Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-880/2022 02.06.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2, müstəqil tələb tələb irəli sürməyən 3-cü şəxs X1 iştirakı ilə, İddiaçı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X3 işə cəlb olunmaqla) Cavabdeh qarşı «əmlakı qanunsuz sahiblikdən geri alınması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X3 işə cəlb olunmaqla) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun etibarnaməli sahibliyində olan «Volksvagen Passat» markalı **-ZN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Cavabdeh alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, «Volksvagen Passat» markalı **-ZN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi baş etibarnamə ilə iddiaçının sahibliyinə verilmişdir. İddiaçı nəqliyyai vasitəsini yaxın dostluq münasibətində olduğu Cavabdeh müvəqqəti istifadəsinə vermişdir. Bu məqsədlə iddiaçı nəqliyyat vasitəsindən istifadə etmə səlahiyyətləri verən notarial etibarnamə rəsmiləşdirmiş və nəqliyyat vasitəsini cavabdehin faktiki istifadəsinə müvəqqəti olaraq vermişdir. Bir müddət sonra onların münasibətləri pozulduğu üçün iddiaçı nəqliyyat vasitəsini geri tələb etmiş, eyni zamanda nəqliyyat vasitəsini istifadə etmək üçün verdiyi etibarnaməni ləğv etmişdir. Buna baxmayaraq cavabdeh nəqliyyat vasitəsini öz qanunsuz sahibliyində saxlamış və iddiaçıya geri qaytarmaqdan imtina etmişdir. Bundan sonra iddiaçı ərizə ilə polisə müraciət etmiş, lakin Bakı şəhər Xətai RPŞ-nin təhqiqat şöbəsinin 13.01.2022-ci il tarixli qərarı ilə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunmuş və mülki qaydada məhkəməyə müraciət qaydası iddiaçıya izah olunmuşdur. İddiaçının sahibliyində olan nəqliyyat vasitəsi bu günə qədər ona qaytarılmamışdır və cavabdeh nəqliyyat vasitəsinə qanunsuz sahiblik edir. Bu səbəbdən də hesab edir ki, cavabdehin qanunsuz sahibliyində olan nəqliyyat vasitəsi ondan alınaraq iddiaçıya geri qaytarılmalıdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyək, onun təmin edilmədən saxlanılmasını xahiş etmiş və izahatında bildirmişdir ki, iddia tələbi İddiaçı tərəfindən verilsə də, iddia tələbində qeyd olunan nəqliyyat vasitəsi həmin şəxsin mülkiyyətində deyil və ona məxsus deyildir. Belə ki, qeyd olunan nəqliyyat vasitəsinin mülkiyyətçisi X2r və həmin şəxs tərəfindən İddiaçı məhkəmədə nümayəndə qismində iştirak etmək, həmin şəxsi təmsil etmək səlahiyyətləri verilməmişdir. İddiaçıya ancaq nəqliyyat vasitəsini idarə etmək, satmaq, bağışlamaq səlahiyyətləri verilmişdir. Həmin səlahiyyətlər əsasında məhkəmədə iddia qaldırmaq və ya hər hansı şəxsdən həmin nəqliyyat vasitəsinin tələb etmək hüquqları yoxdur. Cavabdeh 31.10.2020-ci il tarixində, "turbo.az” internet saytında özünə məxsus "Volksvagen Passat" markalı avtomobilin satış ilə bağlı elan yerləşdirmişdi. Bu zaman avtomobillə bağlı İddiaçı ona zəng etmiş və onunla tanış olmuşdur. Tanışlıq zamanı İddiaçı özünü DYP-nin moto alayında 067 nömrəli motosiklet idarə etdiyini, polis orqanlarında çalışdığını bildirmiş və özünü vəzifəli şəxs kimi təqdim etmişdir. İddiaçı cavabdehi aldadaraq onun etibarını qazanmışdır. Daha sonra ona qarşi ciddi olduğunu bildirərək, cavabdehlə ailə qurmaq istəyini bildirmişdir. Buna görə də, cavabdeh 14000 manata özünə aldığı **-LY-*** dövlət qeydiyyat "Chevrolet Cruze" markalı avtomobilinə dair 27.01 2021-ci il tarixində İddiaçı etibarnamə vermişdir. Bundan istifadə edən İddiaçı həmin maşını daha baha satıb 28.01.2021-ci il tarixində **-NO-*** dövlət qeydiyyat nişanlı daha ucuz "BM 5” model avtomobilini almışdır. Bir ay keçməmiş İddiaçı güya maşinda problem olduğunu və maşını təcili satmalı olduğunu bildirmişdir. Çox keçmədən İddiaçı cavabdehin **-LY-*** dövlət qeydiyyat nişanlı "Chevrolet Cruze" markalı avtomobilinin satışından əldə etdiyi 16000 manat puldan 4000 manat pulun qaldığını bildirmişdir. Bu vaxt ərzində İddiaçı pulun evdə olduğunu və cavabdehə yeni maşın axtardığını uydurmuşdur. Bir müddət sonra iddiaçı artıq hədə qorxu və şantaj yolu ilə cavabdehdən daha 4000 manat tələb etməyə başlamışdır. Cavabdehə onun iş yerinə gəlib onu orada biyabir edəcəyini, barəsində rüsvayedici məlumatlar yayacağını deyib hədələmişdir. Bir ay sonra iddiaçı cavabdehdən daha 2500 manat pul almışdır. 2021-ci ilin iyun ayında İddiaçı cavabdehin uşaqlarını rayondan gətizdirərik və onların vasitəsilə şantaj edərək, 23.06.2021-ci il tarixində 28 may metro stansiyasının yaxınlığında yerləşən "Bank Respublika"dan onun adına 10.000 manat kredit götürməsini tələb etmişdir. Bu zamanlar İddiaçı çox aqressiv olmuş və dəfələrlə evdə cavabdehin üzərinə, hətta uşaqlarının qarşısında bıçaq çıxarmış və onu döymüşdür. Bu faktla bağlı 37-ci Polis Şöbəsində döyülmə və dələduzluq ilə bağlı müraciəti olmuşdur. Ancaq cavabdeh iddiaçıdan qorxduğu üçün tibbi müayinədən keçməkdən və şikayətindən imtina etmişdir. İddiaçı həmçinin evdən cavabdehlərin uşaqlarına atalarını itirməsinə görə verilmiş müavinət kartı da özbaşına mənimsəmişdir. İddiaçı cavabdehin uşaqlarına atasını itirmələrinə görə ödənilən 5700 manat məbləğində pulu kartdan çıxardaraq mənimsəmişdir. Bir müddət sonra İddiaçı hədə qorxu və şantaj yolu ilə yenidən cavabdehi onunla birlikdə yaşamağa vadar etmişdir. Daha sonra 07.12.2021-ci il tarixində, İddiaçı cavbdehə bildirmişdir ki, onun üçün onun pulu ilə “**-ZN-***” qeydiyyat nişanlı "Volksvagen Passat" markalı avtomobil almış, yalnız pulunun maşını almağa yetdiyini və alqı-satqı müqaviləsi bağlamaq üçün pulu olmadığını və hələlik sürmək üçün etibarnamə yazdığını bildirmişdir. Həmin günlərdə İddiaçı Xətai rayonu ərazisində "Leyla Şıxlinskaya" klinikasının arxasında "Up&Down" adli kafeni icarəyə götürmək istədiyini, kafenin icarəsini ödəmək üçün cavabdehdən daha 1500 manat pul istəmişdir. Cavabdeh ona pul vermək istəmədikdə, iddiaçı onu işdə və qohumlar arasında biyabir edəcəyini, barəsində rüsvayedici məlumatlar yayacağını deyərək, cavabdehi pulu verməyə məcbur etmişdir. Cavabdeh dəfələrlə təkrarlanan hallardan artıq bezərək, psixoloji sarsıntı keçirməyə başlamışdır və İddiaçı verdiyi pulları və onun puluna alınmış “**-ZN-***” qeydiyyat nişanlı "Volksvagen Passat" markalı avtomobili tələb etmişdir. İddiaçı avtomaşını və pulları qaytarmayacağını bildirərək, Xətai RPİ-nin 37-ci Polis şöbəsinə böhtan xarakterli ərizəsi ilə müraciət etmişdir. Bununla bağlı cavabdeh 37-ci Polis şöbəsinə çağırılarkən, orada İddiaçı ona nəqliyyat vasitəsini sürmək üçün verdiyi etibarnaməni ləğv etdiyini və avtomobilin geri qaytarılmasını tələb etdiyini öyrənmişdir. Halbuki "Volksvagen Passat" markali, “**-ZN-***” dövlət nömrə nişanlı avtomobil cavabdehin öz vəsaiti hesabına ona alınmışdır və İddiaçı avtomobilə heç bir aidiyyatı yoxdur. Bundan başqa, İddiaçı böhran xarakterli şikayətində göstərdiyi kimi, onun heç bir sənədini götürməmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyək, onun təmin edilmədən saxlanılmasını xahiş etmiş və nümayəndəsi və vəkili Vəkil2 izahatında göstərilənlərlə razı olduğunu bildirmişdir. Məhkəmə iclasında nübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs X3 bildirmişdir ki, o özünə məxsus «Volksvagen Passat» markalı **-ZN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 9000 manata hazırki iş üzrə İddiaçı satmış, həmin məbləğ iddiaçı tərəfindən ona ödənilmişdir, lakin aralarında alqı-satqı müqaviləsi bağlanmamış və o, İddiaçı həmin nəqliyyat vasitəsinə görə baş etibarnamə vermişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri 5 saylı notariat ofisində tısdiq edilmiş nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında 08.12.2021-ci il tarixli etibarnamədən görünür ki, X3 mülkiyyətində olan “Volksvagen Passat” markalı **-ZN-*** dövlət qeydiyyat nəqliyyat avtomobilinə dair İddiaçı avtomobili idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək kimi səlahiyyətlər vermişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Xətai RPİ-nin TŞ-nin baş təhqiqatçısı T.Ağamirovun cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 13 yanvar 2022-ci il tarixli qərarının surətindən görünür ki, 08.01.2022-ci il tarixdə Cavabdeh ərizə ilə müraciət edərək, qeyri rəsmi yaşadığı İddiaçı 25.12.2021-ci il tarixdə ona məxsus “Chevrolet Cruze” markalı avtomobili sataraq 15.000 manat pulunu ələ keçirdiyini göstərmişdir. Eyni zamanda 08.01.2022-ci il tarixdə İddiaçı ərizə ilə müraciət edərək, qeyri rəsmi yaşadığı Cavabdeh ona məxsus "Volksvagen Passat" markali, “**-ZN-***” dövlət nömrə nişanlı avtomobili götürərək qaytarmadığını göstərmişdir. Cavabdeh və İddiaçı müraciətlərində göstərilən xüsusatlar mülki xarakterli olduğundan və toplanmış material üzrə hər hansı bir cinayətin tərkib əlamətləri olmadığından cinayət işi başlanılmasının rədd edilməsi qərara alınmışdır. Təqdim olunmuş Bakı şəhəri Xətai RPİ-nin İŞ-nin baş müstəntiqi İ.Həbibzadənin cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 05 may 2022-ci il tarixli qərarının surətindən görünür ki, Cavabdeh və İddiaçı müraciətləri əsasında toplanmış material üzrə Xətai RPİ-nin TŞ-nin baş təhqiqatçısı T.Ağamirovun cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 13 yanvar 2022-ci il tarixli qərarı 10.02.2022-ci il tarixdə Bakı şəhər prokurorunun müavini M.Şəfiyev tərəfindən ləğv edilərək, aidiyyəti üzrə araşdırma aparılması üçün Xətai RPİ-nin İŞ-nə göndərilmişdir. Cavabdeh və İddiaçı müraciətlərində göstərilən xüsusatlar mülki xarakterli olduğundan və toplanmış material üzrə hər hansı bir cinayətin tərkib əlamətləri olmadığından cinayət işi başlanılmasının rədd edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs X3 mülkiyyətində olan “Volksvagen Passat” markalı **-ZN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 9000 manata İddiaçı sataraq, sonuncuya 08.12.2021-ci il tarixdə həmin nəqliyyat vasitəsi ilə bağlı baş etibarnamə vermişdir. İddiaçı nəqliyyai vasitəsini yaxın dostluq münasibətində olduğu Cavabdeh müvəqqəti istifadəsinə vermişdir. Bu məqsədlə iddiaçı nəqliyyat vasitəsindən istifadə etmə səlahiyyətləri verən notariat etibarnamə rəsmiləşdirmiş və nəqliyyat vasitəsini cavabdehin faktiki istifadəsinə vermişdir. Lakin sonradan cavabdeh iddiaçı ilə birlikdə yaşadığı ünvandan çıxıb getmiş və avtomobili də aparmış və bir daha iddiaçıya geri qaytarmamışdır. Bundan sonra iddiaçı cavabdehə verdiyi avtomobili idarə etməyə dair etibarnaməni ləğv etdirmişdir. Beləliklə, iş materiallarından da göründüyü kimi, iddiaçı mübahisəli nəqliyyat vasitəsinin mülkiyyətçisi olmasa da, qanunvericiliyə uyğun olaraq həmin nəqliyyat vasitəsi üzərində sahiblik hüququna malikdir, belə ki, mülkiyyətçi X4 iddiaçıya həmin nəqliyyat vasitəsi ilə bağlı baş etibarnamə vermişdir. Məhkəmə iclasında sübutların tədqiqi ilə kifayət qədər müəyyən olundu ki, iddiaçının sahibliyində olan nəqliyyat vasitəsi cavabdeh tərəfindən götürülərək ona qaytarılmamışdır və cavabdeh nəqliyyat vasitəsinə qanunsuz sahiblik edir. Cavabdeh tərəfindən məhkəməyə mübahisəli “Volksvagen Passat” markalı **-ZN-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşının üzərində mülkiyyət hüquqlarının ona aid olmasını təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, cavabdehin qanunsuz sahibliyində olan nəqliyyat vasitəsi ondan alınaraq iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı etibarnaməli sahibliyində olan «Volksvagen Passat» markalı **-ZN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh alınaraq İddiaçı qaytarılsın. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №e-2(009)-880/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-880/2022
02.06.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver