Məhkəmə qərarları › İş №e-2(009)-785/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-785/2023

14.03.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-785/2023 14.03.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi X1, İddiaçı cavabdeh BDYPİ-nə qarşı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh BDYPİ-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllər tamah və ya sair şəxsi niyyətlərlə törədildikdə.Bu maddə ilə cinayət məsuliyyətinə cəlb edəsinz protokol Na: EQ 13221731 - 45.00 AZN İnzibati xətanın törədildiyi tarix: xx.xx.2023İnzibati xətanın törədildiyi yer: M2, E 60, AH 5 Bakı-Ələt- Qazax-Gürcüstan yolu, 15 kmProtokolun tərtib edilmə tarixi: xx.xx.2023:Qərarın tarixi: xx.xx.2023:Qərarın nömrəsi: Kabinetə yerləşdirmə tarixi: xx.xx.2023:Poçta göndərilmə tarixi: Sms göndərilmə tarixi: Sms çatdırılma tarixi: İXM Maddəsi: 339.1-1 339.1-1. Nəqliyyat vasitəsini "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etmə - 339.1-1 -ci il tarixli məlumatdan Qanunsuz olaraq xx.xx.2020-ci ildən 18 saylı duracaqda saxlanan, Əmlakım QAZ 31 10 markalı,** XT *** dövlət nömrə nişanlı avtomobilimə xərclədiyim 1975 manat miqdarında zərərə dəymışdır. Qızmar günəş altında 30 aydan çox qanuna zidd olaraq 18 saylı siqinal idarəsinin mühafizə olunan duracağında saxlanması nəticəsində kosmetik zərərə və korroziyaya uğraması nəticəsində 1500 manat zərər müəyyən edilmişdir. Cəmi 8475 manat zərərin və əmlakımın ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinə müvafiq olaraq, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.1 maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılır. Hazırki ərizə elektron kabinet vasitəsilə iddia ərizəsi şəklində verilsə də, məzmunundan görünür ki, müraciət şikayət adlandırılmaqla BDYPİ-nin hərəkətləri mübahisələndirilir, həmçinin inzibati hüquq münasibətlərindən irəli gələn mübahisə kimi göstərilməklə dövlət rüsumundan azad olunması göstərilmişdir. Qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən verilmiş iddia ərizəsi qanunvericilikdə müəyyən olunmuş forma və məzmuna riayət edilməməklə tərtib edildiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və ona Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü madəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nın 152, 263-264, 266-268 maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdeh BDYPİ-nə qarşı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron kabinet vasitəsilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar