Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-399/2024 27.02.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi X1 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı "maddi və mənəvi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı "maddi və mənəvi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, maddi ziyanın ödənilməsi -4.000 (dörd min) manat, qonşunun göstərdiyi etinasızlığa görə, mənəvi ziyanın ödənilməsi-2.000 (iki min) manat, su sızmalarının qarşısının alınması və təkrarlanmaması və bu iş üzrə 80 (səksən) manat dövlət rüsumu daxil xərclərin ona ödənilməsi və/və ya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı 18 fevral 2024-xx.xx.2024-cü il cü il tarixlərində məhkəməyə ərizə ilə müraciət edərək, iddiadan imtina etdiyini bildirərək bu imtinanın məhkəmə tərəfindən qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının iddiadan imtina edilməsi barədə ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının iddiadan imtina etməsi qəbul edilməli, iş üzrə icraata xitam verilməli və iddiaçıya Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Azərbaycan Respublikası MPM-in 52-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. İddiaçının nümayəndəsi və vəkilinin iddiadan imtina etməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə bu hərəkəti qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə hesab edir ki, iddiaçı tərəf öz iddia tələbindən imtina etməsi barədə iradə ifadəsini yazılı formada ərizə tərtib edərək məhkəməyə təqdim etmişdir, iddiaçının öz iddia tələbindən imtina edilməsi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Ona görə də, məhkəmə iddiadan imtinanın qəbul olunmasını və Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinin məzmunu izah edilməklə iş üzrə icrata xitam verilməsini mümkün hesab edir. Azərbaycan Respublikası MPM-in 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Azərbaycan Respublikası MPM-nin 114.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə dövlət rüsumu qaytarılır. Odur ki, ödənilmiş 80 (səksən) manat dövlət rüsumu İddiaçı qaytarılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı "maddi və mənəvi zərərin ödənilməsi" tələbinə dair mülki iş üzrə İddiaçı iddiadan imtinası qəbul edilməli və iş üzrə icraata xitam verilməli, MPM-in 262.4-cü maddəsinin tələbləri iddiaçıya izah olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 191, 261-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı "maddi və mənəvi zərərin ödənilməsi" tələbinə dair mülki iş üzrə İddiaçı iddiadan imtinası qəbul edilsin və iş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəməyə müraciət etmək üçün İddiaçı tərəfindən ödənilmiş 80 (səksən) manat məbləğində dövlət rüsumu (xx.xx.2023-cü il tarixli ********** saylı qəbz) ona geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №e-2(009)-399/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-399/2024
27.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver