Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3177/2025 22.01.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, X12 qızının katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “əmlak” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı Cavabdeh1 qarşı “əmlak” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsı cehiz, qızıl zinət və şəxsi Künc divan boz rəng, Masa dəsti (1 masa 8 stul) dəsti boz rəng, Termo güzgülü boz rəng qab-qacaq üçün, Jurnal stolu yumru şüşəli, Divan döşəkcəsi 10 ədəd boz rəng, Qoşa çarpayı şüşəli boz rəng, Tumba şüşəli boz rəng 2 ədəd, Şüşəli termo boz rəng, Geyim dolabı boz rəng güzgülü, Pufik - krem rəng, Soyuducu LG firması, Euroloux soba, Mikser, Blender, Paltar yuyan maşın LG firması 8kq-lıq, Yataq pərdəsi kəpənəkli bənövşəyi rəng + iki ədəd günlük, Qonağ otağı pərdəsi vilur 2 ədəd üstlük, tül, günlük, 2 ədəd bağlanacaq, Qalaxi yemək dəsti, Qazan dəsti 8 ədədli qalaksi, Zibil qabı 3 ədədli boz rəng, Çörək qabı qızılı qapaq+ 3 ədəd şəkər, çay, qənd qabı, Taxt üçün yorğan 1 ədəd, yastıq 1 ədəd , tək nəfərlik yorğan 1 ədəd, Taxt üçün döşək 1 ədəd, Yastıq - 2 ədəd uzunsov, Taxt üçün yataq örtüyü 1 ədəd, Taxt üçün yun ədyal, Pastel dəsti ağ qutu, Pastel qırmızı güllü rüsunkalı, 4 ədəd gilan pastel dəsti, Kətan süfrə 1 ədəd, Hamam dəsmalı + əl üz dəsmalı, Qırmızı güpur hamam dəsmalı, Pastel dəsti tək karopka, Pakrval güpur sumkalı 1 ədəd, Yorğan üzü qırmızı 1 üzü sətin 1 üzü kətan 2 ədəd, Əl silən dəsmal 3 qutu - 6 ədəd, Tək yataq üçün pakrval üstü sadə, Serviz yemək dəsti- 12 ədəd su stəkanı, 12 ədəd çay stəkanı + 12 ədəd nəlbəki, 12 ədəd souz boşqabı, 12 ədəd aş boşqabı, 12 ədəd dolma boşqabı, Yumru bulud 2 ədəd, uzunsov bulud 2 ədəd, uzunsov böyük bulud 2 ədəd, Yemək servis qabı qapaqlı 1 ədəd, Duz qabı 4 ədəd , sal- qabı 2 ədəd, Çay stəkanı 12 ədəd + nəlbəkisi 12 ədəd, Limon qaşığı - 12 ədəd, desert qaşığı - 12 ədəd, Salfetka üzüyü - 12 ədəd, 6 Fincan + nəlbəki 6 ədəd+ 1 ədəd çaynik Fincan+ nəbəki 6 ədəd + çaynik Boşqab dəsti 18 ədədli güllü Su stəkanı uzunsov qaşlı 6 ədəd Su stəkanı ayaqlı 6 ədəd, Qaşıq dəsti: 12 böyük çəngəl, 12 limon çəngəli, 12 çay qaşığı, 12 yemək qaşığı, Tort götürmək üçün bıçaq 1 ədəd, 12 ədəd meyvə bıçağı, Kofe fincanı 2 ədəd, Kofe fincanı 2 ədədli, Çay fincanı 6 ədədli - 6 qutu Şirniyyat+ləpə qabı 4 mərtəbəli, Qənd qabı üstü güllü+ qaşlı 1 ədəd, Konfet qabı qızılı rəng 1 ədəd, Güldan qızılı qaşlı 1 ədəd, Ləpə qabı 4 gözlü, Tort qabı kapron 1 ədəd, Tort qabı şüşə ayaqlı, Sok çəkən Hager firması, Eurolux tozsovuran, Eurolux ət maşını, Paltar Ütüsü, Dini suvenir ayaqlı, Su qabı samovar şüşə qapaqlı, Şüşə ləpə qabı uzun, Qapaqlı tökmə qazan 1 ədəd, Su qabı + 6 ədəd stəkan qaşlı qara, 4 ayaq kapron, Ət doğramaq üçün taxta, Meyvə vazı sadə 1 ədəd, Çaşka dəsti 2qutu 6+6 ədəd nəlbəki, İçi zərli şokolad qabı lodka kimi, Qızıl-zinət əşyaları: (Hə alınanda verilən qızıllar) Aliyans üzük, Nişanda taxılan qızıllar- Nişan üzüyü, Ürək sırqa, Toyda taxılan qızıllar- Briliyant komplekt qızıllar (sırqa, üzük, sep, qolbağ), Üzük kvadrat qaşlı 1 ədəd, Üzük rüsunkalı 1 ədəd, Qolbağ (Roberto)- (oğlanın xalası almışdır), Üç Günlükdə alınan qızıllar Üzük (üstü keçirmə) (iddiaçının xalası qızı almışdır), Qızıl üzük (cavabdeh almışdır), Ata evindən aparılan qızıllar Sep (üstü hərfli), Üzük bordo qaşlı Üzük (kəpənək), Klon (gözmüncuğu), Şəxsi geyim əşyaları: İdman geyimi (Spartivni dəst) ağ rəngdə, İdman geyimi (Spartivni dəst) kül rəngdə, Dəst şalvar kofta Yaşıl rəngdə, 3 ədəd cins şalvar, Tək kofta ədəd, 5 dəst gecə geyimi, Ağ rəngdə toy üçün don ağ-qara qaşlı, Qara sadə don, Qutka süd rəngdə (molomnu) rəng, Jilet qəhvəyi rəngdə, 5 ədəd evdə geyinmək üçün don, Hündürdaban ayaqqabı gümüşü rəngdə, Sapaşki hündürdaban ağ rəngdə, Ev üçün 3 ədəd tərlik (damaşnik), Tüklü jaket röy rəngdə, 1 dəst gecə köynəyi (pünyar), 3 dəst şalvar kofta, 4 ədəd Ətirlər (Kirke, Miss Giordani, Ofilame, İydə), 2 ədəd antiperspirant, Üz üçün krem 1 ədəd, Üz üçün tonal krem (Palet), Göz üçün Tuj, Göz üçün Sürmə, 4 ədəd dodaq boyası (pomada), Fen (dalğalı) əmlaklar, əmlaklar olmadığı təqdirdə onların dəyərinin, 50 manat mediasiya xərcinin, hüquqi xidmət üçün vəkilə ödənilmiş 320 manat məbləğində pulun və 50 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və X6 tutularaq iddiaçı X7 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbində qeyd olunanlardan əlavə, İddiaçıTelman qızı ilə Cavabdeh1 arasında xx.xx.2024-cü il tarixində, 1824 №-li akt qeydi 4 saylı Bakı “ASAN XİDMƏT” mərkəzinin Qeydiyyat şöbəsində bağlanmış nikahın pozulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Ağdam rayon məhkəməsinin e-2(013)-2322/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddiaçı və cavabdeh arasında bağlanmış nikah pozulduğundan iddia tələbindən nikahın pozulması tələbinin çıxardılmasının nəzərə alınmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh1 xx.xx.2024-cü il tarixində 1824 №-li akt qeydi ilə 4 saylı Bakı “ASAN XİDMƏT” mərkəzinin Qeydiyyat şöbəsində rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Toydan sonra iddiaçı özünə məxsus cehiz əşyalarını, cavabdehlə birgə yaşadıqları (cavabdehin anasına məxsus) ünvan 1 ünvanına aparmışdır. Cavabdehlə ilk əvvəllər münasibətləri normal olmuş, aralarında heç bir münaqişə, narazılıq baş verməmişdir. 2025-ci ilin Fevral ayının əvvəllərində iddiaçı anası ilə danışanda anasına onun üçün darıxdığını, onu görmək istədiyini bildirmişdir. Anası ona Cavabdeh1la danışacağını, iddiaçını 1-2 günlüyünə Ağdama anasıgilin yanına qonaq göndərməyinə icazə alacağını bildirmişdir. 2025-ci ilin fevral ayının 13-ü cavabdeh axşam evə gələndə ona anası ilə danışdığını bildirmiş və iddiaçıya 1-2 günlük anasıgildə gedib qalmağına icazə vermişdir. 2025-ci ilin fevral ayının 14-ü cavabdeh qonşuları olan Müşfiq ilə danışdığını, Müşfiqin iddiaçını Ağdam rayonuna anası gilə aparacağını bildirmişdir. O da, hazırlaşıb Müşfiqin maşını ilə Ağdama anasıgilə getmişdir. xx.xx.2025-ci il tarixində Cavabdeh1 özü tanışı taksi sürücüsü Müşfiq əminin maşını ilə onu anasının yanına Ağdam şəhərinə qonaq olaraq yola salmışdır. O, Ağdam şəhərinə gəldikdən bir neçə saat sonra cavabdeh ona zəng vurararaq niyə üç çatandan sonra ona və anasına məlumat verməməyini soruşmuş, o isə cavabdehə hələ təzə çatdığını, yolun onu “tutduğunu”, özünü biraz yaxşı hiss etmədiyini bildirmişdir. O, özünə gəldikdən sonra cavabdehin anasına da çatdığını bildirəcəyini demişdi. O anasıgilə çatandan sonra cavabdehə və onun anasına məlumat verməməyi səbəbindən cavabdehlə aralarında mübahisə olmuş, cavabdeh onun rəhmətə gedən atasına qarşı nalayiq ifadələr işlətmişdir. Danışıq zamanı aralarında olan pərdə götürülmüş, cavabdeh onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətmişdir. Aralarında telefonda baş vermiş dava-dalaşdan sonra, cavabdeh 18 fevral tarixindən 19 fevral tarixinə keçən gecə saat 2-3 radələrində iddiaçının anasıgilin yaşadığı evə gələrək hasardan aşaraq evə daxil olmuş, onu döymüş və çoxsaylı xəsarətlər yetirmişdir. İddiaçı anasıgilə Ağdam şəhərinə qonaq gedən zaman 7-8 həftəlik hamilə olmuşdur. Hamiləliyi dövründə qaynanası onu bir neçə dəfə həkimə aparmış, həkim müayinələrindən keçmişdir. Həkim müayinəsi zamanı (USİM) Hamiləliyinin normal olduğu bildirilmişdir. Cavabdehin gecə saat 2-3 radələrində iddiaçının anasıgilə gəlməsi və bütün bu münaqişələr həyətdə quraşdırılmış kamera görüntülərinə düşmüşdür. O, cavabdehin onu döyməsi nəticəsində ciddi xəsarətlər almış, qarın nahiyəsində güclü ağrılar hiss etmiş, bir neçə saaat sonra bətnində olan uşağı itirdiyini anlamışdır. Bu münaqişələrdən sonra, Cavabdeh1 ona xəsarət yetirməsi, bunun nəticəsin körpənin itirilməsi faktı ilə bağlı Ağdam rayon polis Şöbəsinə şikayət ərizəsi ünvanlamışdır. Hazırda Ağdam rayon Polis Şöbəsində şikayət ərizə əsasında müvafiq araşdırma gedir. Bütün bu münaqişələrin zənnində cavabdehlə aralarında olan ailə münasibətlərinə son qoyulmuş, faktiki olaraq ayrı yaşayırlar. O xx.xx.2025ci il tarixində Ağdam şəhərində yaşayan anasıgilə qonaq olaraq gəlmişdi. Cavabdehlə birgə yaşadığı evdən bir neçə günlüyünə qonaq olaraq getdiyi üçün ona məxsus şəxsi geyim, qızılzinət və cehiz əşyaları cavavbdehlə birgə yaşadığı mənzildə qalmışdır. Dəfələrlə cavabdehə ona məxsus əşyalarının qaytarmasını bildirsə də, o, əşyaları qaytarmaqdan imtina etmişdir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh hazırda iddiaçının gəlin köçdüyü zaman cehiz əşyası olaraq apardığı əşyaları qaytarmır. İddia cavabdehlə birgə yaşadığı evdən qonaq olaraq 1-2 günlüyünə müvəqqəti olaraq getdiyi üçün həmin cehiz əşyaları və qızıl-zinət əşyaları cavabdehlə birgə yaşadıqları Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov küç, ev 2, 71 saylı mənzildə qalmışdır. Bunlardan əlavə tərəflər nikaha daxil olan zaman iddiaçıya toyda cavabdehə hədiyyə olaraq qızıl-zinət əşyaları alınmışdır. Həmin qızıl zinət əşyaları da cavabdehlə (anası, nənəsi, bacısının uşaqları və sair) birgə yaşadığı evdə qalmışdır. İddiaçı özünə məxsus cehiz və şəxsi əşyalarını götürmək istəsə də, cavabdeh buna imkan verməmişdir. Hazırda həmin əşyalar cavabdehlə birgə yaşadıqları evdə qalmışdır. Cavabdehlərin ərizəsi. xx.xx.2025-ci il tarixdə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçınа qаrşı “əmlak” tələbinə dаir qаrşılıqlı iddiа ərizəsi ilə məhkəməyə mürаciət еdərək, İddiaçı 1. komplekt 30 qram 585; 2. üzük 8 qram 585; 3. üzük 5 qram; 4. qızıl saat 25 qram; 5. üzük 3 qram; 6. üzük 4 qram; 7. üzük 5 qram; 8. qolbağ 12 qram; 9. qolbağ 10 qram; 10. boyunbağı 15 qram.klonu 10 qram dollar; 11. sırğa 8 qram; 12. sırğa 5 qram; 13. qolbağ 5 qram; 14. sep 7 qram; 15. qolbağ 3 qram; 16. üzük 6 qram qızıl zinət əşyalarının alınıb onlara verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bаkı şəhəri Surахаnı rаyоn Məhkəməsinin xx.xx.2025-ci il tаriхli e-2(010)-3177/2025-023 sаylı qərаrdаdı ilə qаrşılıqlı iddiа ərizəsi və оnа əlаvə еdilmiş sənədlərin, еləcə də ödənilmiş dövlət rüsumunun ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2 və Cavabdeh1 qаytаrılmаsı qərаrа аlınmışdır. Tərəflərin izahatları. Əvvəlki məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil bildirmişdir ki, iddia tələbini azaldıblar. Belə ki, artıq nikah pozulub. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil bildirmişdir ki, toydan 3 gün sonra əmlakın şəkilləri var. İcra məmuru cavabdehlərin evinə gedəndə bəzi əşyaları tapmamışdı. Qarşı tərəf iddiaçının səsini yazaraq qeyd etmişdir ki, guya iddiaçı qızılları özü ilə anasıgilə aparmışdır. Amma iddiaçı anasıgilə gedəndə yalnız üzərində olan qızılları götürmüşdü. Həmin qızıllar isə tələb olunmur. Əvvəlki məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçı öz xoşu ilə evi tərk edib. Gedəndən sonra da qayıtmayacağını bildirib. O və oğlu iddiaçının arxasınca getdikdə isə iddiaçı onlara qarşı nalayiq ifadələr işlətmişdir. O, işə baxanda görmüşdür ki, qızıllar yoxdur. Hətta iddiaçı onun qızının qızıllarını və evdəki pulu da götürüb aparıb. İş materialları. Ağdam Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş, 190-05/15 nömrəli arayışdan görünür ki, Cavabdeh1 və X2 nikahı haqqında xx.xx.2024-cü il tarixdə 1874 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikah 4 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən qeydə alınmışdır. Nikah bağlandıqdan sonra arvada Vəlizadə soyadı verilmişdir. X4 haqqında xx.xx.2025-ci il tarixli EM-1822VK-25246/25 saylı Müqavilədən görünür ki, İddiaçı ilə Bakı şəhəri 17 saylı Vəkil Bürosu – Vəkil arasında hüquqların müdafiəsiə dair müqavilə imzalanmışdır. Həmin müqavilənin 1.1-ci maddəsinə əsasən, Bu müqaviləyə görə vəkil ona həvalə edilən tapşırıq əsasında hüquqi yardım göstərməyi, müraciət edən şəxs isə hüquqi yardıma görə haqq ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.1-ci maddəsinə əsasən, hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 320 manat müəyyən olunur və başqa razılaşma yoxdursa bir qayda olaraq müqavilə bağlandığı vaxtda ödənilir. İş materiallarında olan “MPay” ödəniş sisteminin xx.xx.2025-ci il tarixli qəbzindən görünür ki, İddiaçı vəkillə təmsil olunmaq üçün Bakı şəhəri 17 saylı Vəkil Bürosuna 321 manat məbləğində ödəniş həyata keçirmişdir. Bakı 6 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş MŞB/6-00671 nömrəli “X5 X9” arayışdan görünür ki, tərəflər arasında nikahın pozulması, cehiz və qızıl-zinət əşyalarının alınması barədə mediasiya işi açılmış, xx.xx.2025-ci il tarixə təyin edilmiş X5 İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi Vəkil iştirak etmiş, Cavabdeh1 isə iştirak etməmişdir. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı İddiaçı etibarnamə üzrə nümayəndəsi Vəkil tərəfindən 50 manat məbləğində ilkin mediasiya xərci və 10 manat kargüzarlıq xərci ödənilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli 100464 nömrəli qəbzdən görünür ki, Bakı 6 saylı Mediasiya Təşkilatına 60 manat məbləğində mediasiya xərci ödənişi edilmişdir. Ağdam Rayon Məhkəməsinin e-2(013)-2322/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, iddiaçı Cavabdeh1 ilə cavabdeh İddiaçı arasında 04 saylı Bakı “ASAN xidmət” Qeydiyyat Şöbəsində 27 noyabr 2024-cü il tarixdə, 1874 nömrə ilə bağlanmış nikah akt qeydinin pozulması qət edilmişdir. İddiaçı sifarişi əsasında təyin edilmiş "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, 001-11/DR- 12/25 saylı rəyindən görünür ki, adları sadalanan qızıl-zinət cehizlik əşyalarının nəzəri qaydada orta bazar dəyəri: Eurolux markalı soba 1 ədəd – 170 manat; Eurolux markalı mikser 1 ədəd – 30 manat; Raf markalı blender 1 ədəd – 40 manat; Eurolux markalı tozsoran 1 ədəd – 150 manat; Eurolux markalı ət çəkən maşın 1 ədəd – 200 manat; Raf markalı dalğalı fen 1 ədəd – 130 manat; LG markalı paltaryuyan maşın (8 kq) 1 ədəd – 700 manat; Aliyans üzük 1 ədəd – 200 manat; Nişan üzüyü 1 ədəd – 1700 manat; Ürək sırqa 1 ədəd – 300 manat; Briliyant komplekt qızıllar (sırqa, üzük, sep, qolbağ) 1 ədəd – 3600 manat; Üzük kvadrat qaşlı 1 ədəd – 300 manat; Üzük rüsunkalı 1 ədəd – 150 manat; Qolbağ (Roberto) 1 ədəd – 300 manat; Üzük (üstü keçirmə) 1 ədəd – 300 manat; Qızıl Üzük 1 ədəd – 300 manat; Sep (üstü hərfli) 1 ədəd – 500 manat; Üzük bordo qaşlı 1 ədəd – 400 manat; Üzük (kəpənək) 1 ədəd – 300 manat; Klon (gözmuncuğu) 1 ədəd – 150 manat; İdman geyimi (Spartivni dəst) ağ rəngdə 1 ədəd – 150 manat; İdman geyimi (Spartivni dəst) kül rəngdə 1 ədəd – 130 manat; Dəst şalvar kofta yaşıl rəngdə 1 ədəd – 80 manat; Cins şalvar 3 ədəd – hər biri 50 manat olmaqla 150 manat; Tək kofta 3 ədəd – hər biri 90 manat olmaqla 270 manat; Gecə geyimi 1 ədəd – 150 manat; Ağ rəngdə toy üçün don, ağ-qara qaşlı 1 ədəd – 140 manat; Qara sadə don 1 ədəd – 60 manat; Qutka süd rəngdə (molomnu) 1 ədəd – 60 manat; Jilet qəhvəyi rəngdə 1 ədəd – 20 manat; Evdə geyinmək üçün don 5 ədəd – hər biri 20 manat olmaqla 100 manat; Hündürdaban ayaqqabı gümüşü rəngdə 1 ədəd – 50 manat; Sapaşki hündürdaban ağ rəngdə 1 ədəd – 35 manat; Ev üçün tərlik 3 ədəd – hər biri 30 manat olmaqla 90 manat; Tüklü jaket röy rəngdə 1 ədəd – 50 manat; Gecə köynəyi (pünyar) 1 ədəd – 30 manat; Şalvar kofta 3 ədəd – hər biri 80 manat olmaqla 240 manat; Ətirlər (Kirke, Miss Giordani, Ofilame, İydə) 4 ədəd – hər biri 140 manat olmaqla 560 manat; Antiperspirant 2 ədəd – hər biri 10 manat olmaqla 20 manat; Üz üçün krem 1 ədəd – 20 manat; Üz üçün tonal krem (Palet) 1 ədəd – 15 manat; Göz üçün tuş 1 ədəd – 5 manat; Göz üçün sürmə 4 ədəd – hər biri 4 manat olmaqla 16 manat; Dodaq boyası (pomada) 1 ədəd – 3 manat, cəmi 12364 manat təşkil edir. xx.xx.2025-ci il tarixli əlyazma aktından görünür ki, Suraxanı rayon icra şöbəsinin böyük icra məmuru Vəlizadə Nicat, Əliyev Vüsal, ərizəçi İddiaçı etibarnamə üzrə nümayəndəsi X8, hal şahidləri Vəliyeva Solmaz, Səlimova Aydan, borclu Cavabdeh2 imzaladığı akt ondan ötrü tərtib edilib ki, onlar Suraxanı rayon məhkəməsinin e-16(010)-146/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadının icrası ilə bağlı ünvan 4 ünvanına gəlmiş, sadalanan əşyalar – 1. Euroloux markalı soba; Mikser; Blender; Paltar yuyan maşın LG firması; Çay fincanı 6 ədəd 4 qutu; Eurolux tozsoran; Eurolux ət maşını; qərardadda göstərilən bütün qızıl-zinət əşyaları; süd rəngli kurtkadan başqa hər bir şəxsi geyim əşyası; bütün şəxsi baxım-gigiyenik şəxsi əşyalar; dalğalı fen istisna olmaqla digər bütün əşyaları həmin mənzildə aşkar etmişlər. Qərardadda göstərilən əşyaların özgəninkiləşdirilməsi borclular Cavabdeh1, Cavabdeh2 və digər 3-cü şəxslərə qadağan edilməklə Cavabdeh2 saxlanca verildi. Suraxanı rayon məhkəməsinin e-16(010)-146/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək, ünvan 4 ünvanında qalan Cehiz əşyaları:
1. Künc divan boz rəngdə (bir hissəsi cavabdehin qohumunun evindədir), 2. Masa dəsti 1 masa 8 stul boz rəng, 3. Termo güzgülü boz rəng qab-qacaq üçün, 4. Jurnal stolu yumru şüşəli, 5. Divan döşəkçəsi 10 ədəd boz rəng, 6. Qoşa çarpayı şüşəli boz rəng, 7. Tumba şüşəli boz rəng 2 ədəd, 8. Şüşəli termo boz rəng, 9. Geyim dolabı boz rəng güzgülü, 10. Pufik – krem rəng, 11. Soyuducu LG firması, 12. Euroloux markalı soba, 13. Mikser, 14. Blender, 15. Paltar yuyan maşın LG firması 8kq, 16. Yataq otağı üçün pərdə kəpənəkli bənövşəyi rəng , iki ədəd günlük, 17. Qonağ otağı üçün pərdə vilur 2 ədəd üstlük, tül, günlük, 2 ədəd bağlanacaq,
18. Qalaksi yemək dəsti, 19. Qazan dəsti 8 ədədli qalaksi, 20. Üstü güllü çaynik (4 litrlik), 21. Zibil qabı 3 ədədli boz rəng, 22. Çörək qabı qızılı qapaq+ 3 ədəd şəkər, çay, qənd qabı, 23. Taxt üçün yorğan 1ədəd, yastıq 1 ədəd , tək nəfərlik yorğan 1ədəd, 24. Taxt üçün döşək 1 ədəd, 25. Yastıq – 2ədəd uzunsov, 26. Taxt üçün yataq örtüyü 1ədəd, 27. Taxt üçün yun ədyal,
28. Pastel dəsti ağ qutu, 29. Pastel qırmızı güllü rüsunkalı, 30. 4 ədəd gilan pastel dəsti, 31. Kətan süfrə 1 ədəd, 32. Hamam dəsmalı + əl üz dəsmalı, 33. Qırmızı güpur hamam dəsmalı,
34. Pastel dəsti tək karopka, 35. Pakrval güpur sumkalı 1 ədəd nat, 36. Yorğan üzü qırmızı 1 üzü sətin 1 üzü kətan 2 ədəd, 37. Əl silən dəsmal 3 qutu – 6 ədəd, 38. Tək yataq üçün pakrval üstü sadə, 39. Serviz yemək dəsti (12 ədəd su stəkanı, 12 ədəd çay stəkanı + 12 ədəd nəlbəki, 12 ədəd souz boşqabı, 12 ədəd aş boşqabı, 12 ədəd dolma boşqabı, yumru bulud 2 ədəd, uzunsov bulud 2 ədəd, uzunsov böyük bulud 2 ədəd, yemək servis qabı qapaqlı 1 ədəd, duz qabı 4ədəd , salfet qabı 2 ədəd, çay stəkanı 12 ədəd + nəlbəkisi 12 ədəd, limon qaşığı – 12 ədəd, şirniyyat qaşığı – 12 ədəd, salfetka üzüyü – 12 ədəd), 40. 6 Fincan + nəlbəki 6 ədəd+ 1ədəd çaynik, 41. 6 Fincan+ nəbəki 6 ədəd + çaynik, 42. Boşqab dəsti 18 ədədli güllü,
43. Su stəkanı uzunsov qaşlı 6 ədəd, 44. Su stəkanı ayaqlı 6 ədəd, 45. Qaşıq dəsti (12 böyük çəngəl, 12 limon çəngəli, 12 çay qaşığı, 12 yemək qaşığı, Tort götürmək üçün bıçaq 1 ədəd, 12 ədəd meyvə bıçağı), 46. Kofe fincanı 2 ədəd, 47. Kofe fincanı 2 ədədli, 48. Çay fincanı 6 ədədli – 6 qutu, 49. Şirniyyat+ləpə qabı 4 mərtəbəli, 50. Qənd qabı üstü güllü+ qaşlı 1 ədəd,
51. Konfet qabı qızılı rəng 1 ədəd, 52. Güldan qızılı qaşlı 1ədəd, 53. Ləpə qabı 4 gözlü, 54. Tort qabı kapron 1 ədəd, 55. Tort qabı şüşə ayaqlı, 56. Sok çəkən Hager firması, 57. Eurololux tozsovurran, 58. Eurolux ət maşını, 59. Paltar ütüsü, 60. Dini suvenir ayaqlı, 61. Su qabı samovar şüşə qapaqlı, 62. Şüşə ləpə qabı uzun, 63. Qapaqlı tökmə qazan 1 ədəd, 64. Su qabı + 6 ədəd stəkan qaşlı qara, 65. 4 ayaq kapron, 66. Ət doğramaq üçün taxta, 67. Myevə vazı sadə 1 ədəd, 68. Çaşka dəsti 2qutu 6+6 ədəd nəlbəki, 69. İçi zərli şokolad qabı lodka kimi, Qızıl-zinət əşyaları: Hə alınanda verilən qızıllar: 70. Aliyans üzük, 71. Qaşlı üzük, 72. Pandora qolbağ, Nişanda taxılan qızıllar – 73. Nişan üzüyü, 74. Qolbağ (cavabdehin bacısı alan), 75. Ürək sırqa (cavabdehin anası alıb), Toyda taxılan qızıllar – 76. Briliyant komplekt qızıllar (sırqa, üzük, sep, qolbağ) (cavabdehin anası alıb), 77. Üzük (kvadrat qaşlı) 1 ədəd (cavabdehin qohumu alıb), 78. Üzük Rüsunkalı qaşsız 1 ədəd - (cavabdehin qohumu alıb), 79. Qolbağ (Roberto) – (oğlanın xalası alıb), Üç Günlükdə alınan qızıllar – 80. Üzük (üstü keçirmə) – (ərizəçinin xalasının qızı alıb), 81. Qızıl üzük – (cavabdehin özü alıb), Ərizəçinin anasının evindən gətirdiyi qızıllar – 82. Sep (üstü hərifli), 83. Üzük (bordo qaşlı), 84. Üzük (kəpənək),
85. Klon (gözmüncuğu), Şəxsi geyim əşyaları: 86. İdman geyimi (Spartivni dəst) ag rəngdə,
87. İdman geyimi (Spartivni dəst) kül rəngdə, 88. Dest salvar kofta yaşıl rəngdə, 89. 3 ədəd cins şalvar, 90. Tək kofta ədəd, 91. 5 dəst gecə geyimi, 92. Ağ rəngdə toy üçün don ağ-qara qaşlı, 93. Qara sadə don, 94. Qutka süd rəngdə (molomnu) rəng, 95. Jilet qəhvəyi rəngdə, 96. 5 ədəd evdə geyinmək üçün don, 97. Hündürdaban ayaqqabı gümüşü rəngdə, 98. Sapaşki hündürdaban ağ rəngdə, 99. Ev üçün 3 ədəd tərlik (damaşnik), 100. Tüklü jaket röy rəngdə,
101. 1 dəst gecə köynəyi (pünyar), 102. 3 dəst salvar kofta, 103. 4 ədəd Ətirlər (Kirke, Miss Giordani, Oriflame, İydə), 104. 2 ədəd antiperspirant, 105. Üz üçün krem 1 ədəd, 106. Üz üçün tonal krem (Palet), 107. Göz üçün Tuj, 108. Göz üçün Sürmə, 109. 4 ədəd dodaq pomadası,
110. Fen(dalğalı)–in özgəninkiləşdirilməsi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxslərə qadağan edilmişdir. İş materiallarına əlavə edilmiş “whatsapp” yazışmalarından görünür ki, İddiaçı və Cavabdeh1 arasında iddiaçının qızıl-zinət əşyalarının qaytarılması barədə danışıqlar aparılmış, V.Tural iddiaçının qızıllarının anası Cavabdeh2 olmasını etiraf etmişdir. X3 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli, 211 saylı məktubdan görünür ki, sözügedən qızıl-zinət əşyaları mərkəzə təqdim edilmədiyindən, rəy verilməsi mümkün olmamış, bu səbəbdən xx.xx.2025-ci il tarixli, e-2(010)-3177/2025 saylı qərardad icrasız saxlanılmışdır. İş materiallarına əlavə edilmiş məlumat daşıyıcıya yazılmış “whatsapp” səs yazılarından görünür ki, İddiaçı Ağdam rayonuna anasının yanına gedərkən özü ilə 1 ədəd “Pandora” sırqa, 1 ədəd kulon sep, 2 ədəd bilərzik, 2 ədəd üzük, 1 ədəd qızıl saat aparmışdır. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, iddiaçı iddia tələbində sadalanan qızıl-zinət əşyalarını taxmışdır. İş materiallarına əlavə edilmiş video çəkilişdən görünür ki, evə yeni cehiz əşayları yerləşdirilmişdir. İş materiallarına əlavə edilmiş telefon danışıqların yazısından müəyyən edilir ki, Cavabdeh1 qızılların onun anasında olmasını inkar etmir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.... Maddə 157. Mülkiyyətin müdafiəsi 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.... Maddə 225. Ərlə arvadın ümumi mülkiyyəti ...225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.... Maddə 666. Bağışlama müqaviləsi 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. 666.2. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Maddə 668. Bağışlama forması. Bağışlama vədi. 668.1. Bağışlama aşağıdakı hallarda etibarlıdır:... 668.1.3. daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə;... Azərbaycan Respublikasının Ailə Məcəlləsi. Maddə 34. Ər-arvadın hər birinin mülkiyyəti 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. ...14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.... Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 115. İşə baxılması ilə əlaqədar məsrəflər 115.0. İşə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər; 115.0.6. vəkillərə etdikləri kömək üçün ödənilən xərclər; Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 121. Nümayəndəyə və vəkilə göstərdiyi yardıma görə xərclərin ödənilməsi 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.... Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.... Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.... “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli Qərarı. 5.10. Nikaha daxil olanadək və nikah dövründə keçirilən mərasimlərdə (elçilik, nişan, toy və sair) tərəflərdən birinə hədiyyə verilən zinət əşyaları onların ayrıca əmlakı sayılır və Ailə Məcəlləsinin 34.2-ci maddəsində müəyyən edilmiş istisnanın təsir dairəsinə düşmür. 9.8. Birgə nikaha daxil olarkən arvada verilmiş cehiz əşyaları, habelə birgə nikaha daxil olanadək və ya nikah dövründə onlardan birinə üçüncü şəxslərin hədiyyə etdiyi əşyalar ərarvadın ayrıca əmlakı (mülkiyyəti) olduğundan, Mülki Məcəllənin 384.0.4-cü maddəsinə əsasən həmin əşyaların başqasının, o cümlədən ərin (arvadın) qanunsuz sahibliyindən geri tələb olunması barədə iddialara iddia müddəti tətbiq oluna bilməz. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. .... 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda- 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri ...9.1-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.... “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 36. Mediasiya xərcləri 36.1. Mediasiya prosesinə dair xərclərə daxildir: 36.1.1. mediatora və ya mediasiya təşkilatına ödənilən haqq, o cümlədən mübahisə mediasiya vasitəsilə müsbət həll olunduqda mediatora və ya mediasiya təşkilatına ödənilən mükafat; 36.1.2. mediasiyanın keçirilməsi ilə əlaqədar mediatorun və ya mediasiya təşkilatının çəkdiyi xərclər, o cümlədən mübahisənin baxıldığı yerə getmək üçün yol, yaşayış və yemək xərcləri. 36.2. Bu Qanunun 28-ci maddəsində nəzərdə tutulmuş ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. 36.3. Mediator və ya mediasiya təşkilatı mediasiyanı ödənişli əsaslarla həyata keçirir. Mediator və ya mediasiya təşkilatı öz razılığı ilə mediasiyanı ödənişsiz əsaslarla da həyata keçirə bilər..... 36.5. “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin X5 tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin X5 üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.... “İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı. İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği: 1. İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqq aşağıdakı məbləğlərdə müəyyən edilir: 1. Ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə - 50 manat. 2. İlkin mediasiya sessiyasının təşkil edilməsi ilə bağlı mediator və ya mediasiya təşkilatının çəkdiyi poçt, kargüzarlıq və digər cari xərclərin məbləği təsdiqedici sənədlər əsasında 10 manatdan çox olmayaraq müəyyən edilir. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. İşin faktiki hallarından görünür ki, İddiaçı və Cavabdeh1 aralarında 27 noyabr 2024-cü il tarixində rəsmi qaydada nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra onlar Cavabdeh1 anası olan Cavabdeh2 evində yaşamışdırlar, iddiaçı öz qızıl-zinət və cehiz əşyalarını da həmin evə aparmışdır. Ağdam Rayon Məhkəməsinin e-2(013)-2322/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə İddiaçı və Cavabdeh1 arasında olan nikah pozulmuşdur. Hazırki iddia ilə iddiaçı qızıl-zinət və cehiz əşyalarının ona geri qaytarılmasını, həmin əşyalar olmadığı təqdirdə onların dəyərinin, 50 manat mediasiya xərcinin, hüquqi xidmət üçün vəkilə ödənilmiş 320 manat məbləğində pulun və 50 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və X6 tutulmasını tələb edir. Cavabdeh tərəf isə iddianı qismən qəbul edərək bəyan etmişdir ki, qızıl-zinət əşyalarını iddiaçı evi tərk edərkən özü ilə aparmışdır. Cehiz və digər şəxsi əşyalarla bağlı isə həmin əşyaların yaşadıqları ünvanda olduğunu inkar etməmiş, iddiaçının gəlib onları götürə biləcəyini bildirmişlər. Belə ki, işin hallarından görünür ki, nikah pozulmamışdan əvvəl iddiaçı müvəqqəti olaraq anasının evinə getmək məqsədilə evi tərk etmişdir. Həmin vaxt tərəflər arasında münasibətlər normal olmuş, iddiaçı evi daimi olaraq tərk etməyi düşünməmişdir. Yəni, iddiaçının həmin vaxt boşanmaq niyyəti olmamışdır. Belə olan halda, iddiaçının anasının yanına müvəqqəti gedərkən qızıl-zinət əşyalarını özü ilə yığıb aparması inandırıcı deyil. Cavabdeh2 iddiaçı evdən gedərkən özünə məxsus qızılları apardığını bildirsə də, bu dəlilini təsdiq edə biləcək sübutlarını təqdim edə bilməmişdir. Bu hal iddiaçını həmin əşyaların ona məxsus olmasını sübut etmək yükündən azad etməklə, MM-in 157.2-ci maddəsinin birinci dispozitiv şərtinin mövcud olmasını təsdiq etmiş olur. Eyni zamanda, Cavabdeh1 məhkəmə iclasında tədqiq edilmiş telefon danışıqların yazısında qızılların onun anasında olmasını inkar etmir. Həmçinin, Cavabdeh2 cehiz əşyalarının əksəriyyətinin yaşadıqları evdə olduğunu qəbul edərək onların iddiaçı tərəfindən götürülməsinə etiraz etməmişdir. Bu hal iddiaçını həmin əşyaların ona məxsus olmasını sübut etmək yükündən azad etməklə, MM-in 157.2-ci maddəsinin birinci dispozitiv şərtinin mövcud olmasını təsdiq etmiş olur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli əlyazma aktından görünür ki, Suraxanı rayon icra şöbəsinin böyük icra məmuru Vəlizadə Nicat, Əliyev Vüsal cavabdehlərin yaşadığı ünvan 4 ünvanına baxış keçirmiş və qeyd olunan cehiz əşyalarının əksəriyyətini həmin ünvanda aşkar etmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının mülkiyyəti olan cehiz əşyaların cavabdeh tərəfdə olduğu iş materialları tam sübut olunur və həmin əşyalar cavabdehlərdən alınıb iddiaçıya qaytarılmalıdır. İddia tələbi məhz iki hissədən – qeyd olunan əmlakların qaytarılması, bu mümkün olmadıqda isə onların dəyərinin ödənilməsindən ibarətdir. Məhkəmə tərəfindən əşyaların qiymətinin müəyyən edilməsi məqsədilə ekspertiza təyin edilmişdir. Lakin “X1” məhkəməyə ünvanlanmış məktubundan müəyyən olunur ki, əşyalar təqdim edilmədiyindən qiymətləndirmə aparılması mümkün olmamışdır. Məhkəmə hesab edir ki, əşyaların ekspertizaya təqdim edilməməsi cavabdehlərin həmin əşyaların qaytarılmasından yayındığını təsdiq edir. Bununla yanaşı, iddiaçı tərəfindən müstəqil ekspertiza sifariş edilmiş və iş materiallarına əlavə olunmuş "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli rəyinə əsasən əşyaların dəyəri müəyyən edilmişdir. Məhkəmə həmin rəyə tənqidi yanaşılması üçün hər hansı əsas görmədiyindən, əmlakların dəyərinin həmin rəyə uyğun müəyyən edilməsini mümkün hesab edir. Tələbin 50 manat mediasiya xərcinin cavabdehlərdən tutulması hissəsində məhkəmə qeyd edir ki, cavabdehlər X5 üzrsüz səbəbdən iştirak etmədiyi üçün, yuxarıda sadalanan qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkəmə hesab edir ki, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı İddiaçı tərəfindən mediasiyaya dair ödənilmiş 50 manat məbləğində ilkin mediasiya xərci cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Tələbin hüquqi xidmət üçün vəkilə ödənilmiş 320 manat məbləğində pulun cavabdehlərdən tutulması hissəsində məhkəmə qeyd edir ki, iş materiallarından görünür ki, İddiaçı X4 ilə bağlı 320 manat məbləğində pul ödəmişdir. Məhkəmə hesab edir ki, vəkil bürosuna ödənilmiş 320 manat yuxarıda qeyd edilmiş mülki prosessual qanunvericilikdə nəzərdə tutulan işə baxılması ilə əlaqədar məsrəflər siyahısına ad edildiyindən, həmin məbləğ cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilmiş qanunvericiliyinin tələblərinə görə, iddiaçı onun tərəfindən ödənilmiş dövlət rüsumunu tələb etməkdə haqlı olmuşdur. Məhkəmə hesab edir ki, 50 manat məbləğində dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddia ərizəsində qeyd olunan iddiaçıya məxsus əmlakların özü, həmin əmlaklar olmadığı təqdirdə onların dəyəri, 50 manat mediasiya xərcinin, hüquqi xidmət üçün vəkilə ödənilmiş 320 manat məbləğində pul və 50 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə xərcləri. İddia ərizəsi ilə məhkəməyə müraciət edərkən, dövlət rüsumunun müəyyən hissəsinin ödəməkdən azad edildiyi iddiaçı 50 manat dövlət rüsumu ödəmişdir. Qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə - 100 manat dövlət rüsumu ödənilməli olduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, ödənilməmiş 50 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Künc divan boz rəng, Masa dəsti (1 masa 8 stul) dəsti boz rəng, Termo güzgülü boz rəng qab-qacaq üçün, Jurnal stolu yumru şüşəli, Divan döşəkcəsi 10 ədəd boz rəng, Qoşa çarpayı şüşəli boz rəng, Tumba şüşəli boz rəng 2 ədəd, Şüşəli termo boz rəng, Geyim dolabı boz rəng güzgülü, Pufik - krem rəng, Soyuducu LG firması, Euroloux soba, Mikser, Blender, Paltar yuyan maşın LG firması 8kq-lıq, Yataq pərdəsi kəpənəkli bənövşəyi rəng + iki ədəd günlük, Qonağ otağı pərdəsi vilur 2 ədəd üstlük, tül, günlük, 2 ədəd bağlanacaq, Qalaxi yemək dəsti, Qazan dəsti 8 ədədli qalaksi, Zibil qabı 3 ədədli boz rəng, Çörək qabı qızılı qapaq+ 3 ədəd şəkər, çay, qənd qabı, Taxt üçün yorğan 1 ədəd, yastıq 1 ədəd , tək nəfərlik yorğan 1 ədəd, Taxt üçün döşək 1 ədəd, Yastıq - 2 ədəd uzunsov, Taxt üçün yataq örtüyü 1 ədəd, Taxt üçün yun ədyal, Pastel dəsti ağ qutu, Pastel qırmızı güllü rüsunkalı, 4 ədəd gilan pastel dəsti, Kətan süfrə 1 ədəd, Hamam dəsmalı + əl üz dəsmalı, Qırmızı güpur hamam dəsmalı, Pastel dəsti tək karopka, Pakrval güpur sumkalı 1 ədəd, Yorğan üzü qırmızı 1 üzü sətin 1 üzü kətan 2 ədəd, Əl silən dəsmal 3 qutu - 6 ədəd, Tək yataq üçün pakrval üstü sadə, Serviz yemək dəsti- 12 ədəd su stəkanı, 12 ədəd çay stəkanı + 12 ədəd nəlbəki, 12 ədəd souz boşqabı, 12 ədəd aş boşqabı, 12 ədəd dolma boşqabı, Yumru bulud 2 ədəd, uzunsov bulud 2 ədəd, uzunsov böyük bulud 2 ədəd, Yemək servis qabı qapaqlı 1 ədəd, Duz qabı 4 ədəd , sal- qabı 2 ədəd, Çay stəkanı 12 ədəd + nəlbəkisi 12 ədəd, Limon qaşığı - 12 ədəd, desert qaşığı - 12 ədəd, Salfetka üzüyü - 12 ədəd, 6 Fincan + nəlbəki 6 ədəd+ 1 ədəd çaynik Fincan+ nəbəki 6 ədəd + çaynik Boşqab dəsti 18 ədədli güllü Su stəkanı uzunsov qaşlı 6 ədəd Su stəkanı ayaqlı 6 ədəd, Qaşıq dəsti: 12 böyük çəngəl, 12 limon çəngəli, 12 çay qaşığı, 12 yemək qaşığı, Tort götürmək üçün bıçaq 1 ədəd, 12 ədəd meyvə bıçağı, Kofe fincanı 2 ədəd, Kofe fincanı 2 ədədli, Çay fincanı 6 ədədli - 6 qutu Şirniyyat+ləpə qabı 4 mərtəbəli, Qənd qabı üstü güllü+ qaşlı 1 ədəd, Konfet qabı qızılı rəng 1 ədəd, Güldan qızılı qaşlı 1 ədəd, Ləpə qabı 4 gözlü, Tort qabı kapron 1 ədəd, Tort qabı şüşə ayaqlı, Sok çəkən Hager firması, Eurololux tozsovuran, Eurolux ət maşını, Paltar Ütüsü, Dini suvenir ayaqlı, Su qabı samovar şüşə qapaqlı, Şüşə ləpə qabı uzun, Qapaqlı tökmə qazan 1 ədəd, Su qabı + 6 ədəd stəkan qaşlı qara, 4 ayaq kapron, Ət doğramaq üçün taxta, Meyvə vazı sadə 1 ədəd, Çaşka dəsti 2qutu 6+6 ədəd nəlbəki, İçi zərli şokolad qabı lodka kimi, Qızıl-zinət əşyaları: (Hə alınanda verilən qızıllar) Aliyans üzük, Nişanda taxılan qızıllar- Nişan üzüyü, Ürək sırqa, Toyda taxılan qızıllar- Briliyant komplekt qızıllar (sırqa, üzük, sep, qolbağ), Üzük kvadrat qaşlı 1 ədəd, Üzük rüsunkalı 1 ədəd, Qolbağ (Roberto)- (oğlanın xalası almışdır), Üç Günlükdə alınan qızıllar Üzük (üstü keçirmə) (iddiaçının xalası qızı almışdır), Qızıl üzük (cavabdeh almışdır), Ata evindən aparılan qızıllar Sep (üstü hərfli), Üzük bordo qaşlı Üzük (kəpənək), Klon (gözmüncuğu), Şəxsi geyim əşyaları: İdman geyimi (Spartivni dəst) ağ rəngdə, İdman geyimi (Spartivni dəst) kül rəngdə, Dəst şalvar kofta Yaşıl rəngdə, 3 ədəd cins şalvar, Tək kofta ədəd, 5 dəst gecə geyimi, Ağ rəngdə toy üçün don ağ-qara qaşlı, Qara sadə don, Qutka süd rəngdə (molomnu) rəng, Jilet qəhvəyi rəngdə, 5 ədəd evdə geyinmək üçün don, Hündürdaban ayaqqabı gümüşü rəngdə, Sapaşki hündürdaban ağ rəngdə, Ev üçün 3 ədəd tərlik (damaşnik), Tüklü jaket göy rəngdə, 1 dəst gecə köynəyi (pünyar), 3 dəst şalvar kofta, 4 ədəd Ətirlər (Kirke, Miss Giordani, Ofilame, İydə), 2 ədəd antiperspirant, Üz üçün krem 1 ədəd, Üz üçün tonal krem (Palet), Göz üçün Tuj, Göz üçün Sürmə, 4 ədəd dodaq boyası (pomada), Fen (dalğalı) əmlaklar, əmlaklar olmadığı təqdirdə onların "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, 001-11/DR-12/25 saylı rəyinə uyğun dəyəri, 50 manat mediasiya xərci, hüquqi xidmət üçün vəkilə ödənilmiş 320 manat məbləğində pul və 50 manat dövlət rüsumu müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Ödənilməmiş 50 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Firuzə Mirzəyeva