Məhkəmə qərarları › İş №e-2(009)-987/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-987/2025

05.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-987/2025 05.05.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X1 Rüstəmlinin sədrliyi, İddiaçı MMC-nin Cavabdeh qarşı «pul» tələbi barədə kiçik iddialara dair sadələşdirilmiş icraat üzrə mülki işə 05 may 2025-ci il tarixdə Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehdən 418 manat ziyan əvəzinin və ödədiyi 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsi üzrə tələb olunan məbləğin beş min manatdan az olduğu üçün hazırki mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin maddənin tələblərinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə tərəfindən qeyd olunan mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq Cavabdeh Azərpoçt vasitəsi ilə məktub göndərilmiş, lakin cavabdeh iddiaya qarşı etirazını məhkəməyə göndərməmişdir İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh ilə bağlanmış 19 noyabr 2022-ci il tarixli “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyekti olan “Khazar SD” markalı, ** PE *** dövlət nömrə nişanlı avtomobil onun müvəqqəti sahibliyinə və istifadəsinə verilmişdir. Məhkəmənin 13 avqust 2024-cü il tarixli qətnaməsinə əsasən 1775,05 manat borc cavabdehdən tutulmuşdur. Lizinq obyekti cavabdehin istifadəsinə olduğu müddət ərzində inzibati xəta ilə əlaqəda sürücü inzibati qaydada cərimələnmişdir. Şirkət tərəfindən qeyd edilən cərimələrə görə ümumilikdə 418 manat ödəniş edilmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları yoxlayıb, iddia ərizəsinin dəlillərini nəzərə alaraq hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: xx.xx.2022-ci il tarixli İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış “Daxili Lizinq” müqaviləsinə və 1 saylı Əlavəyə əsasən “Khazar SD” markalı, ** PE *** dövlət nömrə nişanlı avtomobil Cavabdeh müvəqqəti sahibliyinə və istifadəsinə verilmişdir. Səbail rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən 1737,67 manat pul vəsaiti Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulmuşdur. Elektron Portaldan çıxarışın surətindən görünür ki, Cavabdeh “Khazar SD” markalı, ** PE *** dövlət nömrə nişanlı avtomobili idarə edərkən müxtəlif vaxtlarda inzibati cərimə edilmişdir. xx.xx.2024-cü il tarixli qəbzlərin surətindən görünür ki, inzibati cərimələrin ödənilməsi üçün ümumilikdə 418 manat ödəniş edilmişdir. xx.xx.2022-ci il tarixli İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış “Daxili Lizinq” müqaviləsinin 5.2-ci maddəsinə əsasən bu Müqavilənin qüvvədə olduğu müddət ərzində lizinq obyektindən istifadə edilməsi zamanı üçüncü şəxslərə dəymiş zərərə (maddi və mənəvi ziyan, həmçinin səhhətə dəymiş ziyan da daxil olmaqla), həmçinin cinayət və inzibati xətaya görə məsuliyyəti lizinq alan daşıyır. Beləliklə məhkəmə iclasında müəyyən olunmuşdur ki, tərəflər arasında bağlanmış lizinq müqaviləsinə əsasən Khazar SD” markalı, ** PE *** dövlət nömrə nişanlı avtomobil Cavabdeh müvəqqəti sahibliyinə və istifadəsinə verilmişdir. Cavabdeh avtomobili idarə etdiyi müddətdə müxtəlif vaxtlarda inzibati qaydada cərimələnmişdir. O, müqaviləyə əsasən avtomobildən istifadə edəcəyi müddət ərzində törədəcəyi inzibati xətaya görə məsuliyyət daşımaq öhdəliyini üzərinə götürmüş olmasına baxmayaraq, sözügedən inzibati cərimə məbləğlərinin ödənməsindən yayınmışdır. Həmin məbləğləri iddiaçı ödəmiş və cavabdehdən həmin məbləğin ona geri ödənilməsini tələb etməsinə baxmayaraq, cavabdeh müqavilə ilə üzərinə götürmüş öhdəliyi yerinə yetirməyərək məsuliyyətdən yayınmışdır. Bununla da cavabdehin hərəkətləri nəticəsində iddiaçıya maddi zərər dəymişdir. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qeyd olunan maddi hüquq normalarına və işin hallarına əsaslanaraq məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya vurmuş olduğu zərəri ödəmədiyindən, 418 manat pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri MPM-nın 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, hazırki iddia tələbi təmin olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araş dırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nın 216-220-ci, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 418 manat məbləğində pul vəsaiti və iddianın qaldırılması ilə bağlı ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar