Məhkəmə qərarları › İş №e-2(009)-634/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-634/2025

14.03.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-634/2025 14.03.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X5 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 14 mart 2025ci il tarixdə, Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 24,000 manat əldən çıxmış faydanın cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, İddiaçı Cavabdeh qarşı borcun qaytarılması və vurulmuş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Cavabdeh qardaşı X3 yaxın dostu, hamısının tanıdığı və evlərinə gəlib-gedən şəxs olmuşdur. Cavabdeh onları dilə tutaraq özünün maliyyə borcunun olduğunu və bu səbəbdən tutula biləcəyini, mülkiyyətində olan evin də əldən gedəcəyini deyərək,atasının adından yaşadıqlarımənzilin satılması üçün ona etibarnamə verilməsini təklif etmişdir. Cavabdeh həmin etibarnamə əsasında özü tərəfindən 80.000 ABŞ dolları məbləğində qiymətləndirdiyi mənzili satsın, alqı-satqıdan əldə etdiyi pulla özünün borclarını ödəsin, əvəzində isə Cavabdeh özünə məxsus olan Bakı şəhəri, 4-cü Nərimanov döngəsi, 35-də yerləşən evini yaşamaq üçün mülkiyyət hüququ əsasında onlara versin. Cavabdeh evinin ümumi sahəsi onların mənzilin sahəsindən 19 kv.m. artıq olduğu üçün həmin fərqi pulla ona ödəməyi qərara almışlar. Sonralar cavabdeh gəlib demişdir ki, onlardan bu əlavə məbləği istəmir, ya evini onlara verəcək, ya da onlar üçün uyğun bir mənzilalıb verəcək və öz mənzilini geri götürəcək. Həmin razılığa görə ünvan 1 ünvanında özəlləşdirilmiş 3 otaqlı 8 saylı mənzil Cavabdeh tərəfindən xx.xx.2010-cu il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən X1. Mənzilin satışından əldə olunan 80.000 ABŞ dolları pulun hamısını Cavabdeh götürmüşdür. Onlar, yəni atası, anası, özü və qardaşı Cavabdeh məxsus Bakı şəhəri, 4-cü Nərimanov döngəsi, 35-də yerləşən evə köçmüşlər və ora qeydiyyata alınmışlar. Lakin Cavabdeh həmin evin mülkiyyət hüququnu adlarına rəsmiləşdirməmişdir. Səbəbini soruşduqda onlara bildirmişdir ki, həmin evi girov qoyaraq bankdan kreditlə pul götürmüşdür və həmin evin sənədləri bankda olduğundan onu onların adlarına keçirə bilməz. Lakin onlara tezliklə evi girovdan çıxaracağını və onların adlarına rəsmiləşdirəcəyini bildirmişdir. Lakin illər keçsə də, cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək nə evi onların adlarına keçirib, nə satılmış mənzilin pulunu verib, nə də başqa bir yerdə onlara müvafiq mənzilalıb. Onlar cavabdehə dəfələrlə müraciət etdiklərini görüb Cavabdeh xx.xx.2014-cü il tarixdə ona qəbz vermiş və 3 il müddətində təmirli özəlləşdirilmiş mənzil verəcəyini bir daha öhdəsinə götürmüşdür. Lakin buna da əməletməmişdir. Bu müddət ərzində əvvəlcə 2010-cu ildə anası, sonra isə 2012- ci ildə atası rəhmətə getmişdir. Sonradan, 2018-ci ilin may ayında Cavabdeh onlara demişdir ki, həmin evi təmir etdirir, ona görə də onlar müvəqqəti olaraq evi tərk etməlidirlər. Evin həqiqətən də təmirə ehtiyacı olduğundan onlar heç nədən şübhələnməmişlər. O və qardaşı həmin evdən çıxsalar da, ev əşyaları həmin evdə qaldı. Evi təmir etdirəndən sonra da Cavabdeh həmin evə onları buraxmamış və evi yaxşı qiymətə hörmətli bir tanışına satması, o evin pulunu cavabdehə ödəyən kimi onlara 3 otaqlı bir mənzil alıb verməsi və hətta bu məqsədlə müvafiq mənzil axtarılması üçün maklerləri də bu işə cəlb etməsini demişdir. Onlar da başqa əlacları olmadığı, eləcə də yaxın tanışları olduğundan cavabdehə inanmaqda davam etmişlər və onunla razılaşmışlar. Hələ 2017-ci ildə vaxt itirmədən Cavabdeh zamanı dəyərləndirərək məhkəməyə müraciət edir və 23 yanvar 2018-ci ildə Sabail məhkəməsinin qərarına əsasən Abasovları xəbərdar etmədən onları mənzil qeydiyyatından çıxarır. Bunu onlar 2019-cu il fevral ayında təsadüfən öyrənirlər və onlar dərhal Cavabdehla görüşmüşlər: bunun müqabilində onları sakitləşdirmək üçün Cavabdeh xx.xx.2019-cu il tarixli iltizam vermişdir. Həmin iltizamda Cavabdeh onlara məxsus mənzilisatdığınıetiraf edib yenidən 3 ilərzində onlara mənzilalacağını göstərmişdir. Bu vaxtadək cavabdeh Abasovların ailə üzvlərinin inamından və etibarından sui-istifadə etmiş, mənzilini satıb və əvəzində heç nə verməmişdir. Ona görə də Abasovlar E. Məmmədovdan müvafiq qaydada şikayət edəcəyini bildirmişlər. Bəlli olmuşdur ki, Məmmədovun məqsədi pulun və ya mənzilin onlara qaytarılması deyil, sadəcə hər dəfə bir bəhanə ilə vaxtı uzatmaq və məsuliyyətdən yayınmaqdır. Ona görə də onlar məhkəməyə müraciət etmək məcburiyyətindədirlər. Məhkəmə işə baxaraq iddianı qismən təmin edilsin qərarını çıxarmışdır. Cavabdeh İddiaçı xeyrinə 80.000 (səksən min) ABŞ dolları məbləğində pul tutulduğu anda AR Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pul tutulsun. Cavabdeh İddiaçı xeyrinə 80.000 ABŞ dollarıməbləğində pulmanat hesabı ilə tutulan anda həmin məbləğdən 44.200 (qırx dörd min iki yüz) manat məbləğində pul çıxılmaqla yerdə qalan məbləğ İddiaçı ödənilsin. Belə ki, məhkəmə Abasovlardan Məmmədovun mənzilindən istifadənin dəyərini çıxmış, amma Abasovların vəsaitlərinin E. Məmmədov tərəfindən istifadəsinin kompensasiya edilməsi iddialarına baxmayaraq, məsələni gözardıetmişdir. Bundan sonra Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 2817/2019 saylı işi üzrə 30 oktyabr 2019-cu il tarixli qətnaməsindən həm İddiaçı, həm də Cavabdeh apellyasiya şikayəti vermişdir. BakıApellyasiya Məhkəməsi işə baxaraq qərar qəbul etmişdir: İddiaçı və Cavabdeh apellyasiya şikayətləri qismən təmin edilsin, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2817/2019 saylı işi üzrə 30 oktyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. Yeni qətnaməyə əsasən, iddia ərizəsi qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 80.000 (səksən min) manat məbləğində pul vəsaiti tutulsun. xx.xx.2021-ci il tarixində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İddiaçı, Cavabdeh qarşı “mənzilin dəyəri barədə borcun qaytarılması və vurulmuş zərərin ödənilməsi” tələbi üzrə iddianı təmin edərək, cavabdehin ona 80,000 (səksən min) manat məbləğində borc qaytarması barədə qərar qəbuletmişdir. Lakin məhkəmə qərarına baxmayaraq, cavabdeh borc məbləğini dərhal ödəməmiş və onu hissə-hissə ödəməyə başlamışdır. İlk ödəniş yalnız xx.xx.2021- ci il tarixində edilmişdir. Sonuncu ödəniş isə xx.xx.2023-cü il tarixində baş tutmuşdur. Beləliklə, cavabdeh öz verdiyi iltizamnaməsinə əsasən borcun tam qaytarılmasını 2014 ildən indiyədək ödəməmiş və Aliməhkəmənin qərarınısaymayaraq 4 ildən çox gecikdirmişdir. Yuxarıda qeyd olunduğu kimi, E. Məmmədov tərəfindən Abasovaya ödənilməli olan mənzilin dəyərindən 44 200 manat məhkəmə qərarı ilə çıxılmışdır. Hal hazırda isə Abasovanın pensiyasından əlavə olaraq 2000 manatdan artıq vəsait qeyri-qanuni olaraq tutulmuşdur. Cavabdeh Dövlət rüsumunun ödənilməsi haqqında məlumat mənzilindən istifadənin dəyəri 44200 manat ödəniləcək məbləğdən çıxılırsa, Abasovlara çatacaq vəsaitin də Cavabdeh tərəfindən qanunsuz istifadəsinin kompensasiyası illik 5% olmaqla Abasovaya verilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. O, eyni zamanda hazırlıq iclasında bildirmişdir ki,hazırki vaxta kimi onun pensiyasından cavabdehin xeyrinə tutmalar aparılır və o, bu səbəbdən hazırki iddianı qaldıraraq zərər tələb etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, iddiaçıya icra işi üzrə 35,800 manat məbləğində ödəniş hər iki tərəfin qarşılıqlı razılaşmasına əsasən onun aylıq pensiyasına yönəldilib. Bakı Apellyasiya Məhkəməsi ondan 80,000 manat pulun tutulmasını qət etsə də, Ali Məhkəmə həmin borcdan qarşı tərəfin ona olan 44,200 manat borcunu çıxmış və qalan borcun ödənilməsi ilə bağlı icra vərəqəsi vermişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə Səbail rayon İcra Şöbəsinə müraciət edərək, icra sənədi tam icra olunduğundan ona qarşı heç bir tələbinin olmadığını bildirmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında Qərara əsasən Bakı Apellyasiya Məhkəməsinin Cavabdeh İddiaçı xeyrinə 80000 manat pulun tutulması barədə xx.xx.2020ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İddiaçı Səbail rayon İcra Şöbəsinə ünvanladığı xx.xx.2024-cü il tarixdə ərizədə İ.Abbasova icra sənədində qeyd olunan tələbin tam icra olunduğundan icra sənədinin icraatına xitam verilməsini xahiş edir. İcra məmurunun xx.xx.2024-cü il tarixli icraata xitam verilməsi barədə Qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən İddiaçı Cavabdeh xeyrinə 39,200 manat pulun tutulması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli Qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İcra məmurunun Cavabdeh ünvanladığı xx.xx.2023-cü il tarixli məktubda qeyd edilir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli icra sənədi üzrə ödənilməli olan borc məbləğindən borclunun pensiyasından cəmi 5700,17 manat pul vəsaiti tələbkarın xeyrinə ödənilmişdir. Ümumilikdə isə borc məbləğindən 33468,03 manat ödəniş edilmişdir. Halhazırda borclunun pensiyasından hər ay 1019,09 manat məbləğində tutulmalar aparılaraq tələbkarın hesabına köçürülməkdədir. xx.xx.2024-cü il tarixli icra ödənişinin alınması barədə Qərardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli icra sənədi üzrə İddiaçı Cavabdeh xeyrinə 44,199 manat pul tutulmalıdır. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı iddiası üzrə Cavabdeh onun xeyrinə 80,000 manat məbləğində pulun tutulması barədə yekun məhkəmə aktı qəbul edilərək icraya yönəldilmişdir. İcra mərhələsində Cavabdeh iddiası üzrə İddiaçı onun xeyrinə 44,199 manat pulun tutulması barədə yekun məhkəmə aktı qəbul edilərək icraya yönəldilmişdir. Hər iki icra sənədi üzrə Səbail və Yasamal rayon İcra şöbələrində icra icraatına başlanılmışdır. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, icra sənədinin borclu tərəfindən vaxtında icra olunmadığı səbəbindən cavabdehdən gecikdirilmiş vaxt üçün illik 5 % hesablanmaqla zərərin tutulmasını xahiş edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarında deyilir ki, “...kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər... MM-nin 442-ci maddəsinə əsasən öhdəliyin vaxtında icra edilməməsi hüquqi nəticələrə səbəb olan öhdəliyin pozulması hallarından biridir. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarına əsasən, “kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə qeyd edir ki, icra mərhələsində icra sənədinin icrası üsullarından biri də məcburi icra tədbirləridir. İşdən görünür ki, iddiaçının tələbi üzrə ona ödənilməli olan pul vəsaitinin cavabdehin pensiyasına yönəldilməsi barədə tərəflərin hər ikisinin razılığı olmuş və həmin dövrdə icra sənədində qeyd olunan məbləğin ödənilməsi həm borclunun pensiyasına yönəldilmiş, həm də bundan əlavə borclu tərəfindən tələbkarın hesabına nəğd vəsait olaraq ödənilmişdir. Bunu iş materiallarında olan xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi müxtəlif vaxtlarda cavabdeh tərəfindən iddiaçıya müxtəlif məbləğlərdə pulun ödənilməsini özündə əks etdirən bank qəbzləri (surətləri) təsdiq edir. İddiaçı isə öz növbəsində xx.xx.2024-cü il tarixdə icra şöbəsinə müraciət edərək, icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmiş və icra məmuru tərəfindən icraata xitam verilmişdir. Göründüyü kimi, icra mərhələsində icra sənədinin icrasının borclunun pensiyasına yönəldilməsi barədə tələbkar kimi iddiaçının öz razılığı olmuş və bundan sonra icra sənədində qeyd olunan məbləğ həm borclunun pensiyasından tutma, həm də borclunun özü tərəfindən nəğd ödənişlər yolu ilə tələbkara ödənilmişdir. İcra sənədi tam icra olunduğundan tələbkar özü müraciət edərək, icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, icra sənədində qeyd olunan məbləğ icra sənədinin könüllü müddətdə icrası üçün müəyyən edilmiş müddətdə ödənilməməsinə baxmayaraq, icra məmuru tərəfindən görülmüş məcburi icra hərəkətlərindən başqa eyni zamanda tələbkarın özünün razılığı əsasında borclunun pensiyasından hər ay tutmalar yolu ilə icra edilmişdir. Yəni ki, tələbkar özü həmin məbləğin icra mərhələsində borclunun pensiyası hesabına hissə-hissə ödənilməsinə razılıq vermişdir. Belə olan halda məhkəmə hesab edir ki, icra sənədində qeyd olunan məbləğin gec ödənilməsi əsası ilə cavabdehdən gecikdirilmiş vaxt üçün əldən çıxmış faydanın tutulmasına hazırki işdə heç bir əsas mövcud deyildir. İddiaçı məhkəmə hazırlıq iclasında bildirmişdir ki, hazırki vaxta kimi onun pensiyasından cavabdehin xeyrinə tutmalar aparılır və o, bu səbəbdən hazırki iddianı qaldıraraq zərər tələb etmək məcburiyyətində qalmışdır. Məhkəmə buna münasibətdə eyni zamanda qeyd edir ki, iş materiallarından görünür ki, Yasamal rayon İcra Şöbəsində Cavabdeh xeyrinə iddiaçıdan 44,199 manat pulun tutulması barədə icra sənədi üzrə icraata başlanılmış və icra sənədi borclu tərəfindən könüllü surətdə icra edilmədiyindən, ondan 3093,93 manat məbləğində icra ödənişinin alınması qərara alınmışdır. Bu isə o deməkdir ki, iddiaçının pensiyasından olan tutmalar icra sənədi üzrə Cavabdeh xeyrinə olan tutmalar yox, icra ödənişinin ödənilməsi istiqamətində olan tutmalardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Eyni zamanda hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, hazırki halda iddia tələbi təmin olunmadığından, hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar