Məhkəmə qərarları › İş №e-2(009)-606/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-606/2022

08.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-606/2022 08.02.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Mən, Səbail rayon Məhkəməsinin hakimi Bağırova Mədinə Ağacavad qızı, İddiaçı oğlunun qanuni nümayəndəsi Qanuni nümayəndə maraqlı şəxs qismində Azərbaycan Respublikası Təhsil Nazirliyi cəlb edilməklə Cavabdeh qarşı konstitusion hüququn pozulması və mənəvi zərərə dair iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı oğlunun qanuni nümayəndəsi Qanuni nümayəndə maraqlı şəxs qismində Azərbaycan Respublikası Təhsil Nazirliyi cəlb edilməklə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh 132-134 saylı təhsil kompleksinin direktoru vəzifəsində çalışan Cavabdeh 132-134 saylı təhsil kompleksinin 7 a sinif şagirdi İddiaçı oğlunun təhsil hüququnun məhdudlaşdırılmasına, dərslərdə iştirak etməsinə və təhsil hüququnun həyata keçirilməsinə yönəlmiş maneələrin törədilməsi qadağan edilməsi, cavadeh 132-134 saylı təhsil kompleksinin direktoru vəzifəsində çalışan Cavabdeh üzərinə iddiaçıə tərəfindən buraxılmış 17 və 18yanvar tarixlərində tədris cədvəli ilə müəyyən edilmiş dərslərin həmin kompleksin 7 a sinif şagirdi İddiaçı oğluna keçirilməsi vəzifəsinin qoyulması, Cavabdeh vurulmuş mənəvi zərərə görə 500 manat, ödənilmiş 30 manat dövlət və müvəqqəti təminat tədbirlərinin təmininə dair ərizəyə görə ödənilmiş 10 manat dövlət rüzumunun iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan aydın olur ki, irəli sürülən tələb məhkəmənin ümumi iddia icraatı qaydasında baxaraq müvafiq qətnamə qəbul etməli olduğu kateqoriya işlərdəndir, həmin tələb kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında deyil, iddia icraatı qaydasında baxılmalı olan iddia ərizəsinin forma və məzmununa uyğun verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə görə, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılır. Adı çəkilən Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı oğlunun qanuni nümayəndəsi Qanuni nümayəndə maraqlı şəxs qismində Azərbaycan Respublikası Təhsil Nazirliyi cəlb edilməklə Cavabdeh qarşı konstitusion hüququn pozulması və mənəvi zərərə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, o, bu qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla ümumi iddia icraatı qaydasında tərtib olunmuş iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan 10 (on) gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar