Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-210/2024 27.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X5 qızının katibliyi, iddiaçı Calalova Səbı̇ nə Mətləb qızı və onun vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh və onun vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "şəxsi əmlakın – qızıl-ziynət əşyalarının qaytarılması" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İş materialları
1. Sumqayıt “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş AZ-İ seriyalı 373668 №-li nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X2 arasında bağlanmış nikah Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2020-ci ildə pozulmuşdur. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 70 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra qadına Calalova soyadı verilmişdir.
2. Məhkəmə sorğusuna cavab olaraq №1 Lombard-ın direktoru X3 tərəfindən göndərilmiş məktubdan görünür ki, vətəndaş Cavabdeh tərəfindən (şəxsiyyət vəsiqəsinin nömrəsi - AA*******, xx.xx.1984-cü il təvəllüdlü) 2017-2021-ci illər ərzində ona məxsus qızıl ziynət əşyaları Lombard 1 adlı lombarda 15 dəfə qoyulmuşdur: 1. xx.xx.2017-ci il tarixdə qoyulmuş 1 ədəd əyyar 750, qram 3,7, qaşlı qr 3,7 üzük; 2. xx.xx.2018-ci il tarixdə qoyulmuş 1 ədəd əyyar 585, qram 6,8, qaşlı qr 6,8 brelok və 1 ədəd əyyar 750, qram 12,2, qaşlı qr.12,2 brelok; 3. xx.xx.2018-ci il tarixdə 1 ədəd əyyar 750, qram 7, qaşlı qr 7 üzük;
4. xx.xx.2019-cu il tarixdə 1 ədəd əyyar 750, qram 7,2, qaşlı qr 7,2 üzük; 5. xx.xx.2019-cu il tarixdə 1 ədəd əyyar 750, qram 7,8, qaşlı qr 7,8 üzük, 6. xx.xx.2019-cu il tarixdə 1 ədəd brelok əyyar 750 və 1 ədəd üzük əyyar 750, ümumi qram 19,3 və 1 ədəd brelok əyyar 585, qram 6,8, qaşlı qr 6,8; 7. xx.xx.2019-cu il tarixdə 1 ədəd əyyar 750, qram 6,59, qaşlı qr 6,59 üzük; 8. xx.xx.2019-cu il tarixdə 1 ədəd əyyar 750, qram 7, qaşlı qram 7,9 qolbaq və sep+kulon əyyar 585, qram 17, qaşlı qram 17,9, cəmi çəki 24, qaşlı qr.25,8; 9. xx.xx.2019-cu il tarixdə 1 ədəd əyyar 750, qram 6,6 üzük; 10. xx.xx.2019-cu il tarixdə 1 ədəd əyyar 750, qram 25,8, qaşlı qr.25,8 qamitur (sepsiz); 11. xx.xx.2020-ci il tarixdə 1 ədəd əyyar 750, qram 75,8, qaşlı qr 75,8 qamitur; 12. xx.xx.2021-ci il tarixdə 1 ədəd əyyar 750, qram 7, qaşlı qr.7 üzük; 13. xx.xx.2021-ci il tarixdə 1 ədəd əyyar 750, qram 6,6, qaşlı qr. 6,6 üzük; 14. xx.xx.2021 -ci il tarixdə 1 ədəd əyyar 750, qram 7, qaşlı qr. 7 üzük; 15. xx.xx.2021-ci il tarixdə 1 ədəd əyyar 750, qram 6,6, qaşlı qr.6,6 üzük.
3. Məhkəmə sorğusuna cavab olaraq №1 Lombard-ın direktoru X3 tərəfindən göndərilmiş kassa mədaxil qəbzlərindən görünür ki, Cavabdeh tərəfindən xx.xx.2017-ci il tarixdə lombarda qoyulmuş 1 ədəd əyyar 750, qram 3,7, qaşlı qr 3,7 üzük xx.xx.2018-ci il tarixdə, xx.xx.2018-ci il tarixdə lombarda qoyulmuş qoyulmuş 1 ədəd əyyar 585, qram 6,8, qaşlı qr 6,8 brelok və 1 ədəd əyyar 750, qram 12,2, qaşlı qr.12,2 brelok xx.xx.2019-cu il tarixdə, xx.xx.2018-ci il tarixdə lombarda qoyulmuş 1 ədəd əyyar 750, qram 7, qaşlı qr 7 üzük xx.xx.2018-ci il tarixdə, xx.xx.2019-cu il tarixdə lombarda qoyulmuş 1 ədəd əyyar 750, qram 7,2, qaşlı qr 7,2 üzük xx.xx.2019-cu il tarixdə, xx.xx.2019-cu il tarixdə lombarda qoyulmuş 1 ədəd əyyar 750, qram 7,8, qaşlı qr 7,8 üzük xx.xx.2019-cu il tarixdə, xx.xx.2019-cu il tarixdə lombarda qoyulmuş 1 ədəd brelok əyyar 750 və 1 ədəd üzük əyyar 750, ümumi qram 19,3 və 1 ədəd brelok əyyar 585, qram 6,8, qaşlı qr 6,8 xx.xx.2020-ci il tarixdə, xx.xx.2019-cu il tarixdə lombarda qoyulmuş 1 ədəd əyyar 750, qram 6,59, qaşlı qr 6,59 üzük xx.xx.2019-cu il tarixdə, xx.xx.2019-cu il tarixdə lombarda qoyulmuş 1 ədəd əyyar 750, qram 7, qaşlı qram 7,9 qolbaq və sep+kulon əyyar 585, qram 17, qaşlı qram 17,9, cəmi çəki 24, qaşlı qr.25,8 xx.xx.2020-ci il tarixdə, xx.xx.2019-cu il tarixdə lombarda qoyulmuş 1 ədəd əyyar 750, qram 6,6 üzük xx.xx.2020-ci il tarixdə; xx.xx.2019-cu il tarixdə lombarda qoyulmuş 1 ədəd əyyar 750, qram 25,8, qaşlı qr.25,8 qamitur (sepsiz) xx.xx.2020-ci il tarixdə, xx.xx.2020-ci il tarixdə lombarda qoyulmuş 1 ədəd əyyar 750, qram 75,8, qaşlı qr 75,8 qamitur xx.xx.2020-ci il tarixdə; xx.xx.2021-ci il tarixdə lombarda qoyulmuş 1 ədəd əyyar 750, qram 7, qaşlı qr.7 üzük xx.xx.2021-ci il tarixdə, xx.xx.2021-ci il tarixdə lombarda qoyulmuş 1 ədəd əyyar 750, qram 6,6, qaşlı qr. 6,6 üzük xx.xx.2021-ci il tarixdə, xx.xx.2021-ci il tarixdə lombarda qoyulmuş 1 ədəd əyyar 750, qram 7, qaşlı qr. 7 üzük xx.xx.2023-cü il tarixdə, xx.xx.2021-ci il tarixdə lombarda qoyulmuş 1 ədəd əyyar 750, qram 6,6, qaşlı qr.6,6 üzük xx.xx.2022-ci il tarixdə Cavabdeh tərəfindən təhvil alınmışdır.
4. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ("xxxx" MMC) tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 12-009/23 nömrəli hesabatdan görünür ki, İddiaçı 04 dekabr 2023-cü il tarixli müraciətinə əsasən "AECS” MMC tərəfindən 1 ədəd 750 əyyar olan qızıl nişan üzüyü, 1 ədəd 750 əyyar olan qızıl dəst (1 ədəd boyunbağı, 1 ədəd bilərzik, 1 cüt sırqa, 1 ədəd üzük); 1 ədəd 750 əyyar ağ qızıl kulon və sep, 1 ədəd 585 əyyar BS formalı sep, 1 ədəd 750 əyyar gül formalı kulon və sep, 1 ədəd 750 əyyar ağ qızıl üzük, 1 ədəd 750 əyyar ağ qızıl sırqa, 1 ədəd 750 əyyar qızıl üzük (kirvənin hədiyyəsi), 3 ədəd qızıl onluq, 1 ədəd 585 əyyar qızıl uşaq qobağı, 2 ədəd 750 əyyar qızıl uşaq qolbağı, 1 ədəd 750 əyyar qolbaq, 1 ədəd 750 əyyar üzüyün hazırkı tarixə bazar dəyərinin müəyyən edilməsi üzrə qiymətləndirmə işi həyata keçirilmişdir. Qiymətləndirmə zamanı mütəxəssislər tərəfindən qızıl-ziynət bazarından toplanmış məlumatlar, hazırkı dövrdə mövcud olan tələb və təklifdən, digər etibarlı mənbələrdən və qiymətləndirmə üzrə peşəkar biliklərdən istifadə edilmişdir. Bütün göstərilənləri və toplanmış məlumatları nəzərə alaraq, aparılmış təhlil və hesablamalar nəticəsində 1 ədəd 750 əyyar olan qızıl nişan üzüyü, 1 ədəd 750 əyyar olan qızıl dəst (1 ədəd boyunbağı, 1 ədəd bilərzik, 1 cüt sırqa, 1 ədəd üzük); 1 ədəd 750 əyyar ağ qızıl kulon və sep, 1 ədəd 585 əyyar BS formalı sep, 1 ədəd 750 əyyar gül formalı kulon və sep, 1 ədəd 750 əyyar ağ qızıl üzük, 1 ədəd 750 əyyar ağ qızıl sırqa, 1 ədəd 750 əyyar qızıl üzük (kirvənin hədiyyəsi), 3 ədəd qızıl onluq, 1 ədəd 585 əyyar qızıl uşaq qobağı, 2 ədəd 750 əyyar qızıl uşaq qolbağı, 1 ədəd 750 əyyar qolbaq, 1 ədəd 750 əyyar üzüyün 13 noyabr 2023-cü il tarixinə bazar dəyəri: 23.065,0 (iyirmi üç min altmış beş) manat təşkil etmişdir.
5. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ("xxxx" MMC) tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 12-010/23 nömrəli hesabatdan görünür ki, İddiaçı 04 dekabr 2023-cü il tarixli müraciətinə əsasən "AECS” MMC tərəfindən lombard sənədlərində göstərilən 1 ədəd 750 əyyar çəkisi 6,6 qram olan qızıl üzük, 1 ədəd 585 əyyar çəkisi 6,8 qram olan qızıl bruloq, 1 ədəd 750 əyyar çəkisi 19,3 qram olan qızıl bruloq və üzüyün bazar dəyərini müəyyən edilməsi üzrə qiymətləndirmə işi həyata keçirilmişdir. Qiymətləndirmə zamanı mütəxəssislər tərəfindən qızıl-ziynət bazarından toplanmış məlumatlar, hazırkı dövrdə mövcud olan tələb və təklifdən, digər etibarlı mənbələrdən və qiymətləndirmə üzrə peşəkar biliklərdən istifadə edilmişdir. Bütün göstərilənləri və toplanmış məlumatları nəzərə alaraq, aparılmış təhlil və hesablamalar nəticəsində lombard sənədlərində göstərilən 1 ədəd 750 əyyar çəkisi 6,6 qram olan qızıl üzük, 1 ədəd 585 əyyar çəkisi 6,8 qram olan qızıl bruloq, 1 ədəd 750 əyyar çəkisi 19,3 qram olan qızıl bruloq və üzüyün bazar dəyəri qiymətləndirmə tapşırığına uyğun olaraq manatla ifadədə hesablanmış orta bazar dəyəri 11 dekabr 2023-cü il tarixinə: 4300 (dörd min üç yüz) manat təşkil etmişdir.
6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 06 aprel 2024-cü il tarixli, 3-16-16/2-9/871/2024 №-li ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərardadda qeyd edilən zərgərlik məmulatlarının 2024-cü ilin yanvar ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 24.971,0 manat müəyyən edilir. Həmin zərgərlik məmulatlarının ayrı-ayrılıqda çəkiləri və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Qeyd: tədqiqat obyektlər tədqiqata təqdim edilmədiyi üçün müəyyən edilmiş qiymətlərdə dəyişiklik istisna edilmir. Qeyd 2: həmin qızıl-ziynət əşyasının üzərində olan daşların mənşəyi, çəkisi, keyfiyyəti və s. barədə məlumat olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmadı.
7. xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə ərizə ilə müraciət olunan zaman 195 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
İşin faktiki halları
8. İddiaçı ilə Cavabdeh arasında əvvəllər nikah bağlanması, həmin nikahın Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2020-ci ildə pozulması, qızıl-ziynət əşyalarının lombarda girov qoyulması və sonra götürülməsi işin mübahisəsiz hallarıdır.
İddia tələbi
9. İddiaçı Cavabdeh qarşı “şəxsi əmlakın – qızıl-ziynət əşyalarının qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı məxsus 35000 (otuz beş min) manat dəyərində aşağıdakı qızıl-ziynət əşyaların: 1. Nişan üzüyü – 7000 manat,
2. Dəst – kolye, sırğa, sep, qolbağ – 37 qram – 17000 manat, 3. Ağ qızıl kulon və sep 750 pob – 10 qr. – 1200 man, 4. BS sep düzəlmə 750 qr. – 15 qr. – 1300 man., 5. Tək qolbaq gülağ qızıl 750 prob – 9 qr. – 800 man., 6. Ağ qızıl brilliant üzü – 8 qr. – 750 pr. – 1500 man., 7. Tək sıqğa ağ qızıl firma – 1200 man., 8. Hədiyyə üzü (kirvə) – 10 qr. - 1300 man.,
9. üç ədəd qəpiy hədiyyə 1600 man. (xinada+uşağa), 10. uşağın qolbaqları – 3 ədəd – 1000 man., 11. Qolbaq üzü – 1100 man Cavabdeh tutularaq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları
10. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, kifayət qədər sübutlar təqdim etmişlər, yekun qərarı vermək məhkəmənin səlahiyyətindədir. İddia tələbinin təmin edilməsi barədə qətnamə edilməsini məhkəmədən xahiş etdi.
11. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil1 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, tələbləri əsaslı və qanunidir. Onlar məhkəmə gedişatında toy üçün verilmiş bütün qızılların iddiaçının razılığı olmadan cavabdeh tərəfindən lombarda qoyulması barədə kifayət qədər sübutlar təqdim etmişlər. Cavabdeh həmin lombarddan əldə etdiyi vəsaiti öz ehtiyacları üçün xərcləmişdir, bu səbəbdən iddiaçı mhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. O bu məsələnin mənəvi tərəfinə toxunmaq istəyir. Əgər cavabdeh iddiaçının qızıl-zinət əşyalarını götürməyibsə, lombarda qoymayıbsa, həmçinin, qızılları qaytarıbsa, iddiaçının məhkəməyə müraciət etməsinin nə mənası var idi?. İddiaçı vəkil ilə razılaşıb, böyük məbləğdə dövlət rüsumu ödəyib və kifayət qədər vaxt itirib. Deməli, onun iddia tələbi tamamilə əsaslıdır. Həmçinin, rəy ilə razıdırlar və hesab edirlər ki, rəydə göstərilən məbləğ cavabdeh tərəfindən iddiaçının xeyrinə tutulmalıdır. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.
12. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçıya adət-ənənələrə uyğun olaraq toyda qızıl alınmışdı, lakin həmin qızıllar iddiaçının özündədir. İddiaçı sadəcə olaraq ondan boşandığı üçün 2 il 11 ay 20 gün sonra ona qıcıqlıq etmək üçün məhkəməyə müraciət etmişdir. Onlar 2016-cı ildə iddiaçıya toyda 3500 manat məbləğində komplekt almış, daha əvvəl nişan üzüyü, ad günlərində isə qızıllar alıb vermişdir. Qızıllar onun özündə olurdu, evdə mücrü var idi və qızıllar onun içində olurdu. Qızıllar lombarda qoyulub və bu birgə nikahda olduqları dövrlərdə olub. 2018-ci ildə qızıllar dəfələrlə lombarda qoyulub və götürülüb. Qızılları lombarda qoyduqda ümumilikdə 5550 manat məbləğində qiymətləndirilib və lombard da qızılın dəyərinin 90-95% hissəsini müştəriyə verir. O, həmin vaxt işləmirdi, evin kirayə haqqı 500 manat, kommunal və digər xərclər aylıq 1000 manat istifadə olunurdu, bu səbəbdən qızılları lombarda qoyubgötürürmüşdür. Daha sonra iddiaçı salon açmaq istəyirdi, öz bibisiqızı şahiddir, həmin pullar ilə salona kosmetik vasitələr alınmışdır. Bu hadisə 2018-2019-cu illərdə baş verib. Onlar 2020-ci ilədək birlikdə ər-arvad münasibətlərində olmuşlar, 2020-ci ildən isə faktiki olaraq ayrı yaşamışlar. Həmin vaxtdan sonra anasının, qardaşının uşağa verdiyi nazik qızıl qolbaq, ona məxsus kişi üzükləri var ki, bunların da iddiaçıya aidiyyəti yoxdur. O, əsaslı olmayan bir iddianı qəbul edə bilməz, iddiaçı ondan məbləği azaldıb 27365 manat yox, hətta 500 manat belə tələb etsə, yenə də verməyəcəkdir. Çünki o, ailəli olduqları dövrdə dəfələrlə qızılları girov qoyub-götürmüşdür, əgər dedikləri kimi olsa, ilk dəfə qoyduqda da qızılları götürüb sata bilərdi. Buna görə də qeyd edilənlərin nəzərə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.
13. Məhkəmə iclasında cavabdehin vəkili və nümayəndəsi Vəkil2 iddia tələbini qəbul etməyərək bildirdi ki, onlar ilk iclasdan iddia tələbini qəbul etməmişlər. İlkin olaraq qarşı tərəf mediasiyada 65000 manat tələb etmiş, sonradan daha ədalətli məbləğ olması üçün 65000 manatı 35000 manatadək azaldıb tələb etmişlər. Mülki Prosessual Məcəllə ilə iddia tələbinin sübut edilməsi öhdəçiliyi iddiaçının üzərinə qoyulub. Cavabdeh tərəfindən qızılların lombarda qoyulub orada batırılması iddia tələbinin əsası kimi göstərilmişdir, ancaq bununla bağlı lombarddan hər-hansı qəbz, arayış təqdim edilməmişdir. Hətta məhkəmə gedişatı zamanı belə qəbzlərin olmaması barədə cavab verilmiş, bu cavabın alınması üçün cavabdeh təşəbbüs göstərmiş, cavabın alınmasında iştirak etmişdir. İddia tələbini sübut etmək iddiaçı tərəfin üzərinə düşürsə, bu hərəkətləri etməkdə cavabdehin nə marağı ola bilər?. Bugün istinad edilən qəbzlər əsasında onların qızılları lombardda batırmasını təsdiq edirlərsə, həmin qəbzlər cavabdehin özü tərəfindən təkzib edilib. Çünki qızıllar lombardda qalmayıb, çıxardılıb. Həmin qızılların 1-2 ədədi istisna olmaqla, qalan hamısı nikah dövründə alınıb. Həmçinin, kişi qızıl üzüyünün lombarda qoyulmasından söhbət gedir. Əgər qızıllar lombardda batsa belə, bu nikah dövrünə təsadüf edib. Həmin vaxtda isə qızıllar batmayıb və qızıl-zinət əşyalarının lombarda qoyulması nikah dövrünə təsadüf edilir. Yəni, iddia tələbinin təmin edilməsi üçün heç bir əsası yoxdur. Bu cür tələblər üzrə ilk növbədə məhkəmə praktikasında həmin dəyərdə qızıl-zinət əşyalarının mövcudluğu mübahisələndirilir. Buna dair ekspert rəyi olduğu qeyd edilə bilər, lakin ekspert rəyi qızılların mövcudluğunu yox, ekspert qarşısında qoyulmuş sualda qeyd edilən qızılların məbləğini dəqiqləşdirir. Bunu ekspert də, mütəxəssis də, qızıl-zinət əşualarının alqı-satışı ilə məşğul olan şəxs də müəyyən edə bilər, ancaq bu həmin qızıl-zinət əşyalarının mövcud olması demək deyil. Yəni, ekspertin şəkil və ya başqa nəsə ilə sübut etməsi, rəy verməsi bu qızılların mövcudluğunu təsdiq edən hal deyil. Qızılların mövcudluğu sübut edilirsə, qiymətləri müəyyənləşdirilirsə, rəy ilə razılaşmaq olar. Cavabdeh özü adı çəkilən qızılların olmasını təsdiq edir, ancaq burada əsas məsələ həmin qızılların həqiqətən də cavabdehdə qalmasını sübut etməkdir. Birgə nikah dövründə əmlakın bölünməsi məsələsində daşınmaz əmlak, nəqliyyat vasitələrinin bölünməsində problem yaşanmır, çünki onlar qeydiyyatlı olurlar. Ancaq qızıl-zinət əşyaları heç bir yerdə qeydiyyatlı olmadığı üçün kimin düz və yalan deməsindən asılı olmayaraq məhkəmə praktikasının bunu sübut etmək təcrübəsi yoxdur. Bu hal üçün tərəflərdən birinin etirafının olması istisna haldır. Hazırda heç bir etiraf yoxdur. Tutaqki, təmsil etdiyi şəxs qərəzli mövqedədir, onun qərəzli olması sübut edilməlidir. İddia ərizəsində konkret olaraq məbləğin və ya qızılın tələb edilməsi dəqiqləşdirilməyib. İkisini də birlikdə və ya ayrıayrılıqda tələb etmək məhkəmənin ixtiyarındadır. Sadəcə qızılların mövcudluğu və cavabdehdə olması iddiaçının sübut etmə vəzifəsidir. Həmçinin, niyə iddia müddətinə 1 ay qalmış məhkəməyə müraciət etməsi də mübahisələndirilməlidir. Düzdür, bu onun müraciət etmək hüququna təsir etmir. Əgər qızıllar nikah pozulduqdan sonra cavabdeh tərəfdə qalıbsa, bu qədər vaxt gözləyib məhkəməyə müraciət etməsi qəbul edilən hal deyil. Hesab edir ki, iddia tələbini sübut edəcək dəlillər iddiaçı tərəfindən təqdim edilməmişdir, sübut edilməsi üçün onların özləri tərəfindən kifayət qədər addımlar atılmışdır. Qeyd etdiklərinə əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Konstitusiyası
Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır.
15. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 157. Mülkiyyətin müdafiəsi 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 225. Ərlə arvadın ümumi mülkiyyəti 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. 225.3. Daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır.
16. Azərbaycan Respublikası Ailə Məcəlləsi
Maddə 34. Ər-arvadın hər birinin mülkiyyəti 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). 34.2. Ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106. İşdə iştirak edən şəxslərin izahatları 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Maddə 222. Əmlakın alınması və ya pul vəsaitlərinin tutulması haqqında qətnamə 222.1. Məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir.
18. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il 1/2024 №-li Qərarı
1.6.Azərbaycan Respublikasının ailə qanunvericiliyi ər-arvadın əmlakının rejiminin iki növünü müəyyən etmişdir: qanuni rejim və müqavilə rejimi. 2.1.Ər-arvad arasında nikah müqaviləsi bağlanmayıbsa, yaxud belə müqavilədə ərarvadın mülkiyyətinin rejimi müəyyən edilməyibsə, ər-arvadın əmlakının qanuni rejimi qüvvədə olur. 3.9.Ər-arvadın birgə mülkiyyəti prezumpsiyasını aradan qaldıran hallar Ailə Məcəlləsinin 34-cü maddəsində göstərilmişdir. Həmin normaya görə, nikaha daxil olanadək ər-arvada məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak, eləcə də fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) onların hər birinin ayrıca (fərdi) mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 77.1-ci maddəsinə əsasən həmin halları sübut etmək yükü bunu iddia edən və ya iddiaya etiraz edən tərəfin üzərinə düşür. 3.10.Belə ki, prosessual qanunvericilik sübutetmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, mübahisəyə tətbiq edilməli olan maddi hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Əgər sübutetmə yükü qanunla başqa tərəfin üzərinə qoyulubsa, yaxud şəxs qanuni və ya faktiki prezumpsiyaya istinad edirsə, fərqli qayda tətbiq edilir. 3.11. Ümumi mülkiyyət prezumpsiyasının əksini iddia edən ər (arvad) mübahisəli əmlakı birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq deyil, nikahdan əvvəlki əmlakı hesabına və ya bağışlama, vərəsəlik, yaxud digər əvəzsiz əqd əsasında əldə etdiyini sübuta yetirməlidir. 3.12. Konkret işin hallarından asılı olaraq mübahisəli əmlakın ərin və ya arvadın ayrıca əmlakı hesabına (onun satışından əldə olunan vəsaitlə, yaxud dəyişdirmə ilə) və ya sadalanan əvəzsiz əqdlər nəticəsində əldə edildiyi ər (arvad) tərəfindən sübuta yetirildiyi halda, birgə mülkiyyət prezumpsiyası aradan qalxır və sonuncunun əmlak üzərində fərdi mülkiyyət hüququnun tanınması üçün əsas yaranır. Yəni mövcud ayrıca əmlakın qarşılığında yeni əmlak əldə edildikdə özgəninkiləşdirilən əmlakın mülkiyyət rejimi (fərdi mülkiyyət) əldə edilən aktivə münasibətdə eyni şəkildə davam edir 5.10. Nikaha daxil olanadək və nikah dövründə keçirilən mərasimlərdə (elçilik, nişan, toy və sair) tərəflərdən birinə hədiyyə verilən zinət əşyaları onların ayrıca əmlakı sayılır və Ailə Məcəlləsinin 34.2-ci maddəsində müəyyən edilmiş istisnanın təsir dairəsinə düşmür
19. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı iş üzrə” 26 iyul 2007-ci il tarixli qərarı
Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68).
20. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarı
Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
Məhkəmənin mövqeyi
21. Məhkəmə işin faktiki hallarını, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir.
22. Belə ki, qeyd olunmalıdır ki, iddia tələbinin maddi-hüquqi əsasını təşkil edən Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtlərinə görə əmlakın tələb olunması üçün üç şərtin mövcudluğu tələb olunur: iddiaçı qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olmalıdır; əşya faktiki olaraq özgəsinin sahibliyində olmalıdır; özgəsinin əşyaya sahibliyinin hüquqi əsası olmamalıdır. Bu şərtlərdən hər hansı birinin sübuta yetirilməməsi iddianın rədd olunmasına əsasdır. Ona görə də Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgənin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, ilk növbədə qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olduğunu, bundan sonra əşyanın faktiki olaraq özgəsinin sahibliyində olduğunu və nəhayət özgəsinin əşyaya sahibliyinin hüquqi əsasının olmadığını sübut etməlidir. Qanunvericilik normaları iddiaçıya öz mülkiyyətində olan əmlakı, o cümlədən qızıl-ziynət əşyalarını başqalarının qanunsuz sahibliyindən geri tələb etmək hüququ verir. Bununla belə, bu qəbildən olan iddialar irəli sürülən zaman iddiaçının üzərinə bir neçə halı sübut etmək vəzifəsi düşür: 1. Tələb olunan qızıl-ziynət əşyalarının həqiqətən mövcud olması, nikahdan əvvəl iddiaçıya məxsus olması və ya nikah dövründə və ya sonra ona hədiyyə kimi verilməsi; 2. İddiaçı cavabdehə məxsus və ya istifadəsində olan mənzili tərk edərkən həmin əşyaların həqiqətən də o mənzildə və ya cavabdehin faktiki sərəncamı altında olan başqa yerdə qalması; 3. Tələb olunan qızıl-ziynət əşyalarının iddia ərizəsində göstərilən dəyərdə olduğu.
23. Qızıl-ziynət əşyalarına dair hissədə sübutetmə yükü ilə bağlı birinci hissəyə münasibət bildirən məhkəmə hesab edir ki, bu hissədə iddianın əsasını təşkil edən hal sübutlarla, habelə tərəflərin məhkəməyə verdikləri izahatlarla öz təsdiqini tapmışdır. Belə ki, cavabdeh tərəf özü də həmin qızıl-zinyət əşyalarının mövcud olduğunu və toy mərasimi zamanı hədiyyə şəklində iddiaçıya verildiyini etiraf etmiş və həmin faktı mübahisələndirməmişdir. Bu səbəbdən iddiaçı həmin hissədə sübutetmə yükündən azad olunur.
24. Sübutetmə ilə bağlı ikinci hissəyə gəldikdə isə, bu halı araşdıran zaman məhkəmə iddiaçının cavabdehlə birgə yaşadıqları mənzildən çıxıb getdiyi zaman onun psixoloji vəziyyəti, tərəflərin qarşılıqlı münasibəti, onun mənzildən zor tətbiqi ilə məcburi çıxarılıb-çıxarılmaması kimi halları aydınlaşdırmalıdır. Belə ki, tərəflərin verdikləri izahatlardan və iş materiallarında olan sübutlardan görünür ki, tərəflər arasında bağlanmış nikah Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2020-ci ildə pozulmuşdur. Lombard tərəfindən məhkəmə sorğusuna əsasən məhkəməyə göndərilmiş sənədlərdən isə görünür ki, Cavabdeh 2017-2021-ci illər ərzində Lombard 1 adlı lombarda 15 dəfə (1. xx.xx.2017-ci il tarixdə qoyulmuş 1 ədəd əyyar 750, qram 3,7, qaşlı qr 3,7 üzük; 2. xx.xx.2018-ci il tarixdə qoyulmuş 1 ədəd əyyar 585, qram 6,8, qaşlı qr 6,8 brelok və 1 ədəd əyyar 750, qram 12,2, qaşlı qr.12,2 brelok; 3. xx.xx.2018-ci il tarixdə 1 ədəd əyyar 750, qram 7, qaşlı qr 7 üzük; 4. xx.xx.2019-cu il tarixdə 1 ədəd əyyar 750, qram 7,2, qaşlı qr 7,2 üzük; 5. xx.xx.2019-cu il tarixdə 1 ədəd əyyar 750, qram 7,8, qaşlı qr 7,8 üzük, 6. xx.xx.2019-cu il tarixdə 1 ədəd brelok əyyar 750 və 1 ədəd üzük əyyar 750, ümumi qram 19,3 və 1 ədəd brelok əyyar 585, qram 6,8, qaşlı qr 6,8; 7. xx.xx.2019-cu il tarixdə 1 ədəd əyyar 750, qram 6,59, qaşlı qr 6,59 üzük; 8. xx.xx.2019-cu il tarixdə 1 ədəd əyyar 750, qram 7, qaşlı qram 7,9 qolbaq və sep+kulon əyyar 585, qram 17, qaşlı qram 17,9, cəmi çəki 24, qaşlı qr.25,8; 9. xx.xx.2019-cu il tarixdə 1 ədəd əyyar 750, qram 6,6 üzük; 10. xx.xx.2019-cu il tarixdə 1 ədəd əyyar 750, qram 25,8, qaşlı qr.25,8 qamitur (sepsiz); 11. xx.xx.2020-ci il tarixdə 1 ədəd əyyar 750, qram 75,8, qaşlı qr 75,8 qamitur; 12. xx.xx.2021-ci il tarixdə 1 ədəd əyyar 750, qram 7, qaşlı qr.7 üzük; 13. xx.xx.2021-ci il tarixdə 1 ədəd əyyar 750, qram 6,6, qaşlı qr. 6,6 üzük; 14. xx.xx.2021-ci il tarixdə 1 ədəd əyyar 750, qram 7, qaşlı qr. 7 üzük; 15. xx.xx.2021-ci il tarixdə 1 ədəd əyyar 750, qram 6,6, qaşlı qr.6,6 üzük) qızıl-ziynət əşyaları qoyulmuş və müvafiq ardıcıllıqla xx.xx.2018-ci il tarixdə, xx.xx.2019-cu il tarixdə, xx.xx.2018-ci il tarixdə, xx.xx.2019-cu il tarixdə, xx.xx.2019-cu il tarixdə, xx.xx.2020-ci il tarixdə, xx.xx.2019-cu il tarixdə, xx.xx.2020-ci il tarixdə, xx.xx.2020-ci il tarixdə; xx.xx.2020-ci il tarixdə, xx.xx.2020ci il tarixdə; xx.xx.2021-ci il tarixdə, xx.xx.2021-ci il tarixdə, xx.xx.2023-cü il tarixdə və xx.xx.2022-ci il tarixdə Cavabdeh tərəfindən təhvil alınmışdır. Göründüyü kimi xx.xx.2021ci il tarixdə, xx.xx.2021-ci il tarixdə, xx.xx.2023-cü il tarixdə və xx.xx.2022-ci il tarixdə lombardan götürülmüş olan qızıl-ziynət əşyaları istisna olmaqla, qalanlarının tərəflərin birgə nikahda olduqları dövrdə, yəni xx.xx.2020-ci il tarixədək lombarda qoyulması və götürülməsi həmin qızılların iddiaçının özündə olması ehtimalını artırır. İddiaçı həmin qızılların ona təhvil verilmədiyini bildirsə də, məhkəmə bunu sübut etmə yükünün icrası üçün kifayət hesab etmir. Belə olan halda, bu halların mövcudluğu iddiaçının üzərinə həmin qızıl-ziynət əşyalarının ona təhvil verilməməsini və cavabdehdə olduğunu təsdiq etmək üçün daha güclü sübutetmə vəzifəsi qoyur.
25. Digər qızıl-zinyət əşyalarına münasibətdə isə məhkəmə hesab edir ki, həmin qızıl-zinyət əşyaları məhz tərəflərin məhkəmə qətnaməsinə əsasən rəsmi olaraq boşandıqları dövrdən sonra, yəni xx.xx.2021, xx.xx.2021, xx.xx.2023 və xx.xx.2022-ci il tarixdə cavabdeh tərəfindən lombardan təhvil alındığı üçün onların iddiaçıya təhvil verilməsi inandırıcı hesab olunmur. Belə olan halda qızılların cavabdeh tərəfindən iddiaçıya qaytarılmasını sübut etmə yükü məhz cavabdehin üzərinə düşür. Cavabdeh tərəfindən qızılların qaytarılmasına dair heç bir sübut məhkəməyə təqdim edilməmiş, bundan əlavə, məhkəmə iclaslarında iştirak edən cavabdeh izahatında göstərmişdir ki, iddia ərizəsində göstərilən qızıl-ziynət əşyalarının dəyəri 500 manat olsa belə, həmin pulu vermək niyyətində deyil. Belə olan halda məhkəmə hesab edir ki, qızıl-ziynət əşyalarının əsassız olaraq cavabdeh tərəfindən iddiaçıya qaytarılmaması sübuta yetirildiyindən həmin əşyalar, onların naturada mövcud olmadığı təqdirdə isə onların dəyəri cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
26. Məhkəmə, həmçinin qeyd edir ki, cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə lombarda qoyulmuş və xx.xx.2021-ci il tarixdə lombardan təhvil alınmış və xx.xx.2021-ci il tarixdə lombarda qoyulmuş və xx.xx.2023-cü il tarixdə lombardan təhvil alınmış 1 ədəd əyyar 750, qram 7, qaşlı qr.7 üzük, eyni ilə də, xx.xx.2021-ci il tarixdə lombarda qoyulmuş və xx.xx.2021-ci il tarixdə lombardan təhvil alınmış və xx.xx.2021-ci il tarixdə lombarda qoyulmuş və xx.xx.2022-ci il tarixdə lombardan təhvil alınmış 1 ədəd əyyar 750, qram 6,6, qaşlı qr.6,6 üzük cavabdeh tərəfindən iki dəfə lombarda girov qoyulub, təhvil alınmışdır. Buna görə də cavabdehdən yalnız 1 ədəd əyyar 750, qram 7, qaşlı qr.7 üzük və 1 ədəd əyyar 750, qram 6,6, qaşlı qr.6,6 üzük, onların naturada mövcud olmadığı təqdirsə isə onların dəyəri cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
27. Həmin qzıl-ziynət əşyalarının dəyərinə münasibətdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 06 aprel 2024-cü il tarixli ekspert rəyinə əsasən 1 ədəd əyyar 750, qram 7, qaşlı qr.7 üzüyün dəyəri 840 manat, 1 ədəd əyyar 750, qram 6,6, qaşlı qr.6,6 üzüyün dəyəri isə 792 manat təşkil etmişdir. Cavabdeh tərəf həmin qızıl-ziynət əşyalarının qeyd olunan dəyərdə olmamasını təkzib edəcək heç bir sübutu məhkəməyə təqdim etməmişdir.
Məhkəmə xərcləri
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
29. İddia qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 9 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumunun qalan 186 manat hissəsi iddiaçının özünə aid edilməlidir.
30. Aparılmış ekspertiza tədiqatının dəyəri kimi cəmi 100 manat pul iddiaçı və cavabdehdən müştərək qaydada Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulmalıdır.
Məhkəmənin gəldiyi nəticə
31. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı məxsus 1 ədəd 7 qramlıq 750 əyyarlı qaşlı üzük (dəyəri – 840 manat) və 1 ədəd 6,6 qramlıq 750 əyyarlıq qaşlı üzük (dəyəri – 792 manat), onlar naturada mövcud olmadıqda isə onların dəyəri olan cəmi 1632 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilməli, iddia qalan hissədə rədd edilməlidir.
32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia qismən təmin edilsin. İddiaçı məxsus 1 ədəd 7 qramlıq 750 əyyarlı qaşlı üzük (dəyəri – 840 manat) və 1 ədəd 6,6 qramlıq 750 əyyarlıq qaşlı üzük (dəyəri – 792 manat), onlar naturada mövcud olmadıqda isə onların dəyəri olan cəmi 1632 (bir min altı yüz otuz iki) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilsin. İddia qalan hissədə rədd edilsin. İddia qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 9 (doqquz) .manat məbləğində pul Cavabdeh İddiaçı xeyrinə tutulsun Ödənilmiş dövlət rüsumunun qalan 186 (bir yüz səksən altı) manat hissəsi İddiaçı özünə aid edilsin. Aparılmış ekspertiza tədiqatının dəyəri kimi cəmi 100 (bir yüz) manat məbləğində pul İddiaçı və Cavabdeh müştərək qaydada Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (X1, Kod 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE********************) xeyrinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.