Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-40/2023 24.01.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Rufullayeva Rövşanə Elşən qızının katibliyi ilə, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs-Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti qeyd edilməklə Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Bakı şəhəri, Səbail rayonu, M.Muxtarov küçəsində 7 saylı evin 21 nömrəli mənzil onun xüsusi mülkiyyətindədir. Eyni saylı evin 22 nömrəli mənzili isə iş üzrə Cavabdeh xüsusi mülkiyyətindədir. 2006-cı ildə qonşuları Reyhan Sultanovanın evi uçduqdan sonra iddiaçı və cavabdeh X2 istifadəsində olan ümumi aynabənd və ümumi giriş qapısı olan dəhliz qəzalı vəziyyətə düşmüşdür. Aidiyyəti təşkilatlara müraciət edilsə də nəticəsiz qalmışdır. Müraciətlərinə cavab olaraq vəsaitin olmaması əsas gətirilmiş, məsələyə baxılmamış və nəticədə aynabənd (dəhliz) təmirsiz qalmışdır. Bundan istifadə edən Cavabdeh ondan heç bir icazə almadan, müvafiq layihə sənədləri və icazə olmadan, şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi şəkildə pozmaqla ümumi istifadədə olan pilləkənləri sökərək, pilləkənlərin və ümumi aynabəndin (dəhlizin) bir hissəsinin yerində 3 mərtəbəli tikili (birinci mərtəbəsi ofis, ikinci və üçüncü mərtəbə yaşayış evi olmaqla) tikmişdir. Ümumi aynabəndin (dəhlizin) yerdə qalan uçmuş hissəsini, yəni iddiaçıya məxsus mənzilin mətbəxi ilə sanitar qovşağının qabağını o təmir etməyə məcbur olmuşdur. Cavabdeh iddiaçıya məxsus aynabəndin girişini dəyişəcəyinə və qalan hissədən istifadə etməyəcəyinə söz versə də, əməl etməmişdir. Bu müddət ərzində aynabənd qapısız qalmış və hər kəs istifadə etməyə başlamışdır. İddiaçı 22 yanvar 2015-ci il tarixində öz vəsaiti hesabına qapı qoydurmuşdur. Lakin Cavabdeh Səbail Rayon İcra Hakimiyyətinə, MİS-nə və sahə müvəkkilliyinə şikayət edərək onun tərəfindən qapı qoymaq üçün aparılmış tikintini sökməyi tələb etmiş, aralarında olan razılaşmadan xəbərsiz olan təşkilatlar isə xx.xx.2015-ci il tarixində həmin tikilini sökmüş və iddiaçının mənzili yenə qapısız qalmışdır. Cavabdeh onu aldadaraq pilləkən və dəhlizin yerində tikili tikmişdir. Sözü gedən qanunsuz tikilinin və quraşdırılmış pilləkənin cavabdeh tərəfindən sökülməsi tələbi ilə iddiaçı tərəfindən məhkəməyə müraciət edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(009)-15/2016 saylı qətnaməsi ilə iddiası təmin edilmişdir. Cavabdeh tərəfindən bu qətnamədən Apellyasiya şikayəti verilsə də, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-8/20 saylı qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi qüvvədə saxlanılmış, həmin qətnamədən də narazı qalan cavabdeh kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(102)-2656/2021 saylı qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılaraq qanuni qüvvəsini almışdır. Həmçinin iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs- Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti də öz qanunsuz əməli ilə cavabdehlə əlbir olaraq iddiaçının mülkiyyət hüquqlarının pozulmasında iştirak etmiş, maddi və mənəvi zərərə məruz qalmağına səbəb olmuşdur. Belə ki, Səbail RİH Başçısının xx.xx.2012-ci il tarixli, 119 saylı sərəncamı ilə Cavabdeh mülkiyyətində olan, M.Muxtarov küçəsi 7 saylı evin 22 saylı mənzilinin, birinci mərtəbədə yerləşən mövcud yaşayış sahəsi daxil olmaqla 6 otaqlı yaşayış sahəsinin 128,4 kv.m, köməkçi sahəsinin 17,95 kv.m, ümumi sahəsinin 146,35 kv.m olduğu təsdiq edilmiş, habelə həmin sərəncamla cavabdeh qurum səlahiyyətli dövlət orqanından Cavabdeh adına bu ölçülərə uyğun çıxarışın verilməsini xahiş etmişdir. Halbuki, Səbail RİH-nin həmin sərəncamında gösərdiyi ölçülər reallığa uyğun gəlmir, mövcüd ölçülərdən xeyli miqdarda şişildirmişdir. Çünki, Cavabdeh məxsus 22 nömrəli mənzilin otaq sayı 6 deyil, 3, ümumi sahəsi 146,35 kv.m deyil, 65,1 kv.m-dir. Beləliklə, Səbail RİH-nin sözügedən sərəncamının ləğvi ilə bağlı tərəfindən o zamanki inzibatiiqtisadi məhkəməsinə müraciət edilmiş və birinci instansiya məhkəməsi iddianı təmin etməsə də, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)- 1762/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş və iddiası təmin edilərək Səbail Rayon İcra Hakimiyyətinin xx.xx.2012-ci il tarixli,119 saylı sərəncamı qanunsuz olduğu üçün ləğv edilmişdir. Ali Məhkəmənin İnzibati- İqtisadi Kollegiyasının 2-1(102)-356/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1762/2019 saylı,xx.xx.2019-cu il tarixli qərarı qanuni qüvvəyə minmişdir. Yuxarıda qeyd olunan məhkəmə prosesləri yekunlaşdıqdan sonra cavabdehin qanunsuz əməlləri nəticəsində iddiaçıya dəyən maddi zərərin həcmini müəyyən etmək məqsədi ilə tərəflərindən qiymətləndirmə təşkilatı olan "xxxx" MMC-yə müraciət edilmiş, onlarla iddiaçının qızı X6 arsında müqavilə bağlanmış və mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış binasında aparılmış yenidənqurma işləri nəticəsində 21 saylı mənzilə dəymiş zərərin müəyyən edilməsi üzrə qiymətləndirmə işi aparılmışdır. Aparılmış araşdırma nəticəsində "xxxx" MMC tərəfindən MB-13/1137 nömrəli Qiymətləndirmə Hesabatı tərtib edilmiş və həmin hesabatda iddiaçının mənzilinə dəymiş ziyanın xx.xx.2020-ci il tarixinə olan bazar dəyərinin 23.176 manat təşkil etdiyi təsdiq edilmişdir. Beləliklə, işin yuxarıda qeyd etdiyi faktiki hallardan, habelə ekspert araşdırmasından da göründüyü kimi, cavabdehin qanunsuz əməlləri nəticəsində iddiaçıya xeyli miqdarda maddi ziyan dəymiş, həmçinin iddiaçı onun və Səbail RİH-nin bu qanunsuz əməlləri nəticəsində illərlə məhkəmələrdə sürünmüş, hüquqi və digər xidmətlər üçün xərc çəkmiş, əsəb-stress keçirmiş, səhhətində problem meydana gəlmişdir ki, bütün bunlar da onun mənəvi sarsıntı və əzab keçirməsinə səbəb olmuşdur. Göstərilənləri nəzərə alaraq iddiaçı cavabdehin qanunsuz əməlləri nəticəsində ona dəymiş 23.176 manat maddi zərər və 10.000 manat mənəvi zərər, habelə peşəkar hüquqi xidmət üçün vəkil xərci olaraq ödədiyi 110 manat və iddianın qaldırılması üçün ödədiyi 193 manat dövlət rüsumunun Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə bildirmişdir ki, həm ekspertiza, həm də yerli baxış zamanı cavabdeh tərəfindən aparılmış yenidənqurma işləri nəticəsində iddiaçının Bakı şəhəri, Səbail rayonu, M.Muxtarov küçəsində yerləşən 7 saylı evin 21 nömrəli mənzilinə hər hansı ziyanın dəyməsi sübuta yetirilməmişdir. Odur ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə iş materiallarını araşdırıb, cavabdehin nümayəndəsinin izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-2656/2021 saylı qərarından görünür ki, İddiaçı ərizə ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan Bakı şəhəri, M.Muxtarov 7, mənzil 21-də ümumi istifadədə olan və Cavabdeh tərəfindən yerində tikilmiş özbaşına tikilinin, yükdaşıyan divarlar istisna olmaqla sökülməsi, cavabdeh tərəfindən sökülmüş pilləkənin və əvvəlki vəziyyətin cavabdehin hesabına bərpa edilməsi, iddiaçının mülkiyyətində olan mənzildən istifadəsinə cavabdeh tərəfindən yaradılmış maneələrin cavabdehin hesabına aradan qaldırılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim A.Tağıyev) 26 yanvar 2016-cı il tarixli, 2(009)- 15/2016 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-İ.Şirinov (sədrlik edən və məruzəçi), T.Səmədov və A.Tanrıverdiyev) 04 noyabr 2020-ci il tarixli, 2(103)-8/20 nömrəli qətnaməsi ilə cavabdeh X2 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 26 yanvar 2016-cı il tarixli qətnaməsi onun apellyasiya şikayətinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-2656/2021 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8/2020 nömrəli iş üzrə 04 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan "xxxx" MMC X4 ünvanladığı MB-13/1137 nömrəli məktubundan görünür ki, X3 mənzilinə dəymiş ziyanın xx.xx.2020-ci il tarixinə olan bazar dəyərinin 23.176 manat təşkil etdiyi qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/5374 nömrəli, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Səbail rayonu, M.Muxtarov küçəsi, 7 saylı evin, 22 nömrəli mənzilin mülkiyyətçisi tərəfindən aparılmış tikinti işləri nəticəsində Səbail rayonu, M.Muxtarov küçəsi, 7 saylı evin 21 saylı mənzilinə ziyanın dəydiyi müəyyən olunmamışdır. (ekspertiza dəyəri 100 manat) Məhkəmə qeyd edir ki, iddiaçı cavabdeh tərəfindən aparılmış yenidənqurma işləri nəticəsində mənzilinə 23.176 manat maddi ziyanın vurulmasını iddia etsə də, bu halları təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdm edə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ-ci bəndinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçreyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə) üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Həmin Məhkəmənin Van de Huk Niderlanda qarşı işi üzrə 19 aprel 1994-cü il tarixli qərarında göstərilmişdir ki, sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Məhkəmə xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Göründüyü kimi Konstitusiya Məhkəməsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında formalaşan hüquqi mövqeyə görə prosessual qanunvericilik hər bir tərəfin üzərinə öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi qoyur. Eyni zamanda həmin sübutlar həqiqəti əks etdirməli və təkzibolunmaz şəkildə iddia edən şəxsin dəlillərini təsdiq etməlidir. Məhz həmin mövqedən çıxış edərək məhkəmə qeyd edir ki, iddiaçı cavabdeh tərəfindən aparılmış yenidənqurma işləri nəticəsində ona maddi ziyan vurulmasını iddia etsə də, bununla bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə məhkəmə iclasında Cavabdeh tərəfindən aparılmış yenidənqurma işləri nəticəsində 23176 manat maddi ziyanın vurulmasını təsdiq edən mötəbər sübutlar iddiaçı tərəfindən təqdim edilmədiyindən, İddiaçı iddia tələbi maddi ziyanın tutulması hissəsində əsassız hesab edilməli və təmin edilməməlidir. Məhkəmə iddia tələbinin vurulmuş mənəvi ziyana görə 10000 manat pulun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə də tələb təmin edilməməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7№-li qərarınına əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri – əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin hərəkətləri nəticəsində 10000 manat mənəvi ziyan çəkməsini göstərsə də, bu halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin hissədə də tələb əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən həmin xərclər iddiaçının özünə aid edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, aparılmış məhkəmə-tikinti-texniki ekspertizasının dəyəri olan 100 (bir yüz) manat İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN**********; AZ34CTRE********************, X1, KOD210005; VÖEN**********; Müxbir hesab Az41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməkləə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı cavabdehdən 23.176 (iyirmi üç min yüz yetmiş altı) manat maddi zərərin, 10.000 (on min) manat mənəvi zərərin, vəkil xərci olaraq 110 (bir yüz on) manat və ödədiyi 193 (bir yüz doxsan üç) manat dövlət rüsumunun tutulması barədə iddia tələbləri əsassız olduğu üçün təmin edilməsin. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-tikinti-texniki ekspertizasının dəyəri olan 100 (bir yüz) manat İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN**********; AZ34CTRE********************, X1, KOD210005; VÖEN**********; Müxbir hesab Az41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №e-2(009)-40/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-40/2023
24.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver