Məhkəmə qərarları › İş №e-2(010)-2731/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2731/2024

10.05.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2731/2024 10.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, Ərizəçi MMC-nin (Maraqlı şəxs2, Sumqayıt 1 saylı Mediasiya Təşkilatı) «Mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi MMC «Mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə Maraqlı şəxs2 arasında xx.xx.2023-cü il tarixdə Sumqayıt 1 saylı Mediasiya təşkilatında Barışıq Sazişi bağlanmışdır. Həmin Sazişlə Maraqlı şəxs2 xx.xx.2017-ci il tarixli əmək müqaviləsi üzrə yaranmış, xx.xx.2023-cü il tarixli üzləşmə aktı ilə təsdiq olunan 190.000 (bir yüz doxsan min) manat borcu xx.xx.2023-cü il tarixdən etibarən hər ay ən azı 2000 (iki min) manat olmaqla "xxxx" MMC-yə geri qaytarmağı öhdəlik götürmüşdür. Həmin Sazişin 6-cı bəndində könüllü icra müddəti 10 gün nəzərdə tutulmuşdur. Sazişin bağlanmasından 5 ay vaxt keçməsinə baxmayaraq Namazov X1 olaraq icra edilməsi istiqamətində heç bir addım atmamışdır. Bu səbəbdən də MMC tərəfindən xx.xx.2024-cü il tarixdə Maraqlı şəxs2 məktub göndərilərək 3 gün ərzində Sazişi könüllü olaraq icra etmək təklif olunmuşdur. Lakin Maraqlı şəxs2 bu təklifə heç bir cavab verməmişdir. Əvvəlki məhkəmə iclasında dindirilən Ərizəçi MMC-nin nümayəndəsi (vəkili) Vəkil ərizəni müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Ərizəçi MMC-nin nümayəndəsi (vəkili) Vəkil AZEMİS vasitəsi ilə ərizə təqdim edərək, iştirakı olmadan mülki işə baxılmasını xahiş etmişdir. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə baxılması ilə əlaqədar təyin edilmiş məhkəmə iclasında maraqlı şəxs iştirak etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Belə olan halda məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, tərəflər arasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi təsdiq edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli barışıq sazişindən görünür ki, Mediasiya prosesində - Maraqlı şəxs2 ilə "xxxx" MMC-nin Direktor:X5 xx.xx.2017-ci il tarixli əmək müqaviləsi üzrə yaranmış xx.xx.2023-cü il tarixli üzləşmə aktı ilə təsdiq olunan 190.000 (yüz doxsan min) manat borcu xx.xx.2023-cü il tarixindən etibarən yəni dekabr ayından başlayaraq hər ayın 15-də gec olmayaraq ən azı 2000 (iki min) manat olmaqla borcu xx.xx.2030-cu il tarixinədək "xxxx" MMC-in VÖEN:********** ödəyəcəyinə dair Maraqlı şəxs2 öhdəlik götürmüşdür. Mediasiya prosesində -Tərəflər Ərizəçi MMC-nin Direktor: X5 ilə Maraqlı şəxs2 bu Saziş ilə razılaşdılar ki aylıq ödənişi iki ay ardıcıl ödəmədiyi halda hər gecikmə günü üçün ödənilməyən borc məbləğinin 0,02%-i həcmində cərimə ödəyəcəkdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Maraqlı şəxs2 ilə "xxxx" MMC-nin X2 xx.xx.2017-ci il tarixli əmək müqaviləsi üzrə yaranmış xx.xx.2023-cü il tarixli üzləşmə aktı ilə təsdiq olunan 190.000 (yüz doxsan min) manat borcu xx.xx.2023-cü il tarixindən etibarən, yəni dekabr ayından başlayaraq hər ayın 15-də gec olmayaraq ən azı 2000 (iki min) manat olmaqla borcu xx.xx.2030-cu il tarixinədək "xxxx" MMC-yə (VÖEN:**********) ödəyəcəyinə dair Maraqlı şəxs2 öhdəlik götürmüşdür. Mediasiya prosesində -Tərəflər Ərizəçi MMC-nin Direktoru: X5 ilə Maraqlı şəxs2 bu Saziş ilə razılaşdılar ki, aylıq ödənişi iki ay ardıcıl ödəmədiyi halda hər gecikmə günü üçün ödənilməyən borc məbləğinin 0,02%-i həcmində cərimə ödəyəcəkdir. Daha sonra, barışıq sazişinin könüllü icra edilmədiyinə istinad edən Ərizəçi MMCnin barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. Barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmiş, buna baxmayaraq, sazişin könüllü qaydada icra edilmədiyini bildirən ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Nəzərə alınmalıdır ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə araşdırması nəticəsində bu sazişin mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hansısa formada hüquqlarına toxunması müəyyən edilməmişdir. Eləcə də sazişin heç bir hissəsi qanuna zidd deyil. Belə ki, tərəflər könüllü razılıq əsasında mediasiya prosesində iştirak etmiş, nəticədə üçüncü şəxslərin hüquqlarına toxunmayan və qanuna zidd olmayan barışıq sazişi imzalamışlar. Buna baxmayaraq, saziş maraqlı şəxs tərəfindən könüllü icra müddəti ərzində icra olunmamış, bu səbəbdən ərizəçi sazişin təsdiqi üçün məhkəməyə müraciət etməli olmuşdur. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, bu sazişin məhkəmə tərəfindən təsdiqini istisna edən heç bir hal iş materialları əsasında müəyyən edilmədiyindən saziş təsdiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Eləcə də “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 3.3. Bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, ərizə təmin edilməli, Maraqlı şəxs2 ilə "xxxx"MMC-nin Direktor:X5 arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2023-cü il tarixli MŞS/MT030/2023/02292 saylı Barışıq Sazişi təsdiq edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 355-23 – 355-26, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Maraqlı şəxs2 ilə "xxxx"MMC-nin X2 arasında mediasiya qaydasında bağlanmış xx.xx.2023-cü il tarixli MŞS/MT030/2023/02292 saylı Barışıq Sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: «Maraqlı şəxs2 ilə "xxxx"MMC-nin Direktor:X5 xx.xx.2017-ci il tarixli əmək müqaviləsi üzrə yaranmış xx.xx.2023-cü il tarixli üzləşmə aktı ilə təsdiq olunan 190.000 (yüz doxsan min) manat borcu xx.xx.2023-cü il tarixindən etibarən yəni dekabr ayından başlayaraq hər ayın 15-də gec olmayaraq ən azı 2000 (iki min) manat olmaqla borcu xx.xx.2030-cu il tarixinədək "xxxx" MMC-yə VÖEN:********** ödəyəcəyinə dair Maraqlı şəxs2 öhdəlik götürmüşdür. Mediasiya prosesində -Tərəflər Ərizəçi MMC-nin Direktor: X5 ilə Maraqlı şəxs2 bu Saziş ilə razılaşdılar ki aylıq ödənişi iki ay ardıcıl ödəmədiyi halda hər gecikmə günü üçün ödənilməyən borc məbləğinin 0,02%-i həcmində cərimə ödəyəcəkdir.» Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar