Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-513/2024 08.04.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Rüstəmova Çinarə Mübariz qızının katibliyi, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının ali təhsil haqqında diplomunun, köhnə və yeni pasportunun, evlənmək haqqında şəhadətnamənin, azyaşlı qızının şəklinin, qara rəngli çantasının və içindəki qızıl-zinət əşyalarının-dəyəri 300 manat olan 1 ədəd “Pandora” markalı qızıl sırğa, dəyəri 3000 manat olan 1 ədəd “Cartier” markalı qızıl sırğa, dəyəri 3500 manat olan 1 ədəd tək qaşlı brilyant sırğa və dəyəri 500 manat olan 1 ədəd “Roberto” markalı qızıl sırğanın cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı, 14 sentyabr 2022-ci il tarixdən hazırda Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti 25E ünvanında, Ag şəhər ofis binasında 3cü mərtəbədə fəaliyyət göstərən "Pazİ Qroup” Rsixo-Sosial Reabilitasiya Mərkəzinə psixopedaqoq vəzifəsinə işə götürülüb və ona psixoloji və fiziki qüsurları olan uşaqlarla işləmək tapşırılıb. İddiaçı 18 iyul 2023-cü il tarixində işdən azad olmaq üçün müraciət etmiş, lakin işlədiyi Mərkəzin direktoru, Cavabdeh onun ərizəsini qəbul etməmiş və bir neçə gün sonra mərkəzin digər əməkdaşları ilə birlikdə xarici ölkəyə getdiyindən mərkəzin fəaliyyətində qısa müddətli fasilə yaranmışdır. Bundan bir neçə gün sonra İddiaçı hüquqlarının müdafiəsi üçün vəkillə müqavilə bağlamış, habelə dövlət və qeyri-dövlət qurumlarında onu təmisl etmək üçün ona etibarnamə vermişdir. İddiaçının nümayəndə və vəkil 01 avqust 2023-cü il tarixdə mərkəzə gələrək İddiaçı işdən azad olma barədə ərizəsini rəhbərliyə təqdim etmək, habelə ona aid şəxsi əşyalarını götürmək istəmişdir. Lakin mərkəzin rəhbəri Cavabdeh ərizəni qəbul etmədi və şəxsi əşyaları da vermədi. Vəkil məcbur olub rəsmi sorğu və məktubla adı çəkilən mərkəzə müraciət edib İddiaçı işə girmə barədə əmrini və onunla bağlanmış əmək müqaviləsini, habelə onun ofisdə demək olar girov saxlanılan şəxsi əşyalarını, o cümlədən İddiaçı diplomunu, köhnə və yeni pasportunu, evlənmək haqqında şəhadətnaməsini, azyaşlı qızının şəkilini, qara rəngli çantasını və içindəki qızılzinət əşyalarını, 1 ədəd İphone 12 telefonunu, BFL ilə bağlı sənədlərini və 12 ədəd güllərini tələb etdi. Bundan 2 gün sonra mərkəz rəhbərinin imzası ilə bu ərizəyə əlavə edilən məktub və İddiaçı aid olmayan hansısa kağızlar və qutunu poçt kuryeri vasitəsilə aldı. Məlum oldu ki, mərkəzin rəhbəri iddiaçıya aid olan və yuxarıda qeyd edilən şəxsi əşyalarının heç birini ona təqdim etmir və hətta məktubda iddiaçını və vəkilini cinayət törətməkdə suçlu bilir. Hansı ki, özü qanuna zidd əməllər edərək şəxsi əşyaları mənimsəmək istəyir. Ümumiyyətlə mərkəzin rəhbəri Cavabdeh davranışı, psixoloq ixtisası olmayan xanım işçini zorla işə cəlb etmək kimi hədə-qorxuları, vəkilini və onunla işləmək istəməyən İddiaçı xuliqanlıqda ittiham etməsi çox ciddi suallar doğurmaqla müəmmalı məqam yaratmışdı. Cavabdeh mərkəzdə işləyən vaxt İddiaçı psixoloji problemli şəxsləri konsultasiya üçün hər ay onun yanına gətirməyə məcbur etmiş, İddiaçı məcburiyyət qarşısında qalaraq yaxın qohumlarının demək olar hamısını Cavabdeh “qəbuluna” gətirmiş, sonuncu da yüksək pul müqabilində guya həmin çoxsaylı şəxsləri “müalicə etmiş”, lakin bu müalicənin hər hansı bir faydası olmamış və məlum olmuşdiur ki, Cavabdeh sadəcə həmin şəxslərin aldadıb pulunu mənimsəmişdir. Cavabdeh özündə və ya ofisində saxladığı İddiaçı məxsus yuxarıda sadalalan əşyaların ona geri qaytarılmasına kömək etmək məqsədilə vəkil və iddiaçı xx.xx.2023-cü il tarixdə surəti Bakı şəhəri Xətai rayon prokuroruna olmaqla Bakı şəhəri Xətai rayon Polis idarəsinə şikayətlər etmişdir. İddiaçı bu müddət ərzində işə getməsə də, cavabdeh onu işdən çıxarmamış, bununla bağlı vəkil tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə şikayət edilmiş, sonuncunun müdaxiləsindən sonra cavabdeh iddiaçını rəsmən işdən azad etmişdir. Hansı ki, bu müddət ərzində işdən azad edilməməsi və cavabdehin hərəkətləri, o cümlədən şəxsi əşyalarını qaytarmaması və sairlə bağlı iddiaçıda psixoloji gərginlik və sağlamlığında geriləmələr yaranmışdır. Polisə etdikləri şikayət ərizələri üzrə Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 37-ci Polis Bölməsinin təhqiqatçısı Bahadur Ənnağızadə tərəfindən araşdırma aparılmış, ərizədə göstərilən xususatlar təsdiqini tapmış, 1 ədəd İphone12 telefonunun onda olmasını əvvəlcə inkar edən Mərkəzin direktoru Cavabdeh daha sonra etiraf edərək telefonu qaytarsa da, digər əşyaları qaytarmamış, daha sonra araşdırmanın nəticəsi olaraq təhqiqatçı 08 sentyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edərək mübahisənin mülki qaydada məhkəmə vasitəsilə həll edilməsini tövsiyyə etmişdir. Hazırda uzun müddədir ki, iddiaçıya məxsus cavabdehdə qalan əşyaları ondan geri ala bilmirlər, polis və prokurorluq cavabdehin əməlində kriminal olmadığını iddia edərək məhkəmədə ona qarşı iddia tələbi verməyi məsləhət bilir. Ona görə də, məhkəmədə iddia qaldıraraq cavabdehdə qalan şəxsi əmlaklarını tələb etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, lakin iddiaçının nümayəndə və vəkili Nümayəndə1 məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasında xəstəliyi səbəbindən iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndə və vəkili Nümayəndə2 iddianı qəbul etmədiyini və iddianın əsassız olduğunu qeyd edərək onun rədd olunmasını və işə iddiaçının iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən, tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Cavabdeh tərəfindən işə iddiaçının iştirakı olmadan baxılması tələb edildiyindən məhkəmə, mübahisəyə mahiyyəti üzrə baxılmasını mümkün hesab xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbini qəbul etməyərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və bildirmişdir ki, İddiaçı “X6-Sosial Reabilitasiya Mərkəzi” MMC-də psixopedaqoq vəzifəsində işləmiş, eyni zamanda həmin cəmiyyətdə tətbiq edilən İDDO Psixi Sağlamlıq Proqramının rəhbəri olmuşdur. Məhz bu proqramın rəhbəri olduğu üçün Niderlandda təşkil olunan təlimdə iştirak etməsi səbəbdən də viza almaq və lazımı sənədləri toplamaq vacib idi. Amma bu sənədlərə diplom, köhnə və yeni pasport, evlənmək haqqında şəhadətnamə, azyaşlı qızının şəkili aid deyil. Yəni cavabdeh həmin cəmiyyətin direktoru olmaqla, İddiaçı bu sənədləri tələb etməyib ki, o gətirib bu sənədləri həmin cəmiyyətə versin. Əgər İddiaçı o sənədləri ofisə özü şəxsi istəyi ilə qoyubsa, Cavabdeh buna görə məsuliyyət daşımır və eyni zamanda bu halın real olması şübhə altındadır. “X6-Sosial Reabilitasiya Mərkəzi” MMC-nin müəyyən əməkdaşlarının avropaya səyahətləri üçün vacib olan, yəni vizanı almaq üçün İddiaçı özü şəxsən Fransız səfirliyinə getmiş və lazım olan sənədləri özü şəxsən təqdim etmişdir. Yəni onun şəxsi sənədlərinin Cavabdeh verilməsi ilə bağlı heç bir zəruri hal olmayıb ki, cavabdeh o sənədləri gizlətsin və girov saxlasın. Bundan başqa, “X6- Sosial Reabilitasiya Mərkəzi” MMC-nin müəyyən əməkdaşları viza aldıqdan sonra səfərə gedəcəkləri tarixdən bir gün öncə, 17 iyul 2023-cü il tarixdə, İddiaçı, özünə aid olan hər şeyi və cəmiyyətə məxsuz olan sənədləri və məlumatları götürməklə müəmmalı şəkildə yoxa çıxdı. “X6-Sosial Reabilitasiya Mərkəzi” MMC-nin əməkdaşları İddiaçı ilə dəfələrlə əlaqə saxlamağa çalışsalar da, heç cür onunla əlaqə qura bilməyiblər və cəmiyyətin müəyyən əməkdaşları plan üzrə səfərə getdilər. Həmin müddətdə isə İddiaçı ofisə girib çıxmaq icazəsi var idi və hansı ki, həmin tarixlərdə nəyin baş verdiyini Cavabdeh hələ tam anlamırdı. Əgər İddiaçı iddia etdiyi əşyalar orada idisə, niyə özü gəlib götürmürdü? Bundan başqa, İddiaçı vəkili Nümayəndə1, 01 avqust 2023-cü il tarixdə, “X6-Sosial Reabilitasiya Mərkəzi” MMC-nə gələrək Fatimənin yeni iş tapdığını və buna görə işdən azad olmaq istədiyini bildirdi. Bu zaman Cavabdeh vəkil Nümayəndə1 bildirdi ki, İddiaçı cəmiyyətə aid olan əşları təhvil verməsi vacibdir. Əgər verməsə, cəmiyyət məhkəməyə müraciət etməli olacaqdır. Bu zaman isə iddiaçının vəkili Nümayəndə1 dərhal İddiaçı sənədlərini cəmiyyətdən tələb etməyə başladı. Cavabdeh isə cavabında belə bir əşyaların olmadığını iddiaçının vəkili Nümayəndə1 bildirdi və eyni zamanda cəmiyyətə aid olan əşya və sənədlərini ondan tələb etdi. Daha sonra, Cavabdeh iddiaçının vəkili Nümayəndə1 onunla kobud davranış etdiyinə görə, ondan bir vətəndaş olaraq onun haqqında ölkə başçısına, hüquq mühafizə orqanlarına və vəkillər kollegiyasına şikayət etmişdir. İddiaçının vəkili Nümayəndə1 cəmiyyətə etdiyi rəsmi müraciətə əsasən cəmiyyətin ofis işçilərinin iştirakı ilə İddiaçı şkafını açıb, bu prosesi telefonla çəkiblər ki, sonra belə iddialar olmasın. Hansı ki, o tarixə qədər cəmiyətin işçiləri o şkafa əl vurmayıblar və həmin anda oradan nə çıxdısa, onları da iddiaçının vəkili Nümayəndə1 göndəriblər. Belə ki, ordan çıxan qutuda iki ədəd şam, əridilmiş insan fiqurlu şamlar, salafana bükülmüş əridilmiş şamlar, lazımsız cızma qara olan kağızlar, kent markalı 1 ədəd siqaret, iki ədəd içi boş balaca qutu, cəmiyyətə aid olan sənədlər. Daha sonra iddia ərizəsində qeyd olunur ki, güya Cavabdeh iddiaçıya aid olan və yuxarıda qeyd edilən şəxsi əşyalarının heç birini təqdim etmir və hətta məktubda cinayət törətməkdə suçlu bilir. Hansı ki, özü qanuna zidd əməllər edərək şəxsi əşyaları mənimsəmək istəyir. Güya Cavabdeh davranışı, psixoloq ixtisası olmayan xanım işçini zorla işə cəlb etmək kimi hədə-qorxuları, vəkil kimi Nümayəndə1 və onunla işləmək istəməyən İddiaçı xuliqanlıqda ittiham etməsi çox ciddi suallar doğurmaqla müəmmalı məqam yaratmışdı. Lakin əslində belə deyil. Cavabdeh ilk olaraq qeyd edir ki, Azərbaycan təhsil sistemində psixopedaqoq ixtisası olmadığı üçün bu vəzifədə işləmək üçün sadəcə ali savadın olması yetərli hesab edilir. Çünki psixo-pedaqoq sadəcə koreksiya işini icra edir və bu işi psixoloqun nəzarəti altında icra edir. İddiaçı əsas vəzifəsi öz ixtisasına uyğun olaraq İDDO Psixi Sağlamlıq Proqramının rəhbərliyi idi ki, onun gördüyü işlər oxuduğu ixtisasa tam uyğundur. Burada heç bir qanuna zidd hərəkət yoxdur. Cavabdeh onu da qeyd etmək istəyir ki, iddiaçı Odlar Yurdu Universitetində Psixologiya ixtisası üzrə ikinci təhsilini alır. Yəni iddiaçı ilk olaraq UNEC universitetini bitirmiş, hal hazırda isə ikinci təhsilini psixologiya üzrə davam etdirir. Daha sonra iddia ərizəsində qeyd edilmişdir ki, güya Cavabdeh iddaçı İddiaçıyə hədə qorxu gələrək ondan iş görməsini tələb etmişdir. Lakin əslində belə deyil. Cavabdeh qeyd edir ki, İddiaçınm əri Novruz Novruzov daimi olaraq onlarla olurdu və o, polis olaraq, Daxili İşlər Nazirliyi Nərimanov rayon 16-cı polis bölməsində tədqiqatçı vəzifəsində işləyir. Belə olan halda, bir tədqiqatçı polisin yanında onun həyat yoldaşı necə məcbur edilə bilər? Hansı ki, ddiaçı İddiaçı özü şəxsən ərizəsi ilə müraciət edərək ictimai əsaslarla “İddo” sağlamlıq proqramında işləmək istədiyini bildirmişdir. Cavabdeh əlavə olaraq qeyd etmək istəyir ki, İddiaçınm atası maddi imkanı olan biridir. Bu halda İddiaçı necə hədə-qorxu gələrək işlətmək olar axı? Belə ki, İddiaçı öz ərizəsi ilə işə girmiş, öz ərizəsi ilə də işdən çıxmışdır. Daha sonra iddia ərizəsində qeyd edilmişdir ki, güya Cavabdeh mərkəzdə işləyən vaxt İddiaçı psixoloji problemli şəxsləri konsultasiya üçün hər ay onun yanına gətirməyə məcbur etmiş, iddiaçı məcburiyyət qarşısında qalaraq yaxın qohumlarının demək olar hamısını cavabdehin “qəbuluna” gətirmiş, sonuncu da, yüksək pul müqabilində güya həmin çoxsaylı şəxsləri “müalicə etmiş”, lakin bu müalicənin hər hansı bir faydası olmamış və məlum olmuşdur ki, cavabdeh sadəcə həmin şəxslərin aldadıb pulunu mənimsəmişdir. Lakin əslində belə deyil, Cavabdeh yuxarıda qeyd etdiyi kimi, bildirir ki, İddiaçı öz istəyi ilə ərizə yazaraq İDDO Psixi Sağlamlıq Proqramına rəhbər olmaq istəmiş və o vəzifəyə təyin olmuşdur. Vəzifəsinin gərəyi isə proqramı təbliğ və inkişafının təmin olunması idi. Cavabdeh qeyd edir ki, heç kim heç kimi zorla vəzifəyə qoya bilməz və işlədə bilməz. Cavabdeh onu da qeyd edir ki, İddiaçı rəhbərlik etdiyi proqram üzrə işin tamlığını özü icra edirdi. Yəni müştəriləri taparaq, seansları təyin edirdi. Cavabdeh qeyd edir ki, hamı üçün isə bütün müştərilər birdir və kimin və nəyin qohumu olmasından aslı olmayaraq hamı öz vəzifə borcunu yerinə yetirir. Cavabdeh qeyd edir ki, o, həkim deyil və müalicə etmir. Cavabdeh qeyd edir ki, o, psixoloqdur. Cavabdeh qeyd edir ki, əgər həqiqətən də iddiada qeyd olunduğu kimi zorla və məcbur olaraq hər-hansı bir işlər görülübsə, bu halda niyə bu vaxta qədər hüquq müfafizə orqanlarına müraciət olunmamışdır? Daha sonra iddia ərizəsində qeyd edilmişdir ki, güya Cavabdeh özündə və ya ofisində saxladığı İddiaçı məxsus yuxarıda sadalalan əşyaların geri qaytarılmasına kömək etmək məqsədilə, xx.xx.2023-cü il tarixdə, surəti Bakı şəhəri Xətai rayon prokuroruna olmaqla Bakı şəhəri Xətai rayon Polis İdarəsinə şikayətlər etmişdir. Lakin əslində belə deyil, Cavabdeh yuxarıda qeyd etdiyi kimi, İddiaçı məxsus əşyalar, onun şkafından videoçəkiliş aparmaqla, ona göndərilmiş, digər əşyalar əgər vardırsa, iddiaçı bundan qabaq özü ilə sonuncu iş günü aparmış və iddia edilən əşyalarla bağlı polis tərəfindən araşdırma aparılmış və həmin əşyaların olması təsdiq edilməmişdir. Daha sonra iddia ərizəsində qeyd edilmişdir ki, güya iddiaçı bu müddət ərzində işə getməsə də, cavabdeh onu işdən çıxarmamış, bununla bağlı iddiaçının vəkili Nümayəndə1 Azərbaycan Respublikası Əmək və Əhalihin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə şikayət edilmiş, sonuncunun müdaxiləsindən sonra cavabdeh iddiaçını rəsmən işdən azad etmişdir. Güya bu müddət ərzində işdən azad edilməməsi və cavabdehin hərəkətləri, o cümlədən şəxsi əşyalarını qaytarmaması və sairlə bağlı iddiaçıda psixoloji gərginlik və sağlamlığında geriləmələr yaranmışdır. Cavabdeh bildirir ki, əslində bu qeyd edilənlərin heç biri həqiqəti əks etdirmir. Belə ki, iddiaçının vəkili Nümayəndə1 hansı dövlət orqanına şikayət etməsindən asılı olmayaraq cavabdeh qanuna tabedir və qanunla da işlərini icra edir. Yuxarıda qeyd edildiyi kimi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin cəmiyyətə heç bir müdaxiləsi olmamışdır. O ki, qaldı əmək müqaviləsinə xitam verilməsi məsələsinə, İddiaçı özü şəxsən 28 oktyabr 2023-cü il tarixdə cəmiyyətin ofisinə yaxınlaşaraq üzürxahlıq edib, iddia edilən əşyalarla və ümümiyyətlə digər əşyalarla bağlı hər-hansı tələblər irəli sürməmiş, işdən çıxma ərizəsi yazıb və cəmiyyətə aid olan əşyaları və sənədləri tezliklə geri verəcəyinə inandırmışdır. Cəmiyyətin rəhbəri kimi, Cavabdeh bunu nəzərə alaraq, İddiaçı öz istəyi ilə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı ərizəsi əsasında 01 noyabr 2023-cü il tarixdə cəmiyyətlə onun arasında bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Bundan başqa, iddiaçı öz dediyinə görə, o hadislərdən təxminən bir ay öncə mədə kiçiltmə əməliyyatı keçirmiş və özünün qan azlığı xəstəliyindən əziyyət çəkdiyinə görə halsızlığı və psixoloji sarsıntıları olmuşdur. Onun psixoloji sarsıntılarına işdən çıxmaması heç bir təsir göstərməmişdir. Daha sonra iddia ərizəsində qeyd edilmişdir ki, güya polisə etdikləri şikayət ərizələri üzrə Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 37-ci Polis Bölməsinin təhqiqatçısı Bahadur Ənnağızadə tərəfindən araşdırma aparılmış, ərizədə göstərdiyi xususatlar təsdiqini tapmış, 1 ədəd İphone 12 telefonunun onda olmasını əvvəlcə inkar edən Mərkəzin direktoru Cavabdeh daha sonra etiraf edərək telefonu qaytarsa da, digər əşyaları qaytarmamış, daha sonra araşdırmanın nəticəsi olaraq təhqiqatçı 08 sentyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edərək mübahisənin mülki qaydada məhkəmə vasitəsilə həll edilməsini tövsiyyə etmişdir. Cavabdeh qeyd edir ki, hüquq mühafizə orqanlarına edilmiş şikayətə əsasən cəmiyyətin ofisində polisin iştirakı ilə yoxlama və araşdırma aparılmış və iddia edilən heçbir əşya və buna bənzər dəlil tapılmamışdır. O ki, qaldı telefon məsələsinə, İddiaçı işlədiyi zaman, həmin telefonu ikinci əl olaraq satmışdır. Amma polis gələndə isə bunun real olmadığını və satmadığını iddia etdi. Həmin anda polis əməkdaşı da iddiaçının vəkili Nümayəndə1 izah edirdi ki, sübut olunmadığına görə telefonun müsadirə edilməsi mümkün deyil. Sadəcə, polis idarəsində bu münaqişəni sakitləşdirmək məqsədi ilə, cəmiyyətdə qərara gəlindi ki, həmin telefon İddiaçı qaytarılsın, lakin həmin telefona görə ödənilmiş pul vəsaiti ondan geri tələb edilsin. Daha sonra telefonun taleyi haqqında cavabdehin məlumatı yoxur. Daha sonra iddia ərizəsində qeyd edilmişdir ki, güya hazırda uzun müddədir ki, iddiaçıya məxsus cavabdehdə qalan əşyaları cavabdehdən geri ala bilmirlər, polis və prokurorluq cavabdehin əməlində kriminal olmadığını iddia edərək məhkəmədə ona qarşı iddia tələbi vermələrini məsləhət bilir. Ona görə də, məhkəmədə iddia qaldıraraq cavabdehdə olan şəxsi əmlakları tələb etmək məcburiyyətində qalmışdılar. Cavabdeh qeyd edir ki, yuxarıda göstərildiyi kimi, iddia edilən əşyalar cəmiyyətdə ümumiyyətlə yoxdur və həmin əşyaları heç kim və heç vaxt İddiaçı götürməyib. Polisin qərarına gəldikdə, yuxarıda qeyd edildiyi kimi, əşyaların cəmiyyətdə olması və ya onların Cavabdeh tərəfindən götürülməsi həmin qərarla ümumiyyətlə təsdiqlənməyib, lakin bu məsələni mülki qaydada məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Bu səbəbdən Cavabdeh hesab edir ki, yuxarıda qeyd olunanları nəzərə alaraq, hazırki iş üzrə iddia tələbi əsassız olduğundan məhkəmə tərəfindən təmin edilməməlidir. Məhkəmə, cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakılara görə iddia tələbi əsassızdır və təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞ-nin təhqiqatçısı, polis kapitanı Bahadur Ənnağızadənin cinayət işinin başlanmasının rədd edilməsi haqqında 08 sentyabr 2003-cü il tarixli qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən vətəndaş Nümayəndə1 şikayəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, ərizəçiyə qeyd olunan xüsusatlarla bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməsi qərara alınmışdır. Təqdim olunmuş “X6-Sosial Reabilitasiya Mərkəzi” MMC-nin direktoru Cavabdeh ilə X3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsindən görünür ki, X3 Cəmiyyətdə Psixo-pedaqoq vəzifəsinə işə qəbul edilmişdir. Həmin müqavilədən görünür ki, işçi xx.xx.2022-ci il tarixdən işə başlamışdır. Təqdim olunmuş X3 tərəfindən “X6-Sosial Reabilitasiya Mərkəzi” MMC-nin direktoru Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, o, yaşayış ünvanını dəyişdiyinə görə xx.xx.2023-cü il tarixdən tutduğu vəzifədən azad edilməsini və onunla bağlanılmış əmək müqaviləsinin ləğv edilməsini xahiş etmişdir. Təqdim olunmuş “X6-Sosial Reabilitasiya Mərkəzi” MMC-nin əməkdaşlarının iştirakı ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli Aktdan görünür ki, psixo-pedaqoq vəzifəsində işləyən X1 diplomunun, köhnə və yeni pasportunun, evlənmək haqqında şəhadətnaməsinin, azyaşlı qızının şəklinin, qara rəngli çantasının və içindəki qızıl zinət əşyalarının, BFL ilə bağlı sənədlərin və 12 ədəd güllərinin gətirilməsini ümumiyyətlə görməmişlər və iş fəaliyyətini həyata keçirdiyi yerdə həmin əşyalar olmamışdır. Təqdim olunmuş “X6-Sosial Reabilitasiya Mərkəzi” MMC-nin əməkdaşlarının iştirakı ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli Aktdan görünür ki, psixo-pedaqoq vəzifəsində işləyən X3 özünə məxsus 1 ədəd “İphone 12” markalı telefonu “X6-Sosial Reabilitasiya Mərkəzi” MMC-nə xx.xx.2023-cü il tarixdə 200 manat məbləğində pul vəsaitinə satmış, onun tələbi ilə həmin telefon xx.xx.2023-cü il tarixdə qaytarılmış və İddiaçı həmin telefona görə aldığı 200 manat məbləğində pul vəsaitini cəmiyyətə qaytarmamışdır. Təqdim olunmuş X3 tərəfindən “X6-Sosial Reabilitasiya Mərkəzi” MMC-nin direktoru Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli izahatdan görünür ki, o, 01 iyun 2023-cü il tarixdə BAF (Beynəlxalq Aykido Federasiyası) tərəfindən təşkil olunmuş təlimlə bağlı müəssisənin direktoru Cavabdeh təklifini qəbul edərək, təlimdə iştirak edilməsi barədə onunla müqavilə bağlamışdır. Onun təlimdə iştirak etməsi üçün bütün sənədlər hazırlanmışdır və hətta xarici ölkəyə getmək üçün viza alınmışdır. Lakin heç bir üzürlü səbəb olmadan o, təlimdə iştirak edə bilməyəcək. Buna görə də, günahı boynuna götürərək məsuliyyət daşımağa hazırdır. Bundan başqa, onun hazırki şirkətdə işləməyinə icazə verilmədiyindən, artıq bu şirkətdə işləyə bilməyəcək. Bunu nəzərə alaraq, o, 18 iyul 2023-cü il tarixdə işə gəlib ona verilmiş işləri və əmlakı təhvil verəcək, həm də işdən çıxmağı barədə ərizə yazacaq. Hal-hazırda onun iş vaxtının sonu olduğundan və işçi heyətindən təhvil alan şəxslər olmadığından elektron bazaları, sistem parolları, müqavilələri, biznes palnları və ona verilən əmlakı təhvil verə bilmir və onlar onun öhdəliyindədir. Təqdim olunmuş “X6-Sosial Reabilitasiya Mərkəzi” MMC-nin əməkdaşlarının iştirakı ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli Aktdan görünür ki, psixo-pedaqoq vəzifəsində işləyən X2 məxsus əşyaların müəyyən edilməsi və həmin əşyaların təhvil verilməsi ilə bağlı 07 avqust 2023-cü il tarixdə videoçəkiliş aparmaqla onun şkafında olan bütün əşyalar, yəni iki ədəd şam, əridilmiş insan fiqurlu şamlar, salafana bükülmüş əridilmiş şamlar, lazımsız cızma qara olan kağızlar, iki ədəd içi boş balaca qutu, cəmiyyətə aid olan sənədlər aşkar olunmaqla qeydə alınmış və 07 avqust 2023-cü il tarixdə rəsmi olaraq kuryer vasitəsilə İddiaçı göndərilmişdir. Təqdim olunmuş “X6-Sosial Reabilitasiya Mərkəzi” MMC-nin əməkdaşlarının iştirakı ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli Aktdan görünür ki, psixo-pedaqoq vəzifəsində işləyən X3 heç bir üzürlü səbəb olmadan 18 iyul 2023-cü il tarixdən bu günədək çalışdığı iş yerini tərk etməklə, lakin sonuncu dəfə 28 oktyabr 2023-cü il tarixdə işdən çıxması barədə ərizə təqdim edərək işdən çıxıb gedən zaman ona etibar olunmuş və verilmiş müəyyən işləri (elektron bazalar, giriş kodları, parollar, sistemin idarə olunması, müştəri bazası, yığılma qaydası, şirkətin satış strategiyasının planlanması və s.) və əmlakı təhvil verməmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə hazırkı mübahisəyə də məhz sübutetmə aspektindən yanaşaraq qeyd edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf tələb və etirazlarının əsası kimi istinad olunan halları sübut etməlidirlər. İmperativ normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfındən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. "Mahmudov Rusiyaya qarşı" iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərəkən, bir qayda olaraq affmnanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qanunun yuxarıda qeyd olunan tələblərinə zidd olaraq iddiaçı iddia tələbini təsdiq edən sübutları təqdim etmədi. Onun dəlilləri əsassızdır, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən isə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə iş üzrə müəyyən olunmuş hallara qiymət verərək belə nəticəyə gəlir ki, iddiaçının tələbi əsassızdır və ona görə də, təmin olunmamalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında (prosesində) tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №e-2(009)-513/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-513/2024
08.04.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver