Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1478/2024 23.04.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, Ərizəçinin nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, Ərizəçi Ərizəçi Anatolyevnanın (maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin * saylı Bakı “Asan Xidməti” X8) “şəxsin ölmüş elan edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizәçinin tәlәbi *9.04.*940-cı il tarixdə Xaçmaz rayonunda doğulmuş, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, ev 29, mənzil * ünvanda qeydiyyatda olmuş X4 ölüm faktının müəyyən edilməsi. Ərizәnin әsaslandırıldığı hallar Ərizəçi Morozova (qız soyadı Filippova) Qalina Anatolyevna vərəsəlik hüquqlarının müdafiəsi və miras əmlak qəbulu ilə bağlı hüquqlarının həyata keçirlməsi üçün ASAN Xidmət Mərkəzi vasitəsilə Azərbaycan Respublikası Dövlət Arxivindən Azərbaycan SSR Bakı şəhər XDS-i İcrayyə Komitəsi tərəfindən verilmiş Bakı şəhəri, Hövsan qəsəbəsi, ev 29, mənzil * ünvanda yerləşən yaşayış sahəsi üzrə ərizəçinin də adı qeyd edilmiş 2*7*98 nömrəli, 2*.**.*984 tarixli Orderin arxiv çıxarışının verilməsini xahiş etmişdir. Bu order ərizəçinin adı qeyd olunmaqla, anası X4 adına verilmişdir. ASAN Xidmət Mərkəzindən bildirilmişdir ki, bu Order X4 adına verildiyi üçün, yalnız onun ölüm haqqında şəhadətnaməsi təqdim edildikdən sonra ərizəçiyə arxiv çıxarışı verilə bilər. Ərizəyə əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirlinin * saylı Bakı “ASAN Xidməti” X8 tərəfindən *4.0*.2024 tarixli, 05LQ78/68 №-li cavab məktubu ilə bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin *45 nömrəli, 3*.*0.2003-cü il tarixli Vətəndaşlıq vəziyyəti aktlarının dövlət Qeydiyyatı haqqında Qaydasının 8.5-ci bəndinə uyğun olaraq, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Dünyasını dəyişənin ölüm haqqında tibbi şəhadətnaməsi təqdim edilmədiyi üçün ərizənin təmin edilməsi mümkün deyil. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən olunur. X4 vəfat etməsi ilə bağlı ölüm haqqında şəhadətnamə əldə olunması mümkün olmadığından, mövcud münasibətlərin məhkəmədən kənar həlli qaydası mümkün deyildir. DİN-nin BPQMİ-nin MAPS üzrə məlumat şöbəsinin 29.0*.2024 tarixli Arayışından göründüyü kimi, *9.04.*940-cı il tarixdə Xaçmaz rayonunda doğulmuş X*0 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, ev 29, mənzil * ünvanda ölən gününə qədər qeydiyyatda olub. Bakı şəhəri Xətai rayonu Qeydiyyat Şöbəsi tərəfindən 22.0*.2024-cü il tarixdə verilmiş AZ-T264387 nömrəli “Doğum haqqında” şəhadətnamədən göründüyü kimi, 25.07.*966-ci il tarixdə Bakı şəhərində doğulmuş X* atası - X5, anası - X6. 25.0*.2024-cu il tarixdə Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-T seriyalı, 0627*5 №-li “Nikah haqqında” şəhadətnamədən göründüyü kimi, 26.05.*964-cu il tarixdə Bakı şəhərində doğulmuş X2 ilə X7 02.07.*986-cı il tarixdə 752№-li rəsmi nikah qeydiyyatından keçərək evlənmişlər. Evləndikdən sonra ərə “Morozov”, arvada “Morozova” soyadları verilmişdir. Azərbaycan SSR Bakı şəhər XDS-i İcrayyə Komitəsi tərəfindən verilmiş 2*7*98 nömrəli, 2*.**.*984 tarixli, Bakı şəhəri, Hövsan qəsəbəsi, ev 29, blok *, mənzil * ünvanda yerləşən yaşayış sahəsi üzrə Orderin surətindən göründüyü kimi, X* adı göstərilən orderdə qeyd olunmaqla, həmin order X4 adına verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X*3 tərəfindən verilmiş 26.09.*995 tarixli Ambulator kitabçadan (xəstəlik tarixçəsi) çıxarışın əslinə bərabər Arxiv Surətindən görünür ki, *940-cı il təvvəllüdlü, *973-cü ildən İİ-ci qrup əlil olan X*0 3*.0*.*995-ci ildə Xəstəxanaya daxil olmuş, 26.09.*995-ci il tarixində əsas xəstəliyi kimi ürək-ağciyər çatışmamazlığının ağırlaşmasından vəfat etmişdir. Tәrәflәrin izahatı Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi (vəkili) Vəkil ərizəyə uyğun izahat verib ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin * saylı Bakı “Asan Xidməti” X3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, buna baxmayaraq maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Maraqlı şəxs mülki işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materialları RF vətəndaşının pasportunun surətindən görünür ki, Ərizəçi Anatolyevna 25.07.*969-cı ildə Bakı şəhərində doğulmuşdur. * saylı Bakı «Asan xidmət» X8nin Ərizəçi Anatolyevnanın nümayəndəsi (vəkili) Vəkil ünvanlanmış *4.0*.2024-cü il tarixli məktubundan görünür ki, vəfal etmiş X9 ölümünün qeydiyyata alınması barədə *3.0* 202< cu il tarixli müraciətinizə baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3*.*0.2003-cü il tarixli, *45 saylı qərarı ilə təsdiq edlmiş 'Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası"- nın 3.5 bəndlərinə əsasən ölüm faktı libb müəssisəsinin müvafiq sənədi (ölüm haqqında tibbi şəhadətnamə, ölüm haqqında feldşer arayışı) ilə təsdiq edilməlidir. Rəhmətə gedənin ölüm haqqında tibbi şəhadətnaməsi tərəfinizdən şöbəmizə təqdim edilmədiyi üçün ərizənizin təmin edilməsi imkanımız xaricindədir. Ölüm haqqında tibbi şəhadətnamə olmadı qda ölüm faktı məhkəmə lərafindən müəyyən edilir Bununla əlaqədar aidiyyəti üzre məhkəməyə müradəi etməsi tövsryyə olunmuşdur. Respublika Psixiatrik Xəstəxanasının «ambulator kitabçadan (xəstəlik tarixindən) *22/95 saylı çıxarışdan görünür ki, X*0 “ürək ağciyər çatışmamazlığı” diaqnozu ilə 3*.0*.*995-ci ildə xəstəxanaya daxil olmuş, xəstə 26.09.*995-ci ildə vəfat etmişdir. Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən 22.0*.2024-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X7 26.07.*966-cı ildə doğulmuş, valideynləri X5 və X6. Azərbaycan Respublikası Psixiatrik Xəstəxanasının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, *940-cı il təvəllüdlü, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, ev 29, mənzil * ünvanda yaşamış X*0 26.09.*995-ci il tarixdə “Ürək- ağ ciyər çatışmazlığından vəfat etmişdir. Z.M.Filippova Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən “Kimsəsizlər” qəbristanlığında dəfn edilmişdir. Suraxanı rayon Zığ Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, mərhumə X** 26.09.*995-ci il tarixində vəfat etmiş, Zığ qəsəbəsi, Dədə Qorqud qəbirstanlığında yerləşən “Kimsəsizlər” qəbirstanlığında dəfn olunmuşdur. 2*7*98 saylı 28.**.*984-cü il tarixdə verilmiş orderdən görünür ki, Bakı şəhəri, Hövsan qəsəbəsi, ev 29, blok *, mənzil * X4 adına verilmişdir. Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS üzrə məlumat şöbəsinin 29.0*.2024-cü il tarixdə verilmiş arayışından görünür ki, *9.04.*940-cı ildə Xaçmaz rayonunda anadan olmuş X*0 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, ev 29, mənzil *-də qeydiyyatdadır. Tәtbiq edilәn hüquq Azərbaycan Respublikası MPM-nin 307.*-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.**-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mәhkәmәnin mövqeyi Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi Anatolyevnanın anası *9.04.*940-cı il tarixdə Xaçmaz rayonunda doğulmuş X*0 26.09.*995-ci ildə vəfat etmişdir. Ərizəçi Anatolyevnanın anası X4 ölümü haqqında şəhadətnamə almaq üçün * saylı Bakı «Asan xidmət» X3 müraciət etmiş, lakin ərizəçi anasının ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edə bilmədiyindən ona imtina məktubu verilərək faktın təsdiq olunması ilə əlaqədar olaraq rayon məhkəməsinə müraciət etməsi məsləhət görülmüşdür. Faktın müəyyən olunması ərizəçiyə vərəsəlik məsələləri ilə bağlı lazımdır. Mәhkәmәnin gәldiyi nәticә Məhkəmə iş üzrə araşdırılmış sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, *9.04.*940-cı il tarixdə Xaçmaz rayonunda doğulmuş X4 26.09.*995-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, X4 ölüm faktını müəyyən edən məhkəmə qətnaməsi Qeydiyyat şöbəsi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında şəxsin ölməsi barədə qeydlərin aparılması və ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3**-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 2*7.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 2*8.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 2*6-220-ci, 227-ci, 233-cü, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. *9.04.*940-cı il tarixdə Xaçmaz rayonunda doğulmuş X4 26.09.*995-ci ildə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. X4 ölüm faktını müəyyən edən məhkəmə qətnaməsi Qeydiyyat şöbəsi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında şəxsin ölməsi barədə qeydlərin aparılması və ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №e-2(010)-1478/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1478/2024
23.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver