Məhkəmə qərarları › İş №e-2(010)-2870/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-2870/2022

27.05.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-2870/2022 27.05.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Talıbova Leyla Oruc qızı İddiaçı cavabdehlər Suraxanı rayon İcra Şöbəsinə, "xxxx" MMC-yə, "xxxx" MMC-yə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, maraqlı şəxs Ədliyyə Nazirliyi İcra Baş İdarəsinə və X2 qarşı «Suraxanı rayon İcra Şöbəsinin icra məmurunun icraatında olmuş 1594/2013 saylı icra işi üzrə çıxarılmış qərarların və ondan irəli gələn digər hüquqverici sənədlərin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı cavabdehlər Suraxanı rayon İcra Şöbəsinə, "xxxx" MMC-yə, "xxxx" MMC-yə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, maraqlı şəxs Ədliyyə Nazirliyi İcra Baş İdarəsinə və X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər Suraxanı rayon İcra Şöbəsinin İcra Məmuru P.Əliyevanın icraatında olmuş 1954/2013 saylı icra işi üzrə, “Qiymətləndirilmənin keçrilməsinə dair” çıxardığı 29 mart 2013-cü il tarixli Qərarının, “Əmlakın hərraca çıxarılması barədə” 27 may 2013-cü il tarıxlı Qərarının, bu Qərarlardan irəli gələn hüquqverici sənədlərin, o cümlədən: "xxxx" MMC tərəfindən Əmlakın Qiymətləndirməsinə dair 24.05.2013-cü il tarixli Hesabat AKT-nın, Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi MMC tərəfindən tərtib edilmiş 08.06.2013-cü il tarixli 169 nömrəli Protokolun və ona əlavə edilmiş Müqavilənin, cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən X1 adına verilmiş sonuncu Çıxarışda olmaqla, bütün əvvəlki çıxarışların etibarsız hesab edilməsi və dəymiş maddi və mənəvi zərərə görə 10.000 manat məbləğındə pul vəsaitinin cavabdehlərdən müştərək qaydada onun xeyrinə tutulması barədə qətnamə çıxarılması, cavabdehlərin əməllərində cinayət tərkibi olduğundan Azərbaycan Respublikası Mülkü Prosesual Məcəlləsinin 265.4-cü maddəsinə əsasən Xüsusi Qərardad çıxarmaqla Prokurora xəbər verilməsi barədə qərardad qəbuk edilməsini xahiş etmişdir. İş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, “X4” Azərbaycan Respublikası Qanunun 1.1-ci maddəsinə əsasən dövlət rüsumu - dövlət orqanları və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumlar tərəfindən hakimiyyət səlahiyyətlərinin icrası zamanı göstərilən və hüquqi nəticələrin yaranmasına səbəb olan xidmətlərə və hüquqi hərəkətlərə görə (sənədlərin tərtibi, qeydiyyatı, razılıqların verilməsi və s.) ödənilən haqdır (ödənişdir). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.5.-ci maddəsinə əsasən ərizəyə əlavə edilən sənədlərin siyahısı ərizədə göstərilməlidir. Bu Məcəllənin 152.1.5.-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bu Məcəllənin 108.3.-ci maddəsinə əsasən dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Eyni Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 01.10.2021-ci il tarixdə qüvvəyə minmiş “X4” Azərbaycan Respublikası Qanunun 8.1.2.-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. İş materiallarından görünür ki, İddiaçı tərəfindən dövlət rüsumu az ödənilmişdir. Qeyd olunanlara əsasən hesab edirəm ki, İddiaçı cavabdehlər Suraxanı rayon İcra Şöbəsinə, "xxxx" MMC-yə, "xxxx" MMC-yə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, maraqlı şəxs Ədliyyə Nazirliyi İcra Baş İdarəsinə və X2 qarşı «Suraxanı rayon İcra Şöbəsinin icra məmurunun icraatında olmuş 1594/2013 saylı icra işi üzrə çıxarılmış qərarların və ondan irəli gələn digər hüquqverici sənədlərin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı cavabdehlər Suraxanı rayon İcra Şöbəsinə, "xxxx" MMC-yə, "xxxx" MMC-yə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, maraqlı şəxs Ədliyyə Nazirliyi İcra Baş İdarəsinə və X2 qarşı «Suraxanı rayon İcra Şöbəsinin icra məmurunun icraatında olmuş 1594/2013 saylı icra işi üzrə çıxarılmış qərarların və ondan irəli gələn digər hüquqverici sənədlərin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya hazırkı iddia ərizəsi ilə bağlı nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə ikinci dəfə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar