Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-145/2024 14.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı Zeynalova (Azayeva) Mehriban Yusif qızının Cavabdeh qarşı “cehiz əşyalarının cavabdehin qanunsuz sahibliyindən alınaraq iddiaçıya geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Zeynalova (Azayeva) Mehriban Yusif qızı Cavabdeh qarşı “cehiz əşyalarının cavabdehin qanunsuz sahibliyindən alınaraq iddiaçıya geri qaytarılması” tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən cehiz əşyalarının: qabyuyan maşın (800 manat); paltaryuyan maşın (600 manat); soyuducu (600 manat); divan və kreslo (1080 manat); televizor (1200 manat); dispenser (150 manat); 2 ədəd 6 nəfərlik stol (400+150=550 manat); 6 ədəd stul (50*6=300 manat); 6 ədəd doşək (100*8=800 manat); 8 ədəd yorğan(60*8=480 manat); 8 ədəd yastıq; (40*8=400 manat); 4 ədəd yorğan; (60*4=240 manat); 4 dəst örtük (qoşa carpayi ucun bəzəkli) (4*150=600 manat); 4 dəst çarşab (pastel) dəsti (qış üçün türkiyə istehsalı) (4*200=800 manat); 4 ədəd çarşab (pastel) dəsti (yaz-yay üçün turkiye istehsalı) (4*100=400 manat); qab-qaşıq üçün dolab (stenka) (400 manat); mebel (yataq dəsti) (1500 manat); 6 ədəd xrustal meyvə qabı (6*150=900 manat); 6 dəst xrustal fujer (100 manat); 6 dəst şirə ücün fujer (100 manat); 6 dəst şirə üçün fujer şüşə (120 manat); yataq mebeli (1500 manat); divan və kreslo (1000 manat); 4 dəst qaşıq-çəngəl dəsti (40*4=160 manat); 6 dəst bıçaq dəsti (20*6=120 manat); 36 ədəd boşqab (şorba üçün) (180 manat); 36 ədəd boşqab (orta ölçülü) (180 manat); 36 ədəd boşqab (kiçik ölçülü) (120 manat); 8 ədəd meyvə qabı (xrustal) (80*8=640 manat); 6 ədəd xrustal araq qabı (ryumka) (360 manat); çərəz üçün xrustal qab (100 manat); 1 dəst bohema servis (300 manat); 1 ədəd bohema çay dəsti (50 manat); 5 dəst nahar servisi (500 manat); 2 ədəd şirə çəkən (200 manat); 3 ədəd sitrus şirə çəkən (3*50=150 manat); 2 ədəd elektrikli ət çəkən (300 manat); 3 ədəd toster (150 manat); 4 ədəd blender (30*4=120 manat); 58 ədəd kitab; ət çəkən (mexaniki, əl ilə) (10 manat); 1 ədəd qoz çəkən (10 manat); 3 ədəd qoz sindiran (5*3=15 manat); 6 ədəd ləyən (mürəbbə bişirmək üçün) (5*6=30 manat); 36 ədəd şirəli qazan, ləyən-krujka (180 manat); çaynik dəsti (150 manat); çaydan (düdüklü) (50 manat); çaydan (6 litrlik, alüminiumdan) (10 manat); çaydan (8 litrlik, İran istehsalı) (30 manat); qazan (düdüklü, İran istehsalı) (50 manat); 6 dəst qazan; soba (duxovka) (600 manat); 3 ədəd xalça; (350 manat); qazan (mantı üçün özbək istehsalı) (50 manat); 3 ədəd oxlo (10 manat); 8 ədəd çarşab (pastel) dəstlər (150 manat); 25 ədəd dəsmal (qətifə) (50 manat); 186 ədəd boşqab (3*186=558 manat); 33 ədəd salat qabı (3*33=99 manat); 6 ədəd çay dəsti (6*30=180 manat); 8 dəst fujer (8*10=80 manat); 9 dəst xrustal rumka (9*20=180 manat); 8 ədəd süfrə (8*50=400 manat); 8 ədəd dəm çaydanı (8*10=80 manat); 8 ədəd meyvə qabı (8*20=160 manat); 8 ədəd çərəz qabı(8*10=80 manat); 8 ədəd podnos (8*10=80 manat); 8 ədəd xrustal qənd qabı (8*10=80 manat); 12 ədəd şüşə qənd qabı (12*2=24 manat); 66 ədəd nəlbəki (66*1=66 manat); 66 ədəd salat qabı(66*1=66 manat); 6 ədəd termos (6*20=120 manat); 3 ədəd nahar üçün termos (3*15=45manat); 4 dəst pərdə (4*75=300 manat); 4 dəst tül (4*20=80 manat); 36 ədəd armudu xrustal stəkan (36*4=144 manat); 2 ədəd tozsoran (2*75=150 manat); 3 ədəd pled (3*30=90 manat); 6 ədəd çay servisi (6*30=180 manat); 12 ədəd qazan (12*10=120manat); 12 ədəd tava (12*5=60 manat); 4 ədəd aliminium ləyən (4*3=12 manat); 66 ədəd stəkan (66*1=66 manat); 12 ədəd fujer (20 manat); 1 dəst örtük (divan üçün) (60 manat); 6 ədəd sintipon yastıq (6*6=36 manat); 1 ədəd kondisioner (300 manat); xırda qab-qacaq (700 manat); 60 ədəd 10 dəst dəsmal (qətifə) (mətbəx üçün) (10*10=100 manat); 60 ədəd 10 dəst dəsmal (qətifə) (əl silmək üçün) (10*15=150 manat); 10 ədəd dəsmal (qətifə) (hamam üçün) (10*20=200manat); şəxsi əşyalar (paltarlar)-ın Cavabdeh qanunsuz sahibliyindən alınaraq iddiaçıya geri qaytarılması və alınmalı əmlaklar qətnamə icra olunan vaxt mövcud olmadıqda onların dəyərinin və iddia ərizəsinin verilməsinə görə 167 manat məbləğində dövlət rüsumunun və 50 manat məbləğində mediasiya xərcinin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Bu halda məhkəmə mülki işə iclasa gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2024-cü il tarixdə məhkəməyə AZEMİS vasitəsi ilə iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 ərizəsi daxil olmuşdur. Ərizədə qeyd edilir ki, iddiaçı ilə cavabdeh arasında razılıq əldə edilmişdir. Bu səbəbdən iddiadan imtina edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını və iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 ərizəsini nəzərdən keçirib, hesab edir ki, iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 ərizəsi təmin olunmalı, iddiaçı iddiasından imtina etdiyinə görə, iddiaçının iddiadan imtinası məhkəmə tərəfindən qəbul olunmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmçinin iş üzrə tərəflərə izah olunur ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, iddiaçı tərəfindən hazırki ərizə üzrə ödənilmiş 167 manat məbləğində dövlət rüsumu iddiaçı Zeynalova (Azayeva) Mehriban Yusif qızına qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Zeynalova (Azayeva) Mehriban Yusif qızının Cavabdeh qarşı “cehiz əşyalarının cavabdehin qanunsuz sahibliyindən alınaraq iddiaçıya geri qaytarılması” tələbinə dair mülki iş üzrə iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 iddiadan imtinası məhkəmə tərəfindən qəbul olunsun və mülki işin icraatına xitam verilsin. İş üzrə dövlət rüsümu olaraq iddiaçı tərəfindən ödənilmiş 167 (bir yüz altmış yeddi) manat məbləğində dövlət rüsumu iddiaçı Zeynalova (Azayeva) Mehriban Yusif qızına (qəbzin nömrəsi 14717; xx.xx.2023-cü il tarixli) qaytarılsın. Tərəflərə izah edilsin ki, hazırki mülki işin icraatına xitam verildiyinə görə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №e-2(010)-145/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-145/2024
14.05.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver