Məhkəmə qərarları › İş №e-2(010)-1287/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1287/2025

17.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1287/2025 17.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi, İlkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili X11, İlkin iddia üzrə Cavabdeh1 nümayəndəsi Nümayəndə iştirakı ilə, İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh6, X4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair ilkin iddia ərizəsi; qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “ilkin alqı-satqı müqaviləsinin ləğv edilməsi və sökülən əmlakın bərpa edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İlkin iddia tələbi. İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh6, X4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair ilkin iddia tələbi ilə məhkəməyə müraciət edərək, iddianın təmin edilməsi, 02 noyabr 2022-ci il tarixdə Bakı şəhər 24 saylı notariat ofisində İddiaçı ilə Cavabdeh6 Məhəmməd oğlu arasında ünvan 1 ünvanında yerləşən qeyri yaşayış sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia tələbinin əsaslandırıldığı hallar. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh6 Məhəmməd oğlu arasında 02 noyabr 2022-ci il tarixdə 24 saylı notariat ofisində ünvan 3 ünavnında yerləşən qeyriyaşayış sahəsinə dair ilkin alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndində qeyd edilir ki, satıcı-Cavabdeh6 Məhəmməd oğluna xx.xx.2015-ci il tarixli Azərbaycan Respublikasının DƏDRX tərəfindən verilmiş, seriya nömrəsi RX-0570662, reyestr nömrəsi **********35-06301, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Cəlal Qurbanov 54 ünvanında yerləşən qeyri-yaşayış binası ona məxsusdur. Müqavilə əsasında ona məxsus olan qeyri-yaşayış sahəsi 180000 manata alıcı-İddiaçı satılması barədə gələcəkdə alqı-satıq müqaviləsinin bağlanmasına dair razılığa gələrək müqavilə bağladılar. Müqavilənin 2-ci bəndinə əsasən gələcəkdə alıcı adlanan İddiaçı bu müqavilənin 1-ci bəndində göstərilənlərə razılışır və birinci bəndə göstərilən məbləği, yeni 180000 manatın 100000 manatın ilkin alqı-satqı müqaviləsi rəsmiləşdirən zaman notarisun bankda açılmış depozit hesabına satıcı üçün köçürtdü, qalan 80000 manat isə 5 (beş) il müddətinə alqı-satqı yolu ilə adına rəsmiləşdirəndən sonra ödəyəcək. İddiaçı yerdə qalan 80000 manatı Cavabdeh6 Məhəmməd oğluna ödəmişdir. İş materiallarına əlavə olunmuş ərizələrdən də müəyyən olunur ki, ilkin alqısatqı müqaviləsində göstərilmiş 80000 manat Cavabdeh6 Məhəmməd oğlu tərəfindən alınıb. Bu isə alıcı tərəfindən satıcı qarşısında götürdüyü öhdəliyin tam icrasını sübut edir. İlkin alqı-satqı müqaviləsi bağlandığı gündən iddiaçı sözü gedən qeyri-yaşayış sahəsindən açıq-aşkar və fasiləsiz istifadə edib. Bu müddət ərizində iş üzrə cavabdehlər də hər hansısa etiraz bildirməmiş, heç bir tələblər irəli sürməmişlər. Cavabdeh6 Məhəmməd oğlu mübahisə predmeti olan qeyriyaşayış sahəsinin satılmasının təmin edilməsi məqsədi ilə özünün tanıdığı (makler) X12 02 noyabr 2022-ci il tarixdə 24 saylı notariat ofisində 5 il 1 ay müddətinə etibarnamə vermişdir. Etibarnamənin mahiyyətindən aydın görünür ki, məhz qeyd edilən qeyri-yaşayış sahəsinin satılmasını təmin edilməsi məqsədilə üçüncü şəxsə etibarnamə verilmişdir. Tərəflər arasında bağlanmış ilkin alqı-satqı müqaviləsin 2-ci bəndindən göstərilmişdir ki, qalan 80000 manat 5 il müddətinə alqı-satq yolu ilə adına rəsmiləşdirəndən sonra ödəyəcək. Eyni zamanda, mərhum Cavabdeh6 Məhəmməd oğlu tərəfindən X12 verilmiş etibarnamənin verilmə müddətindən görünür ki, 5 il müddətinə alqı-satqı müqaviləsinin bağlanmasının təmin edilməsi məqsədi ilə verilmişdir. Bu fakt da satıcının niyyətini müəyyən edən haldır. İddiaçı tərəfindən həmin vaxt əmlakın rəsmiləşdirilməməsinin səbəbi də sözü gedən qeyri-yaşayış sahəsinin altında yerləşən torpaq sahəsinin mülkiyyətdə yox istifadədə olmasıdır və həmin torpaq sahəsinədə mülkiyyət hüququnun əldə etdikdən sonra rəsmiləşdirməni tam şəkildə həyata keçirmək niyyətində olub. Eyni zamanda iddiaçı məlum olmamışdır ki, ilkin alqı-satqı müqaviləsi ilə əldə etdiyi əmlakı rəsmiləşdirmək mümkün deyil. Bu hal iddiaçıya əmlakı rəsmiləşdirmək üçün aiddiyatı quruma müraciət etdiyi vaxt məlum olmuşdur. İddiaçı bundan sonra makler kimi tanıdığı adına etibarnamə olan X16 ilə əlaqə saxlamış və etibarnamə əsasında alqı-satqı müqaviləsi bağlamaq məqsədi ilə notariat orqanına müraciət etmişlər və burada ona məlum olmuşdur ki, sözü gedən qeyri yaşayış sahəsinin sahibi ilkin alqı-satqı müqaviləsinin bağladığı satıcı Cavabdeh6 Məhəmməd oğlu xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. 31 oktyabr 2024-cü il tarixli, 4 saylı Bakı “ASAN xidmət” mərkəzlərində Notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən” görünür ki, Cavabdeh6 Məhəmməd oğlunun miras əmlakını iş üzrə cavabdehlər Cavabdeh4 5/8 hissədə, Cavabdeh1 1/8 hissədə, Cavabdeh5 1/8, Cavabdeh3 1/24 hissədə, Cavabdeh6 1/24 hissədə, Cavabdeh2 1/24 hissədə qəbul etmişdilər. Mirası qəbul etmiş qanun üzrə vərəsələrdən Cavabdeh4 və Cavabdeh5 alqı-satqı müqaviləsi üzrə keçən öhdəliyin icrasına etiraz etməsələr də, digər vərəsə Cavabdeh1 mərhum atası Cavabdeh6 Məhəmməd oğlundan ona keçmiş öhdəliyin icrasından əsassız yerə yayınır. İddiaçı hazırda mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və qanuni gözləntisi olan əmlakdan məhrum olmaq üzrədir. Buna səbəb isə iş üzrə cavabdehlərin təqsirli davranışlarıdır. Cavabdehlərin qanuni əsaslarla onlara keçən vəzifələri layiqincə yerinə yetirməmələri iddiaçının qanuni mənafelərinin pozulmasına gəitib çıxarıb. Hazırda uzun müddətdir istifadəsində olan eyni zamanda ilkin alqı-satqı müqaviləsi üzrə götürdüyü öhdəliyi tam şəkildə icra etmiş iddiaçı əmlakı öz adına dövlət reyestri xidmətində qeydiyyata aldıra bilmir. Cavabdehlərin miras əmlakı qəbul etdikləri zaman əldə etdikləri hüquqlarla yanaşı onlara keçən öhədilkləri icra etməmələri iddiaçının pozulmuş hüquqlarının məhkəmədə müdafiəsinə zərurət yaradıb. İlkin iddia üzrə cavabdehin etirazı. xx.xx.2025-ci il tarixində qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ilkin iddia tələbinə etiraz ərizəsi ünvanlayaraq, etiraz ərizəsinin təmin edilərək İddiaçı tərəfindən verilən iddia ərizəsinin heç bir hüquqverici sənəd, sübut olmadığına görə icraata qəbul edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “ilkin alqı-satqı müqaviləsinin ləğv edilməsi və sökülən əmlakın bərpa edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd, qarşılıqlı iddianın, yəni, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı mübahisəli əmlaka dair xx.xx.2022-ci il tarixli Cavabdeh6 Məhəmməd oğlu arasında Bakı şəhəri 24 saylı notariat kontorunda İddiaçı ilə bağlanan ilkin alqısatqı müqaviləsinin ləğv edilməsi, bu müqavilədən əmələ gələn digər müqavilələrin ləğv edilməsi, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsi olan 1 mərtəbəli, 90.7 (102.3) kv.m sahəsi olmuş tikilinin yenidən tikilərək bərpa edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbinin əsaslandırıldığı hallar. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı onlara qarşı qaldırdığı iddia tam əsassızdır. Belə ki, o, Cavabdeh1 Cavabdeh6 Məhəmməd oğlunun qızıdır və bu günə onun vərəsələrindən biridir. ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsi olan 1 mərtəbəli, 90.7 (102.3) kv.m sahəsi olan bir mərtəbəli tikili əmlak Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komissiyasının Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2015-ci il tarixdə verilən, RX № ******* (q.n **********) saylı çıxarışa əsasən atası Cavabdeh6 Məhəmməd oğluna məxsusdur. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddiasına əsasən həmin əmlaka dair xx.xx.2022-ci il tarixdə Cavabdeh6 Məhəmməd oğlu tərəfindən Bakı şəhəri 24 saylı notariat kontorunda X13 ilə gələcəkdə alqı-satqı müqaviləsinin bağlanmasına dair ilkin alqı-satqı müqaviləsi imzalanmış və həmin müqaviləyə əsasən atası Cavabdeh6 100000 AZN pul ödəmişdir. Göründüyü kimi, iddiaçı tərəfin həmin əmlaka dair, iddia etdiyinə əsasən, razılaşdıqları 180000 manat pulun həmin əmlakın o dövr üçün real qiyməti deyildir. Bildirilir ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh tərəf nə ilkin nə də ki, iddiada qeyd edilən, sonra həmin əmlaka dair 100000 AZN nə də 80000 AZN vəsaitin atasına verməsi ilə bağlı məhkəməyə bank qəbzinin kserosurətindən başqa heç bir mötəbər sübut təqdim etməmişdir. Anası Cavabdeh4 və qardaşı Cavabdeh5 adlarından məhkəməyə təqdim edilən ərizələrdə göstərilənlər həqiqətə uyğun deyildir. Belə ki, əmlakın dəyəri (100000 AZN və 80000 AZN) eyni zamanda tam ödədildiyi halda ilkin müqavilənin imzalanmasına ehtiyac olmazdır. Hesab edir ki, qeyd olunan xx.xx.2022-ci il tarixdə bağlanan ilkin alqı-satqı müqaviləsinə dair notariat işinə və eyni tarixdə “Günay Bank” vasitəsi ilə ödəniş edilən xəzinə mədaxil orderinin əslini bankın arxivindən tələb edib baxış keçirdikdən sonra qeyd olunan müqavilənin həqiqiliyinə aydınlıq gətirmək olar. Hazırki iş üzrə ilkin iddia ərizəsinə dair təqdim edilmiş etiraz ərizəsində qeyd edildiyi kimi, ünvan 4 ünvanlanmış (qeyd olunan əmlakın 45 gün ərzində almaq üstünlüyü haqqında) xx.xx.2024-cü il tarixli, 781 saylı məktuba cavab olaraq bildirmişdir ki, qeyd olunan əmlakı təklif edilən 180000 AZN almağa hazırdır. İddiaçı tərəf heç bir hüquqverici sənəd əldə etmədən, qanunsuz olaraq, onların razılığı olmadan mübahisəli əmlakı sökdürüb. İddiaçı tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.4-cü, 146.1 və 146.2-ci maddəsinin tələbləri pozulmuşdur. Bununla da iddiasında həmin qanunsuz sökülən tikilinin yenidən tikilərək bərpa edilməsini qanuna müvafiq görür. Tərəflərin izahatları. Məhkəmə iclasında ilkin iddia üzrə ilkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili X17 iddianın təmin edilməsini, qarşılıqlı iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə Cavabdeh1 nümayəndəsi Nümayəndə tikilinin əvvəlki vəziyyətə qaytarılmasını xahiş etmişdir. Qeyd edir ki, 100000 manatı qaytarmağa razıdırlar. Cavabdehlər Cavabdeh6, X4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. İş materialları. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 2V-900 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş - Cavabdeh6 Məhəmməd oğlunun vərəsəsi xx.xx.2020-ci ildə vəfat etmiş olan oğlu X1 olan nəvəsi Cavabdeh6, nəvəsi Cavabdeh3, nəvəsi Cavabdeh2dır və onların hər biri miras əmlakdan 1/24 hissədə irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak - ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2015-ci il tarixdə Cavabdeh6 Məhəmməd oğluna verilmiş **********35-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 90.7 kv/m olan qeyri-yaşayış binasından ibarətdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 2V-906 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş - Cavabdeh6 Məhəmməd oğlunun vərəsələri: oğlu X7, arvadı Cavabdeh4 və qızı Cavabdeh1dır və onların hər biri miras əmlakdan 1/8 hissədə irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak - ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2015-ci il tarixdə Cavabdeh6 Məhəmməd oğluna verilmiş **********35-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 90.7 kv/m olan qeyri-yaşayış binəsindən ibarətdir. İş materiallarında olan xx.xx.2022-cü il tarixli etibarnamənin surətindən görünür ki, Salmanov X3 Xaliq Musa oğluna ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının alqı-satqı ilə əlaqədar olaraq onu bütün dövlət orqanlarında, idarə, müəssisə və təşkilatlarda, o cümlədən İH orqanlarında, DEDRX-də Arxiv idarələrində, Notariat ofislərində, Asan Xidmət Mərkəzlərində, Asan Kommunalda, Bank orqanlarında təmsil etməyi, adından zəruri sənədlər toplamağı, sənədlər təhvil verməyi, sənədlər almağı, arayışları almağı, adından istənilən məzmunda ərizələr verməyi, imza etməyi və gələcəkdə həmin əmlak üzərində sərəncam verməyi, almağı, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, buna dair müqavilə bağlamağı, müqavilələrdə imza etməyi, pulunu almağı, vergi, rüsüm və ödənişlər etməyi, sənədlərdə imza etməyi və bu tapşırığın yerinə yetirilməsilə əlaqədar digər hərəkətləri etməyi etibar etmişdir. İş materiallarında olan Cavabdeh4 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ərizənin surətindən görünür ki, onun xx.xx.2023-cü il tarixdə vəfat etmiş mərhum əri Cavabdeh6 Məhəmməd oğlu ona məxsus olmuş birgə nikah dövründə əldə etdikləri ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 90.7 kv/m olan qeyri-yaşayış binası ilə bağlı Bakı şəhəri 24 saylı notariat ofisində xx.xx.2022-ci il tarixdə 3M/412 reyestr nömrəsilə alıcı İddiaçı ilə aralarında İlkin alqı-satqı müqaviləsi rəsmiləşdirilmişdir. Mərhum əri Cavabdeh6 Məhəmməd oğlu həmin ilkin alq-satqı müqaviləsində qeyd edilən 180000 (bir yüz səksən min manat 00 qəpik) manat məbləğdən (qeyd edilən) müqavilə rəsmiləşdirilən zaman 100000 (bir yüz min manat 00 qəpik) manatı notariusun depozit hesabı vasitəsi ilə almış, müqavilədə qeyd edilən məbləğdən qalan 80000 (səksən min 00 qəpik) manat məbləğ isə (əsas alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi məqsədi ilə) alıcı İddiaçı tərəfindən nağd olaraq ödənilmişdir və əri Cavabdeh6 Məhəmməd oğlu həmin məbləği onun və oğlu Cavabdeh5 iştirakı ilə nağd olaraq (sağlığında) almışdır. Bildirir ki, tərəfindən alıcı İddiaçı qarşı indi və gələcəkdə şikayəti, iddiası və tələbi olmayacaqdır. İş materiallarında olan X16 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ərizənin surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş mərhum Cavabdeh6 Məhəmməd oğlu ona məxsus olmuş ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 90.7 kv/m olan qeyri-yaşayış binası ilə bağlı Bakı şəhəri 24 saylı notariat ofisində xx.xx.2022-ci il tarixdə 3M/412 reyestr nömrəsilə alıcı İddiaçı ilə aralarında İlkin alqı-satqı müqaviləsi rəsmiləşdirilmişdir. Mərhum Cavabdeh6 Məhəmməd oğlu həmin ilkin alq-satqı müqaviləsində qeyd edilən 180000 (bir yüz səksən min manat 00 qəpik) manat məbləğdən (qeyd edilən) müqavilə rəsmiləşdirilən zaman 100000 (bir yüz min manat 00 qəpik) manatı notariusun depozit hesabı vasitəsi ilə almış, müqavilədə qeyd edilən məbləğdən qalan 80000 (səksən min 00 qəpik) manat məbləğ isə (əsas alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi məqsədi ilə) alıcı İddiaçı tərəfindən nağd olaraq ödənilmişdir və Cavabdeh6 Məhəmməd oğlu həmin məbləği Cavabdeh4 və oğlu Cavabdeh5 iştirakı ilə nağd olaraq (sağlığında) almışdır. İş materiallarında olan Cavabdeh5 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ərizənin surətindən görünür ki, onun xx.xx.2023-cü il tarixdə vəfat etmiş mərhum atası Cavabdeh6 Məhəmməd oğlu ona məxsus olmuş ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 90.7 kv/m olan qeyri-yaşayış binası ilə bağlı Bakı şəhəri 24 saylı notariat ofisində xx.xx.2022-ci il tarixdə 3M/412 reyestr nömrəsilə alıcı İddiaçı ilə aralarında ilkin alqı-satqı müqaviləsi rəsmiləşdirilmişdir. Mərhum atası Cavabdeh6 Məhəmməd oğlu həmin ilkin alq-satqı müqaviləsində qeyd edilən 180000 (bir yüz səksən min manat 00 qəpik) manat məbləğdən (qeyd edilən) müqavilə rəsmiləşdirilən zaman 100000 (bir yüz min manat 00 qəpik) manatı notariusun depozit hesabı vasitəsi ilə almış, müqavilədə qeyd edilən məbləğdən qalan 80000 (səksən min 00 qəpik) manat məbləğ isə (əsas alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi məqsədi ilə) alıcı İddiaçı tərəfindən nağd olaraq ödənilmişdir və Cavabdeh6 Məhəmməd oğlu həmin məbləği onun və anası Cavabdeh4 iştirakı ilə nağd olaraq (sağlığında) almışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 90.70 kv.m olan qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət kimi və dövlətin mülkiyyətində olan və istifadə hüququ əsasında verilən 0.0102 ha torpaq sahəsi kimi 5/8 hissə payı olmaqla Cavabdeh4, 1/8 hissə payı olmaqla Cavabdeh1, 1/8 hissə payı olmaqla Cavabdeh5, 1/24 hissə payı olmaqla Cavabdeh3, 1/24 hissə payı olmaqla Cavabdeh6, 1/24 hissə payı olmaqla Cavabdeh2 məxsusdur. Həmin qeyri-yaşayış sahəsi və torpaq sahəsi Cavabdeh4 adına xx.xx.2024-ci il tarixində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Cavabdeh4 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ərizənin surətindən görünür ki, birgə nikah dövründə əldə edilmiş onun əri - Cavabdeh6 Məhəmməd oğluna məxsus olan ünvan 6 ünvanında yerləşən qeyri yaşayış binasının satılmasına etiraz etmir. Eyni zamanda bəyan edir ki, aralarında satılan əmlakın hüquqi rejimini müəyyən edən nikah müqaviləsi bağlanmamışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli 299 nömrəli ölüm haqqında akt qeydindən görünür ki, Cavabdeh6 Məhəmməd oğlu xx.xx.2023-cü il tarixdə vəfat etmiş, bu barədə Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixli, AZ-İİ seriyalı 325235 nömrəli ölüm haqqında şəhadətnamə verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli 3M-412 reyestr nömrəli Cavabdeh6 Məhəmməd oğlu və İddiaçı arasında bağlanılmış notarial qaydada təsdiq edilmiş ilkin alqı satqı müqaviləsindən görünür ki, Cavabdeh6 Məhəmməd oğluna xx.xx.2016-ci il tarixli Azərbaycan Respublikasının DƏDRX tərəfindən verli seriya nömrəsi RX-0570662, reyestr nömrəsi **********35-06301 qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış binası ona məxsusdur. Müqavilə əsasında ona məxsus olan qeyri-yaşayış sahəsi 180000 manata alıcı İddiaçı satılması barədə gələcəkdə alqı-satqı müqaviləsinin bağlanmasına dair razılığa gələrək müqaviləni bağladılar. Gələcəkdə alıcı adlanan - İddiaçı bu müqavilənin 1-ci bəndində göstərilənlərlə razılaşır və birinci bəndində göstərilən məbləği, yəni 180000 manatın 100000 manatını ilkin alqı-satqı müqaviləsi rəsmiləşən zaman notariusun bankda açılmış depozit hesabına satıcı üçun köçürtdü, qalan 80000 manatı isə 5 il müdətinə alqı satqı yolu ilə adına rəsmiləşdirəndən sonra ödəyəcək. Satıcı da bununla tam razılaşır. Müqavilənin 4-cü bəndi: Tərəflər İlkin müqavilənin müddətini xx.xx.2027-ci ilə kimi müəyyən etdilər. Müqavilənin 5-ci bəndi: Bu müqaviləyə dəyişikliklər olunması, yaxud onun ləğv edilməsi tərəflərin yazılı razılığı əsasında, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir. Müqavilənin 6-cı bəndi: Bu müqavilənin şərtlərinin pozulması və ya yerinə yetirilməməsi nəticəsində tərəflər bir-birinə vurduqları zərərə görə mülki hüquqi məsuliyyət daşıyırlar. Bu müqavilənin icrasından gələn mübahisənin həllində tərəflər arasında qarşılıqlı razılığın əldə olunması mümün olmadıqda həmin mübahisələr Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll edilir. AR Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışından görünür ki, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsi və torpaq sahəsi tam pay olmaqla Cavabdeh6 Məhəmməd oğlunun mülkiyyətindədir. Xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan qeyri-yaşayış sahəsi və torpaq sahəsi Cavabdeh6 Məhəmməd oğlunun adına xx.xx.2015-ci il tarixində qeydiyyata alınmışdır. Səadət Sarayı Bakı nikah evi tərəfindən xx.xx.1971-ci il tarixdə verilmiş, AZ seriyalı, 270934 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh6 Məhəmməd oğlu və X14 arasında xx.xx.1971-ci il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 4246 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Salmanova soyadı verilmişdir. Cavabdeh6 Məhəmməd oğlu və İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə notariat ofisinə ünvanlanmış ərizədən görünür ki, onlar 100000 manat dair ilkin alqı-satqı müqaviləsi bağlamağa razılığa gəlmişdirlər. İş materiallarına əlavə edilmiş X15 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ərizənin surətindən görünür ki, o, xx.xx.2017-ci il təvəllüdlü qızı Cavabdeh2 az yaşlı olması səbəbindən qanuni qəyyumu olaraq bildirir ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş mərhum qayınatası (xx.xx.2020-ci il tarixdə vəfat etmiş əri X2 atası) Cavabdeh6 Məhəmməd oğluna tam mülkiyyət üzrə məxsus ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 90.7 kv/m olan qeyri-yaşayış binasını sağlığında ilkin alqı-satqı müqaviləsi əsasında alıcı İddiaçı satması ona məlumdur. Həmin əmlaka dair heç bir iddiası, tələbi yoxdur və alıcı İddiaçı adına keçməsinə etiraz etmir, razıdır. Eyni zamanda bildirir ki, İddiaçı qarşı indi və gələcəkdə şikayəti, iddiası və tələbi olmayacaqdır. İş materiallarına əlavə edilmiş Cavabdeh6 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ərizənin surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş mərhum babası (xx.xx.2020- il tarixdə vəfat etmiş atası X2 atası) Cavabdeh6 Məhəmməd oğlunun ona məxsus tam mülkiyyət üzrə ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 90.7 kv/m olan qeyri-yaşayış binasını sağlığında ilkin alqı-satqı müqaviləsi əsasında alıcı İddiaçı satması ona məlumdur. Həmin əmlaka heç bir iddiası, tələbi yoxdur və alıcı İddiaçı adına keçməsinə etiraz etmir, razıdır. Eyni zamanda bildirir ki, İddiaçı qarşı indi və gələcəkdə şikayəti, iddiası və tələbi olmayacaqdır. İş materiallarına əlavə edilmiş Cavabdeh3 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ərizənin surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş mərhum babası (xx.xx.2020-ci il tarixdə vəfat etmiş atası X2 atası) Cavabdeh6 Məhəmməd oğlu ona məxsus tam mülkiyyət üzrə ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 90.7 kv/m olan qeyri-yaşayış binasını sağlığında ilkin alqısatqı müqaviləsi əsasında alıcı İddiaçı satması ona məlumdur. Həmin əmlaka heç bir iddiası, tələbi yoxdur və alıcı İddiaçı adına keçməsinə etiraz etmir, razıdır. Eyni zamanda bildirir ki, İddiaçı qarşı indi və gələcəkdə şikayəti, iddiası və tələbi olmayacaqdır. Səadət Sarayı Bakı nikah evi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş, AZ-İ seriyalı, 891921 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Nümayəndə və X5 arasında xx.xx.1998-ci il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 1218 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Məmmədova soyadı verilmişdir. Bakı şəhəri 24 saylı notarait ofisi tərəfindən Cavabdeh1 göndərilmiş xx.xx.2024-cü il tarixli 781 saylı məktubdan görünür ki, Cavabdeh4 (5/8 hissə), Cavabdeh5(1/8 hissə), Cavabdeh3 (1/24 hissə), Cavabdeh6(1/24 hissə), Cavabdeh2 (1/24 hissə) paylı mülkiyyət üzrə məxsus olan ünvan 7 ünvanında yerləşən qeyri yaşayış binasından özlərinə məxsus olan hissələri ümumi olaraq 180000 (yüz səksən min) manata satır. Mülkü Məcəllənin 218.2 maddəsinin tələbinə əsasən Cavabdeh1 almaqda üstünlük hüququ var. Almaq istədiyini 45 gün ərzində tərəfə bildirməsə, əks təqdirdə satıcı daşınmaz əmlakdan özünə məxsus hissəni digər şəxslərə sata biləcək. Cavabdeh1 tərəfindən Bakı şəhəri 24 saylı notarait ofisinə göndərilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, təklif edilən Qaraçuxur qəsəbəsi Qurbanov Cəlal küçəsi 54 ünvanında yerləşən qeyri-yaşayış binasının məktubda adları göstərilən şəxslərə məxsus paylarını 180000 AZN almağa hazırdır. İş materiallarına əlavə edilmiş foto-şəkillərdən görünür ki, qeyri-yaşayış sahəsinin şəkilləri çəkilmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 146. Daşınmaz əmlaka hüququn əmələ gəlməsi 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 386.2. Bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər. Maddə 389. Müqavilə anlayışı. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır... Maddə 390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.... 390.3. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Maddə 394. Daşınmaz əşyanın özgəninkiləşdirilməsi barədə müqavilənin bağlanması qaydası Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Maddə 402. İlkin müqavilə 402.1. İlkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. 402.2. İlkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur. 402.3. İlkin müqavilədə əsas müqavilənin predmetini, habelə digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir. 402.4. İlkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır. 402.5. Əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir. Maddə 404. Müqavilənin təfsiri 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Maddə 405. Müqavilənin mühüm şərtləri barəsində razılaşma 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Maddə 421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 430. Öhdəliyin icrasından imtina 430.1. Əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 459. İlkin vəziyyəti bərpa etmək vəzifəsi 459.1. Zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. Maddə 500. Birgə borclular və birgə öhdəliklər 500.1. Əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. 500.2. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. Maddə 501. Kreditorun icranı istənilən borcludan tələb etmək hüququ Kreditor öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissə-hissə icranı tələb edə bilər. Öhdəlik tam icra edilənədək qalan borcluların öhdəlikləri qüvvədə qalır. Maddə 601. Əşyanın hissə-hissə ödənilməsi 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Maddə 646. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsi 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 646.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Maddə 648. Daşınmaz əşyaların alğı-satqısı zamanı tərəflərin vəzifəsi 648.1. Daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. 648.2. Satılmış əşya ilə bağlı risklər, xərclər və faydalar şübhə halında alıcıya yalnız daşınmaz əmlakın dövlət reyestrinə daxil edildiyi andan keçir. Əgər tərəflərdən biri qeydiyyatın gecikdirilməsində təqsirlidirsə, o, bununla əlaqədar əmələ gəlmiş zərərin əvəzini digər tərəfə ödəməlidir. Maddə 1151. Miras əmlak 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1243. Mirasın qəbul edilməsi 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1306. Vərəsələrin kreditorlar qarşısında məsuliyyəti 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Maddə 1313. Miras qoyanın kreditorlarının üstünlüyü Tələblərin ödənilməsi zamanı miras qoyanın kreditorları vərəsənin kreditorları qarşısında üstünlüyə malikdirlər. Maddə 1321. Vərəsəlik şəhadətnaməsi anlayışı 1321.3. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. ...14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.... Maddə 76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.... Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.... Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir... M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilmiş hüquqi mövqe. Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə tərəflərin izahatlarını dinləyib, yuxarıda qeyd olunanlara müvafiq olaraq hesab edir ki, ilkin iddia təmin edilməli, qarşılıqlı iddia təmin edilməməlidir. İşin faktiki hallarından görünür ki, xx.xx.2022-ci il tarixində ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin Cavabdeh6 Məhəmməd oğlu tərəfindən 180000 manata İddiaçı satılmasını nəzərdə tutan ilkin alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin Müqaviləyə əsasən, İddiaçı tərəfindən 180000 manatın 100000 manatı ödənilmiş, qalan 80000 manatının isə 5 il müddətinə alğı-satqı yolu ilə İddiaçı adına rəsmiləşdirildikdən sonra ödəyəcəyi nəzərdə tutulmuş, sözügedən sahə faktiki olaraq İddiaçı verilmişdir. xx.xx.2023-cü il tarixində satıcı Cavabdeh6 Məhəmməd oğlu vəfat etmiş, onun arvadı – Cavabdeh4 və oğlu – Cavabdeh5 xx.xx.2024-cü il tarixində notarial qaydada təsdiq edilmiş ərizələrlə onların iştirakı ilə qalan pulun (80000 manat) Cavabdeh6 Məhəmməd oğlunun sağlığında ona ödənilmiş olduğunu təsdiq edərək bəyan etmişdirlər. İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh6, X4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iş materialları araşdıraraq hesab edir ki, ilkin iddia təmin edilməlidir. Belə ki, İddiaçı və Cavabdeh6 Məhəmməd oğlu arasında “ilkin alqı-satqı müqaviləsi” adlanan müqavilə bağlanmışdır. Qanuvericiliyin tələblərinə əsasən, ilkin müqavilədə əsas müqavilənin predmetini, habelə digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir. Lakin, müqavilədən görünür ki, tərəflər bütün mühüm şərtlər barədə razılığa gəlmişdirlər. Belə ki, müqavilə üzrə tərəflər müqavilənin predmetini – ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin alğı-satqısını; qiymətini – 180000 manat məbləğində; ödəniş şərtlərini – hissə hissə: ilkin olaraq 100000 manat və əmlak satıcının adına rəsmiləşdirildikdən sonra 80000 manat ödənilməklə - həmin müqavilədə razılaşdırmışdırlar. Müqavilə daşınmaz əmlakın alğı-satqısı üçün qanunvericilikdə nəzərdə tutulmuş notarial qaydada təsdiq edilmiş yazılı formada bağlanmış, həmçinin Cavabdeh6 Məhəmməd oğlunun arvadı Cavabdeh4 da həmin müqavilənin bağlanmasına razılıq vermişdir. Bütün bu hallar həmin müqavilənin ilkin müqavilə kimi deyil, daşınmaz əmlakın hissə-hissə ödənilməsi şərti ilə daşınmaz əmlakın alğı-satqı müqaviləsi kimi təfsir edilməsinə imkan yaradır. Belə olan halda, müqavilə mahiyyətcə ilkin müqavilə yox, hissə-hissə ödənilməsi şərti ilə bağlanmış daşınmaz əmlakın alğı-satqı müqaviləsidir və bu hal müqavilənin etibarlı olduğuna təsir etmir. Həmin müqavilə üzrə tərəflərin vəzifələrinə gəldikdə, məhkəmə qeyd edir ki, İddiaçı müqavilə üzrə ilkin olaraq 100000 manat ödəmişdir. Cavabdeh6 Məhəmməd oğlunun arvadı - Cavabdeh4 və oğlu - Cavabdeh5 təsdiqinə əsasən, qalan 80000 manat da İddiaçı tərəfindən Cavabdeh6 Məhəmməd oğluna onun sağlığında ödənilmişdir. Belə olan halda, hesab edilir ki, İddiaçı müqavilə üzrə öz öhdəliklərini icra etmiş, Cavabdeh6 Məhəmməd oğlu isə obyektiv səbəblərə görə, yəni vəfat etməsi səbəbindən, müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək qeyri-yaşayış sahəsini İddiaçı adına rəsmiləşdirilməsini təşkil edə bilməmişdir. Daşınmaz əmlak – ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh6 Məhəmməd oğlunun adında qalmışdır. Bu səbəbdən, qanun üzrə vərəsəlik haqqında şəhadətnamələrə əsasən, o vəfat etdikdən, həmin qeyri-yaşayış sahəsi miras əmlak kimi vərəsələr arasında bölünmüşdür. Eyni zamanda, Cavabdeh6 Məhəmməd oğlunun vərəsələri – Cavabdeh4 (mirasdan 1/8 hissədə paya malik); X7 (mirasdan 1/8 hissədə paya malik); Cavabdeh2 (mirasdan 1/24 hissədə paya malik) qanuni qəyyumu X15; Cavabdeh6 (mirasdan 1/24 hissədə paya malik); Cavabdeh3 (mirasdan 1/24 hissədə paya malik) notarial qaydada ərizə ilə müraciət edərək, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 90.7 kv/m olan qeyri-yaşayış binasını sağlığında ilkin alqısatqı müqaviləsi əsasında alıcı İddiaçı satılmasının onlara məlum olduğunu və həmin əmlaka dair heç bir tələblərinin olmadığını və alıcı İddiaçı adına keçməsinə etiraz etmədiklərini bildirmişlər. Müqavilə üzrə əmlakın rəsmiləşdirilməsini həyata keçirmək Cavabdeh6 Məhəmməd oğlunun vəzifəsi olduğundan və o vəfat etdikdən, bu öhdəlik passiv kimi mirası qəbul etmiş vərəsələrə keçmişdir. Lakin, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsi miras aktivi kimi vərəslərə keçməmişdir, çünki onun satılması ilə bağlı Cavabdeh6 Məhəmməd oğlu öz sağlığında öz niyyəti və sərbəst iradə ifadəsinə əsaslanan müqavilə bağlamışdır. Belə olan halda, məhkəmə hesab edir ki, hissə-hissə ödənilməsi şərti ilə daşınmaz əmlakın alğı-satqı müqaviləsi Cavabdeh6 Məhəmməd oğlunun sağlığında bağlanmış hesab edilməlidir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia tələbi ilə bağlı məhkəmə qeyd edir ki, ilk növbədə, Cavabdeh1 Cavabdeh6 Məhəmməd oğlunun vərəsəsi olduğundan və o, sözügedən əmlak barədə sağlığında niyyət və iradə ifadəsinə əsaslanan müqavilə bağladığından, vərəsənin miras qoyanın sağlığında niyyətinin və iradə ifadəsinin bildirildiyi əmlak barəsində mübahisə açmağa subyektiv hüququ olmadığı nəzərə alınmalıdır. Həmçinin, ümumiyyətlə, müqavilə qanunvericiliyin tələblərinə uyğun tərtib olunduqdan, həmçinin onun ləğvi üçün qanunvericilikdə və müqavilədə nəzərdə tutulmuş hallar olmadığından, həmin müqavilənin ləğvi üçün əsas yoxdur. Qarşılıqlı iddia tələbinin ilkin alğı-satqı müqaviləsindən irəli gələn digər müqavilələrin ləğv edilməsi hissəsinə dair məhkəmə qeyd edir ki, burada konkret hansı müqavilələrin nəzərdə tutulduğu və ümumiyyətlə iddiaçının iştirakı ilə belə müqavilələrin bağlanıb-bağlanmadığı barədə məlumat verilmədikdən, həmçinin bu müqavilələrin mövcudluğunu və hüquqi əsasını təsdiq edən sübutların məhkəməyə təqdim edilməsi vəzifəsi qarşılıqlı iddia üzrə iddiaçı – Cavabdeh1 üzərinə düşdüyü halda, həmin sübutlar məhkəməyə təqdim edilmədikdən, qarşılıqlı iddia tələbi bu hissədə də əsassızdır. Qarşılıqlı iddia tələbinin ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsi olan 1 mərtəbəli, 90.7 (102.3) kv.m sahəsi olmuş tikilinin yenidən tikilərək bərpa edilməsi hissəsində məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə tərəfindən Cavabdeh1 əmlak barəsində mübahisə açmağa subyektiv hüququ olmadığı müəyyənləşdirildikdən, həmçinin qarşılıqlı iddia tələbi bu hissədə ilkin iddia tələbinin təmin edilib-edilməməsindən asılı olduqdan və ilkin iddia tələbi isə təmin edildikdən, qarşılıqlı iddia tələbi bu hissədə də əsassızdır və təmin edilmir. Beləliklə, məhkəmə hesab edir ki, ilkin iddia təmin edilməli, 02 noyabr 2022-ci il tarixdə Bakı şəhər 24 saylı notariat ofisində İddiaçı ilə Cavabdeh6 Məhəmməd oğlu arasında ünvan 1 ünvanında yerləşən qeyri yaşayış sahəsinə dair alğı-satqı müqaviləsi bağlanmış hesab edilməli, “ilkin alqı-satqı müqaviləsinin ləğv edilməsi və sökülən əmlakın bərpa edilməsi” tələbinə dair qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İlkin iddia təmin edilsin. 02 noyabr 2022-ci il tarixdə Bakı şəhər 24 saylı notariat ofisində İddiaçı ilə Cavabdeh6 Məhəmməd oğlu arasında ünvan 1 ünvanında yerləşən qeyri yaşayış sahəsinə dair alqı-satqı müqaviləsi bağlanmış hesab edilsin. Qarşılıqlı iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar