Məhkəmə qərarları › İş №e-2(009)-9/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-9/2024

11.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-9/2024 11.07.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh ASC-yə qarşı “bildirişin ləğv edilməsi” tələbinə dair ilkin iddia ərizəsinə, eyni zamanda, iddiaçı Cavabdeh ASC-nin cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı “kredit borcunun qaytarılması və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh ASC-yə qarşı “bildirişin ləğv edilməsi” tələbinə ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, RB-OUT-06769-2021 saylı, xx.xx.2021-ci il tarixli bildirişin qanunsuz hesab edilərək ləğv olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Eyni zamanda, Cavabdeh ASC İddiaçı1 və İddiaçı2 qarşı “kredit borcunun qaytarılması və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər İddiaçı1 və İddiaçı2 K2880 saylı kredit müqaviləsi üzrə 325,330.35 (üç yüz iyirmi beş min üç yüz otuz manat otuz beş qəpik) manat əsas borc, 58,104.44 (əlli səkkiz min yüz dörd manat qırx dörd qəpik) manat faiz borcu və 33,022.25 (otuz üç min iyirmi iki manat iyirmi beş qəpik) manat cərimə borcu olmaqla, cəmi 416,457.04 (dörd yüz on altı min dörd yüz əlli yeddi manat dörd qəpik) manat məbləğində borcun, 41020USDFK********** saylı kart hesabına əsasən sms məlumatlandırma xidməti üzrə 23.00 (iyirmi üç) dollar məbləğində əsas borcun birgə qaydada Cavabdeh ASC-nin xeyrinə tutulması, tutmanın ünvan 1 ünvanında yerləşən 28 saylı mənzilə yönəldilməsi, ünvan 1 ünvanında yerləşən 28 saylı mənzilin hərracdan ilkin satış qiyməti 500,000 (beş yüz min) manat məbləğində müəyyən edilərək açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin cavabdehlərin iddiaçı Cavabdeh ASC-yə olan kredit borclarının ödənilməsinə yönəldilməsi, daşınmaz əmlak satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçiyə təhvil verilməsi, ipoteka predmetinin satışından əldə olunan pul vəsaiti cavabdehlərin iddiaçı Cavabdeh ASC-yə olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borcun cavabdehlərdən tutularaq Cavabdeh ASC-nin hesabına ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumunun və 30 (otuz) manat məbləğində xidmət haqqının və iddia ərizəsinin məhkəmə icraatına qəbul olunması üçün ödənilmiş 707 (yeddi yüz yeddi) manat məbləğində dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçı Cavabdeh ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılqılı iddia üzrə iddiaçı Cavabdeh ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, iddiaçı Cavabdeh ASC-nin cavabdehlər “İddiaçı1 və İddiaçı2 qarşı “kredit üzrə əsas borcun, ona hesablanmış faizlərin və cərimənin cavabdehlərdən tutulması” tələbinə dair iş üzrə iddia ərizəsinin, ona əlavə edilmiş sənədlərin və ödənilmiş 707 manat məbləğində dövlət rüsumunun geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Bundan başqa, işə onların iştirakları olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə hesab edir ki, ilkin iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən baxılmamış saxlanılmalı, qarşılqılı iddia üzrə iddiaçı Cavabdeh ASC-nin nümayəndəsi iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdiyindən, qarşılıqlı iddia üzrə cavabdehlər isə işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiklərindən, qarşılıqlı iddia ərizəsi isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, iddia ərizəsi baxılmamış saxlanılır. Həmin Məcəllənin 260.1 və 260.6-cı maddələrinə görə iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır və həmin qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 114-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa və ya baxılmamış saxlanılarsa məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Eyni zamanda, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 5.1.2-ci maddəsinin tələbinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 122.2-ci maddəsinə əsasən, iddia verildikdən sonra iddia tələblərinin cavabdeh tərəfdən könüllü surətdə təmin edilməsi nəticəsində iddiaçı öz tələblərini müdafiə etməzsə, iddiaçının xahişi ilə məhkəmə onun çəkdiyi bütün xərcləri cavabdehdən alır. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəmə iclasına gəlmədiyindən ilkin iddia üzrə ərizə baxılmamış saxlanılmalı, qarşılqılı iddia üzrə iddiaçı Cavabdeh ASC-nin nümayəndəsi iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdiyindən, qarşılıqlı iddia üzrə cavabdehlər isə işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiklərindən, iddia ərizəsi baxılmamış saxlanılmalı və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçı Cavabdeh ASC-yə geri qaytarılmalı, ilkin iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ASC tərəfindən ödənilmiş dövlət rüsumu onlara geri qaytarmalıdır. Həmçinin iddia ərizələri baxılmamış saxlanıldığından, cavabdehlər İddiaçı1 və İddiaçı2 aparılmış ekspertizası tədqiqatının dəyəri olan 100 + 50 manat, cəmi 150 (bir yüz əlli) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına, aparılmış əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 300 (üç yüz) manat tutularaq "xxxx" MMC-nin hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh ASC-yə qarşı “bildirişin ləğv edilməsi” tələbinə dair ilkin iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı Cavabdeh ASC-nin cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı “kredit borcunun qaytarılması və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılsın və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçı Cavabdeh ASC-yə geri qaytarılsın. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan cəmi 150 (bir yüz əlli) manat İddiaçı1 və İddiaçı2 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN**********; AZ34CTRE**********0002088501, X1, KOD210005; VÖEN**********; Müxbir hesAz41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülsün. "xxxx" MMC tərəfindən aparılmış əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 300 (üç yüz) manat İddiaçı1 və İddiaçı2 tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN: **********, Hesab N AZN: AZ30GUNA********************; Bank: GUNAY BANK ASC, VÖEN:**********, Müxbir hesab: AZ25NABZ********************; KOD: 505594; SWİFT: GUNAAZ22) köçürülsün. Məhkəməyə müraciət etmək üçün iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili X2 tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu (xx.xx.2021-ci il tarixli ********* saylı qəbz) İddiaçı1 və ya İddiaçı2 geri qaytarılsın. Məhkəməyə müraciət etmək üçün iddiaçı Cavabdeh ASC tərəfindən ödənilmiş 707 (yeddi yüz yeddi) manat məbləğində dövlət rüsumu (xx.xx.2022-ci il tarixli ********* saylı qəbz) ona geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar