Məhkəmə qərarları › İş №e-2(010)-1468/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1468/2022

23.05.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1468/2022 23.05.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borc və dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdeh1 qeyri ciddi adamlara, yəni Cavabdeh2 və Cavabdeh3 iş həvalə etməcinə şərait yaratdığına görə üzr istəməsi, stol üçün verdiyi 450 (dörd yüz əlli) manat pulun, 1000 (min) manat da stolu ona vermədiklərinə görə iddiaçıya dəymiş ziyanın və 101 (yüz bir) manat məbləğində ödədiyi dövlət rüsumunun Cavabdeh2 və Cavabdeh3 tutularaq iddiaçıya ödənilməsi, Cavabdeh2 "X9"MMC-də sınaq müddətində işlədiyi müddətdə ona verdiyi xidməti vəsiqənin iddiaçıya geri qaytarması. İddia tələbinin dəlilləri Cavabdehlərdən Cavabdeh2 və Cavabdeh3 ona qarşı etdikləri qanunazidd əməllərindən Yasamal Rayon Polis İdarəsinə şikayət etmiş, şikayət ərizəsinə baxılmış, Yasamal RPİ-nin 28-ci PB-nin 12 mart 2021-ci il tarixli, cinayət işinin başlanmasının rədd edilməsi haqqında HK-1-395 saylı qərarı ilə iddiaçıya, tərəflər arasında baş vermiş mübahisə mülki xarakterli olduğundan mübahisə mülki qanunvericiliyə əsasən məhkəmə qaydasında həll olunması izah olunur. Belə ki, Mətbuat prospektində yerləşən Azərbaycan Nəşriyyatındakı iş otağına mebel sifariş vermək üçün keçmiş işçisi oan Cavabdeh2 vasitəsilə Gündüz adlı mebel düzəldən usta ilə tanış olmuşdur. 2020-ci ilin dekabr ayında Gündüz onun iş yerinə gələrək iş otağına lazım olan mebelin ölçülərini götürüb və həmin mebeli düzəltməyə 650 (altı yüz əlli) manat pul istədi. O da razılaşmışdır, iki gün keçəndən sonra Gündüz ondan 100 manat pul istədi. O, həmin 100 manatı Cavabdeh2 ilə Gündüzə göndərmişdir. Beh pulu göndərəndən sonra iki gün keçdi, yenə də Gündüz 150 manat pul istədi. 150 manat pulu da Gülnar vasitəsilə Gündüzə göndərmişdir. Sonra Gündüz iddiaçı ilə əlaqə saxlayaraq Respublika ərazisində yaranmış karantin rejimi ilə əlaqədar olaraq obyektlərin və sexlərin bağlanması səbəbindən işlərin dayandığı və sifarişi vaxtında çatdıra bilməyəcək. 2021-ci ilin fevral ayında işin nə yerdə qaldığını öyrənəndə Gündüz verdiyi pulları karantin zamanı xərclədiyini bildirərək yenidən iddiaçıdan 200 manat pul istədi. xx.xx.2021-ci il tarixdə "Milli ön" terminalı vasitəsi ilə Gündüzün hesab kartına əlavə əlavə olaraq 200 manat pul göndərmişdir. xx.xx.2021-ci il tarixdə Gündüzün işlədiyi mebel sexinə gedərək sifariş verdiyi stolun hazır olduğunu görüb 24 mart tarixində taksi sifariş edərək həmin stolu götürəcəyini bildirmişdir. 24 mart tarixində Bakı şəhəri ərazisində havanın qarlı keçməsi səbəbindən stolu götürə bilməmiş və 25 mart tarixində Gündüzlə əlaqə saxlayaraq stolu götürmək istədiyini bildirəndə, Gündüz onun sifariş verdiyi stolu Gülnarın götürüb apardığı ona bildirdi. Cavabdeh2 digər işçisinə zəng vuraraq həmin stolun onda olduğunu və stol üçün əlavə olaraq 850 manat pul tələb etdi. Gündüzün əlbirliyi ilə əmlakına yiyələnən Cavabdeh2 28-ci PB-də verdiyi izahatında hadisənin tam əksinə izahat verərək bildirmişdir ki, guya 250 manat pulu hansısa iş yoldaşları ilə birgə yığıb stolu hazırlayan Gündüzə vermişdir. Lakin hansı iş yoldaşları ilə 250 manatı yığıb, onların adlarını izahatında qeyd etməmiş, Cavabdeh2 izahatında qeyd etdiyi pulları kimlər tərəfindən yığdığı araşdırmamış və nəticədə Gülnarın yalan danışmasına şərait yaratmış və bu hadisənin şahidlərinə izahat verməyə şərait yaradılmamışdır. Cavabdeh2 Vaqif adlı işçisinə zəng edərək ona bildirmişdir ki, "Baş redaktoruna de ki, ödənilən pullardan əlavə 850 manat mənə pul ödəməsə onun stolunu verməyəcəm". Cavabdeh2 bu əməlində cinayət tərkibi var, bu hədə-qorxu ilə pul tələbetmədir. Cavabdeh2 o qədər özündən razıdır ki, "X9"ndə sınaq müddətində işlədiyi müddətdə ona verdiyi xidməti vəsiqəni dəfələrlə tələb etsə də özbaşınalıq edərək verdiyi vəsiqəni ona geri qaytarmır. Cavabdeh1dır, cünki Cavabdeh1 stol məsələsini Cavabdeh2 həvalə etməsini israrla bildirərək onu aldatmışlar. Hesab edir ki, bu işdə Cavabdeh1 da təqsirkardır. Tərəflərin izahatları Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə işə iclasa gəlməyən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında dindirilən Cavabdeh2 iddianı qəbul etməyərək izahatında göstərdi ki, stolu özü düzəltmişdir. Rövşən onu və bir neçə iş yoldaşlarını pulsuz işlədib, aldatmışdır. “X9” MMC-də işləsə də, orada hər kəs iş üçün öz çatışmazlıqlarını öz hesabına həll edirdi. Stolu özü sifariş edib, pulunu vermişdir. Şirkətin hesabına alınsa idi, şirkət hesabından rəsmi ödəniş edilərdi. 200 manat vəsaitin Rövşən müəllim tərəfindən ödənilməsinin səbəbi isə odur ki, o, rayonda olduğu üçün ondan həmin vəsaitin stolu düzəldən Cavabdeh3 Milli Ön vasitəsilə ödənilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında dindirilən Cavabdeh3 ifadəsində göstərdi ki, stolu ona Gülnar xanım sifariş etmiş, behini vermiş və o, stolu hazırlamışdır. Sonradan material üçün 200 manat pul istəmiş, həmin məbləğ pul kartına vurulmuşdur. O sexdə yerinin olmadığını deyərək stolu götürüb aparmasını istəmişdir. Stol hazır olandan sonra Gülnar xanım gəlib aparmışdır. 650 manata razılaşmışlar. Şahid ifadələri Məhkəmə iclasında şahid qismində dindirilən X8 ifadəsində göstərdi ki, o, «X9» MMC-də hüquqşünas işləyir. İnci İkramlı bildirdi ki, o, özü görməsə də, MMC-də hüquqşünas olduğu üçün məlumatı var idi ki, studiyaya stol lazım olduğundan Rövşən müəllim bu işi Gülnara tapşırmış və ona 100 manat bir, 150 manat bir, 200 manat da bir ödəyib. Sonradan Gülnar işdən çıxdı və öyrəndilər ki, Gülnar özü stolu götürüb. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadəsində göstərdi ki, o, eşitmişdir ki, Rövşən müəllim «X9» MMC-yə stol sifariş vermiş, ustanı da Gülnar xanım tapmışdı. O, eşidib ki, Rövşən müəllim stol üçün Gülnara 250 manat pul verib, sonra isə Milli Ön aparatından 200 manat ustanın kartına atıb. Sonradan Gülnar işdən çıxdı. Sonra öyrənmişlər ki, stolu Gülnar götürüb və stolu qaytarmağa görə 850 manat pul istəyir. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadəsində göstərdi ki, o, eşitmişdir ki, Rövşən müəllim stol sifariş verib. Ustanı Gülnar xanım tapıb. Stolu 800 manata düzəltdirib. İş materiallarına əlavə edilmiş: Məhkəmə müəyyən edir ki, iddiaçı stol üçün verdiyi 450 (dörd yüz əlli) manat pulun, Cavabdeh2 və Cavabdeh3 tutularaq ona ödənilməsini tələb edir. İddia tələbinin bu hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçının Cavabdeh3 stol sifariş verməsi, tərəflər arasında podrat münasibətlərinin yaranması iş materialları ilə öz təsdiqini tapmır. Məhkəmə hesab edir ki, məhkəmə baxışında X8, X3, X1 verdiyi ifadələr şahid ifadələri kimi qiymətləndirilə bilməz. Belə ki, prosessual qanunvericilik baxımından şahid bildirdiyi hal və faktlar barəsində bilavasitə məlumatlı olmalıdır. Adı çəkilən şəxlərin ifadələrindən isə məlum olur ki, onlar qeyd etdikləri hallar və faktlar barədə başqa mənbələrdən eşitməklə məlumatlı olmuşlar. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh3 münasibətdə əsassızdır və təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, stolun dəyərindən 200 manat vəsaitin iddiaçı tərəfindən stolu hazırlayan Cavabdeh3 ödənilməsi Cavabdeh2 izahatına əsasən işin mübahisəsiz halıdır. Lakin, sözügedən vəsaitin iddiaçıya Cavabdeh2 tərəfindən geri qaytarılması hər hansı bir mötəbər sübutla öz təsdiqini tapmır. Odur ki, məhkəmə hesab edir ki, 200 manat məbləğində vəsait Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. İddia tələbinin “stolu ona vermədiklərinə görə iddiaçıya dəymiş 1000 (min) manat məbləğində mənəvi zərərin Cavabdeh2 və Cavabdeh3 tutularaq ona ödənilməsi” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Lakin iddiaçı tərəf bu mənəvi ziyanın nədə ifadə olunduğunu, hansı formada təzahür etməsini göstərməmiş, bunun təsdiqi ilə bağlı heç bir sübut təqdim etməmişdir. Buna görə də iddia tələbi həmin hissədə əsaslı hesab edilə bilməz və təmin edilməməlidir. İddia tələbinin Cavabdeh2 "X9" MMC-də sınaq müddətində işlədiyi müddətdə ona verdiyi xidməti vəsiqənin iddiaçıya geri qaytarması” hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia bu hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı sözügedən vəsiqənin Cavabdeh2 verməsinə dair hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 14.2 və 77.1-ci maddələrinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları özü sübut etməlidir. Məhkəmə iddia tələbinin “X4 qeyri ciddi adamlara, yəni Cavabdeh2 və Cavabdeh3 iş həvalə etməsinə şərait yaratdığına görə üzr istəməsi” hissəsinə münasibətdə hesab edir ki, bir şəxsin başqa şəxsə iş həvalə etməsinə şərait yaratması hər hansı bir mülki məsuliyyət yaratmadığından iddia tələbi bu hissədə əsassızdır və təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddia tələbi qismən təmin edildiyindən iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün iddiaçı tərəfindən ödənilmiş 101 (otuz) manat məbləğində məhkəmə xərcinin 51 (əlli) manatı iddiaçıya, 50 (əlli) manatı isə Cavabdeh2 aid edilməlidir. Məhkəmə nəzərə almışdır ki, iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 200 (iki yüz) manat və ödənilmiş dövlət rüsumundan 50 (əlli) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar