hündürlüyü 9 metrdən çox olmayan, bünövrəsinin dərinliyi 50 sm-dan çox olmayan qeyri yaşayış sahəsinin tikməsinə razılıq verilməsi
6.2 Adıçəkilən məhkəmə işlərinin barışıqla sonlandırılması
6.3 2-ci tərəfin ünvan 8da yerləşən qeyri yaşayış sahəsində adıçəkilən hissədə ortaq divarlar boyu, ortaq divarlara bitişik söküntü və yan divarlarının hündürlüyü 9 metrdən çox olmayan, bünövrəsinin dərinliyi 50 sm-dan çox olmayan qeyri yaşayış sahəsinin tikməsinə hər hansı maneələri yaratmamağı
7. Tərəflər razılaşırlar ki, ünvan 1 ünvanda yerləşən 19 saylı mənzil və ünvan 8da yerləşən qeyri yaşayış sahəsi arasında əvvəllər mövcud olmuş divar, bu divar istiqamətdə tikilmiş yeni divar 1-ci tərəfə məxsusdur.
8. Bu saziş imzalandığı andan qüvvəyə minir və 2-ci tərəf öz öhdəliklərini bu saziş qüvvəyə mindiyi gündən 1 ay ərzində yerinə yetirməlidi.
İddiaçılar İddiaçı1 və İddiaçı2 Əlibaba oğlunun – Cavabdeh qarşı «zərər və s.» tələbinə dair iddia ərizəsi üzrə 2(009)-359/2024 saylı mülki işin icraatına xitam verilsin.
Tərəflərə izah olunsun ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir.
Qərardaddan 10 gün müddətinə Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: İlkin Rüstəmli