Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1000/2024 27.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların azyaşlı övladları X5 və X7 qarşı “kompensasiya verməklə istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddia tələbi. 1.İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların azyaşlı övladlarına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1980-cı il təvəllüdlü Cavabdeh1 və övladı xx.xx.2014-cü il təvəllüdlü X6 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4042-60, 5 saylı evin 54 saylı mənzilindən istifadə hüququna 30.000 (otuz min) manat kompensasiya verməklə xitam verilməsi və mənzilin boşaldılaraq təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsin ə əlavə verərək xx.xx.1980-ci il təvəllüdlü Cavabdeh1 və övladları xx.xx.2014-cü il təvəllüdlü X6 Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4042-60, 5 saylı evin 54 saylı mənzilindən istifadə hüququna 30.000 (otuz min) manat kompensasiya verməklə xitam verilməsi və Cavabdeh1, Cavabdeh2, övladları X3 və X6 Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4042-60, 5 saylı evin 54 saylı mənzilindən çıxarılması və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4042-60, 5 saylı evin 54 saylı mənzilin boşaldaraq İddiaçı təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Daha sonra İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinin dəqiqləşməsi barədə ərizə ilə müraciət edərək xx.xx.1980-ci il təvəllüdlü Cavabdeh1 və övladları xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2014-ci il təvəllüdlü X6 mülkiyyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4042-60, 5 saylı evin 54 saylı mənzilindən istifadə hüququna 30.000 (otuz min) manat kompensasiya verməklə xitam verilməsi və Cavabdeh1, Cavabdeh2, övladları X3 və X6 iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4042-60, 5 saylı evin 54 saylı mənzilindən çıxarılması və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4042-60, 5 saylı evin 54 saylı mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4042-60, 5 saylı evin 54 saylı mənzil mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Mənzilə mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri Publik Hüquqi Şəxsində qyediyyata alınmış və Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Mənzilin ümumi sahəsi 66.11 kv.m, yaşayış sahəsi isə 38.71 kv.m təşkil edir və 9 mərtəbəli binanın 9-cu mərtəbəsində yerləşir. İddiaçı ailəlidir və bir övladı vardır. Cavabdeh1 İddiaçı qardaşıdır və öz ailəsi-həyat yoldaşı və iki qızı ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4042-60, 5 saylı evin 54 saylı mənzildə yaşayır. Cavabdeh1 İddiaçı mülkiyyət hüquqlarını pozduğu üçün, İddiaçı ona məxsus yaşayış evindən tam istifadə edə bilməyərək, mülkiyyətinin üzərində sahiblik, istifadə və sərəncam vermə hüququnu həyata keçirə bilmir. Cavabdeh1 ailə üzvləri ilə birlikdə qanunda nəzərdə tutulmuş mülkiyyət hüquqlarını pozduğundan iddiaçı ona məxsus mənzildən kompensasiya verilməklə çıxarılmalarını və mənzilin boşaldılaraq ona təhvil verilməsini xahiş etmişdir. Həmin ərazidə eyni şəraitli mənzilin kirayə haqqı 300 manat civarındadır. Hazırda cavabdehə 30.000 manat kompensasiya verməklə istifadə hüququna xitam verilməsi tamamilə ədalətlidir. Çünki cavabdeh ailə üzvləri ilə birlikdə həmin pul vəsaiti ilə 9-10 il müddətində həmin ərazidə eyni ilə hazırda yaşadıqları mənzillə eyni şəraitdə olan evdə kirayə qala və hətta 30.000 manatla ilkin ödəniş edərək mənzil ala bilər. İddiaçı dəfələrlə Cavabdeh1 ilə aralarında olan mübahisəni məhkəmədən kənar həll etməyə çalışsa da, bütün müraciətləri cavabsız qalmışdır və bu səbəbdən də məhkəməyə müraciət etmek məcburiyyətində qalmışdır. Odur ki, cavabdehlərə kompensasiya verilməklə mənzildən istifadə hüquqlarına xitam verilməsi və mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
Tərəflərin izahatları.
5. İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil iddia tələbini müdafiə edərək bildirmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4042-60, 5 saylı evin 54 saylı mənzil mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Mənzilə mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri Publik Hüquqi Şəxsində qeydiyyata alınmış və Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Mənzilin ümumi sahəsi 66.11 kv.m, yaşayış sahəsi isə 38.71 kv.m təşkil edir və 9 mərtəbəli binanın 9-cu mərtəbəsində yerləşir. İddiaçı ailəlidir və bir övladı vardır. Cavabdeh1 İddiaçı qardaşıdır və öz ailəsihəyat yoldaşı və iki qızı ilə birlikdə ünvan 1-də yaşayır. Cavabdeh1 İddiaçı mülkiyyət hüquqlarını pozduğu üçün, İddiaçı ona məxsus yaşayış evindən tam istifadə edə bilməyərək, mülkiyyətinin üzərində sahiblik, istifadə və sərəncam vermə hüququnu həyata keçirə bilmir. Cavabdeh1 ailə üzvləri ilə birlikdə qanunda nəzərdə tutulmuş mülkiyyət hüquqlarını pozduğundan iddiaçı ona məxsus mənzildən kompensasiya verilməklə çıxarılmalarını və mənzilin boşaldılaraq ona təhvil verilməsini xahiş etmişdir. Həmin ərazidə eyni şəraitli mənzilin kirayə haqqı 300 manat civarındadır. Hazırda cavabdehə 30.000 manat kompensasiya verməklə istifadə hüququna xitam verilməsi tamamilə ədalətlidir. Çünki cavabdeh ailə üzvləri ilə birlikdə həmin pul vəsaiti ilə 9-10 il müddətində həmin ərazidə eyni ilə hazırda yaşadıqları mənzillə eyni şəraitdə olan evdə kirayə qala və hətta 30.000 manatla ilkin ödəniş edərək mənzil ala bilər. İddiaçı dəfələrlə Cavabdeh1 ilə aralarında olan mübahisəni məhkəmədən kənar həll etməyə çalışsa da, bütün müraciətləri cavabsız qalmışdır və bu səbəbdən də məhkəməyə müraciət etmek məcburiyyətində qalmışdır. Odur ki, cavabdehlərə kompensasiya verilməklə mənzildən istifadə hüquqlarına xitam verilməsinə və mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
6. Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4042-60, ev 5, 54 saylı mənzili 1989-cu ildə order əsasında yaşamaq üçün onun anasına və onun ailə üzvlərinə verilmişdir. Onun da həmin orderdə ad və soyadı yazılmışdır. Həmin vaxtdan o anası və atası ilə birlikdə mübahisəli mənzildə yaşamışdır. Hal-hazırda həmin mənzildə o həyat yoldaşı və azyaşlı övladları ilə birlikdə yaşayır. İddiaçı isə artıq uzun müddətdir ki, o evdə yaşamır. İddiaçı ilk öncə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4042-60, ev 5, 54 saylı mənzili banka girov qoyaraq pul götürməyi ona təklif etmiş, sonradan isə həmin mənzilin satılması və dəyərinin onların arasında bölünməsi ilə bağlı özəlləşdirilməsini təklif etmişdir. Buna görə də həmin mənzilin qardaşının adına özəlləşdirilməsinə etiraz etməmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunmasını xahiş etmişdir.
7. Cavabdeh2 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, o Cavabdeh1 ilə 2010cu ildə rəsmi nikaha daxil olaraq ünvan 1 ünvanında yaşamışdır. Hal-hazırda həmin mənzildə o həyat yoldaşı və azyaşlı övladları ilə birlikdə yaşayır. İddiaçı onlara təklif etmişdir ki, evi özəlləşdirib satsınlar və ev satılandan sonra əldə olunun məbləğin 30%-ni özü götürəcəyini, qalan hissəni isə onlara verəcəyini bildirmişdir. Buna görə də Cavabdeh1 öz qardaşına inanaraq evin onun adına özəlləşdirilməsinə etiraz etməmişdir. Lakin ev özəlləşdirildikdən sonra iddiaçı fikrini dəyişmiş və ev satıldıqdan sonra əldə olunan məbləğin 50%-ni cavabdehlərə verəcəyini bildirmişdir. Hal-hazırda isə onlara 30000 manat kompensasiya təklif edir. Onlar 30000 manat kompensasiya ilə özlərinə heç bir şərait qura bilməzlər. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İş materialları.
8. Azərbaycan Respublikasl DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışlardan görünür ki, Cavabdeh2 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ünvanında, X8 ünvan 3 ünvanında, X10 və Cavabdeh1 isə ünvan 1 ünvanında qeydiyyatdadırlar.
9. Əmlak Məsələləri Dövlət xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 21.0.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı adına rəsmiləşdirilmişdir.
10. “X9” MMC keçirtdiyi qiymətləndirilməyə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4042-60, ev 5, 54 saylı mənzilin hazırki dövrə olan orta bazar qiyməti 84.300 AZN təşkil edir.
11. Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 və X4 xx.xx.2010-cu il tarixdə nikahlarını bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 91 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Muxtarov, arvada Muxtarova soyadı verilmişdir.
İşin faktiki halları.
12. İşin mübahisəsiz hallarından müəyyən olunur ki, mübahisəli ünvan 4 ünvanında yerləşən mənzil 1989-cu ildə order əsasında yaşamaq üçün tərəflərin valideynlərinə verilmiş və həmin mənzil xx.xx.2023-cü ildə İddiaçı adına özəlləşdirilmişdir. Cavabdeh1 1989-cu ildən mübahisəli mənzildə yaşayır və onun həmin evə istifadə hüququ qüvvədən düşmüş Mənzil Məcəlləsinin tələblərinə əsasən yaranmışdır. Cavabdeh1 2010-cu ildə nikaha daxil olmuşdur. 2010-cu ildən həmin mənzildə digər Cavabdeh2 yaşamış və birgə nikahlarından iki övladları doğulmuşdur. Hal-hazırda həmin mənzildə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların iki azyaşlı övladları birgə yaşayır. Cavabdeh tərəf öz izahatında həmin mənzilin satılması ilə bağlı olaraq iddiaçı ilə razılaşdıqlarını və buna görə də mənzilin onun adına özəlləşdirilməsinə etiraz etmədiyini bildirmişdir.
Tətbiq edilən hüquq.
13. Azərbaycan Respublikasının Konstitusiyası.
Maddə 13. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Maddə 149. Normativ hüquqi aktlar Vİİ. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.
14. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair” Protokol.
Maddə 1. Mülkiyyətin müdafiəsi. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157. Mülkiyyətin müdafiəsi. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 135. Əşya hüququnun obyektləri 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyridəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 141 . Daşınmaz əmlakın dövlət reyestrində düzəlişin aparılması 141.1. Əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Maddə 228. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
16. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 53. İcarədarın ailə üzvlərinin hüquq və vəzifələri İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Maddə 54. İcarədarın başqa vətəndaşları ailə üzvləri sifətilə yaşayış sahəsinə köçürmək hüququ İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.
17. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında ”Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 21 dekabr 2012-ci il tarixli Qərarı Eyni zamanda Konsitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, özəlləşdirilən mənzildə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin yaşadıqları mənzilin (evin) öz aralarından hər hansı birinin mülkiyyətinə verilməsi haqqında razılığın olması, onların həmin mənzildə yaşamaq hüququndan imtinası kimi qiymətləndirilə bilməz. Bundan əlavə ailə üzvləri mənzilin özəlləşdirilməsinə razılıq verərkən, bunu mənzildə yaşamaq hüququndan imtina etmək üçün deyil, tam əksinə, Qanunun məqsədlərindən birinə uyğun olaraq həmin mənzildən daha səmərəli istifadə etmək imkanına sahib olmaq üçün edirlər. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 5-ci maddəsinin birinci hissəsinə görə özəlləşdirilən mənzildə faktiki yaşayan ailə üzvlərinə həmin mənzildə yaşamaq hüquqlarının hansı şəkildə (mülkiyyətçi və ya yaxud mülkiyyətçinin ailə üzvü kimi) həyata keçirilməsini seçmək imkanı verilmişdir. Lakin bu seçim öz-özlüyündə Qanunun məqsədlərindən birinin tamamilə aradan götürülməsi və özəlləşdirməyə razılıq verən ailə üzvlərinin mənzildə yaşamaq hüququndan məhrum edilməsi ilə nəticələnməməlidir. Beləliklə, ailə üzvləri mənzilin özəlləşdirilməsinə razılığı Qanunun məqsədlərinə əsasən həmin mənzildən daha səmərəli şəkildə istifadə etmək imkanına sahib olmaq üçün, mənzilin mülkiyyətçisinin mülkiyyət hüququndan ailə üzvlərinin bu mənzildə yaşamaqla bağlı hüquqlarına zidd şəkildə istifadə etməyəcəyinə güvənib, ona etimad göstərərək vermişlər. Bu səbəbdən mülkiyyətçi, mənzilə mülkiyyət hüququndan ona bəslənilən etimada zidd şəkildə istifadə edərək özəlləşdirməyə razılıq vermiş digər ailə üzvlərini həmin mənzildə yaşamaq imkanından məhrum edə bilməz. Əks hal hüququn hamılıqla qəbul edilən ümumi prinsiplərindən biri olan “hüquqdan sui-istifadə qadağası”na zidd olar.
18. R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarı
Bununla əlaqədar, Konstitusiya Məhkəməsi Plenumunun mövqeyi ondan ibarətdir ki, mülkiyyət hüququ yaşayış sahəsindən istifadə etmək hüququndan fərqlənsə də, hər iki hüquq müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin olunmalıdır. Lakin Mənzil Məcəlləsinin 123-cü maddəsində və ümumiyyətlə, bu Məcəllədə yaşayış sahəsindən istifadə hüququna xitamla bağlı kompensasiya verilməsini nəzərdə tutan heç bir hüquq norması mövcud deyil. Bu halda mübahisənin həllinin hər hansı normaya əsaslanmadan məhkəmənin mülahizəsində saxlanılması mülkiyyətçi və ya istifadəçinin hüquqlarını zərbə altına qoya bilər. Belə vəziyyətdən çıxış yolu tapmaq üçün qüvvədə olan qanunvericilikdə məsələnin qanuni həllini müəyyənləşdirən müvafiq normaya istinad olunması vacibdir. 2000-ci il sentyabrın 1-dən qüvvədə olan Mülki Məcəllənin 228.2-ci maddəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünü əks etdirir. xx.xx.2001-ci il tarixli qərarında olduğu kimi Konstitusiya Məhkəməsi təkrarən təsdiq edir ki, Mülki Məcəllənin 228.2-ci maddəsindən irəli gələn tələblərin mahiyyəti ondan ibarətdir ki, o, ailə üzvlərinin və digər şəxslərin mənzildən istifadə etmək və mülkiyyət hüquqlarının qanuni baxımdan hərtərəfli həllinə təminat verir. Bu qərara görə həmçinin Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı şəxsin mülkiyyətində olan və daşınmaz əmlak sayılan bütün yaşayış evlərinə həmin Məcəllənin 135, 139, 140, 141 və 144-cü maddələrinin müddəalarına əsasən şamil edilməlidir. Lakin Mülki Məcəllənin 228.2-ci maddəsində öz əksini tapmış «yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər» normasının onun qəbulundan əvvəl yaranmış münasibətlərlə bağlı mübahisələrin həllində tətbiqinin mümkünlüyünü dəqiqləşdirmək üçün bir neçə məqama xüsusi diqqət yetirilməlidir. Mülki Məcəllənin 2.1-ci maddəsinə görə Azərbaycan Respublikasının mülki qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına əsaslanır və bu Məcəllədən, digər qanunlardan və onların əsasında qəbul edilən, mülki-hüquq normalarını müəyyənləşdirən başqa normativ-hüquqi aktlardan ibarətdir. Mənzil qanunvericiliyi mahiyyətcə mülki qanunvericiliyin bir hissəsidir. Mənzil Məcəlləsi yaşayış sahələrinin verilməsi, onlardan istifadə olunması, belə istifadəyə xitam verilməsi, mənzil fondunun idarə olunması, onun saxlanılmasının təmin olunması, habelə mənzil sahəsində qanunçuluğun möhkəmləndirilməsi ilə bağlı olan hüquqi münasibətləri xüsusi normalarla tənzimləyir. Lakin Mənzil Məcəlləsi yaşayış sahəsindən istifadə hüququna xitamla bağlı kompensasiya verilməsinə dair tərəflərin münasibətlərini tənzimləmədən saxlamışdır. Bununla belə, bir çox mülki hüquq münasibətləri uzanan xarakter daşıyır, bu zaman Azərbaycan Respublikasının qanunvericiliyi isə dinamik inkişaf edir və dövri olaraq yeniləşir. Bu münasibətlərin mövcudluğu zamanı onların tənzimlənməsinə yönəldilmiş bəzi qanunların dəyişilməsi, həmin münasibətlərin çərçivəsində müəyyən subyektiv hüquq və vəzifələrin əmələ gəlməsi və xitamı mümkündür. Lakin belə hallarda Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin – mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi mühüm əhəmiyyət kəsb edir. Yeni və əvvəlki qanunların arasında kolliziyalar yaranarsa, yalnız fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ-hüquqi aktların qüvvəsinin geriyə şamil olunmasının mümkünlüyünü nəzərdə tutan Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsi əsas götürülməlidir.
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi
20. İşin mübahisəsiz hallarından müəyyən olunur ki, mübahisəli ünvan 4 ünvanında yerləşən mənzil 1989-cu ildə order əsasında yaşamaq üçün tərəflərin valideynlərinə verilmiş və həmin mənzil xx.xx.2023-cü ildə İddiaçı adına özəlləşdirilmişdir. Cavabdeh1 1989-cu ildən mübahisəli mənzildə yaşayır və onun həmin evə istifadə hüququ qüvvədən düşmüş Mənzil Məcəlləsinin tələblərinə əsasən yaranmışdır. Cavabdeh1 2010-cu ildə nikaha daxil olmuşdur. 2010-cu ildən həmin mənzildə digər Cavabdeh2 yaşamış və birgə nikahlarından iki övladları doğulmuşdur. Hal-hazırda həmin mənzildə cavabdehlər və onların iki azyaşlı övladları birgə yaşayır. Cavabdeh tərəf öz izahatında həmin mənzilin satılması ilə bağlı olaraq iddiaçı ilə razılaşdıqlarını və buna görə də mənzilin iddiaçının adına özəlləşdirilməsinə etiraz etmədiyini bildirmişdir.
21. İddiaçı Cavabdeh1 və onun iki azyaşlı övladının mübahisəli mənzilə yaranmış istifadə hüququna 30.000 (otuz min) manat kompensasiya təklif etməklə xitam verilməsini xahiş etmişdir. Cavabdehlər isə kompensasiya təklifini qəbul etməyərək mənzilin satılmasına və dəyərinin iki hissəyə bölünməsinə etiraz etmədiyini bildirmişlər.
22. İddiaçı tərəfindən məhkəməyə mütəxxəssiz rəyi təqdim olunaraq mübahisəli mənzil qiymətləndirilmiş və həmin mənzilin orta bazar qiyməti 84300 manat təşkil etmişdir. Həmçinin həmin mənzilin fotoşəkilləri təqdim olunmuş və müəyyən olunmuşdur ki, mənzil orta təmirlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehlərin hazırkı yaşadıqları mənzilə yaranmış istifadə hüququnun əvəzləşdirilməsi kimi təklif olunan 30000 manat kompensasiya ağlabatan və ədalətlidir.
23. R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMKnın xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikasıın Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2007-ci il tarixli qərarında göstərilir ki, «Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin».
24. Azərbaycan Respublikası Konstitusiyası və Azərbaycan Respublikasıın tərəfdar çıxdığı «İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya»nın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətində maneəsiz istifadə hüququna malikdir. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 14 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir.
25. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.
Məhkəmə xərcləri.
26. İş materiallarından göründüyü kimi iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərəkən 180 manat məbləğində dövlət rüsumu ödəmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci maddəsi ilə qiymətləndirilən iddia ərizələrinin verilməsi üçün ödənilməli olan dövlət rüsumu məbləğinə uyğun olmuşdur.
Məhkəmənin gəldiyi nəticə.
27. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesаb edir ki, iddia təmin edilməli, Cavabdeh1, onun övladları X3 və X6 Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4042-60, 5 saylı evin 54 saylı mənzilinə dair istifadə hüququna İddiaçı tərəfindən 30 000 (otuz min) manat məbləğində kompensasiya verilməsi yolu ilə xitam verilməli, Cavabdeh1, onun övladları X5 və X1 ödənilməsi və onların Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4042-60, 5 saylı evin 54 saylı mənzilindən istifadə hüququna xitam verilməsi eyni vaxtda icra edilməli, Cavabdeh1, onun övladları X3 və X10 və Cavabdeh2 Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4042- 60, 5 saylı evin 54 saylı mənzilindən çıxarılmalı və mənzil boşaldılaraq iddiaçıya təhvil verilməlidir.
28. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunsa da, iddia tələbinin əsasını kompensasiya ödənilməsi təşkil etdiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh1, onun övladları X3 və X6 Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4042-60, 5 saylı evin 54 saylı mənzilinə dair istifadə hüququna İddiaçı tərəfindən 30 000 (otuz min) manat məbləğində kompensasiya verilməsi yolu ilə xitam verilsin. Cavabdeh1, onun övladları X5 və X1 ödənilməsi və onların Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4042-60, 5 saylı evin 54 saylı mənzilindən istifadə hüququna xitam verilməsi eyni vaxtda icra edilsin. Cavabdeh1, onun övladları X3 və X10 və Cavabdeh2 Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4042-60, 5 saylı evin 54 saylı mənzilindən çıxarılsın və mənzil boşaldılaraq iddiaçıya təhvil verilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova