Məhkəmə qərarları › İş №e-2(010)-145/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-145/2025

21.07.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-145/2025 21.07.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi X1 iclas katibliyi İddiaçı oğlu və onun nümayəndəsi (vəkili) Vəkil1 Cavabdeh və Vəkil2 iştirakları ilə İddiaçı oğlunun Cavabdeh qarşı “əşya” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiaçı oğlu Cavabdeh qarşı “əşya və əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən iddia ərizəsində siyahısı göstərilmiş əşyaların və 6500 manat məbləğində əmək haqqının cavabdehdən tutularaq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İran İslam Respublikasında bürüncdən, misdən və qızıl suyu ilə cilalanmış qab-qacaq və çil-çıraq əşyalarının istehsalı ilə məşğul olmuşdur. Hazırladığı məhsulların satışı ilə məşğul olan cavabdeh X2 ilə qiyabi tanışlığı olmuş, özü ilə əlaqəni sonradan tapmışdır. Gürcüstanda olarkən əlaqə saxlayaraq əvvəlcədən şəxsən özü ilə telefonla danışıb razılaşdıqdan sonra onun təklifi ilə ortaq iş qurmaq qərarına gəlmişlər, lakin bunun üçün Bakı şəhərinə köçməli idi. Cavabdehin vədlərinə inanaraq bu niyyətlə 2017-ci ildə özünə məxsus İranda olan bütün istehsalat avadanlıqlarını, hazır malları, xammal və sexində olan geyim və yataq dəstlərinə kimi Azərbaycana aparmış və Raminə məxsus Hövsanda yerləşən sexə yerləşdirmişdir. Razılaşmalarına əsasən, bütün gətirdiyi mal materiallarla və avadanlıqlarla, istehsal ilə iddiaçı məşğul olmalı idi, qalan işlər - iş və yaşayış yerinin təmin edilməsi, istehsalat yerinin hazırlanması, mallarının saxlanması anbarının təşkil edilməsi, qeydiyyat və sənədləşmə, müqavilə və şirkət sənədlərinin hazırlanması və malların Raminin istifadəsində olan mağazalarda satışın təşkili cavabdehə aid olmuşdur. İddiaçı ilkin olaraq cavabdehi öz ünvanında müvəqqəti qeydiyyata almışdır. İddiaçının deməsinə görə cavabdeh hazır gətirilən malların satışını təşkil elədi, istehsalat quruldu, lakin qurulan işin rəsmiləşməsini Ramin təşkil etmədi, hər dəfə də deyirdi: “Tələsmə, hələ ki, işçi kimi aylıq 500 manat əmək haqqı olmaqla qeydiyyata almışam səni”. Hətta bir neçə dəfə Məşğulluq İdarəsinin nümayəndələri yoxlama keçirdi sexdə, lakin Ramin ona və orada olan digər işçiləə gizlənməyi, görsənməməyi tapşırdı. Bunların hamısının yalan olduğunu sonradan bildi. Hazır gətirdiyi malların satışından gələn gəlirin gördüyü işə aidiyyəti yox idi, özü satırdı, xərcini çıxırdı, neçəyə satdığı, kimə satdığı da məlum deyildi. Beləliklə, məcbur Raminin işçisi kimi işlərini görməyə davam etmiş, Raminin işə götürdüyü işçiləri də şirkət qurulanadək öyrətməyə başlamış, ortaqlı şirkət isə qurulmamışdır. Qeydiyyatla bağlı sənədlər qaydasında olmadığından, hətta xx.xx.2018-ci il tarixdə cərimə olundu, deportasiya təhlükəsi olduğundan cavabdeh onu uzun müddət gizlətdikdən sonra özünün tanıdığı adamlar vasitəsi ilə sərhəddi keçirtdi Gürcüstan dövlətinə və oradan da danışdığı adamla geri qaytarılan zaman onun adamı onu Azərbaycan sərhəddinə təhvil verdi. Həmin dövrdə işin daha ağır olmaması üçün təçkilatçı və vasitəçi olan Raminin adını çəkməmişdir. Barəsində cinayət işi açılmış və həbs verilmişdir. Həbs müddətində guya ki cavabdeh onun işi ilə məşğul idi, hətta bununla əlaqədar qardaşından 2500 ABŞ dolları almış, guya rüşvət olaraq verdiyini bildirmişdir. Sonradan həmin pulu tələb etdikdə qardaşına hədə-qorxu gələrək ABŞ-dan pul göndərdiyi üçün şikayət edəcəyini bildirmiş, ona isə guya məhkəmə xərcləri üçün xərclədiyini bildirmişdir. Balakən Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə 6 ay müddətinə həbs edilmiş, daha sonra 5 il müddətinə ölkə xaricinə çıxarılmışdır. Bu müddətdə cavabdehlə əmlakın, əmək haqqının və borcunun qaytarılması üçün danışıqlar aparsa da, cavabdeh əmlakını qaytarmayaraq özü istifadə edərək gəlir götürmüş, mal-materialı həm satmış, həm də istifadə etmişdir. Gətirdiyi bahalı kimyəvi xammalı və hazır məhsulları demək olar hamısını satmışdır. Onunla aparılan danışıqlar nəticə verməyərək qarşılıqlı telefon mübahisələrinə səbəb olmuşdur. 2024-cü il tarixdə Azərbaycana gələrək onunla danışıqları davam etmiş, danışıqların nəticəsi olaraq xx.xx.2024-cü il tarixdə cavabdehin iştirakı ilə video çəkilişlər aparılmaqla sexdəki əmlaklara baxış keçirilmiş, qarşılıqlı təkliflər göndərilmiş, yekunda nəticə əldə edilməmiş, cavabdeh əmlaklar qarşılığında xərcinin olduğunu, xərclər qarşılığında əmlaklar verməkdən imtina etdiyini bildirsə də, iddiaçı heç bir xərclə razılaşmamışdır. Əksinə, ona əməkhaqqı hesablanmamasını, İrandan gətirilən malların satılmasına görə və istehsal etdiyi mallarn satışına görə əldə etdiyi gəlirləri gizlədərək bölmədiyini, 5 il ərzində əmlakların bir çox hissəsini sataraq pulunu götürdüyünü, eyni zamanda əmlakından faydalanaraq gəlir əldə etdiyini, əmlaklarını satmaqdan əlavə 5 ildir istifadə edib köhnəltdiyini bildirmişdir. Cavabdehin sonuncu təklifi xx.xx.2024-cü il tarixdə 38 predmetdən ibarət əmlakın qaytarılması olmuşdur ki, qeyd edilən təklif iddiaçı tərəfindən qəbul edilməmişdir. İddiaçının tələb etdiyi əmlakların siyahısı isə aşağıdakı kimidir: 5 ədəd elektrik şit və 46 metr 3 fazalı mis məftil (şəkil 1-2), Bosch laqunda 1 ədəd (şəkil 3), Freedom motor 1 komplekti (şəkil 4), Bosch Pardaqlama maşını 2 ədəd (şəkil 5), ŞOTKA aparatı 1 ədəd (şəkil 6), ŞOTKA aparatına aid Paçevnik 1 ədəd (şəkil 7), LATUN və BRONZA əritmə QUM qəlibləri 200 ədəd (Şəkil 8), LATUN əritmə Peçi, Qazan və Turbosu 1 komplekt (şəkil 9), Ventilyator 10 ədəd (şəkil 10), Sürətli Ventilyator 1 ədəd (11), Hava sovuran 3 faza 1 ədəd (12), Lehimləmə aparatı 2 komplekt, 6 metr hava və qazturbası (13), Svarka aparatı 1 ədəd 180 VATT (14), Aliminium kəsən avadanlıq və lezvası (15), Drelavadanlığı 2 ədəd (16), Drelavadanlığı stol üstü (17), Laqunda stol üstü (18), Dəqiq ölçü cihazı (19), Su filtir aparatı 3 filtirli (20), Nikel suyu vannası komplekt (21), Qızıl suyu vanna komplekt (22), Nikel filtri (23), Nikel Yapon istehsalı 10 kq (24), Nikel setkası 6 ədəd (25), Nikel elektro motor və karobksı (26), Nikel elektro hörmə avadanlığı (27), Suyun PH metrin ölçən cihaz (28), Nikelin kimyəvi maddələrini ölçən cihaz (29), MİS ANOD 10 kg (30), Sarı Su ANOD 4 kg (31), Nikel su PH ölçən 1 paçka (32), MİS SU kimyəvi maddə 2 paçka hər biri 20 kg (33), Taxtasız 2 ədəd istehsal stolu (34), Tavan üçün fırlanan 1 ədəd Lüstür (35), Pnevmotik spreylər və turbası 3 komplekt (36), Stul 5 ədəd (37), Qıfıl 5 ədəd (38), Yonma dəzgahı (39), Şüşə spiral (40), Titanium Spiral (41), Məngənə (42), Drel (43), Mexaniki drel (44), Drel komplekt dəsti (45), Məngənə komlplekti (46), Nikela aid Mİs 0,080 nömrə 20 kq (47), Tutqac 1 ədəd komplekt (48), Xrustal VAZA dəsti 8 modeldə 50 ədəd (49), Oksigen ölçən (50), AÇAR dəsti (51), Nikel Sulfat 2750 ABŞ dolları, Nikel Xlorid 900 ABŞ dolları, Bor Turşusu 350 ABŞ dolları, Nikel cilalayıcı 220 ABŞ dolları, Nikel daşıyıcısı 120 ABŞ dolları, Nikel düzəldən 120 ABŞ dolları, Nikel Nəmləndirici 120 ABŞ dolları (QEYD: 51-57-ci bəndlər kimyəvi maddələr olmaqla 130X80X75 ölçülü Vannada Nikel suyunun hazırlanmasına hesablanmaqla 4580 ABŞ dolları edir. Qiymətlər ESER KİMYA ve SAN. TİC. A.Ş. fimasına məxsus səhifədən götürülmüşdür. (əlavə edilir), Çilçıraqlar (52), Paltaryuyan maşın (53), Motorlu mişar (54), Şəxsi əşyalar (56), Səs ucaldıcı (57), Soba (58), Dəzgah (59), Dəzgah (60), ALƏTLƏR (video görüntü), MELİKA model çılçıraq hissələri (video görüntü), DOQOL model çılçıraq hissələri (video görüntü), Hava kompressoru (video görüntü), VAKKUM nasosu (video göüntü).

İddia tələbinin həcminin azaldılması.

3. İddiaçının nümayəndəsi (vəkili) Vəkil1 “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin əmək haqqının ödənilməsinə dair hissədə nəzərə alınmamasını məhkəmədən xahiş etmişdir.

Tərəflərin izahatları.

4. Məhkəmə iclasında İddiaçı oğlu və onun nümayəndəsi (vəkili) Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər.

5. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, iddia tələbində qeyd olunan bütün əşyalar hazırda ondadır. Lakin həmin əşyaları iddiaçıya qaytarmamasının səbəbi iddiaçının ona vurduğu zərərin əvəzini ödəməməsidir. Belə ki, iddiaçı tərəfindən ona ümumilikdə 40000 manat məbləğində zərər vurulmuşdur. Həmin məbləğin 4315 manat hissəsini iddiaçı cəzaçəkmə müəssisəsində olanda onun üçün xərcləmişdir. 12800 ABŞ dolları hissəsini isə iddia tələbində qeyd olunan əşyaların daşınma xərcini ödəmişdir. Bir digər 14600 manat hissəni icarə haqqı kimi ödəmişdir. İddiaçı cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra deportasiya olunmuş, bu zaman iddiaçıya yenidən malların göndərilməsi üçün 2500 ABŞ dolları məbləğində vəsait vermişdir. 2020-ci ilin may ayında iddiaçı ilə danışmış, ondan 40000 manatı tələb etmişdir. İddiaçı da bununla razılaşmış, gəlib pulunu qaytaracağını bildirmişdir. Lakin heç bir pul ödəməmiş, əvəzinə hazırkı iddianı qaldırmışdır. İddiaçı əvvəlcə onun çəkdiyi xərci ödəməlidir. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi.

6. Məhkəmə iclasında cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iddianı qəbul etməyərək bildirdi ki, cavabdehin iddiaçıya məxsus əşyaları saxlamaq kimi bir öhdəliyi olmamışdır. Buna baxmayaraq, cavabdeh həmin əşyaların saxlandığı yerin tək icarəsinə 14000 manat məbləğində pul vermişdir. Əgər cavabdeh iddiaçının çəkdiyi xərcləri ödəyərsə, əşyalarını verəcəklər. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi.

İş materialları.

7. “X5 və Ekspertiza Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2025ci il tarixdə verilmiş 65 nömrəli mütəxəssis rəyindən görünür ki, 05 ədəd elektrik şit (250 manat) və 46 metr 3 fazalı mis məftil (460 manat), Bosch laqunda 01 ədəd (150 manat), Freedom motor 01 komplekti (300 manat), Bosch pardaqlama maşını 02 ədəd (400 manat), şotka aparatı 01 ədəd (100 manat), şotka aparatına aid paçevnik (20 manat), 01 ədəd latun və bronza əritmə qum qəlibləri 200 ədəd (1000 manat), latun əritmə peçi (1500 manat), qazan və turbosu 01 komplekt (500 manat), ventilyator 10 ədəd (300 manat), sürətli ventilyator 01 ədəd (150 manat), hava sovuran 03 faza 01 ədəd (400 manat), lehimləmə aparatı 02 komplekt (200 manat), 06 metr hava və qazturbası (60 manat), svarka aparatı 01 ədəd 180 VATT (250 manat), aliminium kəsən avadanlıq və lezvası (300 manat), drel avadanlığı 02 ədəd (200 manat), drel avadanlığı stolüstü (250 manat), laqunda stol üstü (200 manat), su filtr aparatı 03 filtrli (150 manat), nikel suyu vannası komplekt (500 manat), qızıl suyu vanna komplekt (700 manat), nikel filtri (100 manat), nikel yapon istehsalı 10 kq (1000 manat), nikel setkası 06 ədəd (300 manat), nikel elektro motor və karobkası (400 manat), nikel elektro hörmə avadanlığı (600 manat), suyun PH metrin ölçən cihaz (150 manat), nikelin kimyəvi maddələrini ölçən cihaz (200 manat), mis ANOD 10 kq (500 manat), sarı su ANOD 4 kq (200 manat), nikelsu PH ölçən 01 paçka (50 manat), mis su kimyəvi maddə 02 paçka hər biri 20 kq (400 manat), taxtasız 02 ədəd istehsal stolu (300 manat), tavan üçün fırlanan 01 ədəd lüstur (100 manat), pnevmotik spreylər və turbası 03 komplekt (450 manat), stul 05 ədəd (250 manat), qıfıl 05 ədəd (50 manat), yonma dəzgahı (1000 manat), şüşə spiral (100 manat), titanium spiral (150 manat), məngənə (100 manat), mexaniki drel (150 manat), drel komplekt dəsti (200 manat), məngənə komplekti (150 manat), nikelə aid mis 0.080 nömrə 20 kq (1000 manat), tutqac 01 ədəd komplekt (50 manat), xrustal vaza dəsti 08 modeldə 50 ədəd (2500 manat), oksigen ölçən (200 manat), nikel sulfat 2750 ABŞ dolları, nikel xlorid 900 ABŞ dolları, bor turşusu 350 ABŞ dolları, nikel cilalayıcı 220 ABŞ dolları, nikel daşıyıcısı 120 ABŞ dolları, nikel düzəldən 120 ABŞ dolları, nikel nəmləndirici 120 ABŞ dolları, çil-çıraqlar (1000 manat), motorlu mişar (500 manat), şəxsi əşyalar, səs ucaldıcı (150 manat), soba (300 manat), dəzgah, dəzgah, alətlər (1000 manat), melika model çil-çıraq hissələri, doqol model çil-çıraq hissələri (video görüntü), hava kompressoru (800 manat), vakkum nasosu (700 manat) olmaqla əmlakların (mövcud olub-olmamasından asılı olmayaraq) hazırkı bazar qiymətləri rəyin tədqiqat hissəsindəki cədvəldə göstərilmişdir.

8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş 3172/2024 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza təqdqiqatına təqdim edilmiş 04 adda malların (dəqiq ölçü cihazı – ştangerpərgar – istifadədə olmuşunun qiymətinə dair məlumat əldə etmək mümkün olmadı, yenisinin qiyməti – 42 manat, drel kiçik ölçülü istifadədə olmuş – 40 manat, açar dəsti – istifadədə olmuşunun qiymətinə dair məlumat əldə etmək mümkün olmadı – yenisinin qiyməti – 170 manat və paltaryuyan maşın köhnə - 65 manat) orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 317 manat müəyyən olunur. Qərardadda qeyd edilən digər 68 malların satışına və qiymətinə dair məlumat əldə etmək mümkün olmadığından həmin mallar üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır.

İşin faktiki halları.

9. İddiaçı Shokouhi X6 İslam Respublikasının vətəndaşıdır. O, iddia edir ki, Cavabdehla aralarında əldə edilmiş razılığa uyğun olaraq, İrandakı biznesini (avadanlıq, material, xammal, hazır mal və s.) Azərbaycana daşımış, razılığa görə, istehsal üçün zəruri olan bütün malları saxlamaq üçün cavabdehə vermişdir. Lakin cavabdeh aralarındakı işgüzar münasibətlərin pozulmasına baxmayaraq, həmin malları öz sahibliyində saxlamağa davam etmiş, geri qaytarmamışdır.

Tətbiq edilən hüquq.

10. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157. Mülkiyyətin müdafiəsi. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 822. Saxlama müqaviləsi. Saxlama müqaviləsinə görə bir şəxs (yük götürən, saxlayıcı) başqa şəxsin (yük verənin, tapşıranın) ona verdiyi daşınar əşyanı saxlamağı və müqavilənin qüvvəsi sona çatdıqda qaytarmağı öhdəsinə götürür. Maddə 824. Yük götürənin (saxlayıcının) vəzifələri. 824.3. Tapşıranın xahişi ilə saxlayıcı əşyanı qaytarmalıdır. Saxlama üçün konkret müddətin təyin edildiyi halda da bu müddəa həmişə qüvvədədir. Əşya onun saxlandığı yerdə qaytarılmalıdır. Əşyanın saxlayıcısı onu tapşırana çatdırmağa borclu deyildir. Əşya tapşıranın hesabına və tapşıranın riski ilə qaytarılır. Maddə 825. Yük götürənin (saxlayıcının) hüquqları. 825.2. Əgər saxlama üçün müddət təyin edilməyibsə, saxlayıcı istənilən vaxt tapşırandan əşyanı geri götürməyi tələb edə bilər, bu şərtlə ki, həmin tələb tapşıran üçün açıq-aşkar qeyri-münasib vaxtda irəli sürülməsin və əlverişsiz müddətdə icra edilməli olmasın. Saxlama müddəti müəyyənləşdirildikdə saxlayıcı əşyanın geri götürülməsini yalnız vacib əsaslar üzrə tələb edə bilər.

11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi.

12. İddia tələbindən görünür ki, İran İslam Respublikasının vətəndaşı olan İddiaçı iddia edir ki, o, İrandakı biznesini Azərbaycana köçürmüş, Cavabdehla aralarında olan razılığa uyğun olaraq, istehsal üçün zəruri olan bütün mal-materialları cavabdehin müəyyən etdiyi yerdə saxlamışdır. Aralarındakı razılığa görə, o, burada istehsalla məşğul olmalı, cavabdeh də bunun üçün bütün lazımi şəraiti, eləcə də malları saxlamaq üçün yeri təmin etməli, sonda məhsulun satışını təşkil etməli idi. Məhkəmə iclasında iştirak edən Cavabdeh da iddiaçı ilə tanışlığının məhz bu münasibətlər çərçivəsində baş tutduğunu təsdiqləmişdir. Lakin iddiaçının istehsal müddətində cavabdehə saxlamaq üçün verdiyi malların cavabdehin qanunsuz sahibliyində qalması ilə bağlı tərəflər arasında mübahisə mövcuddur. Belə ki, İddiaçı iddia edir ki, Cavabdehla aralarında olan işgüzar münasibətə son qoyulsa da cavabdeh onun mallarını bu barədə tələbinə baxmayaraq, qaytarmaqdan imtina edir. Cavabdeh isə öz növbəsində tələb edilən malların iddiaçıya məxsusluğunu və hazırda öz sahibliyində olduğunu qəbul edir, lakin malları iddiaçıya qaytarmaqdan imtina edir. Ona görə ki, həmin malları saxladığı yeri icarəyə götürmüşdür və onların saxlanmasına görə yüksək məbləğdə xərc çəkmişdir. Həmçinin həmin mallara, eləcə də iddiaçıya görə başqa xərclər də çəkmişdir. Cavabdehə görə, iddiaçı bu xərcləri qarşılamadan malları tələb edə bilməz.

13. Məhkəmə araşdırması gedişində həm mübahisəli mallara ekspert (mütəxəssis) tərəfindən yerində baxış keçirilməsi, həm də malların qiymətləndirilməsi məqsədilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və qiymətləndirici mütəxəssisin rəyi alınmışdır. Ekspert rəyində tədqiqat obyektlərindən bəzilərinin (3 ədəd ventilyator, lehimləmə aparatı, nikel yapon istehsalı 10 kq, nikel elektrohörmə avadanlığı, Sarı Su ANOD, taxtasız 2 ədəd istehsal stolu, pnevmotik spreylər və turbası 3 komplekt, şüşə spiral, nikelə aid mis 0.080 nömrə 20 kq, tutqac 1 ədəd komplekt, xrustal vaza dəsti 8 modeldə, nikel sulfat 2750 ABŞ dolları, nikel xlorid 900 ABŞ dolları, bor turşusu 350 ABŞ dolları, nikel cilalayıcı 220 ABŞ dolları, nikel daşıyıcısı 120 ABŞ dolları, nikel düzəldən 120 ABŞ dolları, nikel nəmləndirici 120 ABŞ dolları, Melika model çilçıraq hissələri, Doqol model çilçıraq hissələri (video görüntü)) təqdim edilmədiyi qeyd edilmiş, təqdim edilmiş obyektlərdən isə yalnız dördünə münasibətdə qiymətləndirmə aparılmış, qalan obyektlərə münasibətdə malların satışına və qiymətinə dair məlumat əldə edilməsinin mümkün olmaması əsası ilə qiymətləndirmə aparılmadığı qeyd edilmişdir. Müvafiq mütəxəssis rəyində də əşyaların saxlanıldığı yerə baxış keçirilən zaman iddia ərizəsində göstərilmiş əşyalardan bəzilərinin olmadığı göstərilmiş (beş ədəd ventilyator, nikel yapon istehsalı 10 kq, nikel setkası, nikel elektrohörmə avadanlığı, tavan üçün fırlanan bir ədəd çilçıraq, şüşə spiral, nikelə aid mis 0.080 nömrə 20 kq, xrustal vaza dəsti 8 modeldə 50 ədəd), aşkar olunan əşyaların isə hər birinin qiymətləndirilməsi aparılmışdır.

14. Beləliklə, həm iş üzrə tərəflərin izahatları, həm də müvafiq ekspert və mütəxəssis rəyləri əsasında müəyyən edilir ki, iddia ərizəsində siyahısı göstərilmiş əşyaların əksəriyyəti cavabdehin sahibliyindədir və bu əşyaların iddiaçıya məxsusluğu cavabdeh tərəfindən mübahisələndirilmir. Belə olan halda tərəflər arasındakı yeganə mübahisəli məsələ cavabdehin əşyalar üzərindəki sahibliyinin qanunsuz olub-olmaması ilə bağlıdır. Hansı ki, iddiaçı əşyalarını cavabdehdən tələb etməsinə baxmayaraq, cavabdehin əşyaları qaytarmadığını və onlara qanunsuz sahiblik etdiyini iddia edir. Cavabdeh isə əşyaların iddiaçıya verilməsi üçün əvvəlcə həmin əşyalara görə xərclərinin qarşılanmalı olduğunu iddia edir.

15. Mübahisəli məsələnin həlli ilə əlaqədar məhkəmə ilk növbədə tərəflər arasındakı münasibətlərin xarakteri ilə bağlı qeyd edir ki, hər iki tərəfin izahatları əsasında belə başa düşülür ki, onlar arasında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı qarşılıqlı münasibətlər yaranmış, bu münasibət gedişində iddiaçı özünə məxsus istehsalat mal və materiallarını cavabdehə saxlamaq üçün vermişdir. Lakin yenə tərəflər mübahisələndirmədən qəbul edir ki, bu münasibətlər sonradan pozulmuş, xarici vətəndaş olan iddiaçı ölkəni tərk etməli olmuşdur. Buna baxmayaraq, əşyalar hazırda da cavabdehin sahibliyindədir.

16. Məhkəmə hesab edir ki, iddiaçıya məxsus əşyalar cavabdehin sahibliyinə qanuni əsasla (aralarında bağlanmış müqaviləyə əsasən) keçsə də sonradan aralarındakı müqavilə münasibətlərinə son qoyulmuş, bu baxımdan cavabdehin iddiaçıya məxsus əşyaları iddiaçıya qaytarmaq vəzifəsi yaransa da o, bunu etməmiş, bununla da cavabdehin əşyalar üzərindəki sahibliyi qanunsuz sahibliyə çevrilmişdir. Bu vəziyyətdə isə iddiaçı özünə məxsus əşyaları cavabdehdən tələb etməkdə haqlı olmuşdur.

17. Bu hissədə məhkəmə qeyd edir ki, cavabdehin iddiaya etirazının əsasını təşkil edən hal - iddiaçının həmin əşyaların saxlanılması ilə bağlı xərcləri ödəməməsi – iddiaçının hazırkı iddiasının təmin edilməsini istisna hal kimi qiymətləndirilə bilməz. Belə ki, hazırkı iş üzrə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etməyən cavabdeh iş üzrə iddiaçıya qarşı əşyaların saxlanma xərcləri ilə bağlı ayrıca iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Lakin cavabdeh iddiaçıya qarşı olan tələbinin təminatı kimi əşyaları öz saxlancında saxlaya bilməz. Odur ki, əşyaların cavabdehin qanunsuz sahibliyindən alınması ilə bağlı iddiaçının tələbi əsaslıdır.

18. Bununla belə cavabdehin qanunsuz sahibliyindən alınmalı olan əşyaların dairəsi ilə bağlı hissədə məhkəmə iddianı tam əsaslı hesab edə bilməz. Ona görə ki, mülki mühakimə icraatında sübut etmə yükünün tərəflər arasında bölüşdürülməsi prinsipinə əsasən, həmin əşyaların məhz iddia ərizəsində qeyd edilən tərkibdə özünə məxsus olduğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Nəzərə alınmalıdır ki, cavabdeh yalnız öz sahibliyində olan əşyalara münasibətdə iddiaçının mülkiyyət hüququnu tanımışdır. Yuxarıda istinad edilmiş və əşyaların saxlandığı yerə ekspert (mütəxəssis) baxışının nəticələrini əks etdirən hər iki rəydə isə iddia ərizəsində göstərilmiş əşyalardan bəzilərinin cavabdehin sahibliyində saxlanılan əşyaların olduğu yerdə aşkar edilmədiyi müəyyən edilmişdir. Bu iki rəydə həmin (aşkar edilməyən) əşyaların dairəsi əsasən üstüstə düşsə də (nikel yapon istehsalı 10 kq, nikel setkası, nikel elektrohörmə avadanlığı, şüşə spiral, nikelə aid mis 0.080 nömrə 20 kq, xrustal vaza dəsti 8 modeldə 50 ədəd), əşyalardan bəzilərinə münasibətdə fərq özünü göstərmişdir. Belə ki, ekspert rəyində iddia ərizəsində qeyd edilmiş on ədəd ventilyatordan yeddisinin mövcud olduğu qeyd edilsə də, mütəxəssis rəyində beş ventilyatorun aşkar edildiyi göstərilmişdir. Bundan əlavə, ekspert rəyində tavan üçün fırlanan çilçıraq ekspertə təqdim edilmiş əşya kimi qeydə alınsa da mütəxəssis rəyində baxış zamanı aşkar edilməyən əşyaların sırasında göstərilmişdir. Bəzi əşyalar isə əksinə, ekspert rəyində aşkar edilməyən əşya kimi qeydə alınsa da mütəxəssis rəyində aşkar edilməyən əşyaların siyahısında bu əşyalar göstərilməmişdir. Məsələn, lehimləmə aparatı, Sarı Su ANOD, taxtasız 2 ədəd istehsal stolu, pnevmotik spreylər və turbası 3 komplekt, tutqac 1 ədəd komplekt, nikel sulfat 2750 ABŞ dolları, nikel xlorid 900 ABŞ dolları, bor turşusu 350 ABŞ dolları, nikel cilalayıcı 220 ABŞ dolları, nikel daşıyıcısı 120 ABŞ dolları, nikel düzəldən 120 ABŞ dolları, nikel nəmləndirici 120 ABŞ dolları, Melika model çilçıraq hissələri, Doqol model çilçıraq hissələri (video görüntü) ekspert rəyində ekspertə təqdim edilməyən əşyaların tərkibində göstərilsə də mütəxəssis rəyində aşkar edilməyən əşya kimi göstərilməmişdir.

19. Məhkəmə hesab edir ki, ekspert tərəfindən tədqiqat obyektlərinə daha əvvəl baxış keçirildiyindən rəydə “mövcud əşya” kimi göstərilmiş 7 ədəd ventilyatorun baxış zamanı mövcud olduğu, mütəxəssis rəyi tərtib edilən zaman isə yalnız 5 ədədinin “aşkar olunduğu”, əşyalara ekspert və mütəxəssis baxışının keçirilməsi arasındakı dövrdə əşyaların məhz cavabdehin nəzarətində olması nəzərə alınaraq, məhz ekspert rəyində mövcudluğu müəyyən edimiş 7 ədəd ventilyatorun cavabdehin qanunsuz sahibliyindən alınması müəyyən edilməlidir. Ekspert rəyində “mövcud olmayan” əşya kimi göstərilmiş lehimləmə aparatı, Sarı Su ANOD, taxtasız 2 ədəd istehsal stolu, pnevmotik spreylər və turbası 3 komplekt, tutqac 1 ədəd komplekt, nikel sulfat 2750 ABŞ dolları, nikel xlorid 900 ABŞ dolları, bor turşusu 350 ABŞ dolları, nikel cilalayıcı 220 ABŞ dolları, nikel daşıyıcısı 120 ABŞ dolları, nikel düzəldən 120 ABŞ dolları, nikel nəmləndirici 120 ABŞ dolları, Melika model çilçıraq hissələri, Doqol model çilçıraq hissələri (video görüntü) isə sonradan keçirilmiş mütəxəssis baxışında “aşkar olunmayan” əşya kimi müəyyən edilmədiyindən həmin əşyaların sonuncu (mütəxəssis) baxışının keçirildiyi zaman əşyaların saxlandığı yerdə fiziki olaraq mövcud olduğu nəzərə alınaraq, həmin əşyaların da cavabdehin qanunsuz sahibliyindən alınması müəyyən edilməlidir. İddia ərizəsində konkretləşdirilməmiş, nə ekspert, nə də mütəxəssis rəyində isə təsvir edilə bilməmiş “şəxsi əşyalar”a gəldikdə isə məhkəmə tələbi qeyri-müəyyən hesab etməklə təmin edilməməsi nəticəsinə gəlir.

20. Beləliklə, məhkəmə cavabdehin əşyaları saxladığı yerdə aşkarlanmayan əşyalar - üç ədəd ventilyator, nikel yapon istehsalı 10 kq, nikel setkası, nikel elektrohörmə avadanlığı, tavan üçün fırlanan bir ədəd çilçıraq, şüşə spiral, nikelə aid mis 0.080 nömrə 20 kq, xrustal vaza dəsti 8 modeldə 50 ədəd, eləcə də iddia tələbində “şəxsi əşyalar” kimi təsvir edilmiş əşyalar istisna olmaqla, iddiaçının tələbini yönəltdiyi və siyahıda adları çəkilmiş əşyalara münasibətdə əsaslı hesab etdiyi iddianın təmin edilməsi, həmin əşyaların cavabdehin qanunsuz sahibliyindən alınaraq iddiaçıya qaytarılmalı olduğu nəticəsinə gəlir.

21. Lakin bu zaman nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 222.1-ci maddəsinə əsasən, məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini ... qətnamənin nəticə hissəsində göstərir.

22. Hazırkı iş üzrə iddiaçıya qaytarılmalı olan əşyaların dəyərinin müəyyən edilməsi məqsədilə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası və verilmiş mütəxəsssis rəyi əsasında müəyyən edilmiş qiymətlər tərəflərin heç biri tərəfindən mübahisələndirilmədiyindən və bu rəylərin əsaslılığını şübhə altına alan hansısa hal müəyyən edilmədiyindən rəylər əsasında müəyyən edilmiş qiymətlər əsas götürülməli, ekspert rəyində qiymətləndirilmiş dörd əşya (dəqiq ölçü cihazı – ştangerpərgar – 42 manat, drel kiçik ölçülü istifadədə olmuş – 40 manat, açar dəsti – 170 manat və paltaryuyan maşın köhnə - 65 manat) ekspert rəyinə uyğun, qalan əşyalar isə mütəxəssis rəyinə uyğun olaraq qiymətləndirilməlidir.

Məhkəmə xərcləri.

23. İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Həmçinin iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat məbləğində qiymətləndirilmişdir. Mütəxəssis rəyinin verilməsi üçün müəyyən edilmiş xidmət haqqı isə 200 manat məbləğində təsbit edilmişdir. İddianın təmin edilmiş hissəsinə mütənasib olaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya, müvafiq ekspertiza və mütəxəssis rəyi xərci isə cavabdehdən tutularaq aidiyyəti hüquqi şəxslərin hesabına ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

24. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 05 ədəd elektrik şit (250 manat) və 46 metr 3 fazalı mis məftil (460 manat), Bosch laqunda 01 ədəd (150 manat), Freedom motor 01 komplekti (300 manat), Bosch pardaqlama maşını 02 ədəd (400 manat), şotka aparatı 01 ədəd (100 manat), şotka aparatına aid paçevnik (20 manat), 01 ədəd latun və bronza əritmə qum qəlibləri 200 ədəd (1000 manat), latun əritmə peçi (1500 manat), qazan və turbosu 01 komplekt (500 manat), ventilyator 7 ədəd (300/10x7=210 manat), sürətli ventilyator 01 ədəd (150 manat), hava sovuran 03 faza 01 ədəd (400 manat), lehimləmə aparatı 02 komplekt (200 manat), 06 metr hava və qaz turbası (60 manat), svarka aparatı 01 ədəd 180 VATT (250 manat), aliminium kəsən avadanlıq və lezvası (300 manat), drel avadanlığı 02 ədəd (200 manat), drel avadanlığı stolüstü (250 manat), laqunda stol üstü (200 manat), su filtr aparatı 03 filtrli (150 manat), nikel suyu vannası komplekt (500 manat), qızıl suyu vanna komplekt (700 manat), nikel filtri (100 manat), nikel elektro motor və karobkası (400 manat), suyun PH metrin ölçən cihaz (150 manat), nikelin kimyəvi maddələrini ölçən cihaz (200 manat), mis ANOD 10 kq (500 manat), sarı su ANOD 4 kq (200 manat), nikelsu PH ölçən 01 paçka (50 manat), mis su kimyəvi maddə 02 paçka hər biri 20 kq (400 manat), taxtasız 02 ədəd istehsal stolu (300 manat), tavan üçün fırlanan 01 ədəd lüstur (100 manat), pnevmotik spreylər və turbası 03 komplekt (450 manat), stul 05 ədəd (250 manat), qıfıl 05 ədəd (50 manat), yonma dəzgahı (1000 manat), titanium spiral (150 manat), məngənə (100 manat), mexaniki drel (150 manat), drel komplekt dəsti (200 manat), məngənə komplekti (150 manat), tutqac 01 ədəd komplekt (50 manat), oksigen ölçən (200 manat), nikel sulfat (4675 manat), nikel xlorid (1530 manat), bor turşusu (595 manat), nikel cilalayıcı (374 manat), nikel daşıyıcısı (204 manat), nikel düzəldən (204 manat), nikel nəmləndirici (204 manat), motorlu mişar (500 manat), səs ucaldıcı (150 manat), soba (300 manat), dəzgahlar və alətlər (1000 manat), Melika model çil-çıraq hissələri, Doqol model çil-çıraq hissələri (1000 manat), hava kompressoru (800 manat), vakkum nasosu (700 manat), dəqiq ölçü cihazı - ştangerpərgar (42 manat), drel kiçik ölçülü istifadədə olmuş (40 manat), açar dəsti (170 manat) və paltaryuyan maşın köhnə (65 manat); bu mümkün olmazsa, əşyaların hər birinin dəyəri olan məbləğdə pul və 100 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı oğluna ödənilməli, iddia qalan hissədə təmin edilməməli, 50 manat məbləğində ekspertiza xərci və 200 manat məbləğində mütəxəssis rəyi xərci cavabdehdən tutularaq ekspertizanı həyata keçirən orqanın hesabına ödənilməlidir.

25. Göstərilənlərə əsаsən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. 05 ədəd elektrik şit (250 manat) və 46 metr 3 fazalı mis məftil (460 manat), Bosch laqunda 01 ədəd (150 manat), Freedom motor 01 komplekti (300 manat), Bosch pardaqlama maşını 02 ədəd (400 manat), şotka aparatı 01 ədəd (100 manat), şotka aparatına aid paçevnik (20 manat), 01 ədəd latun və bronza əritmə qum qəlibləri 200 ədəd (1000 manat), latun əritmə peçi (1500 manat), qazan və turbosu 01 komplekt (500 manat), ventilyator 7 ədəd (210 manat), sürətli ventilyator 01 ədəd (150 manat), hava sovuran 03 faza 01 ədəd (400 manat), lehimləmə aparatı 02 komplekt (200 manat), 06 metr hava və qaz turbası (60 manat), svarka aparatı 01 ədəd 180 VATT (250 manat), aliminium kəsən avadanlıq və lezvası (300 manat), drel avadanlığı 02 ədəd (200 manat), drel avadanlığı stolüstü (250 manat), laqunda stol üstü (200 manat), su filtr aparatı 03 filtrli (150 manat), nikel suyu vannası komplekt (500 manat), qızıl suyu vanna komplekt (700 manat), nikel filtri (100 manat), nikel elektro motor və karobkası (400 manat), suyun PH metrin ölçən cihaz (150 manat), nikelin kimyəvi maddələrini ölçən cihaz (200 manat), mis ANOD 10 kq (500 manat), sarı su ANOD 4 kq (200 manat), nikelsu PH ölçən 01 paçka (50 manat), mis su kimyəvi maddə 02 paçka hər biri 20 kq (400 manat), taxtasız 02 ədəd istehsal stolu (300 manat), tavan üçün fırlanan 01 ədəd lüstur (100 manat), pnevmotik spreylər və turbası 03 komplekt (450 manat), stul 05 ədəd (250 manat), qıfıl 05 ədəd (50 manat), yonma dəzgahı (1000 manat), titanium spiral (150 manat), məngənə (100 manat), mexaniki drel (150 manat), drel komplekt dəsti (200 manat), məngənə komplekti (150 manat), tutqac 01 ədəd komplekt (50 manat), oksigen ölçən (200 manat), nikel sulfat (4675 manat), nikel xlorid (1530 manat), bor turşusu (595 manat), nikel cilalayıcı (374 manat), nikel daşıyıcısı (204 manat), nikel düzəldən (204 manat), nikel nəmləndirici (204 manat), motorlu mişar (500 manat), səs ucaldıcı (150 manat), soba (300 manat), dəzgahlar və alətlər (1000 manat), Melika model çil-çıraq hissələri, Doqol model çil-çıraq hissələri (1000 manat), hava kompressoru (800 manat), vakkum nasosu (700 manat), dəqiq ölçü cihazı - ştangerpərgar (42 manat), drel kiçik ölçülü istifadədə olmuş (40 manat), açar dəsti (170 manat) və paltaryuyan maşın köhnə (65 manat); bu mümkün olmazsa, əşyaların hər birinin dəyəri olan məbləğdə pul və 100 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı oğluna verilsin. İddia qalan hissədə təmin edilməsin. 50 (əlli) manat məbləğində ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət xəzinədаrlığı аgentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0000003944, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli) ödənilsin. 200 (iki yüz) manat məbləğində mütəxəssis xidməti haqqı Cavabdeh tutularaq “X5 və Ekspertiza Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına (VÖEN: **********, Hesab №: AZ42AİİB400600C**********108, "xxxx" ASC, 200082, VÖEN: **********, SWİFT: AİİBAZ2X, AZ37NABZ013501**********1944 nömrəli hesab) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar