Məhkəmə qərarları › İş №e-2(010)-1945/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1945/2024

16.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1945/2024 16.04.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X3 iclas katibliyi, Ərizəçilər Ərizəçi və onun vəkili (nümayəndəsi) X7 iştirakları ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi. *. Ərizəçi maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi”nə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən *2 dekabr 2023-cü il tarixdə vəfat etmiş X4 *2 dekabr 2023-cü il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar.

2. Ərizə onunla əsaslandırmışdır ki, mərhum həyat yoldaşı X5 ilə 22 mart *986-cı ildə Yasamal Rayonu Qeydiyyat Şöbəsi (Oktyabrski) 263 nömrə ilə rəsmi nikaha daxil olmuşlar. Mərhum əri Azər Mustafayev 20**-ci ildən DTX HTBİ Poliklinikasında UİX infarktdan sonrakı kardiosklerot xəstəliyindən mütəmadi olaraq müalicə olunurdu. X*4 *2 dekabr 2023-cü il tarixdə saat 23:43 radələrində vəfat etmişdir. Onun həmin vaxt vəfat etməsini BŞT və TTYS *4 saylı yardımçı stansiyasının həkimi tərəfindən verilən çağırış vərəqəsində təsdiqlənir. Mərhum əri X4 ölüm haqqında şəhadətnaməsini əldə etmək üçün aidiyyat üzrə müraciət etsə də nəticəsiz qalmışdır. Bu səbəbdən də hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmış. Belə ki, tərəflərindən Bakı şəhəri Suraxanı Rayon Qeydiyyat şöbəsinə sorğu ilə müraciət edərək mərhum X4 *2 dekabr 2023-cü il tarixdə vəfat etməsinə dair ölüm haqqında şəhadətnamə alınması üçün “Ölüm haqqında tibbi şəhadətnamə” təqdim edilməsi xahiş olunmuşdur. Bakı şəhəri Suraxanı Rayon Qeydiyyat şöbəsinin *0 fevral 2024-cü il tarixli 3-*6-s/7-*0-538/24 saylı məktubla sorğuya cavab olaraq bildirdilər ki, *2.*2.2023-cü il tarixdə vəfat etmiş X5 barədə “Vətəndaşlıq vəziyyəti aktları” X* Sisteminə *0.02.2024-cü ilədək daxil edilmiş bütün məlumatlar yoxlanılarkən ölüm haqqında akt qeydi aşkar olunmamışdır.

Tərəflərin izahatları.

3. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək bildirdi ki, mərhum əri X4 ölüm haqqında şəhadətnaməsini əldə etmək üçün aidiyyat üzrə müraciət etsə də nəticəsiz qalmışdır. Bu səbəbdən də hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Mərhum ərinin onlara məxsus mənzildə qeydiyyatda olması və s. bu kimi hüquqi məsələrin həlli üçün onun ölümünü təsdiq edən sənədin olması zərururidir. Bu səbəbdən hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Odur ki, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi.

4. Ərizəçi və onun vəkili (nümayəndəsi) X*0 ərizənin məzmununa uyğun izahat verərək, məhkəmədən ərizənin təmin olunmasını xahiş etdi.

5. Maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, buna baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Belə olan halda məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

Şahid ifadələri.

6. Məhkəmə iclasında şahid kimi ifadə vermiş X*3 bildirmişdir ki, Ərizəçi onun anasıdır, mərhum X5 isə onun atası idi. *2 dekabr 2023-cü il tarixdə, axşam saat 22-23 radələrində bacısı Rəna Axverdiyeva ona zəng edərək atasının vəziyyətinin pis olduğunu, onun yaşadığı evə getmək lazım olduğnu bildirdi. O da tez atasının yaşadığı bağ evinə gedib. Həmin vaxt atasının yerdə yıxılı vəziyyətdə olduğunun şahidi olmuşdur. X*7 Stansiyasının həkimi atasının artıq öldüyünü təsdiq etdiyini bildirdi. Atasının Xocahəsən qəbirstanlığında dəfn etdiklərini qeyd etdi.

7. Məhkəmənin iclasında digər şahid X8 eyni məzmunlu ifadə verdi.

İş materialları.

8. Təcili və X6 Stansiyası tərəfindən verilmiş *2.*2.2023-cü il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, X*7 briqadası *2.*2.2023-cü il tarixdə, saat 23:43-də çağırış üzrə ünvana çatmış, xəstə X4 həkimə qədər öldüyü müəyyən edilmişdir.

9. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş *0.02.2024-cü il tarixli, 3-*6-5/7-*0-538/24 nömrəli məktubdan görünür ki, X4 ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyi üçün ölüm haqqında akt qeydini tərtib etməyin qeyrimümkün olduğu qeyd edilmişdir. *0. Azərbaycan Respublikası “X*2 İdarəetmə Birliyi” X*8 “Bakı Baş Səhiyyə Mərkəzi” X*8 43 nömrəli Şəhər Poliklinikası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, **3 nömrəli məktubdan görünür ki, X2 həkiminə müraciəti və ambulator kartı olmadığına görə ölüm haqqında tibbi şəhadətnamə vermək mümkün olmamışdır.

İşin faktiki halları.

**. xx.xx.2024-cü il təvəllüdlü X5 Ərizəçi həyat yoldaşı olmuşdur. X5 *2.*2.2023-cü ildə vəfat etmiş, lakin onun ölümü barədə məlumat rəsmi olaraq qeydə alınmamışdır.

Tətbiq edilən hüquq.

*2. Аzərbаycаn Respublikаsının Аilə Məcəlləsi.

Maddə *58. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması. *58.*. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. *58.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə *59. Vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanlar. *59.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Maddə *93. Ölümün dövlət qeydiyyatına alındığı yer. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Maddə *94. Ölüm haqqında məlumat vermə. *94.2. Ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür.

*3. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 3**. Məhkəmənin ərizə üzrə qətnaməsi. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

*4. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı Qərarı.

9. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 3* oktyabr tarixli, *45 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 9.2. Şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 3*0-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin *52.*.*-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.*2-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. 9.3. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. 9.4. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur.

Məhkəmənin mövqeyi.

*5. Ərizəçinin xahişindən görünür ki, o məhkəmədən ailə üzvü olmuş X4 *2.*2.2023-cü il tarixdə ölməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Yəni hazırkı ərizə şəxsin ölümünün qeyd edilmə faktının müəyyən edilməsi ilə bağlı deyil, şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə verilmişdir. *6. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X5 *2.*2.2023-cü il tarixdə xəstəlikdən vəfat etmiş, lakin onun ölümü barədə məlumat dövlət qeydiyyatına alınmamışdır. Bu səbəbdən ərizəçi ailə üzvü olmuş X4 ölüm faktını müəyyən etmək üçün məhkəməyə müraciət etmişdir. *7. Məhkəmə iclasında şahid qismində ifadə vermiş şəxslər ərizədə qeyd edilənləri təsdiq etmişdir. *8. Göründüyü kimi, X4 *2.*2.2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktı iş materialları və şahid ifadələri ilə tam sübut edilir.

Məhkəmənin gəldiyi nəticə.

*9. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X4 *2.*2.2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir.

20. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220, 227, 307, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

Ərizə təmin edilsin. 28.03.*96*-ci il təvəllüdlü X4 *2.*2.2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar