Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1075/2025 03.03.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh X5 qarşı “əmlakın mənzildən çıxarılması” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.
1. İddiaçı cavabdeh X5 qarşı “əmlakın mənzildən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən İddiaçı məxsus olan, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, G.Qarayev və R.İsgəndərov küçələrinin arasında "xxxx" MMC tərəfindən inşa edilmiş, 3 girişli yüksək mərtəbəli yaşayış binasının 3-cü girişi, 12-ci mərtəbəsində yerləşən, 2 otaqlı, 105.9 kv.metr sahədən ibarət olan 270 nömrəli mənzildə yerləşən və cavabdeh X5 məxsus olan 12 göy nəlbəki, 12 çay stəkanı, 12 sarı nəlbəki, 12 armudu stəkan, 12 sadə armudu stəkan, 11 sadə nəlbəki, 6 duz qabı, 12 mürəbbə qabı, 9 limon qabı, 1 ədəd kvadrat ləbləbi qabı, 1 ədəd meyvə qabı, 2 ədəd mürəbbə qabı böyük, 2 ədəd mürəbbə qabı kiçik, 2 ədəd konfet qabı böyük, 6 ədəd desert qabı, 1 ədəd kül qabı, 1 ədəd güldan, 2 ədəd salat qabı, 1 ədəd xrustal saat, 1 ədəd ətçəkən, 1 ədəd sokçəkən, 1 ədəd blendr dəsti, 1 ədəd tefal çaydan, 1 ədəd narıncı termos, 2 ədəd qrafinka + 6 ədəd bakal, 1 ədəd sarı meyvə-şirniyyat komplekti (10 hissəli), 2 ədəd ağ böyük sunum qabı, 2 ədəd dxovka üçün sunum qabı (şüşə), “Karaca” markalı qazan dəsti (5 ədəd qazan + 5 ədəd qapaq), “Tunc” markalı qazan dəsti (4 ədəd qazan + 2 ədəd qapaq), “Karaca” markalı qara qazan dəsti (4 ədəd qazan + 3 ədəd qapaq), “Marstro” markalı yaşıl qazan dəsti (3 ədəd qazan + 3 ədəd qapaq), “Kumara” markalı tava dəsti (3 ədəd tava + 2 ədəd qapaq), 1 ədəd şüşə qazan, 1 ədəd nikel balaca qazan, 1 ədəd balaca tava + 1 ədəd qapaq, 1 ədəd ayaqlı padnos, 4 ədəd satə padnos, 2 ədəd dördayaq (böyük, balaca), 4 ədəd iş taxtası, 2 ədəd oxlov (böyük, balaca), 2 ədəd çörək qabı, 2 ədəd qazan altlığı, 1 ədəd xonça ləbləbi qabı, 1 ədəd tyorka, 1 ədəd ələk, 3 ədəd şirniyyat bişirmək üçün duxovka qabı kvadrat, 1 ədəd keyk qabı duxovka üçün, 1 ədəd taxta sandıq, qırmızı qab dəsti (6 ədəd aş, 6 ədəd sous, 6 ədəd dolma, 6 ədəd kasa), boz qab dəsti (6 ədəd aş, 6 ədəd sous, 6 ədəd dolma, 4 ədəd kasa), 6 ədəd kauçuk ləyən, 2 ədəd aşsüzən, 2 ədəd dəmir ləyən, 1 ədəd çuğun ləyən, 3 ədəd şüşə qab çəhrayı, 12 qaşıq naboru, 6 bıçaq dəst çəhrayı, 2 dəst taxta qaşıq naboru (8 ədəd), 6 qaşıq çəhrayı, 6 rəngli qaşıq, 1 uşaq su qabı, 1 qaşıq altığı, 2 qıf, 3 süzgəcli kauçuk qabı, 1 göy qapaq saxlama qabı, 4 çuğun saxlama qabı, 4 şüşə saxlama qabı, 8 kauçuk saxlama qabı + 8 qapaq, 1 çəhrayı saxlama qabı, 1 ədəd novruz xonçası, 1 ədəd yumurta qabı, 1 ədəd duz qabı naboru, 1 ədəd çörək bişirən aparat, 1 ədəd mikrovalnovka, 1 ədəd meyvə qurudan, 1 ədəd ütü, 1 ədəd ətir aparatı, 1 ədəd çaydan, 3 ədəd çaynik, 1 dəst qaşıq naboru (beşli dəst), 1 ədəd tozsoran, 2 ədəd paltar səbəti, 1 ədəd zibil qabı, 1 ədəd duxovka (hoffmann), 1 ədəd taxt döşəyi, 3 ədəd taxt yorğanı, 2 ədəd kravat döşəyi uşaq otağı, 8 ədəd yastıq, 1 ədəd matras üzünün qoruyucusu, 1 ədəd inqaliyasiya aparatı, 1 ədəd salat doğrayan, 1 ədəd çaysüzən, bakal balaca, orta, böyük (12-lik dəst), 4 ədəd sadə bakal, çay dəsti (6 ədəd kofe fincanı + 6 ədəd nəlbəki), (12 ədəd böyük fincan + 12 ədəd nəlbəki), 1 ədəd çaynik, 1 ədəd şəkər qabı, 1 ədəd süd qabı, 1 ədəd konfet qabı, yemək dəsti (6 bulut, 2 böyük boşqab, 12 kasa, 12 dərin boşqab, 12 dayaz boşqab, 12 dayaz boşqab balaca, 24 balaca dayaz boşqab, 4 duz qabı, 1 salfet qabı), taxt pakrıvalı 1 dəst, 2 dəst uşaq otağı pakrıvalı, 1 dəst dəsmal, 1 dəst pastel, 5 ədəd süfrə, 3 ədəd mətbəx süfrəsi, 17 ədəd çay dəsmalı, 3 ədəd stolüstü dəsmal, 1 ədəd don formalı mətbəx dəsmalı, 6 ədəd çay dəsmalı bir paket, 11 ədəd əl-üz dəsmalı, 2 ədəd balaca dəsmal, 4 ədəd hamam dəsmalı, 8 ədəd prostina, 16 ədəd yastıq üzü, 6 ədəd çexol, 2 ədəd adyal, 1 ədəd hamam xalatı, 2 böyük, 2 balaca, 1 orta xalça, 1 ədəd stol + 8 ədəd stul, 2 ədəd kreslo, 1 divan, 1 jurnalni, 1 tv stand, 1 televizor (samsung), 1 qabyuyan (bosch), 1 soyuducu (bosch), 1 mebel içi duxovka (bosch), 1 aspirator (bosch), 1 elektrikli 4 gözlü pilitə (bosch), 1 paltaryuyan (samsung), 1 paltar sərən (suşulka), 1 ütü masası, 1 güzgülü termo (yataq otağı), 1 böyük paltar şkafı (yataq otağı), 1 taxt, 2 tumba (yataq otağı), 2 uşaq otağı kravatı, 1 polsilən, 1 qonaq otağı pərdəsi, 1 uşaq otağı pərdəsi, 1 yataq otağı pərdəsinin cavabdehin öz hesabına mənzildən çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması və ödənilmiş 101 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, G.Qarayev və R.İsgəndərov küçələrinin arasında "xxxx" MMC tərəfindən inşa edilmiş, 3 girişli yüksək mərtəbəli yaşayış binasının 3-cü girişi, 12-ci mərtəbəsində yerləşən, 2 otaqlı, 105.9 kv.metr sahədən ibarət olan 270 nömrəli mənzil İddiaçı məxsusdur. Qeyd edilən mənzil xx.xx.2019-cu il tarixli müqavilə və ona verilmiş xx.xx.2019-cu il tarixli maliyyə arayışı ilə rəsmiləşdirilmişdir. Cavabdeh X7 iddiaçının qardaşı X8 ilə xx.xx.2020-ci il tarixdə rəsmi nikaha girmiş və bu nikahın rəsmiləşdirilməsindən sonra, adı çəkilən və iddiaçıya məxsus olan mənzilə köçərək yaşamağa başlamışlar. Bir müddət sonra, cavabdeh ilə iddiaçının qardaşı Rüfət Əhmədli arasında ailə münasibəti normal olmamış və nəhayət, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(010)-4746/2023 nömrəli qətnaməsi ilə nikahlarına xitam verilmişdir. Cavabdehlə onun əri Rüfət Əhmədlinin nikahlarına xitam verilməmişdən əvvəl, cavabdeh iddiaçıya məxsus olan mənzildən faktiki olaraq çıxmış və həmin mənzildə yaşamamışdır. Lakin, mənzildən çıxdıqdan bu günə qədər ona məxsus olan bir çox əşyalar iddiaçıya aid olan mənzildə qalmaqdadır. Dəfələrlə şifahi qaydada cavabdehə bildirilmişdir ki, əşyalarını mənzildən çıxarsın, ancaq cavabdeh buna məhəl qoymamış və qəsdən əşyalarını götürməkdən imtina etmişdir. Belə olan halda, iddiaçı da məcbur olub bu məsələnin hüquqi müstəvidə həll olunması barədə qərar vermişdir. Cavabdeh məxsus olan və hal-hazırda iddiaçının mənzilində olan əşyalar aşağıdakılardır: 12 göy nəlbəki, 12 çay stəkanı, 12 sarı nəlbəki, 12 armudu stəkan, 12 sadə armudu stəkan, 11 sadə nəlbəki, 6 duz qabı, 12 mürəbbə qabı, 9 limon qabı, 1 ədəd kvadrat ləbləbi qabı, 1 ədəd eyvə qabı, 2 ədəd mürəbbə qabı böyük, 2 ədəd mürəbbə qabı kiçik, 2 ədəd konfet qabı böyük, 6 ədəd desert qabı, 1 ədəd kül qabı, 1 ədəd güldan, 2 ədəd salat qabı, 1 ədəd xrustal saat, 1 ədəd ətçəkən, 1 ədəd sokçəkən, 1 ədəd blendr dəsti, 1 ədəd tefal çaydan, 1 ədəd narıncı termos, 2 ədəd qrafinka + 6 ədəd bakal, 1 ədəd sarı meyvə-şirniyyat komplekti (10 hissəli), 2 ədəd ağ böyük sunum qabı, 2 ədəd dxovka üçün sunum qabı (şüşə), “Karaca” markalı qazan dəsti (5 ədəd qazan + 5 ədəd qapaq), “Tunc” markalı qazan dəsti (4 ədəd qazan + 2 ədəd qapaq), “Karaca” markalı qara qazan dəsti (4 ədəd qazan + 3 ədəd qapaq), “Marstro” markalı yaşıl qazan dəsti (3 ədəd qazan + 3 ədəd qapaq), “Kumara” markalı tava dəsti (3 ədəd tava + 2 ədəd qapaq), 1 ədəd şüşə qazan, 1 ədəd nikel balaca qazan, 1 ədəd balaca tava + 1 ədəd qapaq, 1 ədəd ayaqlı padnos, 4 ədəd satə padnos, 2 ədəd dördayaq (böyük, balaca), 4 ədəd iş taxtası, 2 ədəd oxlov (böyük, balaca), 2 ədəd çörək qabı, 2 ədəd qazan altlığı, 1 ədəd xonça ləbləbi qabı, 1 ədəd tyorka, 1 ədəd ələk, 3 ədəd şirniyyat bişirmək üçün duxovka qabı kvadrat, 1 ədəd keyk qabı duxovka üçün, 1 ədəd taxta sandıq, qırmızı qab dəsti (6 ədəd aş, 6 ədəd sous, 6 ədəd dolma, 6 ədəd kasa), boz qab dəsti (6 ədəd aş, 6 ədəd sous, 6 ədəd dolma, 4 ədəd kasa), 6 ədəd kauçuk ləyən, 2 ədəd aşsüzən, 2 ədəd dəmir ləyən, 1 ədəd çuğun ləyən, 3 ədəd şüşə qab çəhrayı, 12 qaşıq naboru, 6 bıçaq dəst çəhrayı, 2 dəst taxta qaşıq naboru (8 ədəd), 6 qaşıq çəhrayı, 6 rəngli qaşıq, 1 uşaq su qabı, 1 qaşıq altığı, 2 qıf, 3 süzgəcli kauçuk qabı, 1 göy qapaq saxlama qabı, 4 çuğun saxlama qabı, 4 şüşə saxlama qabı, 8 kauçuk saxlama qabı + 8 qapaq, 1 çəhrayı saxlama qabı, 1 ədəd novruz xonçası, 1 ədəd yumurta qabı, 1 ədəd duz qabı naboru, 1 ədəd çörək bişirən aparat, 1 ədəd mikrovalnovka, 1 ədəd meyvə qurudan, 1 ədəd ütü, 1 ədəd ətir aparatı, 1 ədəd çaydan, 3 ədəd çaynik, 1 dəst qaşıq naboru (beşli dəst), 1 ədəd tozsoran, 2 ədəd paltar səbəti, 1 ədəd zibil qabı, 1 ədəd duxovka (hoffmann), 1 ədəd taxt döşəyi, 3 ədəd taxt yorğanı, 2 ədəd kravat döşəyi uşaq otağı, 8 ədəd yastıq, 1 ədəd matras üzünün qoruyucusu, 1 ədəd inqaliyasiya aparatı, 1 ədəd salat doğrayan, 1 ədəd çaysüzən, bakal balaca, orta, böyük (12-lik dəst), 4 ədəd sadə bakal, çay dəsti (6 ədəd kofe fincanı + 6 ədəd nəlbəki), (12 ədəd böyük fincan + 12 ədəd nəlbəki), 1 ədəd çaynik, 1 ədəd şəkər qabı, 1 ədəd süd qabı, 1 ədəd konfet qabı, yemək dəsti (6 bulut, 2 böyük boşqab, 12 kasa, 12 dərin boşqab, 12 dayaz boşqab, 12 dayaz boşqab balaca, 24 balaca dayaz boşqab, 4 duz qabı, 1 salfet qabı), taxt pakrıvalı 1 dəst, 2 dəst uşaq otağı pakrıvalı, 1 dəst dəsmal, 1 dəst pastel, 5 ədəd süfrə, 3 ədəd mətbəx süfrəsi, 17 ədəd çay dəsmalı, 3 ədəd stolüstü dəsmal, 1 ədəd don formalı mətbəx dəsmalı, 6 ədəd çay dəsmalı bir paket, 11 ədəd əl-üz dəsmalı, 2 ədəd balaca dəsmal, 4 ədəd hamam dəsmalı, 8 ədəd prostina, 16 ədəd yastıq üzü, 6 ədəd çexol, 2 ədəd adyal, 1 ədəd hamam xalatı, 2 böyük, 2 balaca, 1 orta xalça, 1 ədəd stol + 8 ədəd stul, 2 ədəd kreslo, 1 divan, 1 jurnalni, 1 tv stand, 1 televizor (samsung), 1 qabyuyan (bosch), 1 soyuducu (bosch), 1 mebel içi duxovka (bosch), 1 aspirator (bosch), 1 elektrikli 4 gözlü pilitə (bosch), 1 paltaryuyan (samsung), 1 paltar sərən (suşulka), 1 ütü masası, 1 güzgülü termo (yataq otağı), 1 böyük paltar şkafı (yataq otağı), 1 taxt, 2 tumba (yataq otağı), 2 uşaq otağı kravatı, 1 polsilən, 1 qonaq otağı pərdəsi, 1 uşaq otağı pərdəsi, 1 yataq otağı pərdəsi. Nəticə etibarı ilə mənzilə iddiaçının həm gözlənilən mülkiyyət hüququ olduğundan, eləcə də mənzilin ona məxsusluğu nəzərə alınaraq, cavabdehin əşyalarının çıxarılmamasına görə iddiaçı öz əmlakından istifadə və sahiblik hüquqlarını həyata keçirə bilmir. Bu isə qanunvericiliyin tələb və göstərişlərinə zidd olduğundan, iddia tələbləri təmin olunmalı və cavabdeh aid əşyalar cavabdehin öz hesabına iddiaçıya məxsus olan mənzildən çıxarılması barədə müvafiq qətnamə qəbul edilməlidir.
Tərəflərin izahatları.
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə təqdim etdiyi ərizəyə uyğun olaraq, işə qiyabi icraat qaydasında baxılmasına və qiyabi qətnamə qətnamə qəbul edilməsinə etiraz etmir.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş cavabdeh X7 məhkəmə iclasında iştirak etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir.
5. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(010)- 1075/2025 nömrəli qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. İş materialları.
6. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(010)- 4746/2023 nömrəli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, iddiaçı X8 ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə Səadət Sarayında (Bankı nikah evində) bağlanmış 56 saylı nikahın pozulması, tərəflərin birgə nikahından doğulan xx.xx.2020-ci il təvəllüdlü X2 anası Cavabdeh yanında saxlanılması, iddiaçı X3 xx.xx.2023-cü il tarixdən hesablanmaqla, xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 220 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilməsi, qətnamənin alimentə aid hissədə dərhal icra edilməsi, iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu və 60 manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.
7. "xxxx" MMC (Satıcı) və İddiaçı (Alıcı) arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, Satıcı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, G.Qarayev və R.İsgəndərov küçələrinin arasında inşa etdiyi yüksəkmərtəbəli yaşayış binasından mənzili Alıcının mülkiyyətinə verir, Alıcı isə mənzilin dəyərini bu müqavilə ilə müəyyən edilən qaydada Satıcıya ödəyir. Alıcı bu yaşayış binasının 3-cü giriş, 12-ci mərtəbəsində yerləşən 270 saylı, ümumi sahəsi 105.9 m2-dən ibarət olan, iki otaqlı mənzilin hər kvadrat metri üçün 944 manat olmaqla, cəmi 100000 manat ödəməyi öhdəsinə götürmüşdür.
8. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, "xxxx" MMC-nin Bakı şəhəri, Badamdar qəsəbəsi, G.Qarayev küçəsi və R.İsgəndərov küçələrinin arasında inşa etdiyi 3 girişli yüksəkmərtəbəli yaşayış binasının 3-cü giriş, 12-ci mərtəbə, 2 otaqlı 105.9 m2 sahəsi olan 270 saylı mənzilin ümumi dəyəri tam ödənilmişdir.
İşin faktiki halları.
9. Rüfət Əhmədli və Könül Camallı xx.xx.2020-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Bu nikahdan xx.xx.2020-ci il təvəllüdlü Ərtoğrul Əhmədli doğulmuşdur.
10. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə onlar arasında bağlanmış nikahın pozulması, birgə nikahdan doğulmuş uşağın ananın yanında qalması, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün atadan ananın xeyrinə aliment tutulması qət edilmişdir.
11. Bakı şəhəri, Badamdar qəsəbəsi, G.Qarayev küçəsi və R.İsgəndərov küçələrinin arasında inşa etdiyi 3 girişli yüksəkmərtəbəli yaşayış binasının 3-cü giriş, 12-ci mərtəbə, 2 otaqlı 105.9 m2 sahəsi olan 270 saylı mənzilin ümumi dəyəri İddiaçı tərəfindən ödənilmişdir.
12. İddiaçı cavabdehin keçmiş əri Rüfət Əhmədlinin qardaşıdır.
Tətbiq edilən hüquq.
13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157. Mülkiyyətin müdafiəsi. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 238. Qiyabi icraatın əsasları. 238.1. İclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. 238.4. İşə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Maddə 241. Qiyabi icraat qaydası. 241.4. İddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Maddə 244. Qiyabi qətnamədən şikayət verilməsi. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Maddə 253. Qiyabi icraat qaydasında qəbul edilmiş məhkəmə aktlarından şikayət verilməsi. 253.3. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra şikayət verə bilərlər.
Məhkəmənin mövqeyi.
15. İşin faktiki hallarından görünür ki, iddiaçının qardaşı Rüfət Əhmədli və cavabdeh Könül Camallı keçmiş ər-arvaddır. Belə ki, onlar arasında xx.xx.2020-ci il tarixdə bağlanmış nikah məhkəmənin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə pozulmuşdur.
16. Hazırda İddiaçı iddia edir ki, qardaşı və cavabdehin ailə münasibətləri pozulsa da cavabdeh öz cehiz əşyalarını ona (iddiaçıya) məxsus mənzildən çıxarmır. Bu səbəbdən həmin əşyaların mənzildən çıxarılması ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. İş materiallarından görünür ki, əşyaların çıxarılmasının tələb edildiyi mənzilin dəyəri iddiaçı tərəfindən ödənilmişdir. Bu baxımdan iddiaçı həmin mənzilin qanuni sahibidir. Bu vəziyyətdə cavabdehə məxsus əşyaların iddiaçının mənzilində qalması iddiaçının mənzil üzərində mülkiyyət hüquqlarını məhdudlaşdırır. Nəzərə alınmalıdır ki, yuxarıda da istinad edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Odur ki, iddia təmin edilməlidir.
Məhkəmə xərcləri.
18. İş materiallarından görünür ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən iddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir ki, bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə uyğun olmuşdur.
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
20. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı işdə iddia təmin edildiyindən 100 manat məbləğində ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
21. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddia tələbində siyahısı qeyd edilmiş əşyalar iddiaçıya məxsus, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, G.Qarayev və R.İsgəndərov küçələrinin arasında "xxxx" MMC tərəfindən inşa edilmiş, 3 girişli yüksək mərtəbəli yaşayış binasının 3-cü girişi, 12-ci mərtəbəsində yerləşən, 2 otaqlı, 105.9 kv.metr sahədən ibarət olan 270 nömrəli mənzildən çıxarılmalı, 100 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
22. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. İddiaçı məxsus, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, G.Qarayev və R.İsgəndərov küçələrinin arasında "xxxx" MMC tərəfindən inşa edilmiş, 3 girişli yüksək mərtəbəli yaşayış binasının 3-cü girişi, 12-ci mərtəbəsində yerləşən, 2 otaqlı, 105.9 kv.metr sahədən ibarət olan 270 nömrəli mənzildən cavabdeh X5 məxsus cehiz əşyaları - 12 göy nəlbəki, 12 çay stəkanı, 12 sarı nəlbəki, 12 armudu stəkan, 12 sadə armudu stəkan, 11 sadə nəlbəki, 6 duz qabı, 12 mürəbbə qabı, 9 limon qabı, 1 ədəd kvadrat ləbləbi qabı, 1 ədəd meyvə qabı, 2 ədəd mürəbbə qabı böyük, 2 ədəd mürəbbə qabı kiçik, 2 ədəd konfet qabı böyük, 6 ədəd desert qabı, 1 ədəd kül qabı, 1 ədəd güldan, 2 ədəd salat qabı, 1 ədəd xrustal saat, 1 ədəd ətçəkən, 1 ədəd sokçəkən, 1 ədəd blendr dəsti, 1 ədəd tefal çaydan, 1 ədəd narıncı termos, 2 ədəd qrafinka + 6 ədəd bakal, 1 ədəd sarı meyvə-şirniyyat komplekti (10 hissəli), 2 ədəd ağ böyük sunum qabı, 2 ədəd soba üçün sunum qabı (şüşə), “Karaca” markalı qazan dəsti (5 ədəd qazan + 5 ədəd qapaq), “Tunc” markalı qazan dəsti (4 ədəd qazan + 2 ədəd qapaq), “Karaca” markalı qara qazan dəsti (4 ədəd qazan + 3 ədəd qapaq), “Marstro” markalı yaşıl qazan dəsti (3 ədəd qazan + 3 ədəd qapaq), “Kumara” markalı tava dəsti (3 ədəd tava + 2 ədəd qapaq), 1 ədəd şüşə qazan, 1 ədəd nikel balaca qazan, 1 ədəd balaca tava + 1 ədəd qapaq, 1 ədəd ayaqlı padnos, 4 ədəd sadə padnos, 2 ədəd dördayaq (böyük, balaca), 4 ədəd iş taxtası, 2 ədəd oxlov (böyük, balaca), 2 ədəd çörək qabı, 2 ədəd qazan altlığı, 1 ədəd xonça ləbləbi qabı, 1 ədəd tyorka, 1 ədəd ələk, 3 ədəd şirniyyat bişirmək üçün soba qabı kvadrat, 1 ədəd keyk qabı soba üçün, 1 ədəd taxta sandıq, qırmızı qab dəsti (6 ədəd aş, 6 ədəd sous, 6 ədəd dolma, 6 ədəd kasa), boz qab dəsti (6 ədəd aş, 6 ədəd sous, 6 ədəd dolma, 4 ədəd kasa), 6 ədəd kauçuk ləyən, 2 ədəd aşsüzən, 2 ədəd dəmir ləyən, 1 ədəd çuğun ləyən, 3 ədəd şüşə qab çəhrayı, 12 qaşıq naboru, 6 bıçaq dəst çəhrayı, 2 dəst taxta qaşıq naboru (8 ədəd), 6 qaşıq çəhrayı, 6 rəngli qaşıq, 1 uşaq su qabı, 1 qaşıq altığı, 2 qıf, 3 süzgəcli kauçuk qabı, 1 göy qapaq saxlama qabı, 4 çuğun saxlama qabı, 4 şüşə saxlama qabı, 8 kauçuk saxlama qabı + 8 qapaq, 1 çəhrayı saxlama qabı, 1 ədəd novruz xonçası, 1 ədəd yumurta qabı, 1 ədəd duz qabı naboru, 1 ədəd çörək bişirən aparat, 1 ədəd mikrovalnovka, 1 ədəd meyvə qurudan, 1 ədəd ütü, 1 ədəd ətir aparatı, 1 ədəd çaydan, 3 ədəd çaynik, 1 dəst qaşıq naboru (beşli dəst), 1 ədəd tozsoran, 2 ədəd paltar səbəti, 1 ədəd zibil qabı, 1 ədəd soba (hoffmann), 1 ədəd taxt döşəyi, 3 ədəd taxt yorğanı, 2 ədəd kravat döşəyi uşaq otağı, 8 ədəd yastıq, 1 ədəd matras üzünün qoruyucusu, 1 ədəd inqaliyasiya aparatı, 1 ədəd salat doğrayan, 1 ədəd çaysüzən, bakal balaca, orta, böyük (12-lik dəst), 4 ədəd sadə bakal, çay dəsti (6 ədəd kofe fincanı + 6 ədəd nəlbəki), (12 ədəd böyük fincan + 12 ədəd nəlbəki), 1 ədəd çaynik, 1 ədəd şəkər qabı, 1 ədəd süd qabı, 1 ədəd konfet qabı, yemək dəsti (6 bulud, 2 böyük boşqab, 12 kasa, 12 dərin boşqab, 12 dayaz boşqab, 12 dayaz boşqab balaca, 24 balaca dayaz boşqab, 4 duz qabı, 1 salfet qabı), taxt örtüyü (pakrval), 1 dəst, 2 dəst uşaq otağı örtüyü (pakrıval), 1 dəst dəsmal, 1 dəst pastel, 5 ədəd süfrə, 3 ədəd mətbəx süfrəsi, 17 ədəd çay dəsmalı, 3 ədəd stolüstü dəsmal, 1 ədəd don formalı mətbəx dəsmalı, 6 ədəd çay dəsmalı bir paket, 11 ədəd əl-üz dəsmalı, 2 ədəd balaca dəsmal, 4 ədəd hamam dəsmalı, 8 ədəd yataq örtüyü (prostina), 16 ədəd yastıq üzü, 6 ədəd yorğan üzlüyü (çexol), 2 ədəd adyal, 1 ədəd hamam xalatı, 2 böyük, 2 balaca, 1 orta xalça, 1 ədəd stol + 8 ədəd stul, 2 ədəd kreslo, 1 divan, 1 jurnal stolu (jurnalni), 1 tv stand, 1 televizor (samsung), 1 qabyuyan (bosch), 1 soyuducu (bosch), 1 mebel içi soba (bosch), 1 aspirator (bosch), 1 elektrikli 4 gözlü pilitə (bosch), 1 paltaryuyan (samsung), 1 paltar sərən (suşulka), 1 ütü masası, 1 güzgülü termo (yataq otağı), 1 böyük paltar şkafı (yataq otağı), 1 taxt, 2 tumba (yataq otağı), 2 uşaq otağı kravatı, 1 polsilən, 1 qonaq otağı pərdəsi, 1 uşaq otağı pərdəsi, 1 yataq otağı pərdəsi cavabdeh X7 tərəfindən həmin mənzildən çıxarılsın. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu cavabdeh X4 tutularaq İddiaçı ödənilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində bu qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər.
Sədrlik edən Səlimə Miriyeva